Maidə Suresi, 95. Ayet: Ay o kəslər ki, inanırsınız! Qətlə yetirməyin ovu və siz,
haramdasınız. Kim sizdən qəsdən öldürərsə, ona öldürdüyü
heyvanların misli qədər cəza düşür. Bunlar sizdən iki nəfər adil
şəxsin hökmü ilə hədiyyə olaraq kəbəyə çatmalı, ya kəffarə
olaraq miskinlərə təam verməli, ya bunun bərabərində yiməs
tutmalı –ondan ötrü ki, əməlinin cəzasını dadsın. Allah bağışlar
onu ki, keçmişdə olub. Kim təkrar edərsə, Allah ondan intiqam
alar. Və Allah Əzizdir, intiqam sahibidir!...
Bəqərə Suresi, 177. Ayet: Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağla...