Yunus Suresi, 24. Ayet: Həqiqətən, dünya həyatının məsəli su
kimidir ki, səmadan nazil edirik, ta onun vasitəsi ilə müxtəlif
göyərtilər ərzdən çıxarar – nədən ki, insanlar və heyvanlar
yeyirlər. Ta onda ki, ərz gözəlləşib və zinətlənə və onun əhli
zənn edələr ki, onları becərib-yığmağa qadirdirlər, birdən
Bizim əmrimiz gecə çağı, ya gündüz yetişib və onların
hamısını biçilmiş edər, sanki, dünənki gün orada heç bir şey
yox idi. Belə müfəssəl bəyan edirik ayətlərimizi fikirləşən
qoum üçün....
Yunus Suresi, 24. Ayet: Dünya həyatının misalı, Bizim göydən endirdiyimiz su kimidir. Göydən endirdiyimiz su ilə insanların və heyvanların yediyi bitkilər bir-birinə qarışmışdır. Sonunda, yer üzü zinət əşyalarını taxıb bəzəndiyi, sahibləri də özlərinin buna müqtədir olduqlarına inandıqları bir vaxtda, bəzən gecə bəzən də gündüz vaxtı, ona əmrimiz gəlib çatmışdır və qəflətən, sanki dünən orada heç bir şənlik yox imiş kimi, onu, kökündən biçmişdir. Biz, ayələrimizi, düşünən bir qövm üçün belə ətraflı izah edirik....