Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yusif Suresi, 8. Ayet:
O zaman (Yusifin qardaşları) belə demişdilər: “Biz çox olduğumuz halda Yusif və qardaşı (Bünyamin) atamıza bizdən daha
əzizdir.
Həqiqətən, atamız açıq-aşkar səhv edir. (Yusif və Bünyamin bir ananın uşaqları, digər qardaşları isə başqa bir ananın uşaqlarıydı. Yəni, onlar atabir qardaşdılar.)...
Həcc Suresi, 40. Ayet:
Onlar yalnız ‘Rəbbimiz Allahdır’ dedikləri üçün haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzisini digəri ilə dəf etməsəydi, məbədlər, kilsələr, sinaqoqlar və içində Allahın adının çox zikr edildiyi məscidlər mütləq dağılıb gedərdi. Allaha yardım edənə Allah mütləq yardım edər. Şübhəsiz ki, Allah əlbəttə Qəviyydir (qüvvətli, güclü), Əzizdir....
Həcc Suresi, 74. Ayet:
Allahın qüdrətini haqqıyla dəyərləndirmədilər. Şübhəsiz ki, Allah mütləq Qəviyydir (qüvvətli), Əzizdir....
Əhzab Suresi, 25. Ayet:
Allah kafirləri qəzəbli olduqları halda geri çevirdi, bir xeyirə nail ola bilmədilər (qalib gələ bilmədilər). Allah döyüşdə möminlərə (onları qalib edərək) kifayət etdi. Allah Qəviyydir (qüvvətli), Əzizdir....
Şura Suresi, 19. Ayet:
Allah qullarına Lətifdir. İstədiyi kimsəyə ruzi verər. O, Qəviyydir (qüvvətli), Əzizdir....
Hədid Suresi, 25. Ayet:
And olsun ki, rəsullarımızı bəyyinələrlə (açıq dəlillərlə, isbat vasitələri ilə) göndərdik. Onlar ilə birlikdə kitabı və mizanı endirdik ki, insanlar arasında ədalətlə hökm etsinlər. İçində qüvvətli sərtlik olan dəmiri endirdik. Onda insanlar üçün çoxlu mənfəətlər (faydalar) vardır. (Bu), qeybdə Özünə və rəsullarına kömək edəcək olan kimsələri Allahın bəlli etməsi (üzə çıxartması) üçündür. Şübhəsiz ki, Allah Qəviyydir (güclüdür, qüvvətlidir), Əzizdir....
Mücadilə Suresi, 21. Ayet:
Allah: ‘Mən və elçilərim mütləq qalib gələcək.’ deyə yazdı. Şübhəsiz ki, Allah Qəviyydir (qüvvətlidir), Əzizdir....
Yusif Suresi, 8. Ayet:
Qardaşları dedilər ki: “Biz güclü bir dəstə olduğumuz halda Yusuf və qardaşı (Bünyamin) atamıza bizdən daha
əzizdir.
Doğrusu, atamız açıq-aydın bir yanlışlıq içindədir”....
Yusif Suresi, 8. Ayet:
O zaman onlar [qardaşları] dedilər “Biz bir dəstə olsaq da, Yusuf və onun doğma qardaşı atamıza bizdən daha
əzizdir.
Doğrudan da atamız açıq-aydın yanılma içərisindədir!...