Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yusif Suresi, 31. Ayet:
(Züleyxa) onların hiyləsini (dedi-qodularını) eşitdiyi zaman onlara xəbər göndərdi (evində qonaqlığa dəvət etdi). Onlar üçün yastıqlar hazırladı və onlardan hər birinə bir bıçaq verdi. (Qadınlar meyvələri soyarkən Züleyxa Yusifə:) “Onların qarşısına çıx!” - dedi. Onlar Yusifi gördükləri zaman onu ucaltdılar (onun nə qədər yaraşıqlı olduğunu etiraf etdilər). (Çaşqınlıqla) öz əllərini kəsdilər və:
“Aman
Allah! Bu insan deyil. Bu ancaq uca bir mələkdir!” - dedilər....
Yusif Suresi, 31. Ayet:
(Züleyxa qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): “Onların qarşısına çıx!” – deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq təriflədilər və (özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdi...
Yusif Suresi, 31. Ayet:
Qadın onların dedi-qodularını eşitdikdə xəbər göndərib onları çağırdı. (Ziyafət tərtib edib) onlar üçün oturub söykənəcəkləri yer hazırladı. Hər birinə bir bıçaq verdi və Yusufa: “Onların qarşısına çıx!” – dedi. Qadınlar Yusufu görəndə onu (gözlərində) çox böyütdülər və özlərini itirib əllərini kəsdilər.
“Aman
Allah! Bu bir insan deyil, ancaq şərəfli bir mələkdir”, – dedilər....