Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 133. Ayet:
Biz də ayrı-ayrı möcüzələr olmaqla onlara tufan, çəyirtkə, həşərat, qurbağalar və qan göndərdik. Yenə də onlar təkəbbürləndilər və günahkar bir qövm oldular. (Firon və qövmü Həzrət Musaya iman gətirmədiyi üçün
Allah-Təala
onlara tufan göndərdi. Bundan sonra da ardıcıllıqla çəyirtkə, həşərat və qurbağalar göndərdi. Daha sonra göydən qan yağdırdı və bütün suları qan oldu. Bu müsibətlərin ortadan qalxması üçün Həzrət Musaya müraciət etdilər və o da dua etdi. Beləcə, Allah onlardan bu müsibətləri gö...
Əraf Suresi, 155. Ayet:
Musa təyin etdiyimiz vaxt üçün öz qövmündən yetmiş adam seçdi. Onlar zəlzələyə məruz qaldıqları zaman Musa dedi: “Ey Rəbbim! Əgər istəsəydin, onları da, məni də daha əvvəl məhv edərdin. Aramızdakı səfehlərin etdikləri əməllərə görə bizi (hamımızı) məhv edəcəksən? Bu, Sənin imtahanından başqa bir şey deyil. Sən onunla dilədiyin kimsəni zəlalətə düçar edər, dilədiyini də doğra yola yönəldərsən. Sən bizim himayədarımızsan. Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən xeyirlisisən. (İsrail o...
Əraf Suresi, 157. Ayet:
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi peyğəmbər olan rəsula tabe olanlara o peyğəmbər yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki qandalları götürər. O kəslər ki, Peyğəmbərə iman gətirər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır! (Yuxarıdakı ayədə keçən “ümmi” kəlməsi, “oxuma-yazma bilmə...
Əraf Suresi, 163. Ayet:
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik. (
Allah-Təala
İsrail oğullarına şənbə günü ov etməyi qadağan etmiş və bu günə hörmət göstərmələrini istəmişdi. Bunun nəticəsində balıqlar o gün su üzünə çıxır və sərbəst şəkildə üzürdülər. Digər günlərdə isə balıqlar su üzünə çıxmırdı....
Əraf Suresi, 175. Ayet:
Onlara, ayələrimizi verdiyimiz halda onlardan imtina edən kimsənin xəbərini də oxu. Beləliklə şeytan onu özünə tabe etmiş və o da haqq yoldan azanlardan olmuşdu. (Təfsir alimlərinin əksəriyyətinə görə, bu adam İsrail oğullarından Bələm ibn Bauradır. O, əvvəllər Həzrət Musanın dinini qəbul etmiş mömin bir kişi idi. Ancaq Bələmin Həzrət Musa tərəfindən elçi olaraq göndərildiyi qövm Həzrət Musanın onları məğlub edəcəyindən qorxaraq ona təzyiq göstərmişdi. Bələm də Həzrət Musaya bəd dua etmiş və ona...
Bəqərə Suresi, 243. Ayet:
Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah onlara: “Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, keçmişdə yəhudi qövmündən olan bir qrup insan məmləkətlərində Taun xəstəliyi yayıldığı üçün ölüm qorxusu ilə öz məmləkətlərini tərk etmişdilər.
Allah-Təala
da onları qaçıb getdikləri yerdə öldürmüş və insanlara ibrət olsun deyə t...
Bəqərə Suresi, 282. Ayet:
Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini ...
Yunus Suresi, 21. Ayet:
Başlarına gələn müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq) dadızdırsaq, yenə ayələrimiz barəsində onların bir hiyləsi olar. De ki: “Allahın hiyləsi daha sürətlidir”. Şübhəsiz, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar”. (Bu ayə Məkkə əhalisi haqqında nazil olmuşdur. Rəvayət olunduğuna görə, Məkkəyə yeddi il yağış yağmadı. Quraqlığa görə qıtlıq və xəstəliklər baş verdi və bunun nəticəsində bir çox insan və heyvan məhv oldu. Nəhayət,
Allah-Təala
ora bol yağış yağdırdı və Məkkə tək...
Yunus Suresi, 98. Ayet:
Kaş (məhv etdiyimiz) hər hansı bir məmləkət (xalqı, özlərinə əzab gəlməzdən əvvəl) iman gətirəydi və imanları özlərinə fayda verəydi. Lakin Yunisin qövmü iman gətirdiyi zaman dünya həyatındakı rüsvayçılıq əzabını onlardan götürdük və onları bir müddətə qədər (dünya nemətlərindən) faydalandırdıq. (Yunis peyğəmbərin qövmü onu inkar etdikdən sonra o, buna qəzəblənərək onları tərk etmişdi. Qövmü isə onun xəbər verdiyi əzabın gələcəyini hiss etdiyi zaman etdiklərinə peşman olub əzabın gəlməməsi üçün ...
Maidə Suresi, 12. Ayet:
Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah (onlara) demişdi: “Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz (ehtiyacı olanlara faizsiz borc versəniz), əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”. (
Allah-Təala
İsrail oğulla...
Nisa Suresi, 116. Ayet:
Şübhəsiz ki, Allah, Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqasını, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, (haqdan) uzaq bir zəlalətə düşmüşdür. (
Allah-Təala
qəlbində zərrə qədər imanla vəfat edən kimsələri belə axirətdə ya müəyyən bir vaxt cəzalandırdıqdan, yaxud günahlarının kəffarəsindən sonra, yaxud da tövbələrini qəbul etdikdən sonra cənnətinə qoyar. Ancaq imansız olaraq küfr və şirk içində ölənləri bağışlamayacağını bu ayədə açıq bir şəkildə bild...
Ənfal Suresi, 9. Ayet:
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi. (Həzrət Peyğəmbər Bədr döyüşündə səhabələrin az, müşriklərin isə çox olduğunu görən zaman qibləyə yönələrək əllərini uzatmış və dua etmişdi.
Allah-Təala
da onun duasını qəbul etmiş və min mələklə ona yardım etmişdi.)...
Ənfal Suresi, 11. Ayet:
O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və (müharibədə) ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı. (Bədr döyüşündə Qüreyş ordusu Müsəlmanlardan əvvəl gəlib Bədrdəki su quyularının ətrafında yerləşmişdi. Buna görə də
Allah-Təala
nın yağış yağdırması ilə həm müsəlmanların qəlblərindəki vəsvəsələr getdi, həm də əhvali-ruhiyyələri yüksəldi.)...
Ənfal Suresi, 12. Ayet:
O zaman Rəbbin mələklərə: “Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! Kafirlərin qəlblərinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını doğrayın!” - deyə vəhy edirdi. (Yuxarıdakı ayədə
Allah-Təala
müsəlmanlara verdiyi mənəvi dəstəyi açıqlamaqdadır. Kafirlərin qəlblərinə qorxu salmaq, psixoloji baxımdan onlara təsir göstərmək və əhval-ruhiyyələrini pozmaq üçün Uca Allah mələklərə belə səslənmişdir. Eyni zamanda bu ayə, mələklərin müharibədə həqiqətən iştirak ...
Ənfal Suresi, 19. Ayet:
(Ey kafirlər!) Əgər siz qələbə (hökm) istəyirsinizsə, artıq sizə qələbə (hökm) gəlmişdir. Əgər (küfrdən) əl çəksəniz, bu sizin üçün daha xeyirli olar. Əgər təkrar (peyğəmbərə qarşı düşmənçiliyə) qayıtsanız, Biz də (ona yardım etmək üçün) qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi heç cür müdafiə edə bilməz. Çünki Allah möminlərlə bərabərdir. (Məkkəli müşriklər Bədr döyüşündə müsəlmanlardan sayca üstün olduqlarına arxalanaraq qalib gələcəklərini və Mədinəyə girərək müsəlmanları məhv edəcəklər...
Ənfal Suresi, 60. Ayet:
Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın! Bunlarla, Allahın və sizin düşməninizi, həmçinin Allahın bilib sizin bilmədiyiniz başqa kimsələri qorxudarsınız. Allah yolunda nə xərcləsəniz, sizə tam olaraq ödənilər və siz heç bir haqsızlığa məruz qalmazsınız. (Yuxarıdakı ayədə
Allah-Təala
müsəlmanların düşmənə qarşı hər cür tədbir almasını əmr edir. O dövrdə müharibədə atlar böyük rol oynadığı üçün ona işarə edilmişdir.)...
Ənfal Suresi, 66. Ayet:
İndi Allah sizin yükünüzü yüngülləşdirdi. O, sizdə bir zəiflik olduğunu bilirdi. Əgər sizdən yüz nəfər səbirli şəxs olsa, onlar iki yüz nəfəri, əgər sizdən min nəfər olsa, (onlardan) iki min nəfəri Allahın izni ilə məğlub edərlər. Allah səbir edənlərlə bərabərdir! (İlk zamanlar müsəlmanların sayı az olduğuna görə bir müsəlman on kafirə qarşı vuruşmaq məcburiyyətində qalırdı. Müsəlmanların sayı artdığı zaman
Allah-Təala
onların yükünü azaltdı və bir möminin iki kafirə qarşı vuruşmasını əmr etdi.)...
Nəml Suresi, 47. Ayet:
Onlar dedilər ki: “Sənin və səninlə birlikdə olanların ucbatından biz uğursuzluğa düçar olduq”. Saleh dedi: “Sizin uğursuzluğunuz Allah tərəfindəndir. Xeyr, siz sınağa çəkilən bir qövmsünüz”. (Qövmü Saleh peyğəmbəri təkzib etdiyi zaman
Allah-Təala
onları qıtlığa düçar etmişdi. Onlar da bunu “uğursuzluq” adlandırmışdılar.)...
Rəd Suresi, 17. Ayet:
Allah göydən su endirdi. Beləcə, vadilər öz həcmlərinə görə sel olub axdı və sel üstünə çıxan köpüyü apardı. Bəzək əşyaları, yaxud alət düzəltmək üçün odda qızdırıb əritdikləri şeylərdə də onun kimi bir köpük vardır. Allah haqq və batil üçün belə misallar çəkir. Köpük yox olar. Ancaq insanlara fayda verən şeylər yer üzündə qalar. Allah belə misallar çəkir. (Yuxarıdakı ayədə
Allah-Təala
haqqı və haqq əhlini göydən yağan yağışa, batili və batil əhlini isə suyun üzündəki köpüyə bənzətmişdir. Su ins...
Rəd Suresi, 39. Ayet:
Allah dilədiyini silər, (dilədiyini də) sabit saxlayar. Kitabın əsli Onun dərgahındadır. (
Allah-Təala
peyğəmbərlər vasitəsilə göndərdiyi dini hökmlərdən istədiyini ləğv edib onun yerinə başqa hökmlər gətirər. Dilədiyi hökmləri də dəyişdirmədən sabit saxlayar. Bundan əlavə, Allah dünyada istədiyini yox edər, istədiyini isə olduğu kimi saxlayar.)...
İbrahim Suresi, 25. Ayet:
O (ağac), Rəbbinin izni ilə hər zaman bar verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alalar. (Yuxarıdakı ayələrdə
Allah-Təala
gözəl sözü gözəl ağaca bənzətmişdir. Çünki gözəl sözün meyvəsi gözəl əməl, gözəl ağacın meyvəsi də faydalı meyvədir. Təfsirçilərə görə, buradakı gözəl söz ilə kəlmeyi-tövhid nəzərdə tutulmuşdur. Allahın razı olacağı hər bir gözəl əməl də bu sözün meyvəsidir.)...
İbrahim Suresi, 37. Ayet:
Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin müqəddəs evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən də insanlardan bir qisminin qəlblərini onlara meyil etdir və onlara meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr. (Rəvayət olunduğuna görə Həzrət İbrahimin zövcəsi Saranın Həcər adında bir cariyəsi vardı. Uşaqları olmadığı üçün onu öz əri ilə evləndirdi və onların İsmail adında bir oğlu dünyaya gəldi. Həzrət İbrahim o...
Nəhl Suresi, 42. Ayet:
Onlar Rəbbinə təvəkkül edən səbirli kəslərdir. (Yuxarıdakı iki ayədə xəbər verilən kimsələr, başda Həzrət Peyğəmbər (s.ə.s.) olmaqla Qüreyşlilərin zülmündən qaçaraq hicrət edənlərdir. Həqiqətən də, hicrətdən sonra
Allah-Təala
onlara din və dünya baxımından gözəl bir həyat bəxş etmişdir.)...
Nəhl Suresi, 98. Ayet:
Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın! (Bu ayədə
Allah-Təala
Quran oxumaq istəyənə əvvəlcə şeytanın şərindən Allaha sığınmasını əmr edir. Belə ki, Quran oxumağa başlayan bir müsəlman “Əuzu billəhi minəş-şəytanir-racim” deyərək oxumağa başlamalıdır. Bunun mənası “Qovulmuş şeytandan Allaha sığınıram!” deməkdir.)...
Kəhf Suresi, 20. Ayet:
Əgər onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edib öldürəcək, ya da dinlərinə geri qaytaracaqlar. O zaman əsla nicat tapa bilməyəcəksiniz!” (Təfsirçilərə görə, şəhərə göndərilən şəxs əlindəki pulu xərcləmək üçün çıxardığı zaman şəhər əhalisi pulun üstündə qədim hökmdar Dekyanosun şəklini gürüb onun bir xəzinə tapdığını zənn etmiş və onu hökmdarın hüzuruna aparmışdılar. Mağaradakı adamlar yuxuda ikən aradan uzun illər keçmiş və yeni hökmdar da tövhid dinini mənimsəmişdi. Həmin şəxs hökmdara ba...
Kəhf Suresi, 86. Ayet:
Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir gölməçədə batan gördü. Gölməçənin yanında da bir qövm gördü. Biz: “Ey Zülqərneyn! Ya (onlara) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” – dedik. (Təfsirlərdə qeyd olunduğuna görə, Zülqərneyn qərbdə Sakit okeanına, yaxud Qara dənizə qədər getmiş və orada günəşin dəniz üfqündə batmasını seyr etmişdi. Bu zaman günəş dumanla örtülü dəniz üfqündə, sanki palçıqlı bir su gölməçəsinə batırmış kimi görünürdü. Sahildə qarş...
Məryəm Suresi, 11. Ayet:
Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı və onlara: “Səhər-axşam təsbeh edin (Allahın şəninə təriflər deyin)!” - deyə işarə etdi. (
Allah-Təala
qocalmış olan Zəkəriyyə və qısır zövcəsinə bir övlad bəxş etməklə Öz qüdrətini göstərmişdir. Bundan sonra Uca Allah həmin uşağa belə vəhy etmişdir:)...
Məryəm Suresi, 71. Ayet:
İçinizdən ora girməyəcək heç kim yoxdur. Bu, Rəbbinin qəti hökmüdür. (Bir rəvayətə görə, bütün insanlar cəhənnəmə girəcək, ancaq
Allah-Təala
yaxşıları oradan xilas edəcəkdir. Digər bir rəvayətə görə isə, möminlərin cəhənnəmə girmələri, cəhənnəmin üzərindəki Sirat körpüsündən keçmələrindən ibarətdir.)...
Furqan Suresi, 12. Ayet:
(Cəhənnəm) onları uzaqdan gördüyü zaman (kafirlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər. (Cəhənnəmin insanları görməsi məcazi olaraq onunla qarşılaşmaq mənasına gələ bildiyi kimi, həqiqi mənada
Allah-Təala
nın cəhənnəmə görmə qabiliyyəti verməsi kimi də izah oluna bilər.)...
Sad Suresi, 44. Ayet:
(Biz ona belə dedik:) “Əlinə bir dəstə çubuq götür və (zövcəni) onunla vur. Andını da pozma!” Biz onu səbir edən gördük. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi. (Rəvayətə görə, zövcəsi xətalı bir iş gördüyü üçün Həzrət Əyyub and içmişdi ki, sağalandan sonra ona yüz çubuq vuracaq. Buna görə də
Allah-Təala
ona yüz çubuqdan ibarət bir dəstə ilə zövcəsinə bir dəfə vurmasını əmr etmişdi. Beləliklə, Həzrət Əyyub andını da pozmamış olacaqdı.)...
Fəth Suresi, 10. Ayet:
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş sayılırlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozarsa, yalnız öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalarsa, Allah ona böyük bir mükafat verəcəkdir. (Bu ayə Məkkə yaxınlığında qüreyşlilərlə müsəlmanlar arasında bağlanmış Hüdeybiyyə sülh müqaviləsinə və bu əsnada edilən beyətə işarə edir. Beyət əsnasında əllər üst-üstə qoyulduğu üçün
Allah-Təala
: “Allahın əli onların əllərinin üstündədir”, - buyuraraq müsəlman...
Mücadilə Suresi, 2. Ayet:
Sizdən öz qadınlarına zihar edənlər bilsinlər ki, o qadınlar onların anaları deyillər. Onların anaları ancaq özlərini dünyaya gətirən qadınlardır. Onlar, həqiqətən, çirkin bir söz və yalan söyləyirlər. Şübhəsiz ki, Allah çox əfv edəndir, bağışlayandır. (Cahiliyyə dövründə ərəblər arasında “Zihar” deyilən bir adət var idi. Belə ki, əgər bir kişi öz xanımına: “Sən mənim üçün anamın beli kimisən!” - deyərsə, o qadın həmin kişiyə haram sayılır və birdəfəlik əri tərəfindən tərk edilirdi. Yuxarıdakı a...
Ənkəbut Suresi, 34. Ayet:
Etdikləri günahlara görə bu məmləkət xalqının üstünə göydən əzab endirəcəyik”. (Lut peyğəmbərin duasına cavab olaraq
Allah-Təala
cavan oğlanlar surətində mələklər göndərmişdi. Mələklər insan surətində gəldiklərinə görə Lut əvvəlcə onların mələk olduğunu bilməmiş və qövmünün onlara zərər verəcəyini düşünərək narahat olmuşdu. Buna görə də onlar özlərinin mələk olduğunu və nə üçün gəldiklərini bildirmişdilər.)...
Əhzab Suresi, 72. Ayet:
Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir. (İnsana yüklənən əmanət təfsirçilər tərəfindən “düşünmə qabiliyyəti” kimi izah edilmişdir.
Allah-Təala
bu əmanəti insana verərək ona məsuliyyətlər yükləyir və beləcə, onu sınaqdan keçirir.)...
Ənam Suresi, 8. Ayet:
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi. (Müşriklər Həzrət Peyğəmbərə (s.ə.s) iman gətirmək üçün gözləri ilə görə biləcəkləri bir mələyin göndərilməsini və onun peyğəmbərliyini təsdiq etməsini istəyirdilər.
Allah-Təala
bu ayədə, onların mələyi görsələr də yenə iman gətirməyəcəklərini və bunun müqabilində də tövbə etmələrinə möhlət verilməyib dərhal məhv ediləcəklərini xəbər vermişdir.)...
Ənam Suresi, 100. Ayet:
Onlar cinləri Allaha şərik qoşdular. Halbuki, onları da Allah yaratmışdır. Heç bir məlumatları olmadan Onun üçün oğullar və qızlar uydurdular. Allah, onların iddia etdiyi sifətlərdən uzaq və ucadır. (Bəzi bütpərəstlər cinləri Allaha şərik qoşur və onlara sitayiş edirdilər. Bundan əlavə, yəhudilər Üzeyr peyğəmbəri, xristianlar isə İsa peyğəmbəri Allahın oğlu hesab edirdilər. Bəzi müşriklər də mələklərin Allahın qızları olduğunu iddia edirdilər. Yuxarıdakı ayədə
Allah-Təala
bütün bu iddiaların bat...
Ənam Suresi, 104. Ayet:
Rəbbinizdən sizə bəsirət (görüb dərk etmə qabiliyyəti) gəlmişdir. Kim görərsə, bu öz lehinə, kim də görməzsə, bu onun əleyhinədir. Mən sizin üstünüzdə gözətçi deyiləm. (
Allah-Təala
insanlara cisimləri görmələri üçün göz verdiyi kimi, həqiqətləri görmələri üçün də qəlb gözü olan idrak qabiliyyəti vermişdir. Kim bu qabiliyyətini doğru yolda işlətməzsə, özünə zərər vermiş olar.)...
Ənam Suresi, 105. Ayet:
Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər və həmçinin onu (Quranı), anlayan bir qövm üçün açıqlayaq deyə ayələri bu şəkildə izah edirik. (Bu ayədə keçən “Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər” ifadəsi təfsirçilər tərəfindən belə izah edilmişdir; Müşriklərdən bəziləri Həzrət Peyğəmbərə (s.ə.s) iftira ataraq Quran ayələrinin Allah tərəfindən gələn vəhy deyil, peyğəmbərin (s.ə.s) bəzi kimsələrdən öyrəndiyi sözlər olduğunu iddia edirdilər. Buna görə də
Allah-Təala
...
Qureyş Suresi, 1. Ayet:
Qüreyşə asanlaşdırıldığı üçün, (Qüreyş qəbiləsi Kəbənin idarəçiliyinə və təmizliyinə nəzarət etdikləri üçün bütün ərəb qəbilələri tərəfindən böyük hörmət görürdülər. Buna görə də onlar rahat, təhlükəsiz və sərbəst bir şəkildə Taifə, Yəmənə və Şama ticarət səfərləri edə bilirdilər. Burada
Allah-Təala
, onlara verdiyi bu neməti xatırlatmaqdadır.)...
Fəth Suresi, 27. Ayet:
And olsun ki,
Allah-təala
Öz Peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla, (bəziniz) başınızı qırxdırmış, (bəziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi və...
Cümə Suresi, 3. Ayet:
(
Allah-təala
Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da (başqa ümmətlərə də) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!...
Tin Suresi, 2. Ayet:
And olsun (
Allah-təala
nın Musa ilə danışdığı) Tur dağına;...
Fəcr Suresi, 27. Ayet:
(Qiyamət günü
Allah-təala
mömin kimsəyə belə buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”)...
Ənbiya Suresi, 56. Ayet:
Dedi: «(Zarafat etmirəm,) əksinə, sizin Rəbbiniz göylərin və yerin onları yaratmış Rəbbidir (sizin, göylərin və yerin ayrı-ayrı tanrı və rəbbinin olması,
Allah-təala
nın isə Rəbbul-ərbab olması xülyası tamamilə səhvdir). Mən bu həqiqətə şəhadət verənlərdənəm....