Bəqərə Suresi, 258. Ayet: (Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, - dediyi zaman, o (Nəmrud): “Mən də həm dirildir, həm də öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!...
Ənam Suresi, 145. Ayet: (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!...
Ali-İmran Suresi, 195. Ayet: Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kə-sin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edə-cəyəm. (Bu, )Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır”....
Nəml Suresi, 40. Ayet: Kitabdan xəbəri olan (bir başqa) kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” (Süleyman) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki), həqiqətən, Rəbbim (onun şükrünə )möhtac deyildir, Səxavətlidir!”...
Əraf Suresi, 143. Ayet: Musa təyin etdiyimiz yerə gəlib, Rəbbi də onunla danışdıqda: “Rəbbim! Mənə (özünü) göstər, sənə baxım”, – dedi. Allah isə: “Məni (dünyada) qətiyyən görə bilməzsən. Lakin (o) dağa bax, əgər o, yerində durarsa, sən məni görə bilərsən”, – dedi. Rəbbi dağa təcəlli etdikdə onu darmadağın etdi. Musa da özündən gedib yıxıldı. Oyandıqda: “Səni nöqsanlardan uzaq tuturam, Allahım! Sənə tövbə etdim. Mən inananların ilkiyəm”, – dedi....