Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 26. Ayet:
Ey Adəm oğulları! Sizin üçün ayıb yerlərinizi örtən geyim və bər-bəzəkli libas nazil etdik (yaratdıq). Təqva geyimi isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar. (Bəzi alimlər ayədəki “təqva geyimi” ifadəsinə “həya, saleh
əməl,
təvazökarlığın əlaməti olan sərt və yundan olan paltar, müharibə geyimi, Allah qorxusu” kimi izahlar vermişlər.)...
İbrahim Suresi, 25. Ayet:
O (ağac), Rəbbinin izni ilə hər zaman bar verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alalar. (Yuxarıdakı ayələrdə Allah-Təala gözəl sözü gözəl ağaca bənzətmişdir. Çünki gözəl sözün meyvəsi gözəl
əməl,
gözəl ağacın meyvəsi də faydalı meyvədir. Təfsirçilərə görə, buradakı gözəl söz ilə kəlmeyi-tövhid nəzərdə tutulmuşdur. Allahın razı olacağı hər bir gözəl əməl də bu sözün meyvəsidir.)...
Ali-İmran Suresi, 79. Ayet:
Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” – desin. Əksinə, o: “Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və
əməl,
gözəl əxlaq və itaət sahibi) olun!” - deyər....
İsra Suresi, 36. Ayet:
(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi
əməl,
dediyi söz barəsində) sorğu-sual olunacaqdır....
Məryəm Suresi, 84. Ayet:
Buna görə də onlara münasibətdə (onların məğlub və məhv olmalarına) tələsmə. Həqiqətən Biz onların barəsində diqqətlə anları (əzablarının vaxtının çatması üçün
əməl,
gün və nəfəslərini) sayırıq....
Fatir Suresi, 43. Ayet:
(Bu onların) Yer üzündə təkəbbür göstərmələri, məkr və hiylələri ucbatından idi. Pis
əməl,
məkr (hiylə) yalnız öz əhlini bürüyər. Məgər onlar keçmişdəkilər (barədə ilahi) sünnədən (qanundan) başqa bir şeymi gözləyirlər (ki, qəfil bir əzabla kökləri kəsilsin)? (Ya Peyğəmbər!) Sən Allahın sünnəsində (qoyduğu qayda-qanunda) heç bir dəyişiklik tapmazsan....
Mücadilə Suresi, 9. Ayet:
Ey iman gətirənlər, əgər aranızda xəlvət söhbət edirsinizsə, günah işlər, ədavət və peyğəmbərə itaət etməmək barəsində söhbət etməyin. Xeyir
əməl,
Allahdan qorxmaq barəsində söhbət apann və hüzuruna cəm olunacağınız Allahdan qorxun!...