Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 54. Ayet:
O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin və özünüzü öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir. (Bu ayədəki
“özünüzü
öldürün!” ifadəsi bəzi təfsirçilərə görə, “sizdən mömin olanlar buzova sitayiş edənləri öldürsün!”, bəzilərinə görə isə “nəfslərinizi islah edin!” mənasına gəlir....
Nisa Suresi, 66. Ayet:
Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” – deyə əmr etsəydik, onlardan az bir hissəsi istisna olmaqla, bunu yerinə yetirməzdilər. Əgər özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli olacaq və imanlarını daha çox möhkəmləndirəcəkdi....
Nisa Suresi, 66. Ayet:
Əgər onlara: “Özünüzü öldürün və ya evlərinizi tərk edin” yazsaydıq, çox az bir qismi istisna olmaqla, bunu etməzdilər. Əgər onlara verilən tövsiyələrə əməl etsəydilər, bu, onlar üçün daha xeyirli və daha davamlı olardı....
Tövbə Suresi, 64. Ayet:
Münafiqlər qorxurlar ki, onlar haqqında ürəklərində olanları xəbər verəcək bir surə nazil ediləcək. De: “Özünüzü məsxərəyə qoyun!...
Nisa Suresi, 66. Ayet:
Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” – deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər. Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı. (imanda sabitqədəmlik baxımından daha möhkəm bir addım olardı)....
Nisa Suresi, 66. Ayet:
Əgər Biz onlara: “Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!”– (deyə) buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı....