Cin Suresi, 1. Ayet: De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qur’ana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Qur’an eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)»....
Əraf Suresi, 143. Ayet: Musa təyin etdiyimiz yerə gəlib, Rəbbi də onunla danışdıqda: “Rəbbim! Mənə (özünü) göstər, sənə baxım”, – dedi. Allah isə: “Məni (dünyada) qətiyyən görə bilməzsən. Lakin (o) dağa bax, əgər o, yerində durarsa, sən məni görə bilərsən”, – dedi. Rəbbi dağa təcəlli etdikdə onu darmadağın etdi. Musa da özündən gedib yıxıldı. Oyandıqda: “Səni nöqsanlardan uzaq tuturam, Allahım! Sənə tövbə etdim. Mən inananların ilkiyəm”, – dedi....
Nur Suresi, 31. Ayet: Mömin qadınlara da de ki, gözlərini aşağı diksinlər, öz tənasül üzvlərini qoruyub saxlasınlar. Görünənlər [əl, göz] istisna olmaqla başqa zinətlərini [gözəlliklərini] göstərməsinlər. Örtüklərini yaxalarının üstünə salsınlar. Öz ərlərindən, atalarından və ərlərinin atalarından, öz oğullarından, ərlərinin oğullanndan, öz qardaşlarından, qardaşlarının oğullanndan, öz bacılarının oğullarından, öz qadınlarından, öz cariyələrindən, istəyi olmayan kişi xidmətçilərdən və ya qadınların cinsi üzvündən xəb...
Əraf Suresi, 143. Ayet: Musa, təyin etdiyimiz vaxtda gəldikdə, Rəbbi ona söz dedi. Musa, "Ey Rəbbim! Göstər mənə Özünü, baxım Sənə!" dedi. Rəbbi ona dedi ki: "Məni sən əsla görə bilməzsən, lakin bu dağa bax, əgər o yerində qala bilsə, sən də Məni görəcəksən." Daha sonra Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi, Musa da huşunu itirerek yerə sərildi. Ayılıb özünə gəldikdə: "Sən pak və uzaqsan, Sənə qayıtdım; tövbə etdim və mən, iman gətirənlərin birincisiyəm." dedi....
Tövbə Suresi, 60. Ayet: Həqiqətən, Allah tərəfindən bir bölüşdürülmə/məcburi vəzifə olaraq sədəqələr/dövlətin gəlirləri gəlirləri ancaq kasıblar, miskinlər/yoxsullar, işsizlər, o işdə çalışanlar/dövlət işçiləri, qəlbləri İslam dininə isinişdiriləsi kimsələr, azadlığı olmayan kölələr, ağır borc altında olanlar, Allah yolunda olanlar [əsgərlər, tələbələr və müəllimlər], yolda qalanlar üçündür. Allah, hər şeyi ən yaxşı biləndir və ən yaxşı qanun qoyandır....
Əhzab Suresi, 72. Ayet: Şübhəsiz, Biz əmanəti [bütövlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin və dağların üzərinə sərdik, yaydıq, ancaq onlar onu daşımağı/gizləməyi, tanınmaz hala gətirməyi, gözdən salmağı qəbul etmədilər [öz üstlərinə götürmədillər], bütünlüyün, qüsursuzluğun, mükəmməlliyin götürülüb aparılmasından, tanınmaz hala gətirilməsindən qorxdular. Və onu insan daşıdı/gizlədi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xəyanət etdi]. Şübhəsiz ki, insan, çox səhv hərəkət edən; öz zərərinə olan əməli işləy...