İsra Suresi, 70. Ayet: Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)...
Maidə Suresi, 3. Ayet: Leş, qan, donuz əti, Allah-dan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, (hündürbiryerdən) yıxılıb gəbər-miş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər (sizi) di-ninizdən (döndərməkdən) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün...
Bəqərə Suresi, 282. Ayet: Ay o kəslər ki, inanırsınız! Onda ki, öz aranızda borc
götürürsünüz müəyyən müddətə və onda yazın onu! Və
gərək yazan da yazsın aranızda ədalətlə! Gərək imtina etməsin
yazan yazmağa, nə qədər, öyrədib onu Allah. Gərək o, yazsın
və gərək söyləsin o kəs ki, üzərində haqq var! Gərək qorxsun
Allahdan – Rəbbindən və əskiltməsin ondan bir şey! Əgər o
kəs ki, üzərində haqq var, səfeh, ya zəif olarsa, ya söyləməyə
qadir deyilsə və onda gərək söyləsin onun vəlisi ədalətlə! Şahid
tutun özünüzdən i...
Maidə Suresi, 3. Ayet: Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və e...
Maidə Suresi, 3. Ayet: Ölmüş heyvan, qan, donuz əti, Allahdan başqasının adına kəsilən, (hələ canı çıxmamışkən) kəsdikləriniz xaric; boğularaq, zərbə alaraq, yüksək yerdən düşərək, buynuzlanaraq ölmüş və yırtıcı heyvan tərəfindən parçalanmış heyvanlar ilə dik daşlar üzərində kəsilən heyvanlar, bir də fal oxları ilə qismət axtarmağınız7 sizə haram buyuruldu. Bütün bunlar günahdır. (Allaha itaətdən uzaqlaşmaqdır). Bu gün kafirlər dininizdən (onu yox etməkdən) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, məndən qorxun....
Maidə Suresi, 3. Ayet: Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, zərbə ilə öldürülmüş, yıxılıb ölmüş, başqa heyvan tərəfindən öldürülmüş, vəhşi heyvan tərəfindən dağıdılmış, - (murdar olmazdan əvvəl) kəsdiyiniz istisna olmaqla, - və bütlər üçün kəsilmiş (heyvanlar) və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlara (əməl etməmək) yoldan azmaq deməkdir. Kafirlər bu gün dininizdən ümidlərini kəsmişlər. Artıq siz onlardan qorxmayın, Məndən qorxun! Mən bu gün sizin üçün dinini...
Hədid Suresi, 20. Ayet: Bilin ki, dünya həyatı bir oyun və əyləncə, bəzək-düzək və bir-birinizlə öyünməkdən, mal-dövləti, övladlan artırmaq istəyindən ibarətdir. (Bu da) elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitkilər əkinçiləri heyran edir, sonra isə onlar solur və onları solmuş görürsən, sonra isə onlar çör-çöp olurlar. Axirətdə isə şiddətli bir əzab, Allahın bağışlanması və rizası vardır. Dünya həyatı ancaq aldadıcı, ötəri bir şeydir....
Maidə Suresi, 3. Ayet: Sizə leş, qan, donuzun əti, Allahdan başqasının adı ilə kəsilən, boğulmuş, vurulmuş, hündür yerdən düşmüş, buynuzla vurulmuş, yırtıcı heyvanların yedikləri (bunlardan (donuzun əti də daxil) temizleyebildikleriniz, zərərini önleyebildikleriniz xaric), dikinə qoyulmuş daşların üstündə kəsilənlər və fal oxları ilə qismət axtarmaq haram edildi. Bunların hamısı doğru yoldan çıxmaqdır. Bu gün kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], sizin dininizdən ümidlərini kəsdilər. Elə i...
Maidə Suresi, 18. Ayet: Və yəhudilər, xristianlar, "Biz, Allahın oğullarıyıq və Onun sevimliləriyik" dedilər. De ki: "Madam ki, elədir, nə üçün günahlarınıza görə Allah sizə əzab verir?" Əksinə, siz, Onun əmələ gətirdikləri [arasından] bir bəşərsiniz. O, istədiyi adamı bağışlayar, istədiyinə də əzab verər. Göylərin, yerin və ikisinin arasında olan hər şeyin mülkiyyəti, ixtiyarı da Allahındır. Dönüş də yalnız Ona tərəfdır....