Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Vaqiə Suresi, 10. Ayet:
(Yaxşı
əməldə)
öndə olanlar (mükafatda da) öndədirlər!...
Nisa Suresi, 68. Ayet:
Və şübhəsiz, onları (etiqad, əxlaq və
əməldə)
doğru yola hidayət edərdik....
Nisa Suresi, 143. Ayet:
Onlar bu arada (möminlərlə kafirlər arasında, qəlb və ya
əməldə)
tərəddüddədirlər, nə (birdəfəlik) bunların tərəfindədirlər və nə də (birdəfəlik) onların. Allahın azğınlıqda boşladığı kəs üçün əsla bir yol tapa bilməzsən....
Tövbə Suresi, 91. Ayet:
(Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və
əməldə)
xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir). Yaxşı əməl sahiblərinə qarşı (onları məzəmmət etmək və cəzalandırmaq üçün) heç bir yol yoxdur. Allah çox bağışlayan və mehribandır....
Tövbə Suresi, 122. Ayet:
Möminlərə hamılıqla (döyüş cəbhəsinə, yaxud dini elm mərkəzlərinə, xüsusilə müəyyən zaman və məkana aid olan cihada) köç etmələri yaraşmaz (və bu, caiz və mümkün də deyildir). Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə (əsgərlər təcrübi tovhidə yiyələnməkdə və mədrəsədəkilər dini maariflərdə) dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar (batində və
əməldə)
çəkindilər....
İsra Suresi, 36. Ayet:
(Etiqad, danışıq və
əməldə)
bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)....
Kəhf Suresi, 80. Ayet:
O yeniyetmə oğlana gəldikdə isə: (O, kafir və azğın,) ata-anası (isə) mömin idilər. Buna görə də, onun o ikisini (ata-anasını
əməldə)
azğınlığa və (etiqadda) küfrə vadar etməsindən qorxduq....
Nur Suresi, 26. Ayet:
(Əqidə, əxlaq və
əməldə)
xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündürlər (onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Onlar (paklar başqalarının onlar barəsində) dediklərindən pak və uzaqdırlar. Onlar üçün (dünya və axirətdə) bağışlanma və dəyərli ruzi var...
Qəsəs Suresi, 54. Ayet:
(İki səmavi kitaba iman gətirib əməl etməyə) səbr etdikləri üçün onlara iki dəfə muzd veriləcəkdir. Onlar (danışıqda və
əməldə)
yaxşılıq etməklə (insanların) pisliyi(ni) və əziyyətləri(ni) uzaqlaşdırarlar və onlara ruzi olaraq verdiklərimizdən (ehtiyacı olanlara) sərf edərlər....
Əhzab Suresi, 21. Ayet:
Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və
əməldə)
ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır....
Fatir Suresi, 18. Ayet:
Günah yükü ilə yüklənmiş heç kəs digərinin günah yükünü götürməz (heç kəs dünyada başqasının işinə görə cəzalanmaz və axirətdə də onun cəzasını çəkməyə məruz qalmaz). Əgər günahla yüklənmiş bir kəs onun günah yükü(nü daşımaq) üçün başqasını hətta yaxın qohumunu çağırsa, o yükdən heç bir şey daşınmaz. Sən ancaq öz Rəbbindən gizlində qorxan və namaz qılan kəsləri qorxudursan. Və kim (əqidə, əxlaq və
əməldə)
paklıq axtarsa, ancaq öz xeyrinə paklıq axtarar. Hamının dönüşü Allahadır....
Mömin Suresi, 7. Ayet:
(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və
əməldə)
Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!»...
Fussilət Suresi, 30. Ayet:
Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (
əməldə)
möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!»...
Əhqaf Suresi, 30. Ayet:
Dedilər: «Ey qövmümüz! Həqiqətən biz Musadan sonra nazil olub özündən əvvəlkiləri (keçmiş peyğəmbərləri və onların səma kitablarını) təsdiqləyən, haqqa və (əqidə, əxlaq və
əməldə)
doğru yola yönəldən bir kitab dinlədik.»...
Hucurat Suresi, 15. Ayet:
Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib mal və canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz və
əməldə)
doğruçu olan onlardır....
Təğabun Suresi, 2. Ayet:
Sizi yaradan Odur. Sizlərdən bəziniz kafir, bəzinizsə mömindir. Allah (həm ürəkdə, həm də
əməldə)
etdiyiniz hər bir işi görəndir....
Məaric Suresi, 26. Ayet:
O kəslər ki, (əqidə və
əməldə)
cəza gününü təsdiq edərlər....
Təkvir Suresi, 28. Ayet:
Sizdən (əqidə, əxlaq və
əməldə)
düzgün olmaq istəyənlər üçün....
Hədid Suresi, 19. Ayet:
Allaha və onun peyğəmbərlərinə iman gətirənlər (söz və
əməldə)
doğru olanlardır və öz Rəbbi dərgahında şahid olanlardır. Onların öz haqları, öz nurları vardır. Küfr edib ayələrimizi yalan hesab edənlər isə - bunlar cəhənnəmlikdirlər....