Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Fatir Suresi, 9. Ayet:
Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Biz onu (buludu) ölü bir məmləkətə göndərərik və quruduqdan sonra torpağı onunla dirildərik.
Axirətdəki
diriltmək də belə olacaqdır....
Zariyat Suresi, 37. Ayet:
Və orada (
axirətdəki
) şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq. (Lut qövmünün Şamla Hicaz arasında yerləşən yurdunu xaraba qoyub altını üstünə çevirdik. Bu, Məkkə müşrikləri üçün də bir ibrət dərsi olmalıdır)....
Nisa Suresi, 10. Ayet:
Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın
axirətdəki
gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar....
İbrahim Suresi, 46. Ayet:
Və şübhəsiz, onlar (bizim peyğəmbərlərimizə qarşı) öz hiylələrini işə saldılar, halbuki onların hiylələri – dağları yerdən qoparacaq qədər güclü olsa da – (onu əzəldən bilmək, dünyada onunla mübarizə aparmaq yolu və onun
axirətdəki
cəzası) Allahın yanındadır....
Kəhf Suresi, 46. Ayet:
Mal və övladlar dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və
axirətdəki
nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir....
İsra Suresi, 21. Ayet:
Bax gör, onların bəzisini bəzisindən necə üstün tutduq. Əlbəttə,
axirətdəki
dərəcələr daha böyükdür, üstünlüklər daha böyükdür....
Taha Suresi, 110. Ayet:
O, onların önlərindəkini də, arxalarındakını da (dünyadakı və
axirətdəki
hallarını) bilir. Onların biliyi isə Rəhmanı əhatə edə bilməz....
Səcdə Suresi, 21. Ayet:
And olsun, Biz onlara (
axirətdəki
) ən böyük əzabdan əvvəl (dünyadakı) yaxın əzabı daddıracağıq ki, bəlkə (doğru yola) dönələr....
Səcdə Suresi, 21. Ayet:
(
Axirətdəki
) ən böyük əzabdan əvvəl Biz onlara ən yaxın əzabı [dünya əzabını] da daddıracağıq ki, bəlkə onlar (imana) qayıdalar....
Ali-İmran Suresi, 148. Ayet:
Bu görə Allah onlara dünyada əvəz və
axirətdəki
əvəzin gözəlliyini verdi. Və Allah, yaxşılaşdıran-gözəlləşdirən kəsləri sevər....
Tövbə Suresi, 38. Ayet:
Ey iman etmiş kəslər! Nə oldu ki, sizə Allah yolunda döyüşə çıxın deyildiyi zaman yerdə ağırlaşıb qaldınız/yerə mıxlanıb qaldınız. Axirətdən əl çəkib bəsit dünya həyatınamı razı oldunuz? Halbuki bu bəsit dünya həyatının qazancı
axirətdəki
ilə müqayisədə çox azdır....