Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 18. Ayet:
Allah buyurdu: “Rüsvay olub qovulmuş halda oradan çıx! Onlardan kim sənə uyarsa, (bilsin ki,) həqiqətən, cəhənnəmi sizin hamınızla dolduracağam. (İblis
Allahın
əmrinə qarşı çıxaraq səcdə etmədikdə cənnətdən, yaxud mələklərin olduğu yüksək məqamdan qovuldu. Bundan sonra Allahla onun arasında yuxarıdakı ayələrdə də bildirilən hadisə baş verdi. Nəticə etibarilə, Allah İblisə qiyamətə qədər yaşaması üçün möhlət vermiş və insanları haqq yoldan çıxarmasına fürsət vermişdir. Buna görə də, kim İblisin y...
Əraf Suresi, 26. Ayet:
Ey Adəm oğulları! Sizin üçün ayıb yerlərinizi örtən geyim və bər-bəzəkli libas nazil etdik (yaratdıq). Təqva geyimi isə daha xeyirlidir. Bu,
Allahın
dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar. (Bəzi alimlər ayədəki “təqva geyimi” ifadəsinə “həya, saleh əməl, təvazökarlığın əlaməti olan sərt və yundan olan paltar, müharibə geyimi, Allah qorxusu” kimi izahlar vermişlər.)...
Əraf Suresi, 32. Ayet:
De: “
Allahın
qulları üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi?” De: “Bunlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərə məxsusdur”. Biz anlayan bir qövm üçün ayələri belə bəyan edirik....
Əraf Suresi, 44. Ayet:
Cənnət əhli cəhənnəm əhlinə: “Biz Rəbbimizin bizə vəd etdiyinin həqiqət olduğunu gördük. Siz də Rəbbinizin vəd etdiyinin həqiqət olduğunu gördünüzmü?” - deyə səslənər. Onlar da: “Bəli!” - deyərlər. Bu zaman onların arasından bir carçı belə səslənər: “
Allahın
lənəti zalımlara olsun!”...
Əraf Suresi, 46. Ayet:
O ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında bir maneə vardır. Əraf (sədd) üzərində isə hər kəsi simasından tanıyan insanlar vardır ki, çox arzuladıqları halda (hələlik) ora (cənnətə) girə bilməmişlər. Onlar cənnət əhlinə: “Sizə salam olsun!” - deyə səslənərlər. (Ayədəki “Əraf” cənnət və cəhənnəm arasındakı divar kimi yüksək bir yerdir. Savabları və günahları bərabər olan kimsələr burada dayanar və
Allahın
məğfirəti ilə cənnətə girməyi ümid edərlər. Onlar kimin cənnətə, kimin cəhənnə...
Əraf Suresi, 49. Ayet:
Allahın
Öz mərhəmətinə nail etməyəcəyinə dair and içdiyiniz kimsələr bunlardırmı?!” (Cənnət əhlinə isə belə deyəcəklər:) “Girin cənnətə! Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz”....
Əraf Suresi, 50. Ayet:
Cəhənnəm əhli cənnət əhlinə: “Suyunuzdan, yaxud
Allahın
sizə verdiyi ruzilərdən bizə də biraz verin!” – deyə səslənəcək. Onlar isə: “Həqiqətən, Allah bunları kafirlərə haram etmişdir”, - deyəcəklər....
Əraf Suresi, 56. Ayet:
Yer üzü islah edildikdən sonra orada fitnə-fəsad törətməyin! Həm qorxaraq, həm də (mərhəmətini) ümid edərək Allaha dua edin! Şübhəsiz ki, yaxşılıq edənlərə
Allahın
mərhəməti çox yaxındır....
Əraf Suresi, 65. Ayet:
Ad qövmünə də qardaşları Hudu (peyğəmbər göndərdik). O: “Ey qövmüm, Allaha ibadət edin! Sizin ondan başqa heç bir ilahınız yoxdur. (
Allahın
əzabından) qorxmursunuzmu?” – demişdi....
Əraf Suresi, 69. Ayet:
Sizi xəbərdar etmək üçün sizdən bir adam vasitəsilə Rəbbinizdən sizə bir öyüd-nəsihət gəlməsinə təəccübmü edirsiniz? Xatırlayın ki, O sizi Nuh qövmündən sonra onun yerinə gətirdi və sizi yaradılış etibarilə daha cüssəli etdi. Ona görə də
Allahın
nemətlərini xatırlayın ki, bəlkə, nicat tapasınız!”...
Əraf Suresi, 71. Ayet:
Hud dedi: “Rəbbinizdən sizə əzab və qəzəb vacib olmuşdur.
Allahın
heç bir dəlil nazil etmədiyi, sizin və atalarınızın adlar verdiyi (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Elə isə, (
Allahın
əzabını) gözləyin! Şübhəsiz, mən də sizinlə birlikdə gözləyənlərdənəm”....
Əraf Suresi, 73. Ayet:
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur! Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Bu, sizin üçün bir möcüzə olaraq
Allahın
(göndərdiyi) dişi dəvəsidir. Onu buraxın
Allahın
torpağında otlasın. Ona pislik etməyin, yoxsa sizə acı bir əzab toxunar! (Allah Saleh peyğəmbəri Səmud qövmünə peyğəmbər göndərdikdən sonra onlar belə deyirdilər: “Əgər sən həqiqətən peyğəmbərsənsə, dua et ki, bu qaya...
Əraf Suresi, 74. Ayet:
Xatırlayın ki, Allah sizi Ad qövmündən sonra onun yerinə gətirdi və yer üzündə sizi yerləşdirdi. Yer üzünün düzənliklərində saraylar tikir, dağları ovub evlər düzəldirsiniz. Buna görə də
Allahın
nemətlərini xatırlayın və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!” (Səmud qövmü Şam və Hicaz bölgələrinin arasındakı Hicr deyilən bir yerdə yaşayırdı. Onlar dağları yonaraq evlər düzəldir, düzənliklərdə daşlarla saraylar və hovuzlar tikirdilər. Eyni zamanda mərmər işi ilə məşğul olurdular. ...
Əraf Suresi, 87. Ayet:
Əgər sizdən bir qrup mənimlə birlikdə göndərilənə (
Allahın
hökmlərinə) iman gətirmiş, bir qrup isə iman gətirməmişsə, Allah aramızda hökm verənə qədər səbir edin! O, hökm verənlərin ən yaxşısıdır”....
Əraf Suresi, 89. Ayet:
Əgər Allah bizi ondan (küfrdən) xilas etdikdən sonra təkrar sizin dininizə dönərsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan
Allahın
diləməsi istisna olmaqla, küfrə qayıtmaq bizə yaraşmaz. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında ədalətlə hökm ver! Sən hökm verənlərin ən xeyirlisisən”....
Əraf Suresi, 99. Ayet:
Yoxsa onlar
Allahın
məkrindən (əzabından) əmin idilərmi?! Ziyana uğrayan qövmdən başqası
Allahın
məkrindən əmin ola bilməz....
Əraf Suresi, 128. Ayet:
Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin! Şübhəsiz ki, yer üzü
Allahın
dır. O, bəndələrindən dilədiyi kimsəni onun varisi edər. Gözəl aqibət təqva sahiblərinin olacaqdır”....
Əraf Suresi, 155. Ayet:
Musa təyin etdiyimiz vaxt üçün öz qövmündən yetmiş adam seçdi. Onlar zəlzələyə məruz qaldıqları zaman Musa dedi: “Ey Rəbbim! Əgər istəsəydin, onları da, məni də daha əvvəl məhv edərdin. Aramızdakı səfehlərin etdikləri əməllərə görə bizi (hamımızı) məhv edəcəksən? Bu, Sənin imtahanından başqa bir şey deyil. Sən onunla dilədiyin kimsəni zəlalətə düçar edər, dilədiyini də doğra yola yönəldərsən. Sən bizim himayədarımızsan. Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən xeyirlisisən. (İsrail o...
Əraf Suresi, 163. Ayet:
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik. (Allah-Təala İsrail oğullarına şənbə günü ov etməyi qadağan etmiş və bu günə hörmət göstərmələrini istəmişdi. Bunun nəticəsində balıqlar o gün su üzünə çıxır və sərbəst şəkildə üzürdülər. Digər günlərdə isə balıqlar su üzünə çıxmırdı....
Əraf Suresi, 164. Ayet:
O zaman onlardan bir qrup demişdi: “
Allahın
məhv edəcəyi, yaxud şiddətli bir əzab verəcəyi bir qövmə nə üçün nəsihət verirsiniz?” Onlar da: “Rəbbinizə üzrxahlıq etmək üçün və onlar (pis əməllərdən) çəkinərlər ümidi ilə (nəsihət veririk)”, - dedilər....
Əraf Suresi, 185. Ayet:
Onlar göylərin və yerin hökmranlığına,
Allahın
yaratdıqlarına və əcəllərinin yaxınlaşması ehtimalına nəzər yetirmədilərmi? Elə isə ondan (Qurandan) sonra hansı kəlama inanacaqlar?...
Əraf Suresi, 188. Ayet:
De: “
Allahın
diləməsi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, əlbəttə, daha çox xeyir iş görmək istərdim və mənə heç bir zərər toxunmazdı. Mən, sadəcə olaraq iman gətirən bir qövmü xəbərdar edən və müjdələyən bir peyğəmbərəm”....
Əraf Suresi, 190. Ayet:
Ancaq Allah onlara sağlam bir övlad bəxş etdiyi zaman onlar həmin uşaq barəsində Ona şəriklər qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır! (Bu ayənin təfsiri ilə əlaqəli bir neçə fərqli görüş vardır. Təbəri təfsirində bu ayənin izahı ilə əlaqəli belə bir hədis nəql olunmuşdur: “Həvva hamilə qaldığı zaman İblis onun ətrafında dolaşırdı. Çünki Həvvanın doğulan uşaqları yaşamırdı. İblis Həvvaya: “Sən ona Abdülharis adını qoy!” - demişdi. Həvva da hamilə olduğu uşağın adını Abdülharis ...
Əraf Suresi, 201. Ayet:
Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (
Allahın
mükafatını və əzabını) xatırlayar və bu zaman (haqqı) görərlər....
Bəqərə Suresi, 21. Ayet:
Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin ki, bəlkə (
Allahın
əzabından) qorunmuş olasınız!...
Bəqərə Suresi, 27. Ayet:
Allahla əhd bağladıqdan sonra o əhdi pozan,
Allahın
birləşdirilməsini əmr etdiklərini (qohumluq əlaqələrini) kəsən və yer üzündə fitnə-fəsad törədənlər əsil ziyana uğrayanlardır....
Bəqərə Suresi, 60. Ayet:
Vaxtilə Musa öz qövmü üçün su istəmiş, Biz də: “Əsan ilə daşa vur!” - demişdik. Beləcə, oradan on iki çeşmə fışqırmış və hər qəbilə öz çeşməsini tanımışdı. (Biz onlara belə demişdik:) “
Allahın
verdiyi ruzidən yeyin-için və yer üzündə həddinizi aşaraq fitnə-fəsad törətməyin!”...
Bəqərə Suresi, 61. Ayet:
Bir zaman siz: “Ey Musa! Bir növ yeməyə dözə bilməyəcəyik. Bizim üçün Rəbbinə dua et ki, bizə torpağın bitirdiklərindən - tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğandan yetirsin!” - demişdiniz. Musa demişdi: “Xeyirli olanı daha az dəyəri olanlamı dəyişdirmək istəyirsiniz? Elə isə şəhərə gedin! Çünki sizin istədikləriniz orada vardır”. Beləcə, onlara zəlillik, miskinlik damğası vuruldu və
Allahın
qəzəbinə gəldilər. Bu ona görə idi ki, onlar
Allahın
ayələrini inkar edir, peyğəmbərləri haqsız yerə ...
Bəqərə Suresi, 64. Ayet:
Bundan sonra siz (əhdinizdən) döndünüz. Əgər
Allahın
sizə lütfü və mərhəməti olmasaydı, həqiqətən, zərərçəkənlərdən olardınız....
Bəqərə Suresi, 75. Ayet:
İndi onların sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki, onların içində elələri vardı ki,
Allahın
kəlamını (Tövratı) dinləyib anladıqdan sonra bilə-bilə onu təhrif edirdilər....
Bəqərə Suresi, 76. Ayet:
Onlar iman gətirənlərlə qarşılaşdıqları zaman: “İman gətirdik”, - deyirdilər. Xəlvətdə olduqlarında isə bir-birlərinə belə deyirdilər: “
Allahın
sizə bildirdiyini onlara xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? Heç düşünmürsünüzmü?”...
Bəqərə Suresi, 89. Ayet:
Daha əvvəl kafirlərə qələbə çalmaq üçün (Allaha) yalvardıqları halda, onlara Allah tərəfindən əllərindəkini təsdiqləyən bir kitab (Quran) gəlib (Tövratdan) bildikləri həqiqətlərlə qarşılaşdıqları zaman onu inkar etdilər.
Allahın
lənəti kafirlərin üzərinə olsun!...
Bəqərə Suresi, 90. Ayet:
Allahın
Öz bəndələrindən istədiyinə lütf etməsinə həsəd aparıb Onun göndərdiyini inkar edərək, uğruna özlərini satdıqları şey nə qədər də pisdir! Beləcə, onlar qəzəb üstünə qəzəbə düçar oldular. Kafirlər üçün zəlil edici bir əzab vardır....
Bəqərə Suresi, 91. Ayet:
Onlara: “
Allahın
nazil etdiyinə iman gətirin!” - deyildiyi zaman onlar: “Biz özümüzə nazil olana iman gətiririk”, - deyirlər və ondan başqasını inkar edirlər. Halbuki o (Quran), onların əllərindəkini (Tövratı) təsdiqləyən həqiqətdir. De ki: “Əgər həqiqətən iman gətirmişdinizsə, bəs nə üçün əvvəllər
Allahın
peyğəmbərlərini öldürürdünüz?”...
Bəqərə Suresi, 97. Ayet:
De: “Cəbrailə düşmən olan kəs bilsin ki, onu (Quranı), ondan əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün də hidayət və müjdəçi kimi
Allahın
izni ilə sənin qəlbinə nazil edən Odur!”...
Bəqərə Suresi, 101. Ayet:
Onlara Allah tərəfindən özlərində olanı (Tövratı) təsdiqləyən bir peyğəmbər gəldiyi zaman kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Peyğəmbər haqqında Tövratda yazılanları) bilmirmiş kimi
Allahın
kitabına arxa çevirdilər....
Bəqərə Suresi, 102. Ayet:
Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə kafir olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar
Allahın
izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər v...
Bəqərə Suresi, 104. Ayet:
Ey iman gətirənlər! “Raina” (bizə qayğı göstər) deməyin! “Unzurna” (Bizə bax) deyin! Siz (
Allahın
hökmünə) qulaq asın! Kafirlər üçün şiddətli bir əzab vardır. (Həzrət Peyğəmbər (s.ə.s.) əshabına bir şey öyrədərkən onlar “bizə qayğı göstər” kimi mənalara gələn “Raina” sözünü işlədirdilər. İbrani dilində də söymək mənasına gələn buna yaxın bir söz vardı. Yəhudilər öz dillərindəki mənasını nəzərdə tutaraq bu sözlə Həzrət Peyğəmbərə (s.ə.s.) xitab etməyə başladılar. Bu səbəbdən yuxarıdakı ayə nazil ...
Bəqərə Suresi, 114. Ayet:
Allahın
məscidlərində Onun adının çəkilməsinə mane olan və onların xarabalığa dönməsinə cəhd edəndən daha zalım kim ola bilər?! Halbuki onlar ora (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır!...
Bəqərə Suresi, 115. Ayet:
Şərq də, Qərb də
Allahın
dır. Ona görə də hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah hər şeyi əhatə edəndir, hər şeyi biləndir....
Bəqərə Suresi, 120. Ayet:
Onların dininə tabe olmayınca yəhudi və xaçpərəstlər səndən əsla razı qalmayacaqlar. De ki: “Həqiqətən,
Allahın
göstərdiyi yol əsil doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyan nə bir dost, nə də bir köməkçi tapılar....
Bəqərə Suresi, 138. Ayet:
(Ey möminlər, deyin ki:)
Allahın
rəngi (ilə boyandıq)! Allahdan daha gözəl rəngi olan kimdir?! Biz yalnız Ona ibadət edənlərik. (Zəməxşərinin təfsirində qeyd edildiyinə görə, xristianlar yeni doğulan uşaqlarını rəngli bir suya batırır və beləcə həmin uşağın xristianlığa girdiyinə inanırdılar. Buna görə də yuxarıdakı ayədə müsəlmanlara: “Biz
Allahın
rəngi ilə boyandıq!” – demələri tövsiyə olunmuşdur. Buradakı “rəng” ilə İslam dini nəzərdə tutulmuşdur.)...
Bəqərə Suresi, 142. Ayet:
Səfehlər: “Onları (müsəlmanları) üz tutduqları qiblələrindən döndərən nədir”? - deyəcəklər. De ki: “Şərq də, Qərb də
Allahın
dır. O, dilədiyini doğru yola yönəldər”....
Bəqərə Suresi, 143. Ayet:
Beləliklə, sizi insanlara şahid olasınız və peyğəmbər də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik. Sənin yönəldiyin qibləni (Kəbəni) yalnız ona görə təyin etdik ki, peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayıraq. Bu,
Allahın
doğru yola yönəltdiyi kimsələrdən başqasına ağır gələr. Allah sizin imanınızı əsla puça çıxartmaz. Şübhəsiz ki, Allah insanlara qarşı şəfqətlidir, mərhəmətlidir....
Bəqərə Suresi, 158. Ayet:
Həqiqətən, Səfa və Mərvə təpələri
Allahın
nişanələrindəndir. Kim
Allahın
evinə həccə, yaxud ümrəyə gedərsə, onları təvaf etməsində ona heç bir günah yoxdur. Kim də könüllü olaraq yaxşı bir iş görərsə, şübhəsiz ki, Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir....
Bəqərə Suresi, 161. Ayet:
Allahın
, mələklərin və bütün insanların lənəti kafir olub kafir kimi ölənlərə olsun!...
Bəqərə Suresi, 164. Ayet:
Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra
Allahın
göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (
Allahın
varlığını və birliyini göstərən) dəlillər vardır....
Bəqərə Suresi, 165. Ayet:
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və
Allahın
əzabının şiddətli olduğunu dərk edəydilər....
Bəqərə Suresi, 170. Ayet:
Onlara: “
Allahın
nazil etdiyinə tabe olun!” – deyiləndə onlar: “Xeyr, biz atalarımızın yolunu izləyirik!” - deyərlər. Bəs, əgər ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?!...
Bəqərə Suresi, 174. Ayet:
Allahın
kitabda (Tövratda) nazil etdiklərini (Mühəmməd Peyğəmbərin vəsflərini) bir az mənfəət müqabilində gizlədənlər qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah nə onlarla danışar, nə də onları təmizə çıxarar. Onlar üçün şiddətli bir əzab vardır....
Bəqərə Suresi, 187. Ayet:
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin libasınız, siz də onların libasısınız. Allah bilir ki, siz özünüzə pislik edirdiniz. Beləcə, O, tövbələrinizi qəbul edərək sizi bağışladı. İndi onlara yaxınlaşın və
Allahın
sizin üçün yazdığını istəyin! Dan yeri söküləndə ağ sap (aydınlıq) qara sapdan (qaranlıqdan) seçilənə qədər yeyin-için! Sonra gecəyə qədər orucunuzu tamamlayın! Məscidlərdə etikafda (ibadətdə) olduğunuz vaxt onlarla (qadınlarınızla) yaxınlıq etməyin! Bunl...
Bəqərə Suresi, 196. Ayet:
Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin! Qurbanlıq öz yerinə çatana qədər başlarınızı qırxdırmayın! Sizdən kim xəstə olar, yaxud başındakı bir narahatçılığa görə əziyyət çəkərsə, fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneələrdən) əmin olduğunuz təqdirdə, kim həccə qədər ümrədən istifadə edərsə, asan başa gələn bir qurban kəssin! Kim qurbanlıq tapmazsa, əvəzində həcdə üç ...
Bəqərə Suresi, 207. Ayet:
İnsanlardan eləsi də var ki,
Allahın
rizasını istəyərək öz canını verər. Allah bəndələrinə qarşı şəfqətlidir....
Bəqərə Suresi, 210. Ayet:
Yoxsa onlar
Allahın
bulud kölgələri içində mələklərlə birlikdə gəlməsini və işin bitirilməsinimi (məhv edilmələrinimi) gözləyirlər? (Bütün) işlər Allaha qaytarılacaqdır....
Bəqərə Suresi, 211. Ayet:
İsrail oğullarından soruş ki, Biz onlara nə qədər açıq dəlillər göndərdik.
Allahın
neməti gəldikdən sonra kim onu dəyişdirərsə, bilsin ki,
Allahın
əzabı şiddətlidir....
Bəqərə Suresi, 214. Ayet:
Yoxsa sizdən əvvəl gəlib keçənlərin (başına gələnlərin) bənzəri sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onlara elə fəlakət və sıxıntı dəymiş və elə sarsılmışdılar ki, hətta peyğəmbər və onunla birlikdə iman gətirənlər: “
Allahın
köməyi nə zaman gələcəkdir?” - demişdilər. Bilin ki,
Allahın
köməyi yaxındır!...
Bəqərə Suresi, 217. Ayet:
Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq
Allahın
yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb kafir olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar ...
Bəqərə Suresi, 218. Ayet:
Həqiqətən, iman gətirənlər və hicrət edib Allah yolunda cihad edənlər
Allahın
mərhəmətini ümid edirlər. Allah bağışlayandır, rəhm edəndir....
Bəqərə Suresi, 222. Ayet:
Səndən aybaşı barəsində də soruşurlar. De ki: “O, əziyyətli bir haldır. Aybaşı vaxtı qadınlardan uzaq durun və təmizlənənə qədər onlara yaxınlaşmayın! Təmizləndiklərində isə,
Allahın
sizə əmr etdiyi yerdən onlara yaxınlaşın!” Şübhəsiz ki, Allah çox tövbə edənləri və təmizlənənləri sevir....
Bəqərə Suresi, 224. Ayet:
Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanların arasını düzəltməklə bağlı içdiyiniz andlara görə
Allahın
adını maneəyə çevirməyin! Allah hər şeyi eşidəndir, biləndir....
Bəqərə Suresi, 228. Ayet:
Boşanan qadınlar üç aybaşı müddəti gözləməlidirlər. Əgər Allaha və qiyamət gününə iman gətiriblərsə, bətnlərində
Allahın
yaratdığını gizlətmək onlara halal olmaz. Əgər ərləri barışmaq istəsələr, bu müddət ərzində onları geri almağa (hər kəsdən) daha çox layiqdirlər. Adətə görə kişilərin qadınları üzərində hüquqları olduğu kimi, qadınların da kişiləri üzərində müəyyən hüquqları vardır. Kişilərin isə onların üstündə bir dərəcələri vardır. Allah yenilməz qüvvət və hikmət sahibidir....
Bəqərə Suresi, 229. Ayet:
Boşama (talaq) iki dəfədir. Bundan sonra (qadını) ya yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər iki tərəfin
Allahın
hüdudlarında qala bilməməkdən qorxmaları istisna olmaqla, onlara (mehr kimi) verdiyinizdən bir şeyi geri almağınız sizə halal olmaz. Əgər
Allahın
hüdudlarında qala bilməyəcəklərindən qorxsanız, (mehrdən) ona (ərinə) bir şey verməsində heç birinə günah yoxdur. Bunlar
Allahın
hüdudlarıdır. Onları aşmayın! Kim
Allahın
hüdudlarını aşarsa, onlar əsil zalımlardır....
Bəqərə Suresi, 230. Ayet:
Əgər onu (üçüncü dəfə) boşasa, daha sonra (həmin qadın) başqa birinə ərə gedənə qədər ona halal olmaz. (İkinci əri) onu boşayarsa və əgər
Allahın
hüdudlarında qala biləcəklərinə inanırlarsa, (ilk əri ilə) evlənməsində günah yoxdur. Bunlar anlayanlar üçün
Allahın
bəyan etdiyi hüdudlardır (hökmlərdir)....
Bəqərə Suresi, 231. Ayet:
Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla ayrılın! Zərər verərək haqlarına təcavüz etmək üçün onları saxlamayın! Kim bunu edərsə, özünə zülm etmiş olar.
Allahın
ayələrinə istehza etməyin!
Allahın
sizə olan nemətini, öyüd-nəsihət vermək üçün sizə göndərdiyi kitabı və hikməti xatırlayın! Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir....
Bəqərə Suresi, 249. Ayet:
Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut və onun qoşununa qarşı bizim gücümüz yoxdur”, - dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Al...
Bəqərə Suresi, 251. Ayet:
Beləcə,
Allahın
izni ilə onları məğlub etdilər. Davud da Calutu öldürdü. Allah Davuda hökmranlıq və hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada məruz qalardı. Lakin Allah aləmlərə (insanlara) qarşı lütfkardır....
Bəqərə Suresi, 252. Ayet:
Bunlar
Allahın
ayələridir ki, onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən peyğəmbərlərdənsən....
Bəqərə Suresi, 255. Ayet:
Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar)
Allahın
elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur! (İ...
Bəqərə Suresi, 265. Ayet:
Allahın
rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür....
Bəqərə Suresi, 267. Ayet:
Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki,
Allahın
heç bir şeyə ehtiyacı yoxdur, şükrə layiqdir....
Bəqərə Suresi, 269. Ayet:
Allah dilədiyi kimsəyə hikmət verər. Kimə hikmət verilmişsə, deməli, ona çoxlu xeyir verilmişdir. Ağıl sahiblərindən başqa heç kəs (bunu) dərk etməz. (Faydalı və dərin elmə hikmət deyilmişdir.
Allahın
hikmət verdiyi kimsələr, başda peyğəmbərlər olmaqla elmi ilə əməl edən alimlərdir.)...
Bəqərə Suresi, 272. Ayet:
Onları hidayətə çatdırmaq sənə aid deyil (Sənin vəzifən yalnız haqqı təbliğ etməkdir). Lakin Allah dilədiyi kimsəni hidayətə çatdırar. Malınızdan nə infaq etsəniz, özünüz üçündür. Siz yalnız
Allahın
rizasını qazanmaq üçün infaq edirsiniz. Malınızdan (Allah yolunda) nə infaq etsəniz, (əvəzi) sizə tam ödəniləcək və siz əsla haqsızlığa məruz qalmayacaqsınız....
Bəqərə Suresi, 282. Ayet:
Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib,
Allahın
öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini ...
Tövbə Suresi, 6. Ayet:
Əgər müşriklərdən biri səndən aman diləyərsə,
Allahın
kəlamını dinləyənə qədər ona aman ver. Sonra (iman gətirməzsə,) onu əminlikdə olacağı yerə çatdır. Bu ona görədir ki, onlar bilməyən bir qövmdür....
Tövbə Suresi, 9. Ayet:
Onlar az bir dəyər (fani dünya malı) müqabilində
Allahın
ayələrini satdılar. Sonra da (insanları)
Allahın
yolundan döndərdilər. Onların etdiyi əməllər necə də pisdir!...
Tövbə Suresi, 17. Ayet:
Müşriklər özlərinin kafir olduqlarını bildikləri halda
Allahın
məscidlərini təmir etməyə layiq deyillər! Onların əməlləri puça çıxmışdır və onlar cəhənnəmdə əbədi qalacaqlar....
Tövbə Suresi, 18. Ayet:
Allahın
məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr təmir edərlər. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar....
Tövbə Suresi, 30. Ayet:
Yəhudilər: “Üzeyr
Allahın
oğludur”, - dedilər. Xristianlar da: “Məsih (İsa)
Allahın
oğludur”, - dedilər. Onların ağızları ilə söylədiyi bu sözlər daha əvvəl kafir olmuş kimsələrin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də (haqq yoldan) döndərilirlər....
Tövbə Suresi, 32. Ayet:
Onlar ağızları ilə
Allahın
nurunu söndürmək istəyirlər. Ancaq kafirlərin xoşuna gəlməsə də, Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz....
Tövbə Suresi, 36. Ayet:
Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri
Allahın
kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (
Allahın
qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir! (Yuxarıdakı ayədə işarə edilən haram aylar zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarıdır.)...
Tövbə Suresi, 37. Ayet:
(Haram ayları) gecikdirmək ancaq küfrü artırmaqdır. Kafirlər onunla (haqq yoldan) azdırılırlar. Onlar
Allahın
haram etdiyinin sayını düzəltmək və
Allahın
haram etdiyi şeyləri halal etmək üçün onu (haram ayı) bir il halal, bir il isə haram sayırlar. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərilmişdir. Allah kafirlər qövmünü doğru yola yönəltməz!...
Tövbə Suresi, 40. Ayet:
Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilin ki,) kafirlər ikinin ikincisini (Sövr mağarasına sığınan iki nəfərdən biri olan Peyğəmbəri Məkkədən) çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna (Əbu Bəkrə): “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və kafirlərin sözünü alçaltdı.
Allahın
sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir. (...
Tövbə Suresi, 48. Ayet:
Həqiqətən, onlar əvvəl də fitnə-fəsad çıxarmaq istəmiş və sənə qarşı hiylələrə əl atmışdılar. Nəhayət, haqq gəldi və onlar istəmədikləri halda
Allahın
əmri yerinə yetdi....
Tövbə Suresi, 49. Ayet:
Onlardan elələri də var ki: “Mənə (döyüşə getməməyə) izin ver və məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm kafirləri mütləq bürüyəcəkdir! (Həzrət Peyğəmbər Təbük döyüşü üçün hazırlıq görərkən Cəd ibn Qeysə: “Ey Əbu Vəhb! Əsfər oğullarından kölə və xidmətçilərin olsun istəyirsənmi?” – deyə sual verdi. O da: “Ey
Allahın
Rəsulu! Qövmüm bilir ki, mən qadınlara meyilli biriyəm. Qorxuram ki, Əsfər oğullarının qızlarını görüncə özümü saxlaya b...
Tövbə Suresi, 51. Ayet:
De: “
Allahın
bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!”...
Tövbə Suresi, 52. Ayet:
De: “Siz bizə iki yaxşılıqdan (qələbə çalmaq və şəhid olmaqdan) birinin gəlməsini gözləyirsiniz? Biz də
Allahın
Öz dərgahından və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözləyirik. Ona görə də gözləyin! Biz də sizinlə birlikdə gözləyirik”....
Tövbə Suresi, 59. Ayet:
Əgər onlar
Allahın
və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Peyğəmbəri də. Həqiqətən, biz Allahdan istəyirik!” - desəydilər (bu, onlar üçün daha yaxşı olardı)....
Tövbə Suresi, 61. Ayet:
Onların (münafiqlərin) arasında: “O, hər deyilənə qulaq asandır!” - deyərək Peyğəmbəri incidənlər də var. De ki: “O, sizin üçün xeyirli olana qulaq asandır. O, Allaha iman gətirir, möminlərə inanır və O, sizdən iman gətirənlər üçün bir rəhmətdir”.
Allahın
Peyğəmbərinə əziyyət verən kimsələr üçün acı bir əzab vardır....
Tövbə Suresi, 72. Ayet:
Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir.
Allahın
rizası isə (hamısından) daha böyükdür. Böyük uğur məhz budur!...
Tövbə Suresi, 81. Ayet:
Allahın
Peyğəmbərinə qarşı çıxaraq arxada qalanlar (səfərə çıxmayıb evdə) oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməkdən xoşlanmadılar və: “İstidə döyüşə çıxmayın!” - dedilər. De: “Cəhənnəm odu daha istidir”. Kaş biləydilər!...
Tövbə Suresi, 97. Ayet:
Bədəvilər kafirlik və ikiüzlülük baxımından həm daha pis, həm də
Allahın
Peyğəmbərinə nazil etdiyi hökmləri tanımamağa daha çox meyillidirlər. Allah hər şeyi biləndir, hikmət sahibidir....
Tövbə Suresi, 105. Ayet:
De: “(İstədiyinizi) edin! Allah, Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi də, aşkarı da bilən
Allahın
hüzuruna qaytarılacaqsınız. O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”....
Tövbə Suresi, 111. Ayet:
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda
Allahın
öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur....
Tövbə Suresi, 112. Ayet:
Onlar tövbə edən, ibadət edən, şükür edən, səyahət edən, rüku və səcdə edən, yaxşı işləri əmr edib pis işləri qadağan edən və
Allahın
(halal-haram) hüdudlarını qoruyanlardır. Belə möminləri müjdələ!...
Tövbə Suresi, 118. Ayet:
(Döyüşə qatılmayıb) arxada qalan üç nəfəri də (Allah bağışladı). Nəhayət, yer üzü genişliyinə rəğmən onlara dar gəlib qəlbləri sıxıldığı zaman Allahdan (
Allahın
əzabından) qorunmaq üçün yalnız Onun Özünə sığınmalı olduqlarını anladılar. Sonra Allah onları tövbə etməyə müvəffəq etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir....
Tövbə Suresi, 120. Ayet:
Mədinəlilərə və onların ətrafındakı bədəvi ərəblərə
Allahın
Peyğəmbərindən geri qalmaq və onun canından əvvəl öz canlarını düşünmələri yaraşmaz. Bu, onların Allah yolunda susuzluğa, yorğunluğa və aclığa düçar olmaları, kafirləri qəzəbləndirəcək bir yerə ayaq basmaları və düşmənə qarşı zəfər qazanmalarının özlərinə yaxşı bir əməl kimi yazılması üçündür. Şübhəsiz ki, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz....
Tövbə Suresi, 122. Ayet:
Möminlərin hamısının birdən döyüşə getmələri doğru deyildir. Onların hər qəbiləsindən bir dəstə dini yaxşı öyrənmək və döyüşə gedənlər geri qayıtdığı zaman onları (
Allahın
əzabı ilə) xəbərdar etmək üçün arxada qalsın. Ola bilsin ki, onlar (pis əməllərdən) çəkinərlər....
Yunus Suresi, 4. Ayet:
Allahın
haqq vədi olaraq hamınızın dönüşü Onadır! Həqiqətən, O, məxluqatı yoxdan yaradır, sonra isə iman gətirib yaxşı işlər görənləri ədalətli bir şəkildə mükafatlandırmaq üçün onu (dirildərək) geri qaytarır. Kafirlərə gəldikdə, inkar etdiklərinə görə onlar üçün qaynar sudan bir içki və acı bir əzab vardır....
Yunus Suresi, 6. Ayet:
Şübhəsiz, gecə və gündüzün dəyişməsində,
Allahın
göylərdə və yerdə yaratdıqlarında Allahdan çəkinən bir qövm üçün (
Allahın
varlığını və qüdrətini göstərən) dəlillər vardır....
Yunus Suresi, 21. Ayet:
Başlarına gələn müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq) dadızdırsaq, yenə ayələrimiz barəsində onların bir hiyləsi olar. De ki: “
Allahın
hiyləsi daha sürətlidir”. Şübhəsiz, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar”. (Bu ayə Məkkə əhalisi haqqında nazil olmuşdur. Rəvayət olunduğuna görə, Məkkəyə yeddi il yağış yağmadı. Quraqlığa görə qıtlıq və xəstəliklər baş verdi və bunun nəticəsində bir çox insan və heyvan məhv oldu. Nəhayət, Allah-Təala ora bol yağış yağdırdı və Məkkə tək...
Yunus Suresi, 30. Ayet:
Orada hər kəs keçmişdə etdiyi əməlləri yoxlayıb görəcək. Onlar həqiqi sahibləri olan
Allahın
hüzuruna qaytarılacaqlar. Uydurub düzəltdikləri (bütlər) isə onlardan uzaqlaşıb yox olacaq....
Yunus Suresi, 49. Ayet:
De ki: “
Allahın
istədiyi istisna olmaqla, mən özümə belə nə bir zərər, nə də bir xeyir verə bilərəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəlib çatan zaman nə bir an geri qala bilər, nə də irəli keçə bilərlər”....
Yunus Suresi, 55. Ayet:
Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Bilin ki,
Allahın
vədi haqdır. Lakin onların çoxu bilmir....
Yunus Suresi, 58. Ayet:
De: “
Allahın
lütfü (İslam) və mərhəməti (Quran) ilə - məhz bunlarla sevinsinlər. Bu, onların (dünyada) yığdıqlarından daha xeyirlidir”....
Yunus Suresi, 59. Ayet:
De: “
Allahın
sizə bəxş etdiyi ruzilərin bir qismini haram, bir qismini isə halal etməyiniz barədə nə deyirsiniz? De ki: “(Bunu etməyə) Allah sizə izin verdi, yoxsa siz Allaha iftira yaxırsınız?”...
Yunus Suresi, 62. Ayet:
Bilin ki,
Allahın
dostlarına heç bir qorxu yoxdur və onlar (axirətdə) qəm-qüssə görməyəcəklər....
Yunus Suresi, 64. Ayet:
Dünyada da, axirətdə də onlar üçün müjdə vardır.
Allahın
sözlərində əsla dəyişiklik olmaz. Əsil böyük uğur budur!...
Yunus Suresi, 67. Ayet:
Dincəlməyiniz üçün gecəni yaradan, gündüzü də işıqlı edən Odur. Həqiqətən, bunda, qulaq asanlar üçün (
Allahın
varlığını və birliyini göstərən) dəlillər vardır....
Yunus Suresi, 68. Ayet:
Onlar
Allahın
Özünə övlad götürdüyünü deyirlər. Halbuki O, pakdır və (belə xüsusiyyətlərdən) uzaqdır. O, heç nəyə möhtac deyil. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Buna (övlad götürməklə bağlı iddianıza) dair sizin heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeymi söyləyirsiniz?...
Yunus Suresi, 71. Ayet:
Onlara Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və
Allahın
ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!...
Yunus Suresi, 95. Ayet:
Allahın
ayələrini yalanlayanlardan da olma! Yoxsa ziyana uğrayanlardan olarsan....
Yunus Suresi, 100. Ayet:
Allahın
izni olmadan heç kim iman gətirə bilməz. O, təfəkkür etməyənləri əzaba düçar edər....
Hud Suresi, 14. Ayet:
Əgər (köməyə çağırdıqlarınız) sizə cavab vermirlərsə, bilin ki, Quran ancaq
Allahın
elmi ilə nazil olmuşdur və Ondan başqa heç bir ilah yoxdur! Elə isə, müsəlman olmayacaqsınızmı?...
Hud Suresi, 18. Ayet:
Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Onlar (axirət günü) Rəbbinin hüzuruna gətiriləcəklər. Şahidlər də: “Bunlar Rəbbinə qarşı yalan söyləyənlərdir!” - deyəcəklər. Bilin ki,
Allahın
lənəti zalımlaradır....
Hud Suresi, 31. Ayet:
Mən sizə: “
Allahın
xəzinələri məndədir”, - demirəm. Mən qeybi də bilmirəm. Mələk olduğumu da söyləmirəm. Xor baxdığınız (iman gətirən) kimsələr barəsində: “Allah onlara heç bir xeyir verməyəcəkdir”, - demirəm. Allah onların qəlblərində olanı daha yaxşı bilir. Əgər belə etsəm, zalımlardan olaram”....
Hud Suresi, 41. Ayet:
Nuh dedi: “Gəmiyə minin! Onun getməsi də, dayanması da
Allahın
adı ilədir. Şübhəsiz ki, mənim Rəbbim bağışlayandır, mərhəmətlidir!”...
Hud Suresi, 43. Ayet:
(Kənan) dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh: “Bu gün
Allahın
əmrindən (əzabından) qoruyacaq heç kim yoxdur. Ancaq Onun rəhm etdiyi kimsələr istisnadır!” – dedi. Dalğa o ikisinin arasına girdi və o da boğulanlardan oldu....
Hud Suresi, 56. Ayet:
Şübhəsiz, mənim də, sizin də Rəbbiniz olan Allaha təvəkkül etmişəm. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır. (Bu ayədəki “kəkilindən tutmaq” ifadəsi ilə hər bir canlının idarəsi və hakimiyyətinin
Allahın
əlində olduğu nəzərdə tutulmuşdur.
Allahın
doğru yolda olması isə, ədalətli olması kimi izah edilmişdir.)...
Hud Suresi, 60. Ayet:
Onlar həm bu dünyada, həm də qiyamət günü lənətə məruz qaldılar. Bilin ki, Ad qövmü Rəbbini inkar etmişdi. Hudun qövmü olan Ad (
Allahın
mərhəmətindən) uzaq olsun!...
Hud Suresi, 64. Ayet:
Ey qövmüm! Bu, sizin üçün möcüzə olan
Allahın
dişi dəvəsidir. Buraxın
Allahın
torpağında otlasın. Ona zərər verməyin! Yoxsa yaxın bir əzab sizi yaxalayar”. (Rəvayətə görə, Saleh peyğəmbərin qövmü ondan möcüzə göstərməsini və möcüzə olaraq qayanın içindən bir dəvə çıxartmasını tələb etmişdi. Saleh peyğəmbər də iman gətirəcəklərinə dair onlardan söz aldı və namaz qılıb bunun üçün Allaha dua etdi. Allah onun duasını qəbul etmiş, möcüzə olaraq qayadan bir dəvə çıxartmış və ona heç kimin zərər verməm...
Hud Suresi, 68. Ayet:
Sanki onlar orada heç yaşamamışdılar. Bilin ki, Səmud qövmü Rəbbini inkar etmişdi. Səmud qövmü (
Allahın
mərhəmətindən) uzaq olsun!...
Hud Suresi, 73. Ayet:
(Mələklər) dedilər: “Sən
Allahın
işinə təəccüblənirsən? Ey ev əhli,
Allahın
mərhəməti və bərəkəti sizinlə olsun! Şübhəsiz ki, Allah tərifə və şükür edilməyə layiqdir, çox comərddir”....
Hud Suresi, 86. Ayet:
Əgər iman gətirmişsinizsə, (bilin ki,)
Allahın
sizin üçün saxladığı (təyin etdiyi halal qazanc) daha yaxşıdır. Mən sizin üstünüzdə nəzarətçi deyiləm”....
Hud Suresi, 95. Ayet:
Onlar sanki orada heç yaşamamışdılar. Bilin ki, Mədyən qövmü də Səmud qövmü kimi (
Allahın
mərhəmətindən) uzaq oldu....
Maidə Suresi, 2. Ayet:
Ey iman gətirənlər!
Allahın
(müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahı...
Maidə Suresi, 4. Ayet:
Onlar səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Təmiz və yaxşı nemətlər sizə halal edilmişdir.
Allahın
sizə öyrətdikləri sayəsində əhliləşdirib ov etməyi öyrətdiyiniz yırtıcı heyvanların sizin üçün tutduqlarından da yeyin və üzərinə
Allahın
adını (Bismillah) deyin! Allahdan qorxun! Şübhəsiz ki,
Allahın
haqq-hesabı sürətlidir....
Maidə Suresi, 6. Ayet:
Ey iman gətirənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun və başınıza məsh çəkib ayaqlarınızı topuqlarla birlikdə yuyun. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin (bütün bədəninizi yuyaraq qüsl edin). Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız (cinsi əlaqədə olsanız və) su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək (torpağı) üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir. Lakin sizi tə...
Maidə Suresi, 7. Ayet:
Allahın
sizə olan nemətini və: “Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah ürəklərdə olanları biləndir. (Yuxarıdakı ayədə bəhs olunan əhd həm “Qalü-bəla” günündə bütün ruhların Allaha verdiyi söz, həm də Əqəbə və Hüdeybiyyədə müsəlmanların Allaha və Rəsuluna verdikləri söz kimi təfsir edilmişdir.)...
Maidə Suresi, 11. Ayet:
Ey iman gətirənlər,
Allahın
sizə olan nemətini xatırlayın! O vaxt bir tayfa sizə əl qaldırmaq (hücum etmək) niyyətində idi. Ancaq (Allah) onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Möminlər də Allaha təvəkkül etsinlər....
Maidə Suresi, 18. Ayet:
Yəhudilər və xristianlar: “Biz
Allahın
oğulları və sevimliləriyik”, - dedilər. De: “Bəs nə üçün günahlarınıza görə O sizə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. O, dilədiyini bağışlayar, dilədiyinə də əzab verər. Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. Axır dönüş də Onadır”....
Maidə Suresi, 20. Ayet:
Bir zamanlar Musa öz qövmünə belə demişdi: “Ey qövmüm!
Allahın
sizə olan nemətini xatırlayın! Vaxtilə O sizin içinizdən peyğəmbərlər göndərdi, sizi hökmdarlar etdi və aləmlərdən (insanlardan) heç kimə vermədiyini sizə verdi....
Maidə Suresi, 21. Ayet:
Ey qövmüm!
Allahın
sizin üçün (vətən olaraq) yazdığı o müqəddəs torpağa daxil olun! Geri dönməyin, yoxsa zərər çəkmiş bir halda geri qayıtmış olarsınız....
Maidə Suresi, 23. Ayet:
Qorxanların arasından
Allahın
nemət verdiyi iki adam: “Onların üstünə qapıdan girin (hücum edin)! Ora girsəniz, siz mütləq qalib gələcəksiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” – dedi....
Maidə Suresi, 43. Ayet:
İçində
Allahın
hökmü olan Tövrat əllərində ola-ola səni necə hakim təyin edirlər?! Sonra da (verdiyin hökmdən) üz çevirirlər. Onlar iman gətirmiş kimsələr deyillər....
Maidə Suresi, 44. Ayet:
Şübhəsiz ki, içində haqq yol və nur olan Tövratı Biz nazil etdik. (Allaha) təslim olmuş peyğəmbərlər yəhudilərə onunla hökm edərdilər. Özlərini dinə həsr etmiş kəslər və din alimləri də, özlərindən
Allahın
kitabını qorumaları istənildiyi üçün (onunla hökm verərdilər). Onlar da ona (Tövratın ilahi kitab olduğuna) şahiddilər. Ona görə də insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi az bir mənfəət müqabilində satmayın! Kim
Allahın
nazil etdiyi ilə hökm verməzsə, onlar əsil kafirlərdir....
Maidə Suresi, 45. Ayet:
Biz orada (Tövratda) onlara yazdıq ki, canın (qisası) can, gözün (qisası) göz, burnun (qisası) burun, qulağın (qisası) qulaq, dişin (qisası) dişdir. Həmçinin yaralamağın da qisası vardır. Kim onu (qisas almağı) bağışlayarsa, bu onun üçün bir kəffarədir. Kim
Allahın
nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır....
Maidə Suresi, 47. Ayet:
İncil əhli
Allahın
onda nazil etdiyi ilə hökm versin. Kim
Allahın
nazil etdiyi ilə hökm verməzsə, onlar əsil günahkarlardır....
Maidə Suresi, 48. Ayet:
Sənə də, özündən əvvəlki kitabı təsdiqləmək və onu qorumaq üzrə haqq olaraq Kitabı (Quranı) nazil etdik. Onların arasında
Allahın
nazil etdiyi (Quran) ilə hökm ver və sənə gələn haqqı qoyub onların arzularına uyma! Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin O, verdikləri ilə sizi imtahan etmək üçün (belə etdi). Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Hamınızın dönüşü Allahadır. O, ixtilafa düşdüyünüz şeylər barəsin...
Maidə Suresi, 49. Ayet:
Onların arasında
Allahın
nazil etdiyi ilə hökm ver və onların arzularına uyma!
Allahın
sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol! Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqdir....
Maidə Suresi, 54. Ayet:
Ey iman gətirənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu,
Allahın
lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir....
Maidə Suresi, 56. Ayet:
Kim Allahı, Peyğəmbərini və iman gətirənləri dost tutarsa, bilsin ki, həqiqətən, qalib gələcək olan məhz
Allahın
tərəfdarlarıdır....
Maidə Suresi, 64. Ayet:
Yəhudilər: “
Allahın
əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə ça...
Maidə Suresi, 80. Ayet:
Onlardan çoxunun kafirlərlə dostluq etdiyini görərsən. Nəfslərinin onlar üçün hazırladığı necə pis bir şeydir ki,
Allahın
onlara qəzəbi tutmuşdur. Onlar əbədi olaraq əzab içində qalacaqlar....
Maidə Suresi, 87. Ayet:
Ey iman gətirənlər!
Allahın
sizə halal etdiyi yaxşı və təmiz nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın! Şübhəsiz, Allah həddi aşanları sevməz....
Maidə Suresi, 88. Ayet:
Allahın
sizə halal və təmiz olaraq verdiyi ruzidən yeyin! İman gətirdiyiniz Allahdan qorxun!...
Maidə Suresi, 97. Ayet:
Allah müqəddəs ev olan Kəbəni, haram ayı, həcc qurbanını və (qurbanlığın boynuna asılan) boyunbağları insanlar üçün bir dayaq (dolanacaq vasitəsi) etdi. Bu,
Allahın
göylərdə və yerdə nə varsa, hamısını bildiyini və hər şeydən xəbərdar olduğunu dərk etməyiniz üçündür....
Maidə Suresi, 98. Ayet:
Bilin ki,
Allahın
əzabı şiddətlidir və Allah bağışlayandır, rəhm edəndir....
Maidə Suresi, 104. Ayet:
Onlara: “
Allahın
nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyiləndə onlar: “Atalarımızı üzərində gördüyümüz (yol) bizə yetər”, - dedilər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə (onların halı necə olacaq)?!...
Maidə Suresi, 106. Ayet:
Ey iman gətirənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və
Allahın
şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsin...
Fatihə Suresi, 1. Ayet:
Rəhman və Rəhim olan
Allahın
adı ilə!...
Ali-İmran Suresi, 4. Ayet:
Daha əvvəl insanlara doğru yolu göstərmək üçün. (İndi də) O, Fürqanı nazil etdi. Şübhəsiz,
Allahın
ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam sahibidir....
Ali-İmran Suresi, 10. Ayet:
Şübhəsiz ki, kafirlərə nə malları, nə də övladları
Allahın
hüzurunda bir fayda verəcək. Onlar cəhənnəmin yanacağıdırlar....
Ali-İmran Suresi, 11. Ayet:
(Onların halı,) Firon camaatı və onlardan əvvəlkilərin halı kimidir. Onlar Bizim ayələrimizi yalanladılar. Allah da onları günahlarına görə cəzalandırdı.
Allahın
cəzası şiddətlidir....
Ali-İmran Suresi, 15. Ayet:
(Ey peyğəmbər!) De ki: “Sizə bunlardan daha yaxşısını xəbər verimmi? (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün Rəbbi yanında, altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər, pak zövcələr və
Allahın
razılığı vardır. Allah bəndələrini görəndir”....
Ali-İmran Suresi, 19. Ayet:
Allah dərgahında (haqq olan) din, şübhəsiz ki, İslamdır. Kitab verilənlər, özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Kim
Allahın
ayələrini inkar edərsə, (bilsin ki,) şübhəsiz,
Allahın
hesaba çəkməsi sürətlidir....
Ali-İmran Suresi, 21. Ayet:
Allahın
ayələrini inkar edən, peyğəmbərləri haqsız yerə öldürən və ədalətli olmağı əmr edən insanların canına qəsd edənləri şiddətli bir əzabla müjdələ!...
Ali-İmran Suresi, 23. Ayet:
Kitabdan (Tövratdan) özlərinə bir pay verilənləri (yəhudiləri) görmədinmi? Aralarında hökm verilməsi üçün
Allahın
kitabına dəvət olunurlar. Sonra isə onlardan bir dəstə üz döndərərək geri dönür....
Ali-İmran Suresi, 41. Ayet:
Zəkəriyya dedi: “Ey Rəbbim! Mənə bir nişanə göstər!” Allah buyurdu: “Sənin nişanən, üç gün insanlarla yalnız işarə yolu ilə (əl, baş və gözlə işarə edərək) danışmağındır. (Bundan əlavə,) Rəbbini çox zikr et və səhər-axşam təsbeh et (
Allahın
şəninə təriflər deyib Ona şükür et)!”...
Ali-İmran Suresi, 45. Ayet:
O vaxt mələklər demişdilər: “Ey Məryəm! Həqiqətən, Allah sənə, Öz tərəfindən bir kəlməni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada və axirətdə şanı uca və
Allahın
Özünə yaxın tutduğu kimsələrdəndir. (“Məsih” İbrani (İvrit) dilində “müqəddəs” mənasına gəlir və Həzrət İsanın ləqəbidir.)...
Ali-İmran Suresi, 49. Ayet:
Və o, İsrail oğullarına peyğəmbər (olacaqdır). (İsa deyəcək:) “Mən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da
Allahın
izni ilə quş olar. Anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldaram.
Allahın
izni ilə ölüləri dirildərəm. Evlərinizdə yediklərinizi və yığdıqlarınızı da sizə xəbər verərəm. Əgər möminsinizsə, əlbəttə, bunda sizin üçün bir dəlil vardır....
Ali-İmran Suresi, 52. Ayet:
İsa onların (yəhudilərin) inkarçılıqlarını hiss etdikdə dedi: “Allaha gedən yolda mənim köməkçilərim kim olacaq?” Həvarilər dedilər: “Biz
Allahın
(dininin) köməkçiləriyik. Allaha iman etmişik və sən də şahid ol ki, biz (Allaha) təslim olmuşuq!”...
Ali-İmran Suresi, 61. Ayet:
Sənə gələn bu elmdən sonra buna dair kim səninlə mübahisə edərsə, de ki: “Gəlin, sizlər və bizlər də daxil olmaqla, siz öz oğlanlarınızı, biz də öz oğlanlarımızı, siz öz qadınlarınızı, biz də öz qadınlarımızı çağıraq! Sonra da (Allaha) dua edib
Allahın
lənətinin yalançıların üzərinə olmasını diləyək!” (Bu ayəyə “Mübahilə ayəsi” deyilir ki, bir məsələ barəsində mübahisə edən iki tərəf, hansının haqlı olduğunu ortaya çıxarmaq üçün qarşılıqlı lənətləşirlər.)...
Ali-İmran Suresi, 67. Ayet:
İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif (
Allahın
birliyini tanıyan) bir müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi....
Ali-İmran Suresi, 70. Ayet:
Ey kitab əhli!
Allahın
ayələrinə şahid olduğunuz halda nə üçün inkar edirsiniz?...
Ali-İmran Suresi, 73. Ayet:
Və sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!”(- dedilər). (Ey peyğəmbər!) De ki: “Əlbəttə, doğru yol
Allahın
yoludur”. (Yəhudilər yenə öz aralarında belə dedilər:) “Sizə verilənin (Tövratın) bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz nəzdində sizinlə mübahisə edəcəklərinə (inanmayın)!” De: “Həqiqətən, lütf
Allahın
əlindədir. Onu, dilədiyi şəxsə bəxş edər. Allah (lütfü ilə) genişdir, (hər şeyi) biləndir”....
Ali-İmran Suresi, 79. Ayet:
Allah kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra insanlara: “Allahı buraxıb mənə qul olun!” - demək heç kimə yaraşmaz. Əksinə (o belə deyər:) “Öyrətdiyiniz kitaba və öyrəndiklərinizə uyğun olaraq Rəbbə xalis qullar olun!” (Xristianlar Həzrət İsanın ilah olduğunu iddia edirlər. Həzrət İsanın gətirdiyi dində olmayan və
Allahın
birliyinə zidd olan bu iddia İslam dininə görə batil bir inancdır. Yuxarıdakı ayədə bu məsələyə işarə olunur.)...
Ali-İmran Suresi, 83. Ayet:
Göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olduğu halda onlar (kitab əhli)
Allahın
dinindən başqasınımı axtarırlar? Halbuki onlar Onun hüzuruna qaytarılacaqlar....
Ali-İmran Suresi, 87. Ayet:
Onların cəzası odur ki,
Allahın
, mələklərin və bütün insanların lənəti onların üzərinədir....
Ali-İmran Suresi, 92. Ayet:
Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir. (“Yaxşılıq” olaraq tərcümə etdiyimiz “birr” kəlməsini təfsirçilər “cənnət, xeyrin və yaxşılığın zirvə nöqtəsi,
Allahın
rəhməti və rizası” olaraq təfsir etmişlər.)...
Ali-İmran Suresi, 95. Ayet:
De: “Allah doğru demişdir. Ona görə də, hənif (
Allahın
birliyini tanıyan) olan İbrahimin dininə tabe olun! O, müşriklərdən deyildi”....
Ali-İmran Suresi, 98. Ayet:
De: “Ey kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda nə üçün
Allahın
ayələrini inkar edirsiniz?”...
Ali-İmran Suresi, 99. Ayet:
De: “Ey kitab əhli! Nə üçün (həqiqəti) gördüyünüz halda onu əyri göstərmək məqsədilə iman gətirənləri
Allahın
yolundan döndərməyə çalışırsınız? Allah sizin etdiklərinizdən qafil deyildir”....
Ali-İmran Suresi, 101. Ayet:
Sizə
Allahın
ayələri oxunduğu və Onun Peyğəmbəri də aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allaha (İslama) bağlanarsa, şübhəsiz ki, o, doğru yola yönəldilmişdir....
Ali-İmran Suresi, 103. Ayet:
Hamılıqla
Allahın
ipinə (İslama) yapışın və parçalanmayın!
Allahın
, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz....
Ali-İmran Suresi, 107. Ayet:
Üzləri ağaranlar isə
Allahın
rəhməti içərisində (cənnətdə) olacaqlar. Onlar orada əbədi qalacaqlar....
Ali-İmran Suresi, 108. Ayet:
Bunlar
Allahın
ayələridir. Onları sənə bir həqiqət olaraq oxuyuruq. Allah aləmlərə (insanlara) zülm etmək istəməz....
Ali-İmran Suresi, 112. Ayet:
Harada olursa olsunlar,
Allahın
və (mömin) insanların himayəsinə sığınanlar istisna olmaqla, onlara zillət damğası vurulmuşdur. Onlar
Allahın
qəzəbinə düçar olmuşlar və onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar
Allahın
ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu, (Allaha qarşı) üsyan etmələri və həddi aşmalarına görədir....
Ali-İmran Suresi, 113. Ayet:
Onlar (hamısı) eyni deyillər. Kitab əhli içində düzgün bir camaat vardır ki, onlar gecə vaxtı səcdəyə qapanaraq
Allahın
ayələrini oxuyurlar....
Ali-İmran Suresi, 141. Ayet:
Bu həm də
Allahın
iman gətirənləri (günahlarından) təmizləməsi və kafirləri məhv etməsi üçündür....
Ali-İmran Suresi, 145. Ayet:
Allahın
izni olmayınca heç kəsə ölüm yoxdur. (Ölüm,) vaxtı müəyyən edilmiş bir yazıdır. Kim dünya savabını (nemətini) istəyərsə, ona ondan verərik. Kim axirət savabını (cənnəti) istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq....
Ali-İmran Suresi, 152. Ayet:
Siz Onun (
Allahın
) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxmışdı. Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (peyğəmbərin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır....
Ali-İmran Suresi, 157. Ayet:
Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, (bilin ki,) şübhəsiz,
Allahın
bağışlaması və rəhməti onların (dünyada) yığdıqları (bütün) şeylərdən daha xeyirlidir....
Ali-İmran Suresi, 158. Ayet:
Ölsəniz də, öldürülsəniz də, hökmən
Allahın
hüzurunda toplanacaqsınız....
Ali-İmran Suresi, 159. Ayet:
Allahın
mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər. (Yuxarıdakı ayədən də görüldüyü kimi, İslam dini, müsəlmanların rəhbəri Həzrət Peyğəmbər (s.ə.s.) olsa da, ümmət üçün idarəçilikdə məsləhət və məşvərət m...
Ali-İmran Suresi, 162. Ayet:
Allahın
rizasını qazanmaq istəyən kəs,
Allahın
qəzəbinə düçar olan kəs kimi ola bilərmi?! Onun (qəzəbə düçar olanın) yeri cəhənnəmdir. Ora necə də pis bir yerdir!...
Ali-İmran Suresi, 164. Ayet:
übhəsiz ki, Allah möminlərə, öz içlərindən onlara (
Allahın
) ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərməklə lütf etmişdir. Halbuki daha əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər....
Ali-İmran Suresi, 166. Ayet:
İki ordunun üz-üzə gəldiyi gün sizin başınıza gələn fəlakət də yalnız
Allahın
izni ilə oldu ki, möminləri ayırd etsin...
Ali-İmran Suresi, 170. Ayet:
Onlar
Allahın
Öz lütfündən verdiyi (nemətlərə görə) sevinər və hələ onlara çatmamış (şəhid olacaq) kimsələrə heç bir qorxunun olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şad olarlar....
Ali-İmran Suresi, 171. Ayet:
Həm Allahdan gələn nemət və lütfə görə, həm də
Allahın
möminlərin mükafatını puça çıxarmayacağına görə şad olarlar....
Ali-İmran Suresi, 172. Ayet:
Yaralandıqdan sonra da
Allahın
və Peyğəmbərin dəvətinə uyanların arasından yaxşı işlər görüb (pis işlərdən) çəkinənlər üçün böyük bir mükafat vardır....
Ali-İmran Suresi, 174. Ayet:
Beləcə,
Allahın
neməti və lütfü sayəsində onlara heç bir zərər toxunmadan geri döndülər və
Allahın
rizasına uymuş oldular. Allah böyük lütf sahibidir....
Ali-İmran Suresi, 180. Ayet:
Allahın
, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası
Allahın
dır. Allah etdiklərinizdən xəbərdardır. (Ayədəki “miras” kəlməsi təfsirlərdə belə izah edilmişdir: “Göylərdə və yerdə nə varsa, hamısı
Allahın
mülküdür. Ondan faydalanan insanlar da onu bir-birlərindən miras kimi alırlar”.)...
Ali-İmran Suresi, 190. Ayet:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (
Allahın
varlığını və birliyini göstərən) dəlillər vardır....
Ali-İmran Suresi, 196. Ayet:
Kafirlərin (bolluq içində) ölkə-ölkə gəzib dolaşmaları səni əsla aldatmasın! (Bəzi möminlər, kafirlərin maddi imkanlarının yaxşı olduğunu və bolluq içində yaşadıqlarını gördüyü zaman: “Görünən odur ki,
Allahın
düşmənləri bolluq içində yaşayır, biz isə əziyyət çəkirik”, - demişdilər. Buna görə də yuxarıdakı ayə nazil olmuşdur.)...
Ali-İmran Suresi, 198. Ayet:
Lakin Rəbbindən qorxanlar üçün,
Allahın
qonağı olaraq içində əbədi qalacaqları və (ağacları) altından çaylar axan cənnətlər vardır. Allah dərgahında olanlar yaxşı əməl sahibləri üçün daha xeyirlidir....
Ali-İmran Suresi, 199. Ayet:
Həqiqətən, kitab əhlindən elələri də var ki, həm Allaha, həm də sizə və özlərinə nazil olana Allaha boyun əyərək iman gətirər və
Allahın
ayələrini ucuz bir qiymətə satmazlar (dəyişdirməzlər). Onlar üçün Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki,
Allahın
haqq-hesaba çəkməsi çox sürətlidir....
Nisa Suresi, 5. Ayet:
Dolanmağınız üçün
Allahın
sizə bəxş etdiyi mal-mülkünüzü səfehlərə (ağılsızların, israfçıların və uşaqların əlinə) verməyin! Onları ondan (həmin mal-mülkdən) yedirib geyindirin və onlara yaxşı söz söyləyin!...
Nisa Suresi, 13. Ayet:
Bunlar
Allahın
(qoymuş olduğu) sərhədləridir. Kim Allaha və Onun Peyğəmbərinə itaət edərsə, (Allah) onu, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Bax, böyük uğur budur!...
Nisa Suresi, 14. Ayet:
Kim Allaha və Onun Peyğəmbərinə üsyan edər və Onun (
Allahın
qoymuş olduğu) sərhədlərini aşarsa, (Allah) onu içində əbədi qalacağı cəhənnəmə daxil edəcəkdir. (Orada) onun üçün alçaldıcı bir əzab vardır....
Nisa Suresi, 17. Ayet:
Allahın
qəbul etdiyi tövbə yalnız nadanlıqla pis bir iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir....
Nisa Suresi, 24. Ayet:
(Müharibədə əsir alaraq) sahib olduğunuz cariyələr istisna olmaqla, ərli qadınlar da,
Allahın
yazısı (əmri) olaraq sizə (haram edilmişdir). Onlardan başqalarını isə namuslu olmaq və zina etməmək şərtilə mallarınızla (mehrini verib) istəməyiniz sizə halal edildi. Onlardan faydalanmağınız əvəzində vacib olan mehrlərini verin! (Mehr) müəyyən edildikdən sonra razılaşmanızda sizə günah yoxdur. Həqiqətən, Allah biləndir, hikmət sahibidir....
Nisa Suresi, 32. Ayet:
Allahın
birinizi digərindən üstün tutduğu şeyi (birinizə digərinizdən artıq verdiyi mal-mülkü) arzulamayın! Kişilər üçün qazandıqlarından bir pay, qadınlar üçün də qazandıqlarından bir pay vardır. Allahdan, Onun lütfünü istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir. (Allah hər insana, onun qabiliyyətinə və çalışmasına görə nemətlər bəxş etmişdir. Başqasının malına göz dikməyin yerinə, hər kəs öz əlindəki nemətə şükür etməli və bir şey istədiyi zaman yalnız Allahdan istəməlidir.)...
Nisa Suresi, 34. Ayet:
Allahın
insanların bir qismini digərlərinə üstün etməsinə və öz mallarından (qadınlar üçün) sərf etdiklərinə görə, kişilər qadınların idarəçisi və himayədarlarıdır. Əməlisaleh qadınlar itaətkardırlar. Allah onları qoruduğu üçün onlar da gizli olanı (namuslarını) qoruyarlar. Özbaşınalıq etməsindən qorxduğunuz qadınlara gəlincə, onlara nəsihət edin, (yola gəlməzlərsə,) yataqda onları yalnız buraxın və (yenə yola gəlməzlərsə,) onları döyün! Əgər sizə itaət edərlərsə, artıq onlar üçün başqa bir yol ...
Nisa Suresi, 37. Ayet:
Bunlar,) xəsislik edən, insanlara xəsisliyi əmr edən və
Allahın
, Öz lütfündən onlara verdiyi şeyi (nemətləri, imkanları) gizlədən kəslərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq....
Nisa Suresi, 39. Ayet:
Əgər onlar Allaha və axirət gününə iman gətirib,
Allahın
onlara verdiyi ruzidən (ehtiyac sahiblərinə) infaq etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları yaxşı tanıyır....
Nisa Suresi, 46. Ayet:
Yəhudilərin bir qismi sözlərin yerini dəyişdirir və dillərini əyib-büzərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qarşı çıxdıq! Eşit! Eşitməz olasan! “Raina!” (Bizə qayğı göstər!) - deyirlər. Əgər onlar: “Dinlədik və itaət etdik. Dinlə və bizə bax!” - desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı və daha doğru olardı. Lakin küfrləri səbəbilə Allah onlara lənət etmişdir. Az bir hissəsi istisna olmaqla, onlar iman gətirməzlər. (Yəhudilər,
Allahın
onlara göndərdiyi Tövratı təhrif edərək, ondak...
Nisa Suresi, 47. Ayet:
Ey kitab əhli! Biz (bəzi) üzləri dümdüz edib arxalarına çevirməzdən, yaxud şənbə günü əhlini lənətlədiyimiz kimi onları da lənətləməzdən əvvəl əlinizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Qurana) iman gətirin!
Allahın
əmri mütləq yerinə yetəcəkdir! (Yuxarıdakı ayədə keçən “şənbə günü əhli”, yəhudilərə görə müqəddəs sayılan şənbə günündə o günün qadağalarına riayət etməyən bəzi yəhudilərdir. Bu qadağalara riayət etmədiklərinə görə Allah onları lənətləmişdir.)...
Nisa Suresi, 52. Ayet:
Onlar
Allahın
lənət etdiyi kimsələrdir.
Allahın
lənət etdiyi kimsəyə heç bir köməkçi tapa bilməzsən!...
Nisa Suresi, 54. Ayet:
Yoxsa onlar
Allahın
Öz lütfündən bəxş etdiyi şeylərə görə insanlara həsədmi aparırlar? Halbuki, Biz İbrahim ailəsinə kitab və hikmət vermiş, onlara böyük bir hökmranlıq bəxş etmişdik....
Nisa Suresi, 61. Ayet:
Onlara: “(Aranızda hökm verilməsi üçün)
Allahın
nazil etdiyinə (Qurana) və Peyğəmbərə gəlin!” - deyildiyi zaman münafiqlərin səndən tamamilə üz döndərdiklərini görərsən....
Nisa Suresi, 64. Ayet:
Biz hər bir peyğəmbəri, -
Allahın
izni ilə - yalnız özünə itaət olunması üçün göndərdik. Əgər onlar, özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə,
Allahın
, tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər....
Nisa Suresi, 69. Ayet:
Kim Allaha və Peyğəmbərə itaət edərsə, onlar
Allahın
nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar nə gözəl yoldaşlardır!...
Nisa Suresi, 83. Ayet:
Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldiyi zaman onu yayarlar. Əgər bunu Peyğəmbərə və aralarındakı ixtiyar sahiblərinə demiş olsaydılar, onların içindən onun mahiyyətini anlayan kimsələr (onun nə olduğunu) bilərdilər. Əgər
Allahın
sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyacaqdınız....
Nisa Suresi, 84. Ayet:
Ona görə də Allah yolunda vuruş! Sən özündən başqasına görə məsul deyilsən. Möminləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırar.
Allahın
gücü daha çox, cəzası da daha şiddətlidir....
Nisa Suresi, 88. Ayet:
Sizə nə olub ki, münafiqlər barəsində iki qrupa ayrıldınız? Halbuki Allah onları, qazandıqları şeylərə görə baş aşağı etmişdir (küfrə qaytarmışdır).
Allahın
azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allah kimi azdırarsa, onun üçün heç bir (doğru) yol tapa bilməzsən!...
Nisa Suresi, 97. Ayet:
Mələklər özlərinə zülm edənlərin canlarını alarkən dedilər: “Nə işlə məşğul idiniz?” Onlar dedilər: “Biz yer üzündə aciz idik”. Mələklər dedilər: “
Allahın
yeri hicrət edəcəyiniz qədər geniş deyildimi?!” Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis dönüş yeridir!...
Nisa Suresi, 105. Ayet:
Allahın
sənə göstərdiyi şəkildə insanlar arasında hökm verəsən deyə Kitabı sənə haqq olaraq nazil etdik. Ona görə də xainlərin müdafiəçisi olma!...
Nisa Suresi, 110. Ayet:
Kim pis bir iş görər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə,
Allahın
bağışlayan və mərhəmətli olduğunu görər....
Nisa Suresi, 113. Ayet:
Əgər sənə
Allahın
lütfü və mərhəməti olmasaydı, onlardan bir dəstə səni (haqdan) azdırmaq niyyətində olardı. Halbuki, onlar özlərindən başqasını azdıra bilməzlər və sənə heç bir zərər verə bilməzlər. Allah sənə Kitabı (Quranı) və hikməti nazil etdi, eləcə də daha əvvəl bilmədiklərini öyrətdi.
Allahın
sənə olan lütfü böyükdür....
Nisa Suresi, 114. Ayet:
Onların fısıldaşmalarının çoxunda xeyir yoxdur. Ancaq sədəqə verməyi, yaxud yaxşılığı və ya insanların arasını düzəltməyi (sülhü) əmr edən kimsənin (fısıldaşması) istisnadır. Kim
Allahın
rizasını qazanmaq üçün bunu edərsə, Biz ona böyük mükafat verəcəyik....
Nisa Suresi, 119. Ayet:
Onları hökmən azdırıb (puç) xülyalara salacaq və onlara əmr edəcəyəm ki, (bütlər üçün nişanlamaq məqsədilə) heyvanların qulaqlarını kəssinlər. Onlara,
Allahın
yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür. (
Allahın
yaratdıqlarını dəyişdirmək, canlıların təbii formalarını və xüsusiyyətlərini dəyişdirmək deməkdir. Lazımsız yerə heyvanların qulaqlarını, quyruqlarını, buynuzlarını və s. kəsmək də bu ayə ilə qadağan e...
Nisa Suresi, 122. Ayet:
İman gətirib yaxşı işlər görənləri isə, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. (Bu,)
Allahın
haqq olan vədidir. Söz (vermək və onu tutmaq) baxımından Allahdan daha doğru kim ola bilər?!...
Nisa Suresi, 131. Ayet:
Göylərdə və yerdə nə varsa, hamısı
Allahın
dır. Sizdən əvvəl özlərinə kitab verilənlərə də, sizə də əmr etdik ki, Allahdan qorxun! Əgər Allahı inkar etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa, hamısı
Allahın
dır. Allah heç nəyə möhtac deyildir, hər cür tərifə layiqdir....
Nisa Suresi, 132. Ayet:
Göylərdə və yerdə nə varsa, hamısı
Allahın
dır. Vəkil olaraq Allah yetər!...
Nisa Suresi, 140. Ayet:
(Allah) Kitabda sizə nazil etmişdir ki,
Allahın
ayələrinin inkar edildiyini və onların (ayələrin) ələ salındığını eşitdiyiniz zaman, onlar (kafirlər) bundan başqa bir sözə (mövzuya) keçənə qədər onlarla birlikdə oturmayın! Yoxsa siz də onlar kimi olarsınız. Şübhəsiz ki, Allah münafiqləri və kafirləri cəhənnəmdə bir yerə toplayacaqdır....
Nisa Suresi, 143. Ayet:
Onlar bunların (iman ilə küfr) arasında tərəddüd edib, nə onlara (möminlərə), nə də bunlara (kafirlərə) bağlanarlar.
Allahın
azdırdığı kimsə üçün heç bir (çıxış) yolu tapa bilməzsən....
Nisa Suresi, 146. Ayet:
Ancaq tövbə edib özlərini islah edən, Allaha (
Allahın
dininə) sarılan və Allah üçün dinlərini (ibadətlərini) ixlasla yerinə yetirən kimsələr istisnadır. Onlar möminlərlə bərabərdirlər. Allah möminlərə böyük mükafat verəcəkdir....
Nisa Suresi, 155. Ayet:
(Onları lənətləməyimiz,) verdikləri əhdi pozmaları,
Allahın
ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri və: “Ürəklərimiz pərdəlidir!” - demələrinə görədir. Xeyr, küfrlərinə görə Allah onların qəlblərini möhürləmişdir. Artıq, onların az bir qismi iman gətirər....
Nisa Suresi, 157. Ayet:
(Onları lənətləməmizin bir səbəbi də,) “Biz
Allahın
elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük!” - demələridir. Halbuki, onu (İsanı) nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlara o (öldürdükləri şəxs), (İsaya) bənzər şəkildə göstərildi. Onun haqqında ixtilafda olanlar, əlbəttə, şübhə içərisindədirlər. Ona dair onların əlində heç bir (doğru) bilgi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Onu (İsanı) qətiyyən öldürmədilər. (Allah İsa peyğəmbəri, onu öldürmək istəyən yəhudilərin əlindən xilas e...
Nisa Suresi, 160. Ayet:
Yəhudilər zülm etdiklərinə və bir çox kimsəni
Allahın
yolundan döndərdiklərinə görə (daha əvvəl) özlərinə halal edilmiş gözəl nemətləri onlara haram etdik....
Nisa Suresi, 167. Ayet:
Həqiqətən, kafir olub (insanları)
Allahın
yolundan döndərən kimsələr (haqdan) uzaq bir zəlalətə düşmüşlər....
Nisa Suresi, 170. Ayet:
Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqqı (Quranı) gətirdi. Elə isə, öz yaxşılığınız üçün (ona) iman gətirin! Əgər (onu) inkar etsəniz, bilin ki, şübhəsiz, göylərdə və yerdə nə varsa, hamısı
Allahın
dır. Allah hər şeyi biləndir, hikmət sahibidir....
Nisa Suresi, 171. Ayet:
Ey kitab əhli, dininizdə həddi aşmayın və Allah barəsində haqdan başqa bir şey söyləməyin! Məryəm oğlu İsa Məsih ancaq
Allahın
peyğəmbəri, Məryəmə göndərdiyi sözü (“Ol” sözünün nəticəsi) və Ondan bir ruhdur (Onun tərəfindən üfürülmüş bir ruhdur). Ona görə də Allaha və peyğəmbərlərinə iman gətirin və “(Tanrı) üçdür” deməyin! Öz yaxşılığınız üçün buna son qoyun! Şübhəsiz ki, Allah tək bir ilahdır. O, övladı olmaqdan uzaq və pakdır. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Vəkil olaraq A...
Nisa Suresi, 172. Ayet:
Nə Məsih, nə də müqərrəb (Allah yanında uca məqama sahib olan) mələklər
Allahın
qulu olmağı əsla özlərinə ar bilməzlər. Kim Allaha ibadət etməyi özünə ar bilib təkəbbürlük göstərərsə, O, onların hamısını Öz hüzuruna toplayacaqdır....
Ənfal Suresi, 2. Ayet:
Möminlər yalnız o kəslərdir ki,
Allahın
adı çəkildiyi zaman ürəkləri titrəyər, onlara
Allahın
ayələri oxunduğu zaman bu, onların imanlarını artırar və yalnız Rəbbinə təvəkkül edərlər....
Ənfal Suresi, 14. Ayet:
Bu sizə (
Allahın
əzabıdır). Elə isə, dadın onu! Kafirlər üçün bir də cəhənnəm əzabı vardır....
Ənfal Suresi, 16. Ayet:
(Təkrar) döyüşmək üçün bir kənara çəkilənlər və ya (möminlərdən ibarət digər bir) dəstəyə qoşulanlar istisna olmaqla, o gün kim onlara (düşmən ordusuna) arxasını çevirərsə, şübhəsiz, o,
Allahın
qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir!...
Ənfal Suresi, 24. Ayet:
Ey iman gətirənlər! Sizi, həyat verən şeylərə çağırdığı zaman
Allahın
və Peyğəmbərin dəvətini qəbul edin! Bilin ki, Allah insanla onun qəlbi arasına girər. Həqiqətən, siz Onun hüzurunda toplanacaqsınız. (İnsanlara həyat verən şeylər
Allahın
və Onun rəsulunun əmr və qadağalarına itaət etməkdir. Ayədə keçən “Allah insanla onun qəlbi arasına girər” ifadəsi
Allahın
insanları qabiliyyətlərinə görə istədiyi tərəfə meyil etdirdiyi mənasına gəlir.)...
Ənfal Suresi, 25. Ayet:
İçinizdən sadəcə zülm edənlərə toxunmayan fitnədən qorxun! Bilin ki,
Allahın
əzabı şiddətlidir....
Ənfal Suresi, 48. Ayet:
O zaman şeytan onlara etdikləri əməlləri gözəl göstərdi və dedi ki: “Bu gün insanlardan, sizə qalib gələ biləcək heç kim yoxdur və əlbəttə, mən də sizin yanınızdayam!” Ancaq iki dəstə bir-birini gördüyü zaman geri döndü və dedi ki: “Mən sizdən uzağam. Mən sizin görmədiyiniz şeyləri (mələkləri) görürəm. Mən Allahdan qorxuram.
Allahın
əzabı şiddətlidir!”...
Ənfal Suresi, 52. Ayet:
(Bunların hərəkətləri,) Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar da
Allahın
ayələrini inkar etmişdilər. Ona görə də Allah onları günahlarına görə cəzalandırmışdı. Şübhəsiz ki, Allah güclüdür, cəzası şiddətlidir....
Ənfal Suresi, 55. Ayet:
Həqiqətən,
Allahın
nəzərində yer üzündəki canlıların ən pisi inkar edənlərdir. Çünki onlar iman gətirməzlər....
Ənfal Suresi, 60. Ayet:
Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın! Bunlarla,
Allahın
və sizin düşməninizi, həmçinin
Allahın
bilib sizin bilmədiyiniz başqa kimsələri qorxudarsınız. Allah yolunda nə xərcləsəniz, sizə tam olaraq ödənilər və siz heç bir haqsızlığa məruz qalmazsınız. (Yuxarıdakı ayədə Allah-Təala müsəlmanların düşmənə qarşı hər cür tədbir almasını əmr edir. O dövrdə müharibədə atlar böyük rol oynadığı üçün ona işarə edilmişdir.)...
Ənfal Suresi, 66. Ayet:
İndi Allah sizin yükünüzü yüngülləşdirdi. O, sizdə bir zəiflik olduğunu bilirdi. Əgər sizdən yüz nəfər səbirli şəxs olsa, onlar iki yüz nəfəri, əgər sizdən min nəfər olsa, (onlardan) iki min nəfəri
Allahın
izni ilə məğlub edərlər. Allah səbir edənlərlə bərabərdir! (İlk zamanlar müsəlmanların sayı az olduğuna görə bir müsəlman on kafirə qarşı vuruşmaq məcburiyyətində qalırdı. Müsəlmanların sayı artdığı zaman Allah-Təala onların yükünü azaltdı və bir möminin iki kafirə qarşı vuruşmasını əmr etdi.)...
Ənfal Suresi, 73. Ayet:
Kafirlər də bir-birlərinin dostlarıdır. Siz onu (
Allahın
əmrlərini) yerinə yetirməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar....
Ənfal Suresi, 75. Ayet:
Sonradan iman gətirib hicrət edən və sizinlə birlikdə cihad edənlərə gəldikdə, onlar da sizdəndir.
Allahın
Kitabında qohumlar (varis olmaqda) bir-birlərinə daha uyğundurlar. Şübhəsiz ki, Allah hər şeyi biləndir....
Əhqaf Suresi, 9. Ayet:
De: “İlk peyğəmbər mən deyiləm. Onun (
Allahın
) mənə və sizə nə edəcəyini də bilmirəm. Mən yalnız mənə gələn vəhyə tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdarlıq edən bir peyğəmbərəm”....
Əhqaf Suresi, 17. Ayet:
Ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-keçdiyi halda siz (yenidən dirildilib qəbirdən) çıxardılacağımla məni təhdid edirsiniz?” – deyənə onlar: “Vay sənin halına! İman gətir! Həqiqətən,
Allahın
vədi haqdır”, - deyərək Allahdan yardım istəyərlər. Ancaq o: “Bu yalnız əvvəlkilərin əfsanələridir”, - deyər....
Əhqaf Suresi, 26. Ayet:
Həqiqətən, Biz sizə vermədiyimiz imkanları onlara vermişdik. Onlara qulaqlar, gözlər və qəlblər vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara bir fayda verdi. Çünki onlar
Allahın
ayələrini inkar edirdilər. Buna görə də istehza etdikləri (əzab) onları bürüdü....
Əhqaf Suresi, 31. Ayet:
Ey qövmümüz!
Allahın
dəvətçisini qəbul edin və ona iman gətirin ki, O sizin günahlarınızı bağışlasın və sizi şiddətli əzabdan qorusun....
Əhqaf Suresi, 32. Ayet:
Kim
Allahın
dəvətçisini qəbul etməzsə, o, yer üzündə (Allahdan qaçaraq Onu) aciz qoya bilməz. Onun Allahdan başqa himayədarları da olmaz. Onlar açıq-aşkar bir azğınlıq içindədirlər”....
Əhqaf Suresi, 33. Ayet:
Göyləri və yeri yaradan, bunları yaratmaqla yorulmayan
Allahın
ölüləri diriltməyə də qadir olduğunu dərk etmirlərmi? Bəli! Şübhəsiz ki, O, hər şeyə qadirdir....
Nəml Suresi, 30. Ayet:
O məktub Süleymandandır və belə başlayır: “Rəhman və Rəhim olan
Allahın
adı ilə!...
Nəml Suresi, 36. Ayet:
(Elçi hədiyyə ilə) Süleymanın hüzuruna gəldiyi zaman o belə dedi: “Siz mənə mal-mülkləmi yardım edirsiniz?
Allahın
mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Bu hədiyyələrinizlə siz sevinirsiniz....
Nəml Suresi, 87. Ayet:
Sura üfürüləcəyi gün
Allahın
dilədiyi kimsələr istisna olmaqla, göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya düşəcəklər və hamısı boyunlarını bükərək Onun hüzuruna gələcək....
Nəml Suresi, 88. Ayet:
Sən dağları görüb onların sabit durduğunu zənn edərsən. Halbuki, onlar buludların keçdiyi kimi keçərlər. Bu, hər şeyi mükəmməl edən
Allahın
sənətidir. Həqiqətən, O, sizin etdiklərinizdən xəbərdardır. (Bəzi təfsirçilərə görə, bu ayə dünyanın hərəkət etdiyinə işarə edir. Yəni, ayədəki “dağların buludlar kimi keçməsi” ifadəsi yer kürəsinin hərəkətdə olduğuna dəlalət edir.)...
Nəml Suresi, 89. Ayet:
Hər kim yaxşı əməllərlə (
Allahın
hüzuruna) gələrsə, onun üçün ondan daha yaxşısı vardır. Onlar o gün dəhşətli qorxudan əmin olacaqlar....
Nəml Suresi, 90. Ayet:
Hər kim pis əməllərlə (
Allahın
hüzuruna) gələrsə, onlar üzü üstə cəhənnəmə atılacaqlar. (Onlara belə deyiləcək:) “Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkirsiniz!”...
Rum Suresi, 4. Ayet:
Özü də bir neçə il ərzində. (Onların bu məğlubiyyətindən) əvvəl də, sonra da əmr
Allahın
dır. O gün möminlər də sevinəcəklər,...
Rum Suresi, 5. Ayet:
Allahın
yardımı ilə! O, istədiyi kimsəyə yardım edər. O, yenilməz qüvvət sahibidir, mərhəmətlidir....
Rum Suresi, 6. Ayet:
Bu,
Allahın
vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bunu bilmir....
Rum Suresi, 8. Ayet:
Onlar öz-özlərinə
Allahın
göyləri, yeri və onların arasındakıları haqq olaraq və müəyyən bir müddət üçün yaratdığını heç düşünmədilərmi? Həqiqətən, insanların bir çoxu Rəbbinə qovuşacağını inkar edir....
Rum Suresi, 10. Ayet:
Ancaq
Allahın
ayələrini yalanlayaraq və lağa qoyaraq pislik edənlərin aqibəti çox pis oldu....
Rum Suresi, 28. Ayet:
O, sizə özünüzdən bir misal verir. Kölələrinizin içərisində sizə verdiyimiz ruzilər barəsində bir-birinizdən çəkindiyiniz kimi, onlardan da çəkinəcəyiniz dərəcədə sizinlə bərabər hüquqlara malik olan şərikləriniz varmı? Biz ayələri düşünənlər üçün belə izah edirik. (Bu ayədə insanların özlərindən olan kölələri belə özlərinə tay tutmadıqları və dünya malını onlarla bölüşməyə yanaşmadıqları qeyd olunur. Belə olan halda tayı-bərabəri olmayan Uca
Allahın
şəriyinin olduğunu iddia etmək çox məntiqsizd...
Rum Suresi, 29. Ayet:
Xeyr, zülm edənlər cahilliklə öz nəfslərinin arzularına uydular.
Allahın
haqq yoldan azdırdığı kimsəni kim doğru yola yönəldə bilər?! Onların heç bir köməkçisi də yoxdur....
Rum Suresi, 30. Ayet:
Allahın
insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir!
Allahın
(insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir. (“Hənif” tək olan Allaha inanan kimsəyə deyilir. Əsasən Həzrət İbrahim peyğəmbərin tövhid dini mənasında işlədilir.)...
Rum Suresi, 37. Ayet:
Onlar
Allahın
istədiyi kimsənin ruzisini bol etdiyini, istədiyininkini də azaltdığını görmədilərmi? Həqiqətən, iman gətirənlər üçün bunda ibrətlər vardır....
Rum Suresi, 38. Ayet:
Yaxın qohuma, yoxsula və yolda qalmış müsafirə (zəkat, yaxud sədəqədən) haqqını ver!
Allahın
rizasını istəyənlər üçün bu daha xeyirlidir. Onlar əsil nicat tapanlardır....
Rum Suresi, 39. Ayet:
İnsanların mal-mülkü artsın deyə verdiyiniz hər hansı bir faiz Allah dərgahında artmaz.
Allahın
rizasını diləyərək verdiyiniz zəkata gəldikdə, bunu edənlər (mənəvi qazanclarını və mallarının bərəkətini) qat-qat artıran kimsələrdir....
Rum Suresi, 41. Ayet:
İnsanların qazandıqları günahlar səbəbilə quruda və dənizdə fəsad ortaya çıxdı. Bu, (
Allahın
) onların etdikləri əməllərin (cəzasının) bir qismini daddırması üçün idi. Ola bilsin ki, onlar (doğru yola) qayıdarlar....
Rum Suresi, 45. Ayet:
Bu,
Allahın
iman gətirib yaxşı işlər görənlərə Öz lütfündən mükafat verməsi üçündür. Şübhəsiz ki, O, kafirləri sevməz....
Rum Suresi, 50. Ayet:
Elə isə
Allahın
mərhəmətinin izlərinə bax ki, öldükdən sonra yeri necə dirildir. Şübhəsiz ki, O, ölüləri də dirildəcəkdir. O, hər şeyə qadirdir....
Rum Suresi, 56. Ayet:
Elm və iman verilənlər isə (o günahkarlara) belə deyəcəklər: “And olsun ki,
Allahın
Kitabında (hökm verildiyi kimi) diriliş gününə qədər qaldınız. Bax bu, diriliş günüdür! Lakin siz onu inkar edirdiniz”....
Rum Suresi, 60. Ayet:
Ona görə də səbirli ol! Həqiqətən,
Allahın
vədi haqdır. Yəqinliklə iman gətirməyənlər səni biganəliyə sövq etməsinlər!...
Yusif Suresi, 15. Ayet:
(Qardaşları) onu aparıb quyunun dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik: “Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən onlara xəbər verəcəksən!” (Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayədə keçən “Yusifə vəhy etdik” ifadəsinə əsaslanaraq Həzrət Yusifə peyğəmbərliyin həmin vaxt verildiyi fikrindədirlər. Çünki, həqiqətən də,
Allahın
bu vədi daha sonra gerçəkləşmiş, Yusif peyğəmbər buradan xilas olmuş və bütün bunları qardaşlarına bildirmişdi.)...
Yusif Suresi, 38. Ayet:
Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe olmuşam. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu,
Allahın
bizə və insanlara olan lütfündəndir. Lakin insanların çoxu (Allaha) şükür etməz....
Yusif Suresi, 40. Ayet:
Allahı qoyub ibadət etdikləriniz sizin və atalarınızın (uyduraraq bütlərə) qoyduğu adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Hökm ancaq
Allahın
dır. O, yalnız Özünə ibadət etməyinizi əmr etmişdir. Doğru din budur, lakin insanların çoxu bilmir....
Yusif Suresi, 52. Ayet:
(O zaman Yusif dedi:) “Bu, (vəzirin) yoxluğunda mənim ona xəyanət etmədiyimi və
Allahın
xainləri hiylələrində müvəffəq etməyəcəyini bilməsi üçündür....
Yusif Suresi, 67. Ayet:
(Sonra Yaqub) dedi: “Ey oğullarım! (Şəhərə) eyni qapıdan deyil, ayrı-ayrı qapılardan girin! Yenə də Allahdan gələn heç bir şeyi mən sizdən dəf edə bilmərəm. Hökm yalnız
Allahın
dır. Mən Ona təvəkkül etmişəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər!”...
Yusif Suresi, 76. Ayet:
Beləcə, (Yusif) qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı. Sonra onu (su qabını) qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir görməyi öyrətdik. (Yoxsa)
Allahın
diləməsi istisna olmaqla, kralın qanunlarına görə qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz dilədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır....
Yusif Suresi, 87. Ayet:
Ey oğullarım, gedin Yusif və qardaşından bir xəbər gətirin!
Allahın
mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, kafirlərdən başqası
Allahın
mərhəmətindən ümidini kəsməz”. (Buna görə də qardaşları təkrar Misirə qayıtdılar.)...
Yusif Suresi, 99. Ayet:
(Yaqub və ailəsi Misirə gedib) Yusifin hüzuruna daxil olduqları zaman o, ata-anasını qucaqladı və belə dedi: “
Allahın
diləməsi ilə əmin-amalıq içində Misirə daxil olun!”...
Yusif Suresi, 105. Ayet:
Göylərdə və yerdə (
Allahın
varlığını və birliyini göstərən) neçə-neçə dəlillər vardır ki, (insanlar) onların yanından üz çevirib keçərlər....
Yusif Suresi, 107. Ayet:
Yoxsa onlar
Allahın
hər şeyi bürüyən əzabının gəlməyəcəyindən, yaxud özlərinin də xəbəri olmadan qiyamətin qəfildən qopmayacağından əmindirlərmi?!...
Rəd Suresi, 3. Ayet:
Yer üzünü döşəyən, orada möhkəm dağlar və çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yaradan Odur. O, gündüzü gecəyə qərq edər. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün (
Allahın
varlığını və birliyini göstərən) dəlillər vardır....
Rəd Suresi, 4. Ayet:
Yer üzündə eyni su ilə sulanan bir-birinə qonşu ərazilər, üzüm bağları, əkinlər, şaxəli və şaxəsiz xurma ağacları vardır. Ancaq yeyilməsi baxımından onların bir qismini digərlərindən üstün tuturuq. Şübhəsiz ki, bunda dərk edən bir qövm üçün dəlillər vardır. (Yəni, eyni torpaqdan və eyni sudan bəslənən bitkilərin hər birinin dadının, rənginin və formasının bir-birindən fərqli olması
Allahın
varlığını və qüdrətini açıq şəkildə göstərən dəlillərdəndir.)...
Rəd Suresi, 11. Ayet:
Onun (insanın) önündə və arxasında
Allahın
əmri ilə onu təqib edib qoruyanlar (həfəzə mələkləri) vardır. Şübhəsiz ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri) dəyişməyincə, Allah onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz. Əgər Allah bir qövm üçün şər diləmişsə, artıq onu heç nə dəf edə bilməz. Onların Allahdan başqa heç bir himayədarı da yoxdur....
Rəd Suresi, 21. Ayet:
Onlar
Allahın
birləşdirilməsini əmr etdiyini birləşdirər (qohumluq əlaqələrinə və ictimai vəzifələrə riayət edər), Rəbbindən çəkinər və pis (çətin) haqq-hesabdan qorxarlar....
Rəd Suresi, 25. Ayet:
Allah ilə əhd bağladıqdan sonra onu pozanlar,
Allahın
birləşdirilməsini əmr etdiklərini (qohumluq əlaqələrini) qoparanlar və yer üzündə fitnə-fəsad törədənlərə gəldikdə, lənət məhz onlaradır və onlar üçün pis bir yurd (cəhənnəm) vardır....
Rəd Suresi, 31. Ayet:
Əgər Quranla dağlar yeridilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışdırılsaydı, (onlar yenə də iman gətirməzdilər). Xeyr, bütün işlər Allaha aiddir. İman gətirənlər hələ də bilmədilərmi ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi?!
Allahın
vədi gələnə qədər etdikləri əməllərə görə kafirlərə bəla üz verməyə davam edəcək, yaxud (o bəla) evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah əsla vədindən dönməz!...
Rəd Suresi, 38. Ayet:
Şübhəsiz, Biz səndən əvvəl də peyğəmbərlər göndərdik. Onlara zövcələr və övladlar verdik.
Allahın
izni olmadan heç bir peyğəmbər möcüzə gətirə bilməz. Hər bir vaxtın kitabı vardır (hər bir şeyin zamanı Allah dərgahında yazılıb təyin edilmişdir)....
Rəd Suresi, 40. Ayet:
Onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də, yaxud (ondan əvvəl) səni öldürsək də bil ki, sənin vəzifən ancaq (
Allahın
dinini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir....
İbrahim Suresi, 1. Ayet:
Əlif, Lam, Ra! (Bu Quran) Rəbbinin izni ilə insanları qaranlıqlardan aydınlığa – yenilməz qüvvət sahibi və şükürə layiq olan
Allahın
yoluna çıxartmağın üçün sənə nazil etdiyimiz kitabdır....
İbrahim Suresi, 4. Ayet:
(
Allahın
dinini) onlara izah etsin deyə hər bir peyğəmbəri yalnız öz qövmünün dili ilə göndərdik. Allah dilədiyini zəlalətə düçar edər, dilədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət və hikmət sahibidir....
İbrahim Suresi, 5. Ayet:
Şübhəsiz ki, Biz Musanı da öz qövmünü qaranlıqlardan aydınlığa çıxartması və onlara
Allahın
günlərini (nemətlərini) xatırlatması üçün möcüzələrimizlə göndərdik. Həqiqətən, bunda çox səbir edib şükür edən hər kəs üçün ibrətlər vardır....
İbrahim Suresi, 6. Ayet:
O zaman Musa öz qövmünə belə demişdi: “
Allahın
sizə olan nemətini xatırlayın! Çünki O, sizə şiddətli işgəncə verən və (yeni doğulan) uşaqlarınızı öldürüb qadınlarınızı sağ buraxan Firon ailəsindən sizi xilas etdi. (Bütün) bunlarda Rəbbinizdən sizin üçün böyük bir imtahan vardır”....
İbrahim Suresi, 8. Ayet:
Musa demişdi: “Siz və yer üzündə olanların hamısı nankorluq etsəniz belə, (bilin ki,) həqiqətən,
Allahın
heç bir şeyə ehtiyacı yoxdur və O, şükür edilməyə layiqdir”....
İbrahim Suresi, 11. Ayet:
Peyğəmbərləri onlara dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah nemətini (peyğəmbərliyi), Öz qullarından dilədiyi kimsəyə bəxş edər.
Allahın
izni olmadan sizə bir dəlil (möcüzə) gətirə bilmərik. Möminlər Allaha təvəkkül etsinlər!...
İbrahim Suresi, 19. Ayet:
Allahın
göyləri və yeri haqq ilə yaratdığını görmədinmi?! Əgər O diləyərsə, sizi yox edib (sizin yerinizə) başqalarını gətirər....
İbrahim Suresi, 21. Ayet:
Onların hamısı (axirətdə)
Allahın
hüzuruna çıxacaq və zəiflər təkəbbürlənənlərə deyəcəklər: “Biz sizə tabe olmuşduq. Bəs indi siz
Allahın
əzabından hər hansı bir şeyi bizdən dəf edə bilərsinizmi?” Onlar isə belə deyəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə doğru yolu göstərərdik. (İndi) ağlayıb-sızlasaq da, səbir etsək də, bizim üçün birdir. Bizim üçün heç bir sığınacaq yoxdur”....
İbrahim Suresi, 24. Ayet:
Allahın
, gözəl bir sözü, kökü (yerdə) sabit duran, budaqları isə göydə olan gözəl bir ağaca bənzədərək necə bir misal çəkdiyini görmədinmi?!...
İbrahim Suresi, 25. Ayet:
O (ağac), Rəbbinin izni ilə hər zaman bar verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alalar. (Yuxarıdakı ayələrdə Allah-Təala gözəl sözü gözəl ağaca bənzətmişdir. Çünki gözəl sözün meyvəsi gözəl əməl, gözəl ağacın meyvəsi də faydalı meyvədir. Təfsirçilərə görə, buradakı gözəl söz ilə kəlmeyi-tövhid nəzərdə tutulmuşdur.
Allahın
razı olacağı hər bir gözəl əməl də bu sözün meyvəsidir.)...
İbrahim Suresi, 28. Ayet:
Allahın
nemətini küfrə dəyişən və (nəhayət) öz qövmlərini həlak yurduna aparanları görmədinmi?!...
İbrahim Suresi, 30. Ayet:
Onlar (insanları)
Allahın
yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De ki: “(Dünya nemətlərindən) faydalanın! Şübhəsiz ki, sizin dönüş yeriniz cəhənnəmdir”....
İbrahim Suresi, 34. Ayet:
O sizə istədiyiniz hər şeydən verdi. Əgər
Allahın
nemətlərini saymaq istəsəniz, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım və çox nankordur....
İbrahim Suresi, 42. Ayet:
(Ey Peyğəmbər!) Zalımların etdikləri əməllərdən
Allahın
xəbərsiz olduğunu sanma! Sadəcə, Allah onları (cəzalandırmağı) gözlərin (qorxudan) bərələcəyi günə (axirətə) qədər təxirə salır....
İbrahim Suresi, 47. Ayet:
Ona görə də
Allahın
Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma! Şübhəsiz ki, Allah qüdrətlidir, intiqam alandır....
İbrahim Suresi, 48. Ayet:
O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaqdır. Onlar tək və hər şeyə qalib olan
Allahın
hüzurunda duracaqlar. (Yerin və göylərin başqa yer və göylərlə əvəz olunması barəsində təfsirçilər müxtəlif fikirlər irəli sürmüşlər. Bir rəvayətə görə yer üzü cəhənnəmə, göylər isə cənnətə çevriləcəkdir. İbn Abbasdan gələn başqa bir rəvayətə görə isə, yer və göylər olduğu kimi qalacaq, ancaq xüsusiyyətləri dəyişəcəkdir.)...
İbrahim Suresi, 52. Ayet:
Bu (Quran) insanların xəbərdar edilmələri,
Allahın
tək bir ilah olduğunu bilmələri və ağıl sahiblərinin düşünüb öyüd almaları üçün göndərilmiş bir təbliğdir....
Hicr Suresi, 9. Ayet:
Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq! (Bu ayə açıq bir şəkildə göstərir ki, Qurani-Kərim
Allahın
himayəsi altındadır və ən kiçik bir dəyişikliyə məruz qalmadan qiyamətə qədər qorunub saxlanılacaqdır.)...
Hicr Suresi, 89. Ayet:
Və de: “Həqiqətən, mən (sizi
Allahın
əzabı barəsində) açıq-aşkar xəbərdar edənəm!”...
Hicr Suresi, 98. Ayet:
Buna görə də həmd-səna ilə Rəbbini təsbeh et (
Allahın
şəninə təriflər deyib Ona şükür et) və səcdə edənlərdən ol!...
Nəhl Suresi, 1. Ayet:
Allahın
əmri gələcəkdir. Ona görə də onu istəməkdə tələsməyin! Allah onların qoşduqları şəriklərdən uzaq və ucadır....
Nəhl Suresi, 18. Ayet:
Əgər
Allahın
nemətlərini saysanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir....
Nəhl Suresi, 45. Ayet:
Pislik etmək məqsədilə hiylə quranlar
Allahın
onları yerə batırmayacağından, yaxud gözləmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyindən əmindirlərmi?...
Nəhl Suresi, 48. Ayet:
Onlar
Allahın
yaratdığı - kölgələri kiçilən və Allaha səcdə edərək sağa-sola əyilən hər hansı bir əşyaya baxıb təfəkkür etmədilərmi?...
Nəhl Suresi, 56. Ayet:
Onlar özlərinə verdiyimiz ruzidən (mahiyyətini) bilmədikləri şeylərə (bütlərə) pay ayırırlar. Allaha and olsun ki, iftira yaxdığınız şeylərə görə mütləq sorğu-sual olunacaqsınız! (İslamdan əvvəl bəzi bütpərəst ərəblər əkinlərin və heyvanların bir qismini Allah və bütlər arasında bölüşdürərək: “Bu
Allahın
, bu da bütlərimizin payıdır!” - deyirdilər. Yuxarıdakı ayədə bütpərəstlərin bu hərəkətlərinə işarə edilir.)...
Nəhl Suresi, 59. Ayet:
Ona verilən pis müjdə səbəbilə insanlardan gizlənər. O, onu (qız övladını) zəlillik içində yanındamı saxlasın, yoxsa torpağamı basdırsın (deyə düşünər). Görün, verdikləri hökm necə də pisdir! (Hüzaa və Kinanə qəbilələri: “Mələklər
Allahın
qızlarıdır!” - deyirdilər. Halbuki özləri qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Yuxarıdakı ayədə onların bu hərəkətləri təsvir edilməkdədir.)...
Nəhl Suresi, 71. Ayet:
Allah bəzilərinizə digərlərindən daha çox ruzi vermişdir. Daha çox ruzi verilənlər özlərini tabeçiliyində olanlarla bir tutmamaq üçün onlara ruzilərini vermirlər. Onlar
Allahın
verdiyi neməti inkarmı edirlər?...
Nəhl Suresi, 72. Ayet:
Allah sizin üçün özünüzdən (insan cinsindən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar və nəvələr yaratdı. Təmiz qidalardan da sizə ruzi verdi. Belə olan halda onlar hələ də
Allahın
nemətini inkar edib batiləmi inanırlar?...
Nəhl Suresi, 83. Ayet:
Onlar
Allahın
nemətini bilir, sonra da onu inkar edirlər. Onların çoxu kafirdir....
Nəhl Suresi, 88. Ayet:
Kafir olub (insanları)
Allahın
yolundan döndərənlərə törətdikləri fitnə-fəsad səbəbilə əzab üstünə əzab artıracağıq....
Nəhl Suresi, 94. Ayet:
Andlarınızı aranızdakı bir fitnə-fəsada çevirməyin! Yoxsa (İslamda) ayağınız möhkəmləndikdən sonra sürüşər və (insanları)
Allahın
yolundan döndərdiyinizə görə (dünyada) əzabı dadarsınız, (axirətdə də) böyük bir əzaba düçar olarsınız....
Nəhl Suresi, 95. Ayet:
Allahın
əhdini az bir mənfəət müqabilində satmayın! Əgər bilirsinizsə, şübhəsiz ki, Allah yanında olan sizin üçün daha xeyirlidir....
Nəhl Suresi, 101. Ayet:
Biz bir ayənin yerinə başqa bir ayə gətirdiyimiz zaman - Allah nə nazil etdiyini yaxşı bilir - onlar: “Sən ancaq bir iftiraçısan”, – dedilər. Xeyr! Onların çoxu (həqiqəti) bilmir. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, sərt davranmaqla bağlı bir ayə nazil olduğu zaman kafirlər: “Mühəmməd bu gün əmr etdiyini sabahısı gün qadağan edərək öz səhabələrini ələ salır”, - dedilər. Yuxarıdakı ayə onların bu iradlarına cavab olaraq nazil olmuşdur. Bu ayənin də işarə etdiyi kimi Quranda bir ayənin dig...
Nəhl Suresi, 104. Ayet:
Allahın
ayələrinə inanmayanları, əlbəttə, Allah doğru yola yönəltməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır....
Nəhl Suresi, 105. Ayet:
Allahın
ayələrinə inanmayanlar ancaq yalan uydururlar. Onlar əsil yalançılardır....
Nəhl Suresi, 107. Ayet:
Bu, onların dünya həyatını axirətdən üstün tutduqlarına və
Allahın
kafirlər qövmünü doğru yola yönəltmədiyinə görədir....
Nəhl Suresi, 108. Ayet:
Onlar,
Allahın
qəlblərini, qulaqlarını və gözlərini möhürlədiyi kəslərdir. Onlar əsil qafillərdir....
Nəhl Suresi, 112. Ayet:
Allah (əhalisi) əmin-amanlıq içində olan və ruzisi hər yerdən bol-bol gələn bir şəhəri (Məkkəni) misal çəkir. Ancaq (oranın əhalisi)
Allahın
nemətlərini inkar etdi. Allah da onlara, etdikləri əməllərə görə aclıq və qorxu sıxıntısını daddırdı. (Yuxarıdakı ayədə sözü gedən şəhər Məkkə şəhəridir. Çünki məkkəlilər
Allahın
Peyğəmbərini yalanlayaraq sahib olduqları rifaha nankorluq etdilər. Buna görə də yeddi il boyunca şiddətli bir qıtlıqla üzləşdilər.)...
Nəhl Suresi, 114. Ayet:
Əgər yalnız Allaha ibadət edirsinizsə, Onun sizə verdiyi halal və təmiz ruzilərdən yeyin və
Allahın
nemətinə şükür edin!...
Nəhl Suresi, 121. Ayet:
O,
Allahın
nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi....
Nəhl Suresi, 127. Ayet:
Sən səbir et! Sənin səbrin yalnız
Allahın
köməyi ilədir. Onlar üçün kədərlənmə və qurduqları hiylələrə görə narahat olma!...
İsra Suresi, 33. Ayet:
Allahın
haram etdiyi bir cana haqsız yerə qəsd etməyin! Kim haqsız yerə öldürülərsə, onun yiyəsinə (qisas alması üçün) ixtiyar verdik. Ancaq o, qətldə həddi aşmasın! Çünki ona (bu ixtiyar verilməklə) yardım olunmuşdur....
İsra Suresi, 39. Ayet:
(Ey Peyğəmbər!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış və (
Allahın
rəhmətindən) uzaqlaşdırılmış olaraq cəhənnəmə atılarsan....
İsra Suresi, 40. Ayet:
(Ey müşriklər!) Rəbbiniz oğlanları sizin üçün ayırıb, mələkləri isə Özünə qız övladı kimi götürdü?! Həqiqətən, siz (məsuliyyəti) böyük bir söz söyləyirsiniz! (Müşriklər mələklərin
Allahın
qızları olduğuna inanır, oğlan uşaqlarının da özlərinə verildiyini iddia edirdilər və buna görə də təkəbbürlənirdilər. Yuxarıdakı ayə bu anlayışın səhv olduğunu bildirərək uşaqlar arasında cinsi ayrıseçkiliyi rədd edir.)...
İsra Suresi, 51. Ayet:
Yaxud da xəyalınızda böyütdüyünüz bir məxluq olun! (Bunlar,
Allahın
sizi yenidən diriltməsini çətinləşdirməz.)” Onlar: “Kim bizi təkrar (həyata) qaytaracaqdır?” - deyəcəklər. De ki: “İlk dəfə sizi yaradan (Allah)!” Bu zaman onlar başlarını bulayaraq (istehza ilə) sənə belə deyəcəklər: “O nə vaxt olacaq?” De ki: “Ola bilsin ki, yaxın bir vaxtda olacaqdır!...
İsra Suresi, 52. Ayet:
Allahın
sizi çağıracağı gün siz Ona həmd edərək dəvətini qəbul edəcək və (dünyada, yaxud qəbirdə) yalnız az bir müddət qaldığınızı zənn edəcəksiniz”....
Kəhf Suresi, 17. Ayet:
Günəşin doğarkən onların mağarasının sağ tərəfinə meyil etdiyini, batarkən də onlara dəymədən sol tərəfə keçdiyini görərdin. Onlar isə orada geniş bir yerdə yatırdılar. Bu,
Allahın
möcüzələrindəndir. Allah kimi hidayətə yönəldərsə, o, doğru yoldadır, kimi haqq yoldan azdırarsa, artıq ona doğru yolu göstərən bir dost tapa bilməzsən!...
Kəhf Suresi, 21. Ayet:
Beləcə (insanları) onların halından xəbərdar etdik ki,
Allahın
vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər....
Kəhf Suresi, 39. Ayet:
Bağına girdiyin zaman: “Maşallah (
Allahın
dilədiyi kimi oldu)! Qüvvət yalnız Allaha məxsusdur!” - deməli deyildinmi?! Əgər mal-mülk və övlad cəhətdən məni özündən aşağı görürsənsə, (onu da bil ki,)...
Məryəm Suresi, 11. Ayet:
Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı və onlara: “Səhər-axşam təsbeh edin (
Allahın
şəninə təriflər deyin)!” - deyə işarə etdi. (Allah-Təala qocalmış olan Zəkəriyyə və qısır zövcəsinə bir övlad bəxş etməklə Öz qüdrətini göstərmişdir. Bundan sonra Uca Allah həmin uşağa belə vəhy etmişdir:)...
Məryəm Suresi, 30. Ayet:
(Körpə) dedi: “Həqiqətən, mən
Allahın
bəndəsiyəm. O mənə Kitabı (İncili) verdi və məni peyğəmbər etdi....
Məryəm Suresi, 34. Ayet:
O, barəsində şübhə etdikləri haqq söz olan Məryəm oğlu İsadır. (Təfsirçilərə görə, yuxarıdakı ayədə ifadə edilən Həzrət İsanın “haqq söz” olması
Allahın
“Kun (ol)!” sözü ilə yaranması deməkdir.)...
Məryəm Suresi, 58. Ayet:
Onlar
Allahın
nemət verdiyi peyğəmbərlərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (
Allahın
) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar....
Həcc Suresi, 2. Ayet:
Onu gördüyün gün hər bir əmzikli qadın əmizdirdiyi uşağı unudar. Hər bir hamilə qadın uşağını salar. Sərxoş olmadıqları halda insanları sərxoş kimi görərsən. Ancaq
Allahın
əzabı çox şiddətlidir....
Həcc Suresi, 9. Ayet:
O,
Allahın
yolundan sapdırmaq üçün təkəbbürlə sinəsini qabardaraq bunu edir. Onun üçün dünyada rüsvayçılıq vardır. Qiyamət günü isə ona yandırıb-yaxan əzabı daddıracağıq....
Həcc Suresi, 15. Ayet:
Hər kim
Allahın
Öz peyğəmbərinə dünya və axirətdə yardım etməyəcəyini zənn edirsə, bir vasitə ilə göyə çıxsın və (Peyğəmbərə gələn vəhyi) kəssin. İndi baxsın görək onun hiyləsi qəzəbinə səbəb olanı (vəhyi) ortadan qaldıra biləcəkmi?!...
Həcc Suresi, 18. Ayet:
Göylərdə və yerdə olanların, Günəşin, Ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların bir çoxunun Allaha səcdə etdiyini görmədinmi? Bir çoxuna da əzab vacib olmuşdur.
Allahın
alçaltdığı kimsəni heç kim ucalda bilməz. Şübhəsiz, Allah istədiyini edər....
Həcc Suresi, 24. Ayet:
Onlar həm sözün ən gözəlinə (kəlmeyi-tövhidə), həm də şükür edilməyə layiq olan
Allahın
yoluna yönəldilmişlər....
Həcc Suresi, 28. Ayet:
Ona görə ki, onlar öz mənfəətlərinin şahidi olsunlar və müəyyən günlərdə
Allahın
onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) üstündə
Allahın
adını çəksinlər. Beləliklə, onlardan həm özünüz yeyin, həm də biçarə kasıblara yedirdin!...
Həcc Suresi, 30. Ayet:
Budur! Hər kim
Allahın
qadağalarına hörmət göstərərsə, bu, Rəbbi dərgahında onun üçün daha xeyirlidir. Sizə (haram olduğu) bildirilən heyvanlar istisna olmaqla, digərləri halal edilmişdir. Elə isə, murdar olan bütlərdən də, yalan sözdən də uzaq durun!...
Həcc Suresi, 31. Ayet:
Allaha şərik qoşmadan həniflər (
Allahın
birliyinə inanan möminlər) olun! Kim Allaha şərik qoşarsa, sanki o, göydən düşüb (parçalanmış) və quşlar onu alıb aparmış, yaxud külək onu sovurub uzaq bir yerə atmışdır....
Həcc Suresi, 32. Ayet:
Budur! Kim
Allahın
nişanələrinə hörmət göstərərsə, şübhəsiz, bu, qəlblərin təqvasındandır....
Həcc Suresi, 34. Ayet:
Biz hər bir ümmətə ruzi olaraq verdiyimiz heyvanların üstündə
Allahın
adını çəksinlər deyə qurban kəsməyi vacib etdik. Sizin ilahınız tək olan ilahdır. Elə isə Ona təslim olun! (Ey Peyğəmbər!) İxlaslı və təvazökar olanlara müjdə ver!...
Həcc Suresi, 36. Ayet:
Sizin üçün (qurbanlıq) dəvələri də
Allahın
nişanələrindən etdik. Onlarda sizin üçün xeyir vardır. Ona görə də onlar ayaq üstə ikən üstlərində
Allahın
adını çəkin (və qurban olaraq kəsin)! Böyrü üstə düşdüyü zaman onlardan həm özünüz yeyin, həm də əl açan və ya açmayan kasıblara yedirin! Beləcə, şükür edəsiniz deyə onları (o heyvanları) sizin xidmətinizə verdik....
Həcc Suresi, 40. Ayet:
Onlar (müharibə üçün izin verilənlər) o kəslərdir ki, yalnız: “Rəbbimiz Allahdır!” - dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanlardan bir qisminin şərini digər bir qismi ilə dəf etməsəydi, içində
Allahın
adı çox-çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Özünə (dininə) yardım edənə mütləq yardım edər. Şübhəsiz ki, Allah çox güclüdür, yenilməz qüvvət sahibidir....
Həcc Suresi, 56. Ayet:
O gün (qiyamət günü) hökmranlıq
Allahın
dır. O, onların arasında hökm verəcəkdir. İman gətirib saleh əməllər işləyənlər Nəim cənnətlərində olacaqlar....
Həcc Suresi, 63. Ayet:
Allahın
göydən su endirdiyini və beləcə, yer üzünün yaşıllaşdığını görmədinmi?! Həqiqətən, Allah lütfkardır, hər şeydən xəbərdardır....
Möminun Suresi, 41. Ayet:
Beləcə, labüd olan o qorxunc səs onları yaxaladı və Biz onları sel üstündəki süpürüntüyə çevirdik. Zalım qövm (
Allahın
mərhəmətindən) uzaq olsun!...
Möminun Suresi, 44. Ayet:
Sonra bir-birinin ardınca peyğəmbərlərimizi göndərdik. Hər dəfə bir ümmətə peyğəmbəri gəldiyi zaman onu yalanladılar. Biz də onları bir-birinin ardınca məhv edib ibrətamiz hadisələrə çevirdik. İman gətirməyən bir qövm (
Allahın
mərhəmətindən) uzaq olsun!...
Möminun Suresi, 85. Ayet:
Onlar: “
Allahın
dır!” - deyəcəklər. Sən də: “Elə isə heç düşünmürsünüzmü?” - de....
Möminun Suresi, 87. Ayet:
Onlar: “
Allahın
dır!” - deyəcəklər. De ki: “Elə isə siz (Allahdan) qorxmursunuzmu?”...
Nur Suresi, 2. Ayet:
Zina edən qadın və zina edən kişinin hər birinə yüz şallaq vurun! Əgər Allaha və axirət gününə inanırsınızsa,
Allahın
dinində (hökmlərini tətbiq edərkən) onlara qarşı ürəyiniz yumşalmasın! Möminlərdən bir qrup da onlara verilən cəzaya şahid olsun!...
Nur Suresi, 7. Ayet:
Beşinci dəfə isə (şahidlik edəcək ki,) əgər o yalan söyləyənlərdəndirsə,
Allahın
lənəti onun öz üzərinə olsun....
Nur Suresi, 9. Ayet:
Beşinci dəfə isə (şahidlik edəcək ki,) əgər əri doğru söyləyənlərdəndirsə,
Allahın
lənəti (qadının) öz üzərinə olsun! (Son dörd ayədəki tətbiqata İslam ailə hüququnda “lian” deyilir. Arvadının zina etdiyini iddia edən kişi, əgər iddiasını isbat etmək üçün dört şahid gətirə bilməzsə, ər və arvad hakimin hüzurunda lian etməyə dəvət edilir. Hər ikisi də özünün doğru dediyini bu şəkildə ifadə edərsə, heç birinə cəza tətbiq olunmaz və boşanmış olarlar.)...
Nur Suresi, 10. Ayet:
Əgər
Allahın
sizə olan lütfü və mərhəməti olmasaydı (halınız necə olardı)?! Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, hikmət sahibidir....
Nur Suresi, 14. Ayet:
Əgər dünyada və axirətdə
Allahın
sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz, (iftira ilə bağlı) dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı....
Nur Suresi, 20. Ayet:
Allahın
sizə lütfü və mərhəməti olmasaydı (halınız necə olardı)? Şübhəsiz ki, Allah şəfqətlidir, rəhmlidir....
Nur Suresi, 21. Ayet:
Ey iman gətirənlər! Şeytanın addımlarını izləməyin! Kim Şeytanın addımlarını izləyərsə, həqiqətən, o, çirkin işləri və pisliyi əmr edər. Əgər
Allahın
sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kim əsla təmizlənə bilməzdi. Lakin Allah dilədiyi kimsəni təmizləyər. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir....
Nur Suresi, 22. Ayet:
İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər!
Allahın
sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir. (Həzrət Aişəyə iftira atanlardan biri də məhz Həzrət Əbu Bəkrin himayəsindəki Mistah adlı bir şəxs idi. Bu hadisədən sonra Həzrət Əbu Bəkr bir daha ona maddi yardım etməyəcəyinə dair and içdi. Təfsirçilərə görə, yuxarıda...
Nur Suresi, 25. Ayet:
O gün Allah onlara layiq olduqları cəzanı verəcək və onlar
Allahın
açıq-aşkar haqq olduğunu biləcəklər....
Nur Suresi, 32. Ayet:
İçinizdəki subayları, həmçinin kölələrinizdən və cariyələrinizdən münasib olanları evləndirin! Əgər onlar yoxsuldurlarsa, Allah Öz lütfü ilə onları zəngin edər.
Allahın
lütfü genişdir, O hər şeyi biləndir....
Nur Suresi, 33. Ayet:
Evlənməyə gücü çatmayanlar isə, Allah Öz lütfü ilə onları zəngin edənə qədər iffətlərini qorusunlar. Kölələrinizdən mükatəbə etmək istəyənlərlə, əgər onlarda bir xeyir (qabiliyyət və etimad) görürsünüzsə, dərhal mükatəbə edin!
Allahın
sizə verdiyi maldan siz də onlara verin! Dünya həyatının mənfəətini əldə etmək məqsədilə namuslu qalmaq istəyən cariyələrinizi zinaya məcbur etməyin! Kim onları məcbur edərsə, (bilinməlidir ki,) onların bu məcburiyyətindən sonra, şübhəsiz ki, Allah (o cariyələri) b...
Nur Suresi, 36. Ayet:
(Həmin çıraqdan) ucaldılmasına və orada Öz adının zikr edilməsinə
Allahın
izin verdiyi evlərdədir. Orada səhər-axşam Onu təsbeh edərlər....
Nur Suresi, 38. Ayet:
Bu,
Allahın
onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırması və Öz lütfündən onlara daha çox verməsi üçündür. Allah dilədiyinə saysız-hesabsız ruzi verər....
Nur Suresi, 64. Ayet:
Bilin ki, göylərdə və yerdə nə varsa,
Allahın
dır. O, həqiqətən, sizin hansı yolda olduğunuzu bilir. O, (insanların) etdikləri əməlləri hüzuruna qaytarılacaqları gün onlara xəbər verəcəkdir. Allah hər şeyi biləndir....
Furqan Suresi, 10. Ayet:
İstəsə, sənə bundan daha yaxşısını - altından çaylar axan cənnətləri verəcək və sənin üçün qəsrlər yaradacaq olan
Allahın
şanı çox ucadır!...
Furqan Suresi, 41. Ayet:
Səni gördükləri zaman məsxərəyə qoyaraq (belə deyirlər): “
Allahın
peyğəmbər göndərdiyi şəxs budurmu?!...
Furqan Suresi, 67. Ayet:
Həmçinin (
Allahın
xalis qulları) o kəslərdir ki, xərclədikləri zaman nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar....
Furqan Suresi, 68. Ayet:
Onlar Allahla yanaşı başqa bir ilaha dua etməz,
Allahın
haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Kim bunları edərsə, cəzasını çəkər....
Şüəra Suresi, 89. Ayet:
Ancaq təmiz bir qəlblə
Allahın
hüzuruna gələn kimsə bundan istisnadır!...
Loğman Suresi, 9. Ayet:
Onlar orada əbədi qalacaqlar.
Allahın
vədi haqdır. O, yenilməz qüvvət və hikmət sahibidir....
Loğman Suresi, 11. Ayet:
Bu,
Allahın
yaratdıqlarıdır. Elə isə, Mənə başqalarının nə yaratdığını göstərin! Xeyr, zalımlar açıq-aşkar bir zəlalət içindədirlər....
Loğman Suresi, 20. Ayet:
Allahın
göylərdə və yerdə nə varsa, hamısını sizə ram etdiyini, açıq və gizli olan nemətlərini sizə bol-bol verdiyini görmədinizmi? İnsanlardan elələri var ki, elmi, doğru yol göstərən bir rəhbəri və aydınladan bir kitabı olmadan Allah barəsində mübahisə edər....
Loğman Suresi, 21. Ayet:
Onlara: “
Allahın
nazil etdiyinə tabe olun!” - deyildiyi zaman: “Xeyr, biz atalarımızın getdiyi yolu izləyirik!” - deyərlər. Bəs əgər şeytan onları (atalarını) cəhənnəm əzabına çağırırdısa (onda necə)?!...
Loğman Suresi, 26. Ayet:
Göylərdə və yerdə nə varsa, hamısı
Allahın
dır. Şübhəsiz ki, Allah heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir....
Loğman Suresi, 27. Ayet:
Şayət yer üzündəki ağaclar qələm olsaydı və dəniz mürəkkəb olub arxasından yeddi dəniz də ona qatılsaydı, yenə də
Allahın
sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir....
Loğman Suresi, 29. Ayet:
Allahın
gecəni gündüzə, gündüzü də gecəyə qatdığını görmədinmi?! O, günəşi və ayı da (sizə) ram etmişdir. Onların hər biri müəyyən bir vaxta qədər (öz orbitində) irəliləyir. Həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır....
Loğman Suresi, 33. Ayet:
Ey insanlar, Rəbbinizdən çəkinin! Nə atanın oğula, nə də oğulun ataya fayda verə biləcəyi bir gündən qorxun! Şübhəsiz ki,
Allahın
vədi haqdır. Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (
Allahın
mərhəmətinə arxayın edərək) aldatmasın!...
Səcdə Suresi, 9. Ayet:
Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və ürəklər yaratdı. Nə qədər də az şükür edirsiniz! (Bir qisim təfsirçilərə görə, “
Allahın
Öz ruhundan üfürməsi” yaratdığı ruhu insana verməsi kimi başa düşülməlidir.)...
Səba Suresi, 6. Ayet:
Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun yenilməz qüvvət sahibi, şükrə layiq olan
Allahın
yoluna yönəltdiyini görürlər. (Təfsirlərdə, elm verilmiş kimsələrin səhabələr, yaxud kitab əhlindən müsəlman olan kimsələr olduğu qeyd edilir.)...
Səba Suresi, 22. Ayet:
(Müşriklərə) de: “Allahdan başqa ilah olduğunu iddia etdiklərinizi çağırın!” Onlar nə göylərdə, nə də yerdə zərrə qədər bir şeyə sahibdirlər. Onların buralarda (göylərdə və yerdə) heç bir şərikliyi yoxdur. Onlardan heç biri
Allahın
köməkçisi də deyildir....
Fatir Suresi, 2. Ayet:
Allahın
insanlara bəxş etdiyi mərhəmətə heç kəs əngəl ola bilməz. Onun əngəl olduğunu da, Ondan başqa heç kəs verə bilməz. O qüdrətlidir, hikmət sahibidir....
Fatir Suresi, 3. Ayet:
Ey insanlar,
Allahın
sizə verdiyi neməti xatırlayın! Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir yaradan varmı? Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olur ki, siz (haqq yoldan) döndərilirsiniz?...
Fatir Suresi, 5. Ayet:
Ey insanlar,
Allahın
vədi haqdır! Ona görə də dünya həyatı sizi aldatmasın, aldadıcı (şeytan) da sizi Allahla (
Allahın
mərhəmətinə arxayın edərək) yoldan çıxartmasın!...
Fatir Suresi, 12. Ayet:
İki dəniz eyni deyildir. Bu şirindir, susuzluğu aparır və içilməsi rahatdır. Digəri isə duzlu və acıdır. Hər birindən təzə (balıq) əti yeyirsiniz və taxacağınız bəzək əşyaları çıxardırsınız.
Allahın
lütfündən (nəsibinizi) axtarıb şükür edəsiniz deyə, gəmilərin orada dənizi yara-yara üzdüyünü görürsən....
Fatir Suresi, 27. Ayet:
Allahın
göydən su endirdiyini görmədinmi? Beləcə, onunla (torpaqdan) müxtəlif rəngli meyvələr çıxartdıq. Dağlarda da ağ, qırmızı və tünd qara kimi müxtəlif rənglərdə yollar meydana gətirdik....
Fatir Suresi, 29. Ayet:
Həqiqətən,
Allahın
Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər....
Fatir Suresi, 32. Ayet:
Sonra Kitabı qullarımızın arasından seçdiklərimizə verdik. Onlardan özünə zülm edən də, orta yolu tutan da,
Allahın
izni ilə yaxşı işlərdə irəli keçən də vardı. Böyük fəzilət budur....
Fatir Suresi, 43. Ayet:
Onlar yer üzündə təkəbbürlənir və pis işlər görürdülər. Pis iş yalnız öz sahibini bürüyər. Onlar əvvəlkilərin qanunundan (onlara tətbiq etdiyimizdən) başqasınımı gözləyirlər?!
Allahın
qanununda heç bir təbəddülat tapa bilməzsən!
Allahın
qanununda heç bir dəyişiklik də görə bilməzsən!...
Saffat Suresi, 12. Ayet:
Xeyr! Sən (
Allahın
qüdrətinə) təəccüblənirsən, onlar isə məsxərəyə qoyurlar....
Saffat Suresi, 40. Ayet:
Ancaq
Allahın
ixlaslı qulları bundan istisnadır....
Saffat Suresi, 63. Ayet:
Həqiqətən, Biz onu (zəqqum ağacını) zalımlar üçün bir imtahan etdik. (Kafirlər Qurandakı “cəhənnəmdə bitən ağac” sözünü eşitdikləri zaman: “Od ağacı yandırdığı halda necə olur ki, cəhənnəmdə ağac bitir?” - deyə bunu məsxərəyə qoymuşdular. Beləcə, bu söz onlar üçün bir imtahan oldu. Onlar
Allahın
istədiyi təqdirdə cəhənnəm odunun yandırmayacağı bir ağacı yaratmağa qadir olduğunu dərk etmədilər.)...
Saffat Suresi, 74. Ayet:
Ancaq
Allahın
ixlaslı qulları bundan istisnadır....
Saffat Suresi, 103. Ayet:
Hər ikisi (
Allahın
əmrinə) təslim olduğu və İbrahim onu üzüstə yatırdığı zaman...
Saffat Suresi, 128. Ayet:
Yalnız
Allahın
ixlaslı qulları bundan istisnadır....
Saffat Suresi, 152. Ayet:
“
Allahın
övladı var”. Şübhəsiz ki, onlar yalançıdırlar....
Saffat Suresi, 160. Ayet:
Ancaq
Allahın
ixlaslı qulları bundan istisnadırlar. (Çünki onlar Allaha belə sifətlər isnad etməzlər.)...
Saffat Suresi, 162. Ayet:
Heç kimi
Allahın
yolundan azdıra bilməzsiniz,...
Saffat Suresi, 169. Ayet:
Həqiqətən, biz
Allahın
ixlaslı qulları olardıq”....
Sad Suresi, 26. Ayet:
Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Ona görə də insanlar arasında ədalətlə hökm ver! Nəfsin arzularına uyma, yoxsa səni
Allahın
yolundan azdırar. Şübhəsiz ki,
Allahın
yolundan azanlar üçün hesab gününü unutduqlarına görə şiddətli bir əzab vardır....
Zümər Suresi, 3. Ayet:
Bilin ki, xalis din
Allahın
dır. Ondan başqasını özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, - deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola yönəltməz....
Zümər Suresi, 8. Ayet:
İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və
Allahın
yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”...
Zümər Suresi, 10. Ayet:
De: “Ey İman gətirən qullarım, Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq vardır.
Allahın
yer üzü genişdir. Ancaq səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”....
Zümər Suresi, 18. Ayet:
Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (Qurana) tabe olarlar. Onlar
Allahın
doğru yola yönəltdiyi kimsələrdir. Əsil ağıl sahibləri də onlardır....
Zümər Suresi, 20. Ayet:
Lakin Rəbbindən qorxanlar üçün
Allahın
vədi olaraq üst-üstə tikilmiş və altlarından çaylar axan köşklər vardır. Allah vədinə xilaf çıxmaz....
Zümər Suresi, 21. Ayet:
Məgər
Allahın
göydən su endirdiyini, onu yer üzündəki su mənbələrinə axıtdığını, sonra onunla (torpaqdan) müxtəlif növ əkin çıxartdığını görmədinmi?! Sonra o əkin quruyar, sən də onun saraldığını görərsən. Sonra da onu çör-çöpə döndərər. Şübhəsiz ki, bunda ağıl sahibləri üçün ibrət vardır....
Zümər Suresi, 23. Ayet:
Allah sözün ən gözəlini, bir-birinə bənzər və təkrarlanan bir kitab olaraq nazil etdi. Rəbbindən qorxanların onun təsirindən dəriləri ürpəşər. Sonra Allahı zikr etməklə dəriləri və qəlbləri yumşalar (rahatlıq tapar). Bu,
Allahın
hidayətidir. O, istədiyini onunla doğru yola yönəldər. Lakin
Allahın
haqq yoldan azdırdığı kimsəni heç kim doğru yola yönəldə bilməz....
Zümər Suresi, 52. Ayet:
Onlar
Allahın
istədiyi kimsənin ruzisini artırdığını, yaxud azaltdığını bilmirlərmi? Şübhəsiz ki, bunda iman gətirənlər üçün ibrətlər vardır....
Zümər Suresi, 53. Ayet:
De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim,
Allahın
mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir....
Zümər Suresi, 63. Ayet:
Göylərin və yerin açarları Ondadır.
Allahın
ayələrini inkar edənlər əsil ziyana uğrayanlardır....
Zümər Suresi, 68. Ayet:
Sura üfürüldüyü zaman
Allahın
istədiyi kimsələr istisna olmaqla, göylərdə və yerdə kim varsa, hamısı dərhal öləcək. Sonra bir daha ona üfürüldükdə onlar (qəbirlərindən) qalxıb (ətraflarına) baxacaqlar....
Mömin Suresi, 4. Ayet:
Kafirlərdən başqası
Allahın
ayələri haqqında mübahisə etməz. Onların şəhərlərdə (arxayınlıqla) gəzib dolaşmaları səni aldatmasın....
Mömin Suresi, 10. Ayet:
Kafirlərə: “Şübhəsiz ki,
Allahın
qəzəbi sizin özünüzə olan qəzəbinizdən daha böyükdür. Çünki siz iman gətirməyə dəvət olunurdunuz, ancaq inkar edirdiniz”, - deyə nida ediləcək....
Mömin Suresi, 12. Ayet:
(Onlara belə deyiləcək:) “Bu ona görədir ki,
Allahın
təkliyinə dəvət olunarkən siz inkar edir, Ona şərik qoşulduqda isə buna inanırdınız. Artıq hökm uca və böyük olan
Allahın
dır”....
Mömin Suresi, 29. Ayet:
Ey qövmüm! Bu gün hökmranlıq yer üzündə qalib olan sizlərin əlindədir. Ancaq
Allahın
əzabı gələrsə, bizə kim kömək edəcək?” Firon: “Mən sizə yalnız öz fikrimi bildirir və doğru yolu göstərirəm!” - dedi....
Mömin Suresi, 35. Ayet:
Özlərinə heç bir dəlil gəlmədən
Allahın
ayələri barəsində mübahisə edənlər həm
Allahın
, həm də iman gətirənlərin nəzdində böyük bir nifrətlə qarşılanarlar. Allah təkəbbürlü hər bir zalımın qəlbini belə möhürləyər....
Mömin Suresi, 55. Ayet:
Ona görə də səbir et! Şübhəsiz ki,
Allahın
vədi haqdır. Sən günahlarının bağışlanmasını dilə və səhər-axşam Rəbbini həmd ilə təsbeh et!...
Mömin Suresi, 56. Ayet:
Şübhəsiz ki, özlərinə heç bir dəlil gəlmədiyi halda
Allahın
ayələri barəsində mübahisə edənlərin qəlblərində təkəbbürdən başqa bir şey yoxdur. Onlar buna əsla çata bilməyəcəklər. Ona görə də Allaha sığın! Həqiqətən, O, hər şeyi eşidəndir, görəndir....
Mömin Suresi, 63. Ayet:
Allahın
ayələrini inkar edənlər haqq yoldan belə döndərilirlər....
Mömin Suresi, 69. Ayet:
Allahın
ayələri barəsində mübahisə edənləri görmədinmi? Onlar necə olur ki, haqq yoldan döndərilirlər?!...
Mömin Suresi, 77. Ayet:
Ona görə də səbir et! Həqiqətən,
Allahın
vədi haqdır. Heç şübhəsiz, ya onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərəcəyik, ya da daha əvvəl sənin canını alacağıq. Onlar Bizə qaytarılacaqlar....
Mömin Suresi, 78. Ayet:
Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan hekayətini sənə danışdığımız da var, danışmadığımız da. Heç bir peyğəmbər
Allahın
izni olmadan hər hansı bir ayə (möcüzə) gətirə bilməz.
Allahın
əmri gəldiyi zaman haqq öz yerini tapar və yalançılar oradaca ziyana uğrayarlar....
Mömin Suresi, 81. Ayet:
Allah Öz ayələrini (varlığının dəlillərini) sizə göstərir. Elə isə
Allahın
ayələrindən hansını inkar edə bilərsiniz?!...
Mömin Suresi, 84. Ayet:
Onlar əzabımızın şiddətini gördükdə: “Biz
Allahın
tək olduğuna inandıq və Ona qoşduğumuz şərikləri inkar etdik!” - dedilər....
Mömin Suresi, 85. Ayet:
Əzabımızın şiddətini gördükləri zaman iman etmələri onlara heç bir fayda vermədi. Bu,
Allahın
əzəldən bəri qulları barəsindəki qanunudur. Kafirlər oradaca ziyana uğradılar....
Fussilət Suresi, 12. Ayet:
Beləliklə, Allah onları iki gündə yeddi göy olaraq yaratdı və hər bir göyə öz vəzifəsini vəhy etdi. Ən yaxın göyü də qəndillərlə bəzədik və qoruduq. Bu, qüdrətli və hər şeyi bilən
Allahın
hökmüdür....
Fussilət Suresi, 15. Ayet:
Ad qövmü yer üzündə haqsız yerə təkəbbürləndi və onlar: “Bizdən daha güclü kim var?” - dedilər. Onları yaradan
Allahın
özlərindən daha güclü olduğunu görmədilərmi? Onlar Bizim ayələrimizi inkar edirdilər....
Fussilət Suresi, 19. Ayet:
O gün
Allahın
düşmənləri cəhənnəmə sürüklənmək üzrə toplanılacaqlar....
Fussilət Suresi, 22. Ayet:
Halbuki siz nə qulaqlarınızın, nə gözlərinizin, nə də dərilərinizin sizin əleyhinizə şahidlik edəcəyindən çəkinmirdiniz. Əksinə,
Allahın
sizin əməllərinizin çoxundan bixəbər olduğunu zənn edirdiniz....
Fussilət Suresi, 28. Ayet:
Ayələrimizi inkar etmələrinə görə
Allahın
düşmənlərinin cəzası bu cəhənnəmdir. Ora onların əbədi yurdudur....
Fussilət Suresi, 47. Ayet:
Qiyamətin vaxtını yalnız O bilir. Onun xəbəri olmadan heç bir meyvə (çəyirdəyi) qabığından çıxmaz, heç bir dişi hamilə qalmaz və doğmaz.
Allahın
onlara: “Şəriklərim haradadır?” - deyə səslənəcəyi gün onlar: “Biz (buna dair) aramızda heç bir şahidin olmadığını sənə bildirdik”, - deyəcəklər....
Şura Suresi, 5. Ayet:
Göylər (
Allahın
əzəmətindən) az qala üst tərəfindən çatlayacaqdı. Mələklər də həmd ilə Rəbbini təsbeh edir və yerdəkilərin bağışlanmasını diləyirlər. Bilin ki, Allah bağışlayandır, rəhmlidir....
Şura Suresi, 15. Ayet:
Ona görə də sən (haqqa) dəvət et və əmr olunduğun kimi doğru yolda ol! Onların nəfslərinin arzularına uyma və de ki: “Mən
Allahın
nazil etdiyi kitaba iman gətirmişəm. Mənə sizin aranızda ədalətlə hökm verməyim əmr olunmuşdur. Allah bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə məxsusdur. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah bizi (aramızda hökm vermək üçün) bir yerə toplayacaqdır. Axır dönüş Onadır”....
Şura Suresi, 16. Ayet:
Allahın
dəvəti qəbul edildikdən sonra Onun barəsində mübahisə edənlərin dəlilləri Rəbbi yanında batildir. Onlar üçün (dünyada) qəzəb və (axirətdə) şiddətli bir əzab vardır....
Şura Suresi, 21. Ayet:
Yoxsa onların,
Allahın
izin vermədiyi şeyləri onlar üçün dini hökmlər olaraq təyin edən şəriklərimi var?! Əgər (əzabın təxirə salınmasına dair) qəti hökm olmasaydı, şübhəsiz ki, onların arasında qərar verilərdi. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır....
Şura Suresi, 23. Ayet:
Allahın
iman gətirib yaxşı işlər görən qullarına verdiyi müjdə budur. De: “Bunun müqabilində sizdən qohumluq sevgisindən başqa heç bir əvəz istəmirəm”. Kim yaxşı bir iş görərsə, orada onun yaxşılığını (savabını) artırarıq. Şübhəsiz ki, Allah bağışlayandır, şükrün mükafatını verəndir....
Şura Suresi, 31. Ayet:
Siz yer üzündə (
Allahın
əzabına) mane ola bilməzsiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız vardır....
Şura Suresi, 51. Ayet:
Allah insanla (peyğəmbərlə) yalnız vəhy vasitəsilə, yaxud pərdə arxasından danışar, ya da bir elçi (mələk) göndərər. O da
Allahın
izni ilə Onun istədiklərini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir....
Şura Suresi, 53. Ayet:
O
Allahın
yoluna (yönəldirsən) ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bilin ki, bütün işlər Allaha dönəcəkdir....
Zuxruf Suresi, 15. Ayet:
Onlar isə
Allahın
qullarından bir qismini Onun bir hissəsi kimi qəbul etdilər. Həqiqətən, insan açıq-aşkar nankordur. (Bu ayədə bəzi yəhudilərin Üzeyri, xristianların da İsanı
Allahın
oğlu hesab etdiklərinə, həmçinin müşriklərin mələkləri
Allahın
qızları kimi qəbul etdiklərinə işarə edilir.)...
Zuxruf Suresi, 33. Ayet:
Əgər insanların (inkar edənlərə rəğbət göstərən) bir ümmət olmaları (təhlükəsi) olmasaydı, yalnız Rəhman olan Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik. (Bu ayədə dünya nemətlərinin
Allahın
nəzdində tamamilə dəyərsiz olduğu vurğulanmışdır.)...
Zuxruf Suresi, 36. Ayet:
Kim Rəhman olan
Allahın
zikrindən (Qurandan) üz çevirərsə, Biz ona bir şeytanı mübtəla edərik. O da onun ayrılmaz dostu olar....
Zuxruf Suresi, 81. Ayet:
De: “Əgər Rəhman olan
Allahın
bir övladı olsaydı, ona ibadət edənlərin ilki mən olardım....
Duxan Suresi, 18. Ayet:
(O belə demişdi:) “
Allahın
bəndələrini mənə verin! Həqiqətən, mən sizə göndərilən etibarlı bir peyğəmbərəm....
Duxan Suresi, 42. Ayet:
Ancaq
Allahın
mərhəmət etdiyi kəslər bundan istisnadır. Şübhəsiz ki, O, yenilməz qüvvət sahibidir, rəhmlidir....
Məhəmməd Suresi, 7. Ayet:
Ey iman gətirənlər! Əgər Allaha (
Allahın
dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər....
Məhəmməd Suresi, 9. Ayet:
Çünki onlar
Allahın
nazil etdiyini bəyənmədilər. Buna görə də Allah onların əməllərini puça çıxardı....
Məhəmməd Suresi, 16. Ayet:
Onların arasında səni dinləyənlər də var. Nəhayət, sənin yanından çıxdıqları zaman elm verilmiş kimsələrdən: “O (Mühəmməd) bir az əvvəl nə deyirdi?” - deyə soruşurlar. Onlar
Allahın
qəlblərinə möhür vurduğu və öz nəfslərinin arzularına uyan kimsələrdir. (Münafiqlər Həzrət Peyğəmbərin hüzurunda olanda, yaxud xütbə verilərkən ona qulaq asır, sonra da ələ salmaq məqsədilə İbn Məsud və İbn Abbas kimi səhabələrə yaxınlaşaraq bir az əvvəl Peyğəmbərin nə dediyini onlardan soruşurdular. Yuxarıdakı ayə o...
Məhəmməd Suresi, 23. Ayet:
Onlar
Allahın
lənətlədiyi və qulaqlarını kar, gözlərini də kor etdiyi kəslərdir....
Məhəmməd Suresi, 26. Ayet:
Çünki onlar
Allahın
endirdiyini bəyənməyənlərə: “Bəzi məsələlərdə sizə itaət edəcəyik!” - dedilər. Halbuki Allah onların gizlətdiklərini bilir. (Bu ayədə münafiqlərin Həzrət Peyğəmbərə düşmənçilik edəcəklərinə və müsəlmanların onunla birlikdə döyüşmələrinə mane olacaqlarına dair yəhudi və müşriklərə söz verdiklərinə işarə olunur.)...
Məhəmməd Suresi, 29. Ayet:
Yoxsa qəlblərində xəstəlik olanlar (münafiqlər)
Allahın
onların kinlərini üzə çıxartmayacağınımı zənn etdilər?...
Məhəmməd Suresi, 32. Ayet:
Kafir olub (insanları)
Allahın
yolundan döndərənlər və doğru yol özlərinə bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puç edəcəkdir....
Məhəmməd Suresi, 34. Ayet:
Kafir olub insanları
Allahın
yolundan döndərən, sonra da kafir kimi ölənləri Allah əsla bağışlamayacaqdır....
Fəth Suresi, 5. Ayet:
(Bütün) bunlar
Allahın
mömin kişiləri və mömin qadınları altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil etməsi və onların günahlarının üstünü örtməsi üçündür. Bu, Allah dərgahında böyük bir uğurdur!...
Fəth Suresi, 10. Ayet:
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş sayılırlar.
Allahın
əli onların əllərinin üstündədir. Kim əhdini pozarsa, yalnız öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalarsa, Allah ona böyük bir mükafat verəcəkdir. (Bu ayə Məkkə yaxınlığında qüreyşlilərlə müsəlmanlar arasında bağlanmış Hüdeybiyyə sülh müqaviləsinə və bu əsnada edilən beyətə işarə edir. Beyət əsnasında əllər üst-üstə qoyulduğu üçün Allah-Təala: “
Allahın
əli onların əllərinin üstündədir”, - buyuraraq müsəlman...
Fəth Suresi, 15. Ayet:
Qənimətləri almaq üçün getdiyiniz zaman (səfərə getməyib) arxada qalanlar: “İcazə verin biz də sizin arxanızca gələk!” - deyəcəklər. Onlar
Allahın
sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz! Allah daha əvvəl sizin üçün belə buyurmuşdur”. Onlar: “Xeyr! Siz bizə paxıllıq edirsiniz”, - deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir. (Həzrət Peyğəmbər hicrətin altıncı ilində Hüdeybiyyədən qayıtdıqdan sonra növbəti il Hüdeybiyyədə iştirak edən müsəlmanlarla bir...
Fəth Suresi, 23. Ayet:
Bu,
Allahın
əzəldən qoyduğu qanunudur.
Allahın
qoyduğu qanunda heç bir dəyişiklik tapa bilməzsən....
Fəth Suresi, 29. Ayet:
Mühəmməd
Allahın
Peyğəmbəridir. Onunla birlikdə olanlar da kafirlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildəki vəsfləri isə belədir: onlar cücərtisini üzə çıxarmış, onu qüvvətləndirmiş, o da qalınlaşıb gövdəsi üstünə qalxmış və əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (möminlərin sayını belə artırır ki,...
Hucurat Suresi, 1. Ayet:
Ey iman gətirənlər,
Allahın
və Peyğəmbərinin önünə keçməyin! Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir....
Hucurat Suresi, 3. Ayet:
Şübhəsiz, Allah Rəsulunun yanında astadan danışanlar
Allahın
qəlblərini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır....
Hucurat Suresi, 7. Ayet:
Bilin ki, sizin aranızda
Allahın
elçisi vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, həqiqətən, siz çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirib onu qəlblərinizə gözəl göstərdi. Küfrü, günahı və asiliyi isə sizə çirkin göstərdi. Əsil doğru yolda olanlar onlardır....
Hucurat Suresi, 8. Ayet:
Bu,
Allahın
lütfü və neməti sayəsindədir. Allah hər şeyi biləndir, hikmət sahibidir....
Hucurat Suresi, 9. Ayet:
Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın! Əgər onlardan biri digərinə hücum edərsə, (həmin dəstə)
Allahın
əmrinə qayıdana qədər hücum edən dəstə ilə vuruşun! Əgər (o dəstə
Allahın
əmrinə) qayıdarsa, onları ədalətlə barışdırın və (hər bir işdə) ədalətli olun! Şübhəsiz ki, Allah ədalətli olanları sevər....
Zariyat Suresi, 20. Ayet:
Yer üzündə yəqinliklə inananlar üçün (
Allahın
varlığını və qüdrətini göstərən) dəlillər vardır....
Tur Suresi, 26. Ayet:
Belə deyəcəklər: “Biz daha əvvəl ailəmizin yanında (
Allahın
əzabından) qorxurduq....
Tur Suresi, 39. Ayet:
Yoxsa qızlar Onun (
Allahın
), oğlanlar sizindirmi?!...
Nəcm Suresi, 25. Ayet:
Axirət də, dünya da
Allahın
dır....
Nəcm Suresi, 26. Ayet:
Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq
Allahın
istədiyi və razı qaldığı kimsə üçün izin verməsi bundan istisnadır....
Qəmər Suresi, 55. Ayet:
Güclü hökmdar olan
Allahın
dərgahında haqq məclisində olacaqlar....
Hədid Suresi, 14. Ayet:
(Münafiqlər) onlara: “Biz sizinlə birlikdə deyildikmi?!” – deyə səslənəcəklər. (Möminlər) deyəcəklər: “Bəli! Lakin siz özünüzü bəlaya saldınız. (Dərhal tövbə etməyib) gözlədiniz və şübhəyə düşdünüz.
Allahın
əmri gələnə qədər boş xülyalar sizi aldatdı. Başdan çıxaran (şeytan) Allah barəsində sizi aldatdı....
Hədid Suresi, 21. Ayet:
Həm Rəbbinizin məğfirəti, həm də Allaha və Onun peyğəmbərlərinə iman gətirənlər üçün hazırlanan və genişliyi yerlə göy arası qədər olan cənnət üçün yarışın! Bu,
Allahın
istədiyi kimsəyə verdiyi lütfüdür. Allah böyük lütf sahibidir....
Hədid Suresi, 23. Ayet:
(Allah bunları ona görə yazmışdır ki,) əlinizdən çıxanlara görə kədərlənməyəsiniz və
Allahın
sizə verdiklərinə görə sevinib qürrələnməyəsiniz. Allah özünü bəyənib qürrələnənləri sevməz....
Hədid Suresi, 24. Ayet:
Onlar xəsislik edər, insanlara da xəsisliyi əmr edərlər. Kim (Allah yolunda infaq etməkdən) üz döndərərsə, bilsin ki,
Allahın
heç bir şeyə ehtiyacı yoxdur və O, hər cür tərifə layiqdir!...
Hədid Suresi, 25. Ayet:
Şübhəsiz ki, Biz peyğəmbərlərimizi açıq-aydın dəlillərlə göndərdik. İnsanlar ədalətə riayət etsinlər deyə onlarla birlikdə kitab və mizanı (tərəzini) nazil etdik. İnsanlar üçün bir çox faydası olan möhkəm dəmiri də Biz nazil etdik. Bu,
Allahın
görmədiyi halda Ona və peyğəmbərlərinə yardım edənləri bilib ayırd etməsi üçündür. Şübhəsiz ki, Allah güclüdür, qüdrətlidir....
Hədid Suresi, 27. Ayet:
Sonra onların ardınca peyğəmbərlərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Ona tabe olanların qəlblərinə şəfqət və mərhəmət qoyduq. Uydurduqları rahibliyi Biz onlara vacib etmədik. Onlar özləri
Allahın
rizasını qazanmaq üçün bunu etdilər, lakin buna da lazımi şəkildə riayət etmədilər. Onlardan iman gətirənlərə mükafatlarını verdik. Ancaq onların çoxu fasiqlərdir....
Hədid Suresi, 29. Ayet:
Kitab əhli
Allahın
lütfündən heç bir şey əldə edə bilməyəcəklərini, lütfün yalnız
Allahın
əlində olduğunu və onu istədiyinə verəcəyini bilsinlər. Allah böyük lütf sahibidir....
Mücadilə Suresi, 4. Ayet:
Kim (bunu etməyə imkan) tapmazsa, (öz qadını ilə) yaxınlıq etməzdən əvvəl iki ay arxa-arxaya oruc tutmalıdır. Kimin buna gücü çatmazsa, altmış fağırı doydurmalıdır. Bu, Allaha və Onun Peyğəmbərinə iman gətirdiyinizə görədir. Bunlar
Allahın
hüdudlarıdır (hökmləridir)! Kafirlər üçün acı bir əzab vardır....
Mücadilə Suresi, 8. Ayet:
Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman
Allahın
səni salamlamadığı kimi səni salamlayır və ürəklərində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir!...
Mücadilə Suresi, 10. Ayet:
Şübhəsiz ki, gizli danışıqlar şeytanın iman gətirənləri kədərləndirmək üçün etdiyi işlərdəndir. Ancaq o,
Allahın
izni olmadıqca onlara heç bir zərər verə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!...
Mücadilə Suresi, 14. Ayet:
Allahın
qəzəbinə gəlmiş bir qövmü özlərinə dost tutanları görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər....
Mücadilə Suresi, 22. Ayet:
Allaha və axirət gününə inananların - ataları, oğulları, qardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və Peyğəmbərinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlblərinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar
Allahın
tərəfdarlarıdır. Bilin ki, əsil nic...
Həşr Suresi, 2. Ayet:
Kitab əhlindən inkar edənləri (müsəlmanlar qalalarının önündə) ilk toplandıqları zaman yurdlarından çıxardan Odur. Onların çıxacaqlarını zənn etmirdiniz. Onlar da elə zənn edirdilər ki, qalaları özlərini Allahdan qoruyacaqdır. Ancaq Allah (
Allahın
əzabı) onlara heç gözləmədikləri bir yerdən gəldi və onların qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey ağıl sahibləri, (bundan) ibrət alın!...
Həşr Suresi, 4. Ayet:
Bu, Allaha və Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha qarşı çıxarsa, bilsin ki,
Allahın
cəzalandırması şiddətlidir....
Həşr Suresi, 5. Ayet:
Xurma ağaclarından hər hansı birini kəsməyiniz, yaxud onu (kəsməyib) kökü üstündə saxlamağınız
Allahın
iznilədir və doğru yoldan çıxanları rəzil etməsi üçündür. (Bu ayə müsəlmanların yəhudilərə aid xurma ağaclarından bir qismini kəsdikləri üçün nazil olmuşdur.)...
Həşr Suresi, 6. Ayet:
Allahın
onların mallarından Peyğəmbərinə verdiyi qənimətlər üçün siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah peyğəmbərlərini istədiyi kimsələrin üstünə göndərər. Allah hər şeyə qadirdir. (İslam ordusu Mədinədən iki mil uzaqlıqda yaşayan Nəzir oğullarının üstünə hücum etmişdi. Onlara aid torpaqlar, müharibəsiz ələ keçirildiyi üçün qənimət olaraq yalnız Həzrət Peyğəmbərə məxsus edilmişdi. O da bu torpaqların bir hissəsini ailəsini dolandırmaq və ordunun ehtiyaclarını təmin etmək üçün əlində saxlam...
Həşr Suresi, 7. Ayet:
Allahın
(fəth edilən) məmləkətlərin xalqından Peyğəmbərinə verdiyi qənimətlər sizdən zəngin olanlar arasındakı bir sərvətə çevrilməsin deyə Allaha, Peyğəmbərə, qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara məxsusdur. Peyğəmbər sizə nə verirsə, onu alın, nəyi də qadağan edirsə, ondan uzaq durun! Allahdan qorxun! Şübhəsiz ki,
Allahın
cəzalandırması şiddətlidir....
Həşr Suresi, 19. Ayet:
Allahı unudan və buna görə də
Allahın
onlara özlərini unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir....
Mümtahinə Suresi, 4. Ayet:
İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Bir zaman onlar öz qövmlərinə: “Biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi (ibadət etdiklərinizi) inkar edirik. Görünür ki, siz
Allahın
bir olduğuna iman gətirənə qədər sizinlə bizim aramızda daimi bir düşmənçilik və nifrət olacaqdır”, - demişdilər. Ancaq İbrahimin atasına: “Əlbəttə, sənin bağışlanmağını diləyəcəyəm, lakin Allahdan sənə gələcək heç bir şeyi dəf edə bilmərəm”, - deməsi istisnadır. (O möminl...