Nisa Suresi, 148. Ayet: Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir. (Pis söz deyildikdə, birinin qeybətini qırmaq, söz daşımaq, yalan, iftira və s. başa düşülməlidir. İnsan bunları ürəyindən keçirsə belə, açıqdan söyləməsi günahdır. Ancaq haqsızlığa məruz qalan kimsə, haqsızlığın ortadan qalxması üçün bunu başqalarına danışarsa, bu qeybət və ya pis söz sayılmaz.)...
Nur Suresi, 61. Ayet: Kora, çolağa, xəstəyə (başqaları ilə bir yerdə oturub yemək yeməkdə) günah yoxdur. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan (səlahiyyətiniz çatan) evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir ye...
Nisa Suresi, 36. Ayet: Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən Allah təkəbbürlü və lovğa şəxsi sevmir....
Nur Suresi, 31. Ayet: Mömin qadınlara da de ki, gözlərini haramdan çevirsinlər, ismətlərini qorusunlar. (Üz və əl kimi) görünən qismlər istisna olmaqla zinət (yer)lərini göstərməsinlər. Baş örtülərini yaxalarının üzərinə qədər salsınlar. Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud oğullarından, yaxud ögey oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud müsəlman qadınlardan, yaxud sahib olduqları kölələrdən, yaxud kişiliyini ...
Nur Suresi, 61. Ayet: Kora, çolağa və xəstəyə (başqaları ilə birlikdə çörək yeməkdə) günah olmaz. Sizin də öz evlərinizdə, atalarınızın, analaranızın, qardaşlarınızın, bacılarınızın, əmilərinizin, bibilərinizin, dayılarınızın, xalalarınızın evlərində, açarları sizdə olan evlərdə və ya dostunuzun evində çörək yeməyinizdə günah yoxdur. Evlərə daxil olduqda bir-birinizi Allah dərgahından olan, mübarək, xoş bir salamla salamlayın. Allah ayələri sizə belə bəyan edir ki, bəlkə ağla gələsiniz....