Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 33. Ayet:
Həqiqətən, onların söylədikləri sözlərin səni çox kədərləndirdiyini bilirik. Əslində, onlar səni yalançı saymırlar, lakin o zalımlar Allahın ayələrini inkar edirlər. (Əbu
Cəhl
Həzrət Peyğəmbərə: “Biz sənin yalançı olduğunu demirik. Çünki sənin əmin və doğru bir insan olduğunu bilirik. Ancaq biz Allahın ayələrini inkar edirik”, – demişdi. Bu sözlər də Peyğəmbəri çox kədərləndirmişdi. Bunun nəticəsində Həzrət Peyğəmbəri (s.ə.s) təsəlli etmək məqsədilə yuxarıdakı ayə nazil olmuşdur.)...
Müddəssir Suresi, 25. Ayet:
Bu, insan sözündən başqa bir şey deyildir”. (Rəvayət olunduğuna görə, Həzrət Peyğəmbər Quran oxuyarkən müşriklərdən Vəlid ibn Müğirə bunu eşitmiş və çox təsirlənmişdi. Bunu eşidən Qüreyşli müşriklər: “Vəlid dinindən döndü. Ona baxıb digər Qüreyşlilər də dinlərindən dönəcəklər”, - demişdilər. Nəhayət, Əbu
Cəhl
Vəlid ibn Müğirəni fikrindən döndərdi. O da çarəsiz qalıb Quranın sehr olduğunu iddia etdi. Bundan sonra müşriklər Həzrət Peyğəmbərə “sehrbaz” deməyə başladılar.)...
Ələq Suresi, 19. Ayet:
Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş! (Təfsirlərdə qeyd olunduğuna görə, bu ayələr Həzrət Peyğəmbər namaz qılarkən ona əziyyət verən Əbu
Cəhl
haqqında nazil olmuşdur.)...
Həcc Suresi, 8. Ayet:
İnsanlar içində (Əbu
Cəhl
kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər....
Qiyamə Suresi, 31. Ayet:
Beləliklə, o (kafir Əbu
Cəhl
) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı....
Ələq Suresi, 9. Ayet:
Gördünmü o kimsəni (Əbu
Cəhl
i) ki, mane olur...
Ələq Suresi, 15. Ayet:
Yox, yox! (Əbu
Cəhl
bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -...
Maun Suresi, 1. Ayet:
(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu
Cəhl
i) gördünmü?...
Ənam Suresi, 39. Ayet:
Bizim ayə və nişanələrimizi təkzib edənlər (
cəhl
və küfr) zülmətlər(in)də olan karlar və lallardır. Allah istədiyini (hidayət olunması üçün kifayət edəcək qədər dəlil və nişanələr təqdim olunduqdan sonra) azğınlıqda boşlayar və istədiyini (dəvəti qəbul etdikdən sonra) doğru yola qoyar....
Ənfal Suresi, 47. Ayet:
Öz evlərindən nemətdən sərxoş halda və özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allahın yolundan saxlayan kəslər (Əbu
Cəhl
in Bədrə tərəf gedən qoşunu) kimi olmayın. Allah (qüdrət və elm baxımından) onların etdiklərini əhatə etmişdir....
Tin Suresi, 5. Ayet:
Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən – bütün dəlillər təqdim edilib tamamlandıqdan sonra –
cəhl
və bədbəxtlik halında buraxarıq)....