Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 247. Ayet:
Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi”. Onlar belə dedilər: “O bizə necə hökmdar ola bilər?
Axı,
biz hökmdarlığa ondan daha layiqik. Ona çoxlu mal-mülk də verilməyib”. O (Peyğəmbər) dedi: “Həqiqətən, Allah sizin üçün onu seçdi, elm və bədəncə gücləndirdi. Allah Öz hökmranlığını dilədiyinə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir!”...
Maidə Suresi, 74. Ayet:
Onlar hələ də Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklərmi?
Axı,
Allah bağışlayandır, rəhmlidir....
Ali-İmran Suresi, 36. Ayet:
Onu (bətnindəki uşağı) dünyaya gətirdiyi zaman dedi: “Ey Rəbbim, mən bir qız uşağı dünyaya gətirdim”. Halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi. (O dedi:) “
Axı,
oğlan qız kimi deyil. Mən ona Məryəm adını qoydum. Mən onu və onun nəslini, qovulmuş Şeytandan Sənə sığındırıram!”...
Nisa Suresi, 21. Ayet:
Onu necə geri alarsınız?!
Axı,
(vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm bir təminat almışdılar. (Bir qadınla evləndikdən sonra onunla cinsi əlaqədə olan ər, ona vəd etdiyi mehrin hamısını verməlidir. Ancaq cinsi əlaqədə olmadan onu boşayarsa, vəd etdiyi mehrin yarısını qadına verməlidir.)...
Nisa Suresi, 28. Ayet:
Allah sizin yükünüzü yüngülləşdirmək istəyir.
Axı,
insan zəif olaraq yaradılmışdır....
Ənam Suresi, 91. Ayet:
Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb (birqismini) göstərir, çoxunu isə gizlədirsiniz.
Axı,
sizin də, atalarınızın da bilmədiyiniz şeylər sizə öyrədilmişdir”. Sən: “Allah!”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər....
Maidə Suresi, 49. Ayet:
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver, həva-həvəslərinə uyma və onlardan özünü qoru ki, onlar Allahın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni yayındırmasınlar. Əgər onlar üz döndərsələr, onda bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir.
Axı,
həqiqətən də insanlardan çoxu yolunu azmışlardır....
Ənam Suresi, 91. Ayet:
Onlar: "Allah insana heç bir şey nazil etməmişdir." - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: "Musanın insanlar üçün bir nur və düz yol göstəricisi kimi gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu yazıya çevirib bir qismini göstərir, çoxunu isə gizlədirsiniz.
Axı,
sizə nə özünüzün, nə də ata-babalarınızın bilmədikləri öyrədildi." De: "Allah (nazil etdi)". Sonra isə onları öz boşboğazlıqları içərisində oynasınlar deyə tərk et!...