Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 31. Ayet:
Ey Adəm oğulları, hər dəfə məscidə (namaza) gedərkən gözəl paltarlarınızı geyinin! Yeyin, için, lakin israf etməyin! Şübhəsiz, Allah israf edənləri sevməz. (İslam dini təmizlik və gözəllik dinidir. İslama görə, insanların övrət yerlərini örtəcək qədər paltar geyinmələri vacibdir. Bununla yanaşı, ibadət
əsnasında
ən gözəl və ən təmiz paltarı geyinmək də sünnədəndir.)...
Əraf Suresi, 204. Ayet:
Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə sizə mərhəmət edilsin! (Həm namaz
əsnasında
, həm də digər vaxtlarda Qurani-Kərim oxunarkən danışmadan onu diqqətlə dinləmək, mənalarını başa düşməyə çalışmaq və onları təfəkkür etmək hər bir müsəlmanın borcudur.)...
Tövbə Suresi, 123. Ayet:
Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərə qarşı döyüşün və qoy onlar (döyüş
əsnasında
) sizdən bir sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir! (Yuxarıdakı ayədə, müharibə şəraitində kafirlərdən ibarət düşmən qüvvəsinə qarşı vuruşarkən müsəlmanların mətin olmaları tələb olunur.)...
Nisa Suresi, 102. Ayet:
Ey Rəsulum!) Sən (döyüş
əsnasında
əsgərlərin) arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birlikdə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Onlar (namaz qılıb) səcdə edən kimi sizin arxanıza keçsinlər. Sonra namaz qılmamış olan digər dəstə gəlib səninlə birlikdə namaz qılsın. Onlar da ehtiyat tədbirləri alsınlar və silahlarını götürsünlər. Kafirlər istəyərlər ki, kaş siz silah-sursatınızdan və əşyalarınızdan xəbərsiz (uzaqda) olaydınız və sizin üzəriniz...
Nisa Suresi, 103. Ayet:
Namazı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin! Təhlükədən əmin olduğunuz zaman isə namazı (tam şəkildə) qılın! Çünki namaz, müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir. (Yuxarıdakı üç ayə səfərdə və müharibədə namazın necə qılınacağını izah edir. Sünnədən də məlumdur ki, səfər
əsnasında
, yaxud döyüş zamanı dörd rükətli fərz namazlar iki rükət olaraq qılınar. Doxsan kilometrlik və ondan daha uzaq məsafəyə səfər edənlər səfəri sayılırlar və onlar ...
Ənfal Suresi, 35. Ayet:
Onların, Kəbənin yanındakı duası fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Elə isə inkar etdiyinizə görə dadın əzabı! (Rəvayətə görə, cahiliyyə dövründə müşrik kişi və qadınlar Kəbəni çılpaq təvaf edirdilər. Təvaf
əsnasında
onlar fit çalır və əlləri ilə alqış tuturdular. Bu, onlara görə dua sayılırdı. Yuxarıdakı ayədə onların bu batil əməllərinə işarə edilmişdir.)...
Furqan Suresi, 40. Ayet:
Həqiqətən, (Məkkəli müşriklər) fəlakət yağışına tutulmuş şəhərə gəlmişdilər. Bəs oranı görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirlər. (Təfsirlərdə qeyd edildiyinə görə, bu ayədə Məkkəli müşriklərin ticarət məqsədilə getdikləri Şam səfərləri
əsnasında
küfrləri səbəbilə daş yağmuruna məruz qalaraq məhv edilmiş Lut qövmünün xarabalıqlarını gördükləri halda bundan ibrət götürmədiklərinə işarə edilir.)...
Sad Suresi, 34. Ayet:
Həqiqətən, Biz Süleymanı sınağa çəkmişdik. Taxtının üstünə bir cəsəd qoyduq. Sonra o əvvəlki halına qayıtdı. (Bir rəvayətə görə, Həzrət Süleyman şiddətli bir xəstəliyə tutulmaqla Allah tərəfindən imtahan edilmişdi. Xəstəliyi
əsnasında
cəsəd kimi zəif və halsız bir halda ikən daha sonra sağalmış və yenidən taxtına otura bilmişdi.)...
Fəth Suresi, 10. Ayet:
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş sayılırlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozarsa, yalnız öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalarsa, Allah ona böyük bir mükafat verəcəkdir. (Bu ayə Məkkə yaxınlığında qüreyşlilərlə müsəlmanlar arasında bağlanmış Hüdeybiyyə sülh müqaviləsinə və bu əsnada edilən beyətə işarə edir. Beyət
əsnasında
əllər üst-üstə qoyulduğu üçün Allah-Təala: “Allahın əli onların əllərinin üstündədir”, - buyuraraq müsəlman...
Fəth Suresi, 15. Ayet:
Qənimətləri almaq üçün getdiyiniz zaman (səfərə getməyib) arxada qalanlar: “İcazə verin biz də sizin arxanızca gələk!” - deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz! Allah daha əvvəl sizin üçün belə buyurmuşdur”. Onlar: “Xeyr! Siz bizə paxıllıq edirsiniz”, - deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir. (Həzrət Peyğəmbər hicrətin altıncı ilində Hüdeybiyyədən qayıtdıqdan sonra növbəti il Hüdeybiyyədə iştirak edən müsəlmanlarla bir...
Nəhl Suresi, 46. Ayet:
Və ya gəzib dolaşarkən (səfər
əsnasında
) əzabın onları yaxalamasından (Allahın onları məhv etməsindən qorxmurlarmı?) Axı onlar (Allahı) aciz edə bilməzlər (Allahın əzabından qaçıb canlarını qurtara bilməzlər!)...
Tur Suresi, 26. Ayet:
Və (söhbət
əsnasında
) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq....
Cin Suresi, 16. Ayet:
(Sonra mənə belə vəhy olundu: ) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq
əsnasında
) bol yağış verərdik ki,...
Maidə Suresi, 106. Ayet:
Ey amənu olanlar! Sizdən birinizə ölüm gəldiyi zaman vəsiyyət
əsnasında
sizin içinizdən iki ədalətli adam aranızda şahidlik etsin. Yaxud yer üzündə səfərdə olarkən, sizə ölüm müsibəti gələrsə, sizdən olmayan iki adamı şahid tutun. Əgər şübhəyə düşsəniz, onları namazdan sonra saxlayın. O zaman Allaha belə and içsinlər: ‘Yaxınımız belə olsa, andımızı bir qarşılıq (mənfəət qarşılığı) ilə dəyişdirməyəcəyik və Allahın şahidliyini gizlətməyəcəyik. Əks halda biz mütləq günahkar kimsələrdən olarıq.’...
Bəqərə Suresi, 196. Ayet:
Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq (verin). Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı (xəstəlikdən) əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin olduğunuz təqdirdə ümrəni (bitirib) həccə qədər (qadağan olunanlardan) istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Q(urbanlıq) tapmayanlar isə həcc
əsnasında
üç gün v...
Bəqərə Suresi, 197. Ayet:
Həcc (ziyarəti) məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc (ziyarəti)
əsnasında
(qadınıyla) yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. (Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!...
Kəhf Suresi, 37. Ayet:
Yoldaşı söhbət
əsnasında
ona dedi: «Ə, sən kafir olursan O kəsə ki, xəlq etdi səni torpaqdan, sonra nütfədən, sonra səni kamil bir kişi etdi?...
Bəqərə Suresi, 198. Ayet:
(Həcc
əsnasında
) Rəbbinizdən mərhəmət və ruzi diləməyinizdə sizə heç bir günah yoxdur. Ərəfatdan (Məş’ərə tərəf) axışarkən Məş’ərül-Həram (dağın)ın yanında (Müzdəlifə çölündə) Allahı yada salın. Sizi hidayət etməsinin şükrü olaraq Onu yada salın və əslində siz bundan əvvəl azğınlardan idiniz....
Ənfal Suresi, 44. Ayet:
Və (xatırla) o zaman(ı) ki, onlarla üz-üzə gəldiyiniz vaxt, Allah (öz əzəli elmi və mütləq iradəsi əsasında) olacaq işi gerçəkləşdirməsi üçün (ilk baxışda) onları sizin gözlərinizdə az göstərir və sizi onların gözlərində azaldırdı (hərçənd, döyüş
əsnasında
iş əksinə oldu. Ali-İmran surəsinin 12-ci ayəsinə müraciət edin). Bütün işlər (və varlıq aləminin bütün hadisələri nəticələrin səbəblərə qayıtması qanununa uyğun olaraq, mütləq səbəb olan) Allaha qayıdır....
Ənfal Suresi, 67. Ayet:
(İlahi hökümətin qurulması və onun qalması baxımından) heç bir peyğəmbərə hökümətini yer üzündə qüvvətləndirib möhkəmləndirənə qədər (döyüş) əsirlərinin olması yaraşmaz və haqqı yoxdur (əksinə, düşmən döyüş
əsnasında
öldürülməlidir). Siz dünya malını (əsirləri satmaq və ya fidyə ilə azad etmək) istəyirsiniz, Allah isə axirəti istəyir. Allah yenilməz qüdrətli və hikmət sahibidir....
Tur Suresi, 49. Ayet:
Gecənin bir qismində və ulduzların batışı
əsnasında
Onu təsbih et....
Bəqərə Suresi, 196. Ayet:
Allah naminə həcci və ümrəni tam yerinə yetirin. Əgər sizə (bir şey) mane olarsa onda sizə müyəssər olan bir qurbanlıq (verin). Qurbanlıq öz yerinə çatmayınca başınızı qırxmayın. Sİzlərdən kim xəstə olarsa və ya başında bir narahatlıq olarsa (qırxdıra bilər) və bunun da fidyəsi (əvəzi) oruc tutmaq, ya sədəqə vermək, ya da qurban kəsməkdir. Əgər siz (bu maneələrdən qurtarıb) əmin-amanlıq içində olsanız, onda həcc vaxtına qədər ümrə ziyarəti edən kəs gücü çatan bir qurbanlıq verməlidir. Yox əgər t...
Rum Suresi, 17. Ayet:
Elə isə, axşama çıxanda, səhərə çıxanda, gecə
əsnasında
, günortaya çatanda; daim Allahı bütün nöqsanlıqlardan pak tutmalısınız! ...
Zümər Suresi, 42. Ayet:
Allah, o nəfslərə, ölüm
əsnasında
, keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırladar. Ölməyənlərə də yatdıqlarında; artıq kimin barəsində ölüm gerçəkləşmişsə, onları saxlayar, digərlərini isə müəyyən bir müddətin axırına qədər buraxar. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün nə qədər işarətlər/nişanələr vardır....