Hud Suresi, 1. Ayet: Əlif, Lam, Ra. (Mən bütün əşyaları görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın möhkəm və bu cür mütəşabih ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm arasında olan rəmzlərdir. Bu Qur’an) ayələri (kəlmələrinin fəsihliyi, quruluşunun möhkəmliyi, məzmununun xəta, ixtilaf və nəsxdən qorunması ilə) möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən (surələr, ayələr, h...
Yunus Suresi, 24. Ayet: Dünya həyatının misalı, Bizim göydən endirdiyimiz su kimidir. Göydən endirdiyimiz su ilə insanların və heyvanların yediyi bitkilər bir-birinə qarışmışdır. Sonunda, yer üzü zinət əşyalarını taxıb bəzəndiyi, sahibləri də özlərinin buna müqtədir olduqlarına inandıqları bir vaxtda, bəzən gecə bəzən də gündüz vaxtı, ona əmrimiz gəlib çatmışdır və qəflətən, sanki dünən orada heç bir şənlik yox imiş kimi, onu, kökündən biçmişdir. Biz, ayələrimizi, düşünən bir qövm üçün belə ətraflı izah edirik....