Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 91. Ayet:
Həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyən başqalarını görəcəksiniz. Onlar nə vaxt fitnə-fəsad törətməyə sövq edilsələr, başıaşağı ora atılarlar. Əgər sizi tərk edib getməz, sizə sülh təklif etməz və (sizdən) əllərini çəkməzlərsə, onda onlara harada rast gəlsəniz, tutub öldürün! Onlara qarşı sizə açıq bir səlahiyyət verdik. (Yuxarıdakı ayələrdə sözü gedən kafirlər Mədinə xaricindəki münafiqlərdir. Onlardan bəziləri hicrət etməyib Məkkədə qalmış və müşriklərlə
əlbir
olmuşdular. Bir h...
Ənfal Suresi, 57. Ayet:
Əgər müharibədə onları tutsan, onlarla (onlara verəcəyin cəza ilə) arxalarındakı kimsələri də dağıt ki, bəlkə onlar ibrət alalar! (Yuxarıdakı ayələrdə sözügedən kimsələr, yəhudi qəbilələrindən biri olan Qüreyzə oğullarıdır. Onlar Həzrət Peyğəmbərlə sülh müqaviləsi bağladıqları halda müşriklərə silah yardımı etmişdilər. Sonra unutduqlarını söyləyərək üzrxahlıq etdilər. Təkrar sülh müqaviləsi bağlandıqdan sonra yenə müşriklərlə
əlbir
oldular.)...
Əhzab Suresi, 26. Ayet:
Allah kitab əhlindən olub onlara (müşriklərə) yardım edənləri qalalarından endirdi və qəlblərinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz. (Bu ayədə, Xəndək döyüşündə müsəlmanlara xəyanət edib müşriklərlə
əlbir
olan Bəni-Qüreyzə adlı yəhudi qəbiləsinə işarə olunur. Xəndək döyüşündəki qələbədən sonra müsəlmanlar onların məskunlaşdığı qalaya hücum etdilər və iyirmi beş günlük mühasirədən sonra qalanı ələ keçirdilər.)...
Maidə Suresi, 2. Ayet:
Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), (Kəbəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!] Ehramdan çıxdığınız zaman (istəsəniz) ov edin. ...
Yusif Suresi, 102. Ayet:
(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq
əlbir
iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin!...
Həşr Suresi, 14. Ayet:
Onlar (münafiqlərlə yəhudilər) hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə (kəndlərdə), yaxud divar arxasında (qala içərisində) olarkən döyüşərlər (başqa şəraitdə sizinlə vuruşmağa cürət etməzlər). Onların öz aralarındakı vuruşmaları (və düşmənçilikləri) isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən onların
əlbir
olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm olmalarıdır....
Sad Suresi, 11. Ayet:
Bu ordu da əvvəlki
əlbir
dəstələr kimi darmadağın ediləcəkdir....
Sad Suresi, 13. Ayet:
Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bunlar
əlbir
dəstələr idi....
Mömin Suresi, 5. Ayet:
Onlardan əvvəl Nuhun xalqı və sonrakı
əlbir
dəstələr də (elçiləri) yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. (Bir görəydin) Mənim cəzam necə oldu!...
Mömin Suresi, 30. Ayet:
Mömin kişi dedi: “Ey xalqım! Mən sizə,
əlbir
dəstələrin başına gəlmiş (dəhşətli) günün bənzərinin sizin də başınıza gəlməsindən qorxuram....
Qəmər Suresi, 44. Ayet:
Yoxsa onlar «biz müttəfiq,
əlbir
və düşməndən intiqam alanıq» deyirlər?...
Qəmər Suresi, 45. Ayet:
O vəhdət və
əlbir
lik, tezliklə dağılacaq və onlar (Bədr müharibəsində baş verdiyi kimi düşmənə) arxa çevirəcəklər....
Həşr Suresi, 14. Ayet:
Onların hamısı (yəhudilər və münafiqlər) sizə qarşı yalnız hasarları olan şəhər və kəndlərdə, yaxud (qalaların, ya evlərin) divarlar(ının) arxasında döyüşərlər. Zor-gücləri öz aralarında şiddətlidir. (Lakin siz möminlərin müqabilində zəifdirlər). Onların
əlbir
olduqlarını sanırsan, halbuki qəlbləri dağınıqdır, bunun səbəbi onların düşüncəsiz bir qövm olmasıdır....