Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Məryəm Suresi, 21. Ayet:
(Cəbrail) dedi: “Belədir, ancaq Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və tərəfimizdən bir mərhəmət mənbəyi edəcəyik. Bu,
əzəldən
qərarı verilmiş bir işdir!”...
Mömin Suresi, 85. Ayet:
Əzabımızın şiddətini gördükləri zaman iman etmələri onlara heç bir fayda vermədi. Bu, Allahın
əzəldən
bəri qulları barəsindəki qanunudur. Kafirlər oradaca ziyana uğradılar....
Fəth Suresi, 23. Ayet:
Bu, Allahın
əzəldən
qoyduğu qanunudur. Allahın qoyduğu qanunda heç bir dəyişiklik tapa bilməzsən....
Əraf Suresi, 34. Ayet:
Hər bir ümmətin (
əzəldən
müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!”...
Yunus Suresi, 49. Ayet:
(Ya Rəsulum!) De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin (
əzəldən
müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”....
Hud Suresi, 119. Ayet:
Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün (belə bir ixtilafa düşdüklərinə görə xoşbəxt və bədbəxt, mömin və kafir, cənnət və cəhənnəm əhli) yaratmışdır. (Allah insanların dində ixtilafda olub-olmayacaqlarını, özlərini necə aparacaqlarını
əzəldən
bildiyi üçün onların bütün gələcək işlərini və hərəkətlərini öz qüdrət qələmi ilə lövhi-məhfuzda yazmışdır). Artıq Rəbbinin (mələklərə dediyi): “Mən Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!” - ...
Maidə Suresi, 21. Ayet:
Ey camaatım! Allahın sizin üçün
əzəldən
(vətən) müəyyən etdiyi müqəddəs torpağa (Beytülmüqəddəs və ya Şama) daxil olun, geri dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda geri dönərsiniz....
Nisa Suresi, 88. Ayet:
Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına (kafirliyə) qaytarmışdır. Siz Allahın (öz istəyi, öz iradəsi ilə küfr edəcəyini, azğın yola düşəcəyini, haqq yoldan azacağını
əzəldən
bildiyi üçün) azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir (doğru) yol tapa bilməzsən!...
Ənfal Suresi, 23. Ayet:
Əgər Allah (
əzəldən
) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər....
Nəml Suresi, 57. Ayet:
Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız övrətini (əzab içində) qalanlardan olmasını təqdir etdik. (Canında nə olduğunu bildiyimiz üçün onun barəsində
əzəldən
belə hökm verdik)....
Rum Suresi, 29. Ayet:
Lakin (özlərinə) zülm edənlər (kafirlər) nadanlıqla nəfslərinin istəklərinə uydular. Allahın (küfr edəcəklərini
əzəldən
bildiyi üçün) yoldan çıxartdıqlarını doğru yola (islam dininə) kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz!...
Rəd Suresi, 8. Ayet:
Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi
əzəldən
müəyyən edilmişdir. Hər kəsin istedadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey yoxdur. )...
Məryəm Suresi, 21. Ayet:
(Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu,
əzəldən
təqdir olunmuş bir hökmdür!”...
Məryəm Suresi, 71. Ayet:
Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (
əzəldən
) buyurduğu vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır)....
Həcc Suresi, 4. Ayet:
(Şeytan) haqqında
əzəldən
belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər....
Furqan Suresi, 2. Ayet:
O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (
əzəldən
müəyyən) etmişdir....
Səcdə Suresi, 13. Ayet:
Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən: “Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!” sözünü gerçək olaraq demişəm! (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut etmək üçün
əzəldən
günahkar, kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı idi. Dində heç bir məcburiyyət yoxdur!)...
Zümər Suresi, 23. Ayet:
Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, vədlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Quran) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini
əzəldən
bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə h...
Məhəmməd Suresi, 31. Ayet:
(Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə məlum etmək) üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın sizin barənizdə
əzəldən
bildikləri – kimin həqiqi, kimin yalançı mömin olduğu zahirə çıxıb Onun bütün bəndələrinə bəlli olsun!)...
Qəmər Suresi, 3. Ayet:
Onlar (ayın parçalanmasını, digər möcüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)...
Qəmər Suresi, 12. Ayet:
Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda)
əzəldən
müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu....
Taha Suresi, 129. Ayet:
Əgər Rəbbindən (bu ümmətin əzabının axirətə saxlanılması haqda) öncə bir söz (hökm) və (lövhi-məhfuzda bu kafirlərin əzabı üçün
əzəldən
) müəyyən edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, (dünyada tezliklə) onlara da (belə bir əzab) verilməsi lazım gələrdi....
Yasin Suresi, 7. Ayet:
And olsun ki, onların əksəriyyəti barəsində o söz (
əzəldən
buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini Öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit etmişik)....
Yasin Suresi, 70. Ayet:
Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (
əzəldən
buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun....
Ənam Suresi, 12. Ayet:
De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O Öz-özünə rəhmli olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün
əzəldən
O Müəyyən etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!...
Ənam Suresi, 54. Ayet:
Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı
əzəldən
Özü Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”...
Nuh Suresi, 4. Ayet:
(Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (
əzəldən
lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!”...
Nəbə Suresi, 17. Ayet:
Həqiqətən, (haqla batili) ayırd etmə günü (
əzəldən
müəyyən edilmiş) bir vaxtdır!...
Əla Suresi, 3. Ayet:
O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini)
əzəldən
müəyyən etdi və (hamıya) yol göstərdi....
Rum Suresi, 30. Ayet:
Artıq hənif olaraq özünü (vəchini) dinə həsr et. Allahın hənif fitrətiylə ki, Allah insanları onun üzərinə yaratmışdır. Allahın yaratmasında (dinində) dəyişmə olmaz. Qəyyum olan (
əzəldən
əbədə qədər var olacaq) din budur. Lakin insanların çoxu bilməz....
Rum Suresi, 43. Ayet:
Elə isə Allahın onu geriyə döndərməyəcəyi o gün (qiyamət günü) gəlmədən əvvəl vəchini qəyyum (
əzəldən
əbədə qədər davam edəcək) olan din üçün iqamə et (həsr et). İzn günü onlar bölük-bölük ayrılarlar....
Yunus Suresi, 19. Ayet:
İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən
əzəldən
bir Söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi....
Hud Suresi, 110. Ayet:
Biz Musaya Kitab verdik, lakin onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbin tərəfindən
əzəldən
bir Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, onlar (Quranın) barəsində də şübhə doğuran şəkk içindədirlər....
Ali-İmran Suresi, 145. Ayet:
Hər bir kəs ancaq Allahın izni ilə,
əzəldən
müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq....
Ənfal Suresi, 68. Ayet:
Əgər Allah tərəfindən
əzəldən
yazılan bir hökm olmasaydı aldığınız (fidyə) müqabilində sizə böyük bir əzab toxunardı....
Məryəm Suresi, 71. Ayet:
İçinizdən hər kəs oraya varid olacaqdır. (Bu,) Rəbbinin (
əzəldən
) müəyyən etdiyi qəti bir qərardır....
Saffat Suresi, 171. Ayet:
Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz
əzəldən
deyilmişdi:...
Mömin Suresi, 85. Ayet:
Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində
əzəldən
bəri qüvvədə olan qanunudur. Onda kafirlər ziyana uğradılar....
Fəth Suresi, 23. Ayet:
Allahın
əzəldən
müəyyənləşdirdiyi qayda belədir. Sən Allahın qoyduğu qaydalarda (heç vaxt) bir dəyişiklik tapa bilməzsən....
Qəmər Suresi, 12. Ayet:
Yeri yarıb bulaqlar qaynatdıq. (Göydəntökülənvəyerdənçıxan) sular
əzəldən
yazılmış bir iş üçün bir-birinə qovuşdu....
Mücadilə Suresi, 21. Ayet:
Allah (
əzəldən
) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir....
Əhzab Suresi, 38. Ayet:
Allahın Peyğəmbərə halal buyurduğu bir şeydə ona heç bir günah gəlməz. Öncə gəlib-gedənlər haqqında da Allahın qayda-qanunu belə idi. Allahın əmri
əzəldən
müəyyən edilmiş bir hökmdür....
Ənam Suresi, 54. Ayet:
Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı
əzəldən
yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”....
Əla Suresi, 3. Ayet:
O (Rəbbin) ki, (hər şeyin müqəddəratını)
əzəldən
müəyyən edərək yol göstərdi,...
Ənfal Suresi, 7. Ayet:
Və (yada salın) o zaman(ı) ki, Allah sizə o iki dəstədən birinin (Məkkə tacirlərinin Şamdan Məkkəyə gedən və ticarət malları daşıyan karvanının və ya Məkkədən onları qorumaq üçün çıxan silahlı dəstənin) sizə nəsib olacağını vəd edirdi. Siz o silahsız dəstənin sizin olmasını çox istəyirdiniz. Allah (isə) Öz kəlmələri (
əzəldən
Lövhi-Məhfuzda yazmış olduğu vədləri) ilə haqqı bərqərar edərək möhkəmləndirmək və kafirlərin kök və nəslini kəsmək istəyirdi....
Hud Suresi, 110. Ayet:
Şübhəsiz, Biz Musaya (səmavi) kitab verdik. Beləliklə onun barəsində (ümməti tərəfindən onun qəbul olunmasında, ümmətinin alimləri tərəfindən isə onun məzmununda) ziddiyyət yarandı. Əgər sənin Rəbbinin (azğınlara dəlil-sübutu tamamlamaq üçün müəyyənləşdirilmiş vaxta qədər möhlət verilməsi barəsindəki
əzəldən
) keçmiş hökmü olmasaydı onların arasında mütləq hökm olunardı (və işləri bitərdi). Həqiqətən onlar (səninlə müasir olan yəhudilər) bunun (Qur’anın) barəsində tərəddüd doğuran və qaranlıq gət...
Hud Suresi, 119. Ayet:
Sənin Rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır. Rəbbinin «şübhəsiz, Cəhənnəmi (azğın) cin və insanlarla büsbütün dolduracağam» kəlməsi (
əzəldən
) qəti və tamam olmuşdur....
İbrahim Suresi, 46. Ayet:
Və şübhəsiz, onlar (bizim peyğəmbərlərimizə qarşı) öz hiylələrini işə saldılar, halbuki onların hiylələri – dağları yerdən qoparacaq qədər güclü olsa da – (onu
əzəldən
bilmək, dünyada onunla mübarizə aparmaq yolu və onun axirətdəki cəzası) Allahın yanındadır....
İsra Suresi, 44. Ayet:
Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək Onu pak sifətlərlə mədh etməsin. (Çünki hər bir məxluqun vücudu Onun vücuduna, mümkün olması Onun vacibliyinə, hadisliyi m sonradan yaranması Onun qədimliyinə d elə
əzəldən
, həmişə olmasına, naqisliyi Onun kamalına və məhdudluğu Onun qeyri-məhdud olmasına dəla...
Kəhf Suresi, 91. Ayet:
(Bəli, Zülqərneynin, yer və millətlərin əhvalatı) belə idi. Və şübhəsiz, Biz onun qarşısına çıxacaq şeyi (
əzəldən
) bilirdik....
Ənbiya Suresi, 51. Ayet:
Həqiqətən Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tovhid və ilahi maarif barəsində dərs almadan) ona layiq bir ağıl-kamal və fitri hidayət əta etdik və Biz ona (onun bütün mənəvi sifətlərinə və həyat tərzinə
əzəldən
) bələd idik....
Ənbiya Suresi, 81. Ayet:
Və Süleyman üçün bərk (və yavaş) küləyi ram etdik ki, (küləklər) onun əmri ilə çox bərəkətli etdiyimiz torpağa (Şam torpaqlarına və Fələstinə) əsərdi. Biz hər şeyi
əzəldən
bilirik....
Şüəra Suresi, 137. Ayet:
«Bu, (Allaha və axirətə dəvət) keçmişdə nübuvvət iddiası edənlərin adətindən başqa bir şey deyildir. (Biz onu qəbul etmədik.) (Yaxud bütlərə və ulduzlara ibadət etməyimiz bizim keçmiş ata–babalarımızın adətindən başqa bir şey deyildir və biz bunu qəbul etmişik. Və ya bizim bu yaşayış və ölümümüz bəşərin
əzəldən
bəri olan yaşayış və ölümündən başqa bir şey deyildir. Odur ki, dirilmək və hesab – kitab adlı bir şey olmayacaqdır)»....
Nəml Suresi, 57. Ayet:
Beləliklə ona və ailəsinə nicat verdik, yalnız zövcəsindən savayı. (Onun məhv olan cəmiyyətdə) qalanlardan olmasını (
əzəldən
) təqdir etmişdik.....
Səcdə Suresi, 13. Ayet:
«Və əgər istəsəydik, hər bir kəsə (möminə və kafirə) (onlar boyun əyənə qədər möcüzəni təkrar etməklə, iradədə-istəkdə məcburiyyət tətbiq etməklə) ona münasib doğru yol göstərərdik. Lakin Mənim sözüm (
əzəldən
) sabitdir və həyata keçəcəkdir, mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!»...
Fəth Suresi, 11. Ayet:
Tezliklə bədəvi ərəblərdən (Hüdeybiyyədə səninlə birgə iştirak etməyib yerdə) qalanlar sənə deyəcəklər: «Mal-dövlət və ailələrimiz (onların qorunması) bizi (özünə) məşğul etdi. Odur ki, bizim üçün (Allahdan) bağışlanmaq dilə.» Onlar dilləri ilə qəlblərində olmayan şeyi deyirlər. De: «Əgər Allah sizə bir zərər və ya xeyir (vermək) istəsə Allahın qarşısında kim bir şeyə malikdir (və Onun istəyinin qarşısını ala bilər)?» Əksinə, Allah etdiklərinizdən həmişə (
əzəldən
) xəbərdardır....
Fəth Suresi, 15. Ayet:
(Hüdeybiyyə hadisəsindən) yerdə qalanlar siz (Xeybərdən) qənimətləri götürməyə yollananda tezliklə sizə deyəcəklər: «Qoyun biz də sizin arxanızca gələk.» Onlar Allahın (yerdə qalanların növbəti qənimətlərdən məhrum olmaları barəsində Lövhi-Məhfuzda yazılmış əzəli) sözünü dəyişdirmək istəyirlər. De: «Əsla bizim dalımızca gəlməyəcəksiniz. Allah bundan əvvəl (
əzəldən
) belə buyurmuşdur.» Onlar tezliklə deyəcəklər: «(Allah qadağan etməyib) əksinə, siz bizə paxıllıq edirsiniz.» (Belə deyil,) sadəcə ol...
Qaf Suresi, 1. Ayet:
Qaf. (Bunlar Allahla Onun Peyğəmbəri arasındakı sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin bəşəriyyət onun bənzərini gətirməkdə acizdir. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. Ey Muhəmməd! Sənə əmr olunduğu kimi möhkəm ol. Olacaq şeyin hökmü
əzəldən
verilib.) And olsun əzəmətli, əziz, şanlı, şərəfli, qiymətli və uca məqamlı Qur’ana (ki, sən peyğəmbərlərdənsən və cəza günü haqdır)....
Qaf Suresi, 4. Ayet:
(Heç də uzaq deyil! Çünki) şübhəsiz, Biz yerin onların cəmiyyətindən nəyi azaltdığını və (qəbir) torpağın(ın) onların cəsədlərindən nəyi əskiltdiyini (
əzəldən
) bilirik. Çünki Bizim yanımızda (varlıq aləminin hadisələrini) qoruyan və (hər bir hadisə və dəyişiklikdən) qorunmuş (Lövhi-Məhfuz adlı) bir kitab vardır....
Məryəm Suresi, 21. Ayet:
Cəbrail dedi: “Bax belə, sənin Rəbbin belə buyurmuşdur:" Bu, mənim üçün asan bir işdir. Biz onu [uşağı] insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət etmək üçün (belə etdik)". Bu, haqqında (
əzəldən
) nökm verilmiş bir işdir"....
Qəmər Suresi, 12. Ayet:
yerdə də çeşmələr qaynadıb çıxartdıq. Əzəldən verilmiş hökm ilə (səmadan enən və yerdən çıxan) sular qovuşdu....
Nəsr Suresi, 3. Ayet:
dərhal Rəbbini tərifləyərək Onu hər cür nöqsanlıqdan pak tut və Ondan bağışlanma dilə. Şübhəsiz ki, O,
əzəldən
bəri tövbələri çox qəbul edən, tövbə etməyə çox fürsət verəndir....