Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əhqaf Suresi, 21. Ayet:
Ad qövmünün qardaşını (Hudu) da yada sal! Bir zaman o, özündən əvvəl də, sonra da peyğəmbərlərin gəlib-getdiyi Əhqafda olan qövmünü belə xəbərdar etmişdi: “Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizin böyük günün əzabına düçar olmağınızdan qorxuram”. (Bu ayədə keçən “Əhqaf” kəlməsi “yüksək qum təpələri” mənasına gəlir. Hud
əleyhissəlamın
göndərildiyi Ad qövmü Yəməndə dəniz kənarındakı qum təpələri arasında məskunlaşdığı üçün həmin əraziyə “Əhqaf” deyilmişdir.)...
Bəqərə Suresi, 101. Ayet:
Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmməd
əleyhissəlamın
həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi....
Ənfal Suresi, 5. Ayet:
(Qənimətlərin bölüşdürülməsi üsulundan bəzilərinin narazı qalması) möminlərdən bir dəstənin (Bədr vuruşuna getmək) xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq (cihad) uğrunda öz evindən çıxartmasına bənzər! (Bəzi möminlər müsəlmanların sayca az, qüvvətcə zəif olduqları üçün Bədr müharibəsinə getməyi Peyğəmbər əleyhissəlama məsləhət görməmiş, özləri də orada iştirak etmək istəməmişdilər. Lakin Peyğəmbər onların sözünə baxmayıb yaxın əshabələri ilə vuruşa yollanmış və düşməni məğlub edərək xeyli qə...
Nəhl Suresi, 83. Ayet:
Onlar Allahın nemətini (Muhəmməd əleyhissəlamı peyğəmbər göndərməklə onlara etdiyi lütfü) bilir, lakin sonra onu (Muhəmməd
əleyhissəlamın
peyğəmbərliyini) danırlar. Onların əksəriyyəti kafirdir....
Şura Suresi, 14. Ayet:
Onlar yalnız özlərinə (tövhid haqqında) elm gəldikdən sonra aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər. Əgər (cəzanın) müəyyən bir vaxtadək (qiyamət gününə qədər təxirə salınması barədə) öncə Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi (hamısı elə dünyada əzaba düçar edilər, bununla da iş, yəqin ki bitmiş olardı). Onlardan sonra kitaba varis olanlar da (yəhudilər, xaçpərəstlər və ya özlərinə Quran göndərilmiş müşriklər də) onun (Quranın, peyğəmbər
əleyhissəlamın
) bar...
Zuxruf Suresi, 88. Ayet:
Onun (Muhəmməd
əleyhissəlamın
): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!” – deməsi də (dərgahımızda məlumdur)!...
Məhəmməd Suresi, 26. Ayet:
Bu onların Allahın nazil etdiyini (cihad əmrini) bəyənməyənlərə (münafiqlərə): “Biz bəzi işlərdə (Allahın və Muhəmməd
əleyhissəlamın
əmrlərini yerinə yetirməməkdə) sizə itaət edəcəyik!” – demələrinə görədir. Allah onların (bütün) sirlərini (gizli danışıqlarını) bilir!...
Fəth Suresi, 24. Ayet:
Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hüdeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiklərinizi görəndir! (Peyğəmbər əshabəsi ilə Hüdeybiyyədə yerləşdiyi zaman səksən silahlı Məkkə müşriki müsəlmanlara hücum etmək istəmiş, lakin əsir tutulub Peyğəmbərin yanına gətirilmiş, o da onlara heç bir cəza verməyib hamısını azad etmişdi. Muhəmməd
əleyhissəlamın
bu lütfü Hüdeybiyyə sül...
Fəth Suresi, 26. Ayet:
Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları (Hüdeybiyyə sazişinə “bismillahir-rəhmanir-rəhim”, “Muhəmmədun rəsulullah” sözlərini yazmaqdan imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd
əleyhissəlamın
Məkkəyə daxil olmasına razılıq vermədikləri) zaman Allah Peyğəmbərinə və möminlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mənəvi möhkəmlik) göndərmiş və onlara təqva gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah” sözünü) xas etmişdi. Onların bu sözə (Məkkə müş...
Qəmər Suresi, 2. Ayet:
Əgər müşriklər (Muhəmməd
əleyhissəlamın
peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər....
Qəmər Suresi, 3. Ayet:
Onlar (ayın parçalanmasını, digər möcüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd
əleyhissəlamın
peyğəmbərliyi bərqərar olacaqdır!)...
Vaqiə Suresi, 14. Ayet:
Bir azı da axırıncılardandır (Muhəmməd
əleyhissəlamın
ümmətindəndir)....
Hədid Suresi, 14. Ayet:
(Münafiqlər divarın içəri tərəfində olan möminləri) səsləyib deyəcəklər: “Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!” (Möminlər) belə cavab verəcəklər: “Bəli (bizimlə birlikdə idiniz). Lakin siz özünüzü (nifaqla, ikiüzlülüklə) fitnəyə saldınız (fitnəyə salıb məhvə düçar etdiniz), siz (möminlərin başına bir fəlakət gəlməsini) gözləyirdiniz və (Allahın birliyinə, Muhəmməd
əleyhissəlamın
peyğəmbərliyinin həqiqiliyinə) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar ...
Hədid Suresi, 27. Ayet:
Sonra onların ardınca (Musa, İlyas, Davud, Süleyman, Yunis və başqa) peyğəmbərlərimizi yolladıq. (Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl (riayət) etmədilər (İncili təhrif edib İsanı Allah bildilər, Muhəmməd
əleyhissəlamın
peyğ...
Mücadilə Suresi, 5. Ayet:
Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq (Muhəmməd
əleyhissəlamın
haqlı olmasını sübut edən) açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!...
Həşr Suresi, 2. Ayet:
Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Muhəmməd
əleyhissəlamın
peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb öz yurdundan çıxardan (Şama sürgün edən) Odur. (Ey möminlər!) Siz onların (öz yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan (Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, həm d...
Cümə Suresi, 5. Ayet:
Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhəmməd
əleyhissəlamın
həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yö...
Əhzab Suresi, 10. Ayet:
O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Möminlər Allahın Öz vədinə doğru olduğuna inanır, münafiqlər isə etiqadı zəif olanlar isə Muhəmməd
əleyhissəlamın
bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər)....
Əhzab Suresi, 29. Ayet:
Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır. (Peyğəmbər
əleyhissəlamın
xanımları dünya nemətlərindən vaz keçib axirət yurdunu daha üstün tutdular)....
Casiyə Suresi, 17. Ayet:
Onlara din işində (dini məsələlərdə və ya Muhəmməd
əleyhissəlamın
peyğəmbər göndəriləcəyi barədə) açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız (tövhid, dini əmrlərin büsbütün həqiqət olduğu haqda) özlərinə elm (qəti dəlillər) gəldikdən sonra aralarındakı həsəd (ədavət) üzündən (dində) ixtilafa düşdülər. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm edəcəkdir!...
Haqqə Suresi, 40. Ayet:
Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd
əleyhissəlamın
Allahın ona nazil etdiyi) sözüdür!...
Cin Suresi, 9. Ayet:
Biz (Muhəmməd
əleyhissəlamın
peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər....