Bəqərə Suresi, 286. Ayet: Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur. Kim nə xeyir iş görübsə öz xeyrinə, nə pis iş görübsə öz ziyanınadır. (Möminlər deyirlər:) «Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan,...
Nisa Suresi, 23. Ayet: Sizə bunlarla evlənmək haram buyuruldu: Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub evlərinizdə olan ögey qızlarınız, – əgər anaları ilə cinsi əlaqədə olmamısınızsa, onlarla evlənməyinizdə sizə bir günah yoxdur – öz oğullarınızın arvadları, iki bacını (nikah altında) birləşdirmək. Ancaq bundan əvvəlkilər (bu cür evliliklər) müstəsnadır. Ş...