Bəqərə Suresi, 231. Ayet: Onda ki, talaq verdiniz qadınlara və yetişdi əcəlləri
onların, saxlayın onları mərifətlə, ya buraxın mərifətlə Və
saxlamayın onları zorla, həddi aşmaq üçün. Və kim fəaliyyət
edərsə bunu, fəqət zülm etdi öz nəfsinə. Və götürməyin
ayətlərini Allahın əyləncəyə. Zikr edin nemətini Allahın
üzərinizə sizin və nə ki, nazil etdi üzərinizə sizin kitabdan və
hikmətdən, nəsihət sizə onunla. Və qorxun Allahdan və bilin
ki, həqiqətən, Allah külli şey ilə Alimdir!...
Hədid Suresi, 20. Ayet: Bilin ki, dünya həyatı sadəcə bir oyun, bir əyləncə, bir süs, aranızda qarşılıqlı bir öyünmə, çox mal və övlad sahibi olmaq yarışından ibarətdir. (Nəhayət, hamısı yox olub gedər.) Eynilə belə: Bir yağmur ki, bitirdiyi bitki əkinçilərin xoşuna gələr, sonra qurumağa başlayar, sən onu saralmış görərsən. Sonra da çör-çöp olar. Axirətdə isə (dünyadakı əmələ görə ya) şiddətli bir əzab və (ya) Allahın məğfirət və rizası var. Dünya həyatı aldadıcı mənfəətdən başqa bir şey deyil....
Hədid Suresi, 20. Ayet: Bilin ki, dünya həyatı bir oyun və əyləncə, bəzək-düzək və bir-birinizlə öyünməkdən, mal-dövləti, övladlan artırmaq istəyindən ibarətdir. (Bu da) elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitkilər əkinçiləri heyran edir, sonra isə onlar solur və onları solmuş görürsən, sonra isə onlar çör-çöp olurlar. Axirətdə isə şiddətli bir əzab, Allahın bağışlanması və rizası vardır. Dünya həyatı ancaq aldadıcı, ötəri bir şeydir....
Hədid Suresi, 20. Ayet: Bilin ki, fani dünya həyatı, ancaq bir oyun, cazibədar bir əyləncə, bir bəzək, öz aranızda öyünmək, mal və övladları çoxaltmaq yarışıdır. -Elə bir yağış misali kimi ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gəlir, sonra quruyar, bir də baxarsan ki, sapsarı olub, sonra da çör-çöpə dönüb.- Axirətdə isə şiddətli bir əzab; Allahdan bir bağışlama və bir razılıq gözləyir. Dünyadakı müvəqqəti həyat aldatma malından, [aldatma] vəsaitindən başqa bir şey deyil....