Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 71. Ayet:
Hud dedi: “Rəbbinizdən sizə əzab və qəzəb vacib olmuşdur. Allahın heç bir dəlil nazil etmədiyi, sizin və atalarınızın adlar verdiyi (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Elə isə, (Allahın
əzabını)
gözləyin! Şübhəsiz, mən də sizinlə birlikdə gözləyənlərdənəm”....
Əraf Suresi, 201. Ayet:
Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını və
əzabını)
xatırlayar və bu zaman (haqqı) görərlər....
Əraf Suresi, 44. Ayet:
Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: “Biz Rəbbimizin bizə vəd etdiyini (axirət nemətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (cəhənnəm
əzabını)
gerçək olaraq gördünüzmü?” – deyə soruşacaq. Onlar: “Bəli!” – deyə cavab verəcəklər. Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (İsrafil və ya cənnətdəkilərdən biri): “Allah zalımlara lənət eləsin!” – deyə səslənəcək....
Əraf Suresi, 150. Ayet:
Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (
əzabını)
tezləşdirməkmi istədiniz?” (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!”...
Ənfal Suresi, 19. Ayet:
(Ey müşriklər!) Əgər siz (Kəbənin örtüklərinə yapışıb dua edərək) qələbə istəyirsinizsə, artıq sizə zəfər (möminlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü) gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını,
əzabını)
dəf edə bilməz. Allah, həqiqətən, möminlərlədir!...
Rəd Suresi, 6. Ayet:
(Müşriklər) səni tələsdirib (özlərinə) yaxşılıqdan əvvəl pislik (Allahın mərhəmətindən qabaq
əzabını)
istəyirlər. Halbuki onlardan öncə (Allaha asi olan tayfalar, xalqlar barəsində) bu kimi (ibrətamiz) cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!...
Nəhl Suresi, 85. Ayet:
Zalımlar (kafirlər, müşriklər) əzabı (Cəhənnəm
əzabını)
görüncə (yalvarıb-yaxaracaqlar), lakin (əzabları) yüngülləşdirilməyəcək, (tövbə üçün) onlara bir an belə möhlət də verilməyəcəkdir!...
Furqan Suresi, 42. Ayet:
Əgər biz (bütpərəstliyimizdə) səbr (səbat) göstərməsəydik, az qala bizi tanrılarımıza tapınmaqdan sapdırmışdı”. Onlar əzabı (qiyamət
əzabını)
gördükdə haqq yoldan kimin daha çox azdığını biləcəklər....
Səcdə Suresi, 12. Ayet:
(Ya Rəsulum!) Kaş günahkarları öz Rəbbinin hüzurunda (günahlarından utanaraq) başlarını aşağı dikib: “Ey Rəbbimiz! (Dünyada yalan hesab etdiyimiz qiyaməti və onun
əzabını)
gördük, (peyğəmbərlərin doğru dediklərini, haqq olduqlarını Səndən) eşitdik. İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz (Sənin vəhdaniyyətinə) tam yəqinliklə inandıq!” – deyəndə görəydin!...
Fatir Suresi, 18. Ayet:
Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun
əzabını)
görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında) namaz qılanları qorxudub xəbərdar edirsən. Hər kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş ancaq Allahadır!...
Fatir Suresi, 37. Ayet:
Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik: ) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm
əzabını)
! Zalımların imdadına çatan olmaz!”...
Mülk Suresi, 26. Ayet:
De ki: ‘Bu elm ancaq Allahın dərgahındadır. Mən yalnız (Allahın
əzabını)
açıq-aşkar bildirən bir nəzirəm (xəbərdarlıq edənəm).’...
Furqan Suresi, 42. Ayet:
«Doğrudan da əgər biz onlara (bütlərimizə ibadətdə) səbr etməsəydik az qalmışdı ki, o bizi tanrılarımızdan azdırsın.» Əzabı (qəbr, Qiyamət və yaxud da Bərzəx
əzabını)
görəndə kimin daha azğın olduğunu biləcəklər....
Səcdə Suresi, 14. Ayet:
(Onlara deyərik:) «Belə isə, bu günkü günümüzün görüşünü unutmağınızın cəzasını (Cəhənnəmin
əzabını)
dadın, biz də sizi unutduq (Öz mərhəmətimizdən sildik)və etdiklərinizin cəzası olaraq dadın əbədi əzabı»....
Əhzab Suresi, 68. Ayet:
«Ey Rəbbimiz, onlara əzabın iki qatını ver (öz günahlarının əzabını və bizi yoldan çıxartdıqlarına görə bizim günahlarımızın
əzabını)
və onlara böyük bir lənət düçar et»....
Fatir Suresi, 37. Ayet:
Onlar orada dad-fəryad edərlər: «Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək». (Onlara deyiləcək:) «Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (Cəhənnəmin
əzabını)
. Əsla zalımların dadına yetən olmaz.»...
Saffat Suresi, 31. Ayet:
«Beləliklə, bizim barəmizdə Rəbbimizin sözü və vədi həyata keçdi. Biz mütləq (Cəhənnəm
əzabını)
dadacağıq!»...
Mömin Suresi, 82. Ayet:
Məgər onlar yer üzündə gəzmədilərmi, özlərindən qabaqkıların aqibətinin necə olmasını görsünlər? Onlar bunlardan daha çox, daha güclü və yer üzündə (saray, bina, çay, səd və bağlar kimi) daha çox mövcudluq nişanələrinə malik idilər. Lakin əldə etdikləri (Allahın
əzabını)
onlardan dəf etmədi....
Nəcm Suresi, 58. Ayet:
Onun zamanını Allahdan başqa bir aşkar edən yoxdur və (gerçəkləşən zaman) onu Allahdan başqa heç kəs yox edə, təxirə sala və (qorxu və
əzabını)
dəf edə bilməz....
İsra Suresi, 75. Ayet:
Onda sənə bu dünyanın da, axirətin də (
əzabını)
ikiqat daddırardıq. Sonra sən Bizə qarşı özünə bir köməkçi tapa bilməzdin....