Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 75. Ayet:
Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu miqdarda (mal) əmanət etsən, onu sənə olduğu kimi qaytarar. Onlardan eləsi də var ki, əgər ona bir dinar əmanət etsən, başının üstündə möhkəm durub tələb etməyincə onu sənə qaytarmaz. Bu ona görədir ki, onlar belə demişdilər:
“Ümmilərə
görə bizə hər hansı bir günah yoxdur”. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Bu ayədəki “ümmi” kəlməsi “əhli-kitabdan olmayan ərəblər” mənasındadır.)...
Ali-İmran Suresi, 75. Ayet:
Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar:
“Ümmilərə
görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, - deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər....
Ali-İmran Suresi, 75. Ayet:
Kitab əhlindən eləsi var ki, ona yüklərlə mal əmanət etsən, onu sənə (əskiksiz) qaytarar. Lakin onlardan eləsi də var ki, ona bir dinar əmanət etsən, başının üstündə durub (tələb etmədikcə) onu sənə qaytarmaz. Bu da onların,
“Ümmilərə
qarşı (etdiklərimizə görə) bizə günah yoxdur” demələri səbəbi ilədir. Onlar biləbilə Allaha qarşı yalan söyləyirlər....