Həcc Suresi, 40. Ayet: O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!...
Mömin Suresi, 28. Ayet: Dedi inanan bir kişi
Firaun ailəsindən, hansı ki, öz imanını gizlədirdi: «Ə, siz qətlə
yetirəcəksiniz o kişini ki, deyir: “Rəbbim mənim – Allahdır!”
- və gəldi sizə bəyanatlarla Rəbbinizdən? Əgər o yalançıdırsa,
onun yalanı öz əleyhinədir. Əgər o sadiqdirsə, sizə yetişər bəzi
odur ki, vəd verir sizə. Həqiqətən, Allah hidayət etməz o kəsi
ki, israfkar və yalançıdır!...
Əraf Suresi, 143. Ayet: Musa təyin etdiyimiz yerə gəlib, Rəbbi də onunla danışdıqda: “Rəbbim! Mənə (özünü) göstər, sənə baxım”, – dedi. Allah isə: “Məni (dünyada) qətiyyən görə bilməzsən. Lakin (o) dağa bax, əgər o, yerində durarsa, sən məni görə bilərsən”, – dedi. Rəbbi dağa təcəlli etdikdə onu darmadağın etdi. Musa da özündən gedib yıxıldı. Oyandıqda: “Səni nöqsanlardan uzaq tuturam, Allahım! Sənə tövbə etdim. Mən inananların ilkiyəm”, – dedi....