Nisa Suresi, 24. Ayet: Və ismətli ərli qadınlardan ancaq nə ki, mələkət əliniz
altında, Allahın yazısıdır üzərinizdə. Və halaldır sizin üçün nə
ki, arxasından bunun ki, tələb edəsiniz malınızla ismətli - qeyri
toxunulmayanlardan. Və nə ki, mətahlandız onunla onlardan,
əta edin onlara ücrətlərini vacibliklə. Və yoxdur günah sizin
üzərinizdə nədə ki, razılaşdınız onunla sonradan vacibliyin.
Həqiqətən, Allah oldu Alim, Həkim!...
Nisa Suresi, 163. Ayet: Şübhəsiz, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. Həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba, Əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana vəhy göndərdik. Və Davuda Zəburu əta etdik (deməli sən peyğəmbərlik iddiası etmək və kitab verilmək baxımından ilk şəxs deyilsən)....
Maidə Suresi, 110. Ayet: (Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş ...
Duha Suresi, 11. Ayet: Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur’ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən)....
Əraf Suresi, 157. Ayet: onlara yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən, təmzi və xoş şeylərə icazə verən, napak, murdar və çirkli şeylərə icazə verməyən, bellərindən ağır yükləri, üstlərindən bağları və zəncirləri götürən, yanlarındakı Tövratda və İncildə yazılmış olduğunu görəcəkləri şəhərli/Məkkəli Peyğəmbərə, o elçiyə tabe olan kəslərə yazacağam. Elə isə, Ona iman gətirən, Ona möhkəm ehtiram göstərən, Ona yardımçı olan və Onunla birgə nazil olan nurun ardınca gedənlər ki var, bax onlar, nicat tapan...
Həcc Suresi, 41. Ayet: Allah, Özünə kömək edənlərə -yurd verib qüvvətləndirdiyimiz təqdirdə səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirən, yaşadan], zəkatı/vergilərini verən, adət-ənənəyə uyğun/hər kəs tərəfindən məqbul hesab edilən yaxşı şeyləri əmr edən, vəhy və ümumi ağıl ilə pisliyi, eybəcərliyi qəbul edilən şeylərdən döndərən kəslərə- həqiqətən kömək edər. Heç şübhəsiz ki, Allah, çox güclüdür, mütləq qalibdir. İşlərin nəticəsi də yalnız Allaha aid...