Nur Suresi, 61. Ayet: Kora, çolağa, xəstəyə və sizə öz evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları sizdə olan evdə, yaxud dostunuzun evində yemək yeməyiniz günah deyildir. Bir yerdə, yaxud ayrı-ayrı yeməyiniz də günah deyildir. Evlərə daxil olduğunuz zaman Allahdan xeyir-bərəkət diləyərək bir-birinizi salamlayın! Allah ayələri sizə belə açıqla...
Müzzəmmil Suresi, 20. Ayet: Şübhəsiz ki, sənin Rəbbin bilir ki, sən bəzən gecənin üçdə ikisindən azını, bəzən gecənin yarısını, bəzən də üçdə birini keçirirsən. Və səninlə olanlardan bir dəstə. Gecəni və gündüzü təyin edən Allahdır. O, bilirdi ki, siz onu heç vaxt hesablaya bilməzsiniz, ona görə də tövbənizi qəbul etdi. O zaman bacardıqca çox insana ilahi mesajı çatdırmağa çalış. Bundan əlavə, Allah sizdən kimin xəstə olduğunu bilir. O bilir ki, sizlərdən bəziləri Allahın lütfündən ruzi axtarmaq üçün yer üzündə işləməyə, b...
Bəqərə Suresi, 83. Ayet: Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz....
Tövbə Suresi, 24. Ayet: (Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!...