Məhəmməd Suresi, 4. Ayet: Onda ki, siz
görüşürsünüz o kəslərlə ki, kafirdirlər, boynundan zərbə ilə
vurun, ta onda ki, ayaqdan düşdülər və şiddətli bağlayın və nə
vaxt ki, minnət sonra və nə vaxt ki, fidyə. Ta hərb yüklərini
qoya. Belə! Əgər istəsəydi Allah yardım edərdi onlardan. Lakin
sınamaq üçün bəzinizi bəzisi ilə. O kəsləri ki, Allah yolunda
qətlə yetirirlər, heç vaxt O zay etməz onların əməllərini....
Loğman Suresi, 34. Ayet: Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır (Qiyamətin qopacağı vaxtı yalnız O bilir). Yağışı (göydən) O yağdırır. O, (balası olan canlıların) bətnlər(in)dəkini (balanın bir, ya bir neçə olmasını, gələcək xüsusiyyətlərini, ruhi vəziyyətini, gələcək əməllərini və son mənzilini) bilir. Heç kəs sabah nə qazanacağını (nə elm, əməl və mal-dövlət əldə edəcəyini), harada öləcəyini bilməz. Həqiqətən, Allah (isə bunların hamısını) bilir və hər şeydən xəbərdardır....
Hədid Suresi, 4. Ayet: Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruh...