Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 53. Ayet:
Onlar isə, sadəcə, (Quranın xəbər verdiyi) aqibəti gözləyirlər. Onun (xəbər verdiyi) aqibəti gəldiyi gün, daha əvvəl onu unutmuş olanlar belə deyəcəklər: “Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər. Bizə şəfaət edəcək bir şəfaətçi varmı və ya (dünyaya) geri qaytarılmağımız mümkündürmü ki, etdiyimiz əməllərdən başqasını (yaxşı
əməllər)
edək? Onlar özlərini ziyana saldılar. Uydurduqları şeylər (bütlər) də onlardan uzaqlaşıb yoxa çıxdı. (Kafirlər Qurana iman gətirməyib: “Görək, bunun ...
Nisa Suresi, 62. Ayet:
Bəs öz əlləri ilə etdikləri (
əməllər)
səbəbilə onların başına bir müsibət gəldiyi zaman sənin yanına gələrək: “Biz yalnız yaxşılıq etmək və barışıq yaratmaq istədik”, – deyə Allaha and içdikləri vaxt (onların halı) necə olacaq?!...
Rum Suresi, 36. Ayet:
İnsanlara bir mərhəmət daddırdığımız zaman ona görə sevinərlər. Əgər etdikləri (pis
əməllər)
səbəbilə başlarına bir müsibət gələrsə, dərhal ümidsizliyə düşərlər....
Bəqərə Suresi, 141. Ayet:
Onlar (İbrahim, Yəqub və övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər, onların qazandıqları (
əməllər)
özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz....
Bəqərə Suresi, 223. Ayet:
(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı
əməllər)
hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!...
Ənkəbut Suresi, 58. Ayet:
İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnət guşələrində (Cənnətin yüksək məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Yaxşı
əməllər)
edənlərin mükafatı necə də gözəldir!...
Ənam Suresi, 28. Ayet:
Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin
əməllər)
onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!...
Fəcr Suresi, 24. Ayet:
O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı
əməllər)
edəydim!” – deyəcəkdir....
Bəqərə Suresi, 223. Ayet:
Qadınlarınız sizin üçün tarladır. O halda tarlanıza necə istəsəniz elə yaxınlaşın. Özünüz üçün (dərəcələrinizi artıracaq
əməllər)
hazırlayın. Allaha qarşı təqva sahibi olun və Ona mülaki olacağınızı bilin. Möminləri müjdələ....
Əraf Suresi, 156. Ayet:
‘Bizə bu dünyada və axirətdə (yəvm'il axırda, qiyamət günündə) həsənələr (gözəl əməllər, dərəcə qazandıran
əməllər)
yaz. Həqiqətən biz tövbə edib Sənə döndük.’ Allahu Təala belə buyurdu: ‘Dilədiyimi əzabıma düçar edərəm. Rəhmətim hər şeyi əhatə etdi. Beləcə onu (həsənəni) təqva sahiblərinə və zəkatı verən kəslərə yazacam. Onlar ki, ayələrimizə iman edərlər (möminlərdir).’...
Əraf Suresi, 168. Ayet:
Yer üzündə onları ümmətlərə böldük. Onlardan bir qismi salehlər və bir qismi bunlardan başqalarıdır (saleh olmayanlar). Onları həsənat (pozitiv dərəcə qazandıran
əməllər)
və seyyiat (neqativ dərəcə qazandıran
əməllər)
ilə imtahan etdik ki, beləcə Allaha dönsünlər deyə....
İsra Suresi, 9. Ayet:
Şübhəsiz ki, bu Quran, ən qüvvətli olanı hidayətə ərdirər. əməli salihat (nəfsi islahedici
əməllər)
işləyən möminlər üçün böyük əcr olduğunu müjdələyər....
Həcc Suresi, 50. Ayet:
Amənu olanlar və əməli salihat (nəfsi islahedici, saleh
əməllər)
edənlər üçün məğfirət (günahların savaba çevrilməsi) və kərim bir ruzi vardır....
Mömin Suresi, 40. Ayet:
Kim günah işləyərsə mislindən çoxu ilə cəzalandırılmaz. Qadınlardan və ya kişilərdən kim əməli salihat (nəfsi islahedici
əməllər)
işləyərsə, onlar (imanı artan) möminlərdir. Onlar cənnətə daxil ediləcək və orada saysız-hesabsız ruzi veriləcək....
Qiyamə Suresi, 13. Ayet:
İzn günü insana təqdim etdiyi (işlədiyi
əməllər)
və təxir edib (işləmədiyi) əməllər xəbər verilər....
Fəcr Suresi, 24. Ayet:
‘Kaş ki, mən həyatım üçün (yaşayarkən gözəl
əməllər)
təqdim etsəydim.’ deyər....
Məryəm Suresi, 76. Ayet:
Allah doğru yola yönəldilmiş kəslərin hidayətini artırır və əbədi yaxşılıqlar (haqq əqidələr, mənəvi fəzilətlər və saleh
əməllər)
Rəbbinin yanında (axirət) mükafat(ı) və nəticə baxımından daha yaxşıdır....
Möminun Suresi, 103. Ayet:
Və kimin ölçülmüşləri yüngül və dəyərsiz (küfr əqidələri, əxlaqi rəzilliklər və haram
əməllər)
olsa, öz varlıqları barəsində ziyana düşmüş və Cəhənnəmdə əbədi qalacaq kəslər onlardır....
Fəcr Suresi, 24. Ayet:
O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı
əməllər)
göndərmiş olaydım!»-deyər....
Əraf Suresi, 43. Ayet:
Biz onların qəlblərindəki kini çıxarıb atdıq. Altlarından da çaylar axar. “Həmd, bizi buna yetişdirən Allaha məxsusdur. Əgər Allah bizə hidayət etməsəydi, biz hidayətə nail olmazdıq. And olsun, Rəbbimizin peyğəmbərləri bizə haqqı gətirmişdir”, – deyərlər. Onlara: “Budur etdiyiniz (yaxşı
əməllər)
sayəsində varisi olduğunuz cənnət!” – deyə səsləniləcək....