İsra Suresi, 70. Ayet: Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)...
Şura Suresi, 27. Ayet: Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir! (Allah kimə nə qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində eləsi vardır ki, çörəyi artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad t...
Ali-İmran Suresi, 195. Ayet: Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kə-sin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edə-cəyəm. (Bu, )Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır”....
Bəqərə Suresi, 196. Ayet: Allah üçün
tamamlayın həcci və imarəti! Əgər çətinlikdəsiniz və nə ki,
yüngüldür hədiyyədən. Qırxdırmayın başınızı, ta çata hədiyyə
öz məhəlləsinə. Kim oldu sizdən məriz, ya başından əziyyət
çəkən və onda fidyə yiməsdən, ya sədaqət, ya əskiklik Onda
ki, əminsiniz, kim mətahlanır imarətlə tərəfinə həccin və nə
yüngüldür hədiyyədən. Kim tapmadı, oruc üç gün həcdə və
yeddi gün onda ki qayıtdınız – bu, ondur kamil. Bu, kim üçün
ki olmur əhli onun hazır məscidil-harama. Və qorxun Allahdan
...
Əhzab Suresi, 53. Ayet: Ay o kəslər ki,
inanırsınız! Daxil olmayın nəbinin evinə, ancaq ki, sizə izn
verilə təama tərəf, onun vaxtını gözləmədən. Lakin onda ki, sizi
çağırdılar, onda daxil olun. Onda ki, təamı sərf etdiniz, dostluq
söhbətlərinə girişmədən dağılın. Həqiqətən, bu, nəbi üçün
əziyyət verir və o, sizdən həya edir və Allah haqdan həya
etməz. Onda ki, onlardan mətah istəyirsiniz, onu pərdə dalından
istəyin. Bu, sizin qəlbiniz üçün və o qadınların qəlbləri üçün
paklıqdır. Yaraşmaz sizə Allahın rəsulunu...
Loğman Suresi, 34. Ayet: Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır (Qiyamətin qopacağı vaxtı yalnız O bilir). Yağışı (göydən) O yağdırır. O, (balası olan canlıların) bətnlər(in)dəkini (balanın bir, ya bir neçə olmasını, gələcək xüsusiyyətlərini, ruhi vəziyyətini, gələcək əməllərini və son mənzilini) bilir. Heç kəs sabah nə qazanacağını (nə elm, əməl və mal-dövlət əldə edəcəyini), harada öləcəyini bilməz. Həqiqətən, Allah (isə bunların hamısını) bilir və hər şeydən xəbərdardır....
Maidə Suresi, 3. Ayet: Ölmüş heyvan, qan, donuz əti, Allahdan başqasının adına kəsilən, (hələ canı çıxmamışkən) kəsdikləriniz xaric; boğularaq, zərbə alaraq, yüksək yerdən düşərək, buynuzlanaraq ölmüş və yırtıcı heyvan tərəfindən parçalanmış heyvanlar ilə dik daşlar üzərində kəsilən heyvanlar, bir də fal oxları ilə qismət axtarmağınız7 sizə haram buyuruldu. Bütün bunlar günahdır. (Allaha itaətdən uzaqlaşmaqdır). Bu gün kafirlər dininizdən (onu yox etməkdən) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, məndən qorxun....
Ənfal Suresi, 42. Ayet: Xatırlayın ki, siz vadinin (Mədinəyə) yaxın tərəfində, onlar uzaq tərəfində, karvan isə sizdən aşağıda idi. (Onlar say etibarilə sizdən o qədər çox idilər ki,) Əgər görüşmək üçün vədələşmiş olsaydınız, (vəziyyəti öyrənən kimi həmin) vədələşmə barəsində ixtilafa düşərdiniz (savaşmaq fikrindən daşınardınız). Lakin Allah olacaq bir işi (möminlərin zəfərini) gerçəkləşdirmək üçün belə etdi ki, ölən açıq bir dəlillə ölsün, yaşayan da açıq bir dəlillə yaşasın. Şübhəsiz, Allah haqqı ilə eşidəndir, haqqı...