Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 105. Ayet:
Allah barəsində yalnız həqiqəti söyləmək mənim borcumdur. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İsrail oğullarını mənimlə bərabər göndər (azad et)!” (İsrail oğulları daha əvvəl Həzrət Yusif peyğəmbər Misirdə xəzinədar ikən ataları Həzrət Yaqub peyğəmbərlə birlikdə
Fələstin
dən köçərək Misirə yerləşmişdilər. Daha sonraları Misirin fironları onları qul kimi işlətdilər və onlara müxtəlif əzab-əziyyətlər verdilər. İsrail oğullarından olan Həzrət Musa da Firona, öz xalqını Misirdən çıx...
Əraf Suresi, 137. Ayet:
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik. (Təfsirlərdə, yuxarıdakı ayədə keçən şərq və qərb torpaqlarının
Fələstin
və Şam bölgəsi olduğu bildirilir. Çünki tarix kitablarında da qeyd edilir ki, bir zamanlar İsrail oğulları bu bölgələrə hakim olmuşdular.)...
Yunus Suresi, 91. Ayet:
İndimi (iman gətirdin)? Halbuki daha əvvəl (Allaha) üsyan etmişdin və fitnə-fəsad törədənlərdən idin. (Firon daha əvvəl Misirdə öz tanrılığını elan etmişdi. Onu tanrı kimi qəbul etməyənlərə isə şiddətli əzab verirdi. Xüsusilə də İsrail oğullarına əzab-əziyyət verir və onları qul kimi işlədirdi. Nəhayət, Musa peyğəmbərin və qardaşı Harun peyğəmbərin duaları Allah tərəfindən qəbul olunmuş və onlar öz qövmləri ilə birlikdə
Fələstin
ə köçmək üçün Qızıl dənizin kənarına qədər gəlmişdilər. Əvvəlcə onl...
Məryəm Suresi, 49. Ayet:
İbrahim onlardan və Allahı qoyub sitayiş etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Onların hər ikisini də peyğəmbər etdik. (Həzrət İbrahimin qövmündən uzaqlaşaraq hicrət etdiyi məmləkətin Şam, yaxud
Fələstin
olduğu rəvayət edilir. O, Şama getmək üçün yola çıxdığı zaman əvvəlcə Hərrana getmiş və orada Sara adında bir qadınla evlənmişdi. Bu evliliyin nəticəsində onların İshaq adlı oğulları dünyaya gəlmişdir. Həzrət Yaqub da İshaqın oğlu və İbrahim peyğəmbərin nəvəsidir....
Ənbiya Suresi, 71. Ayet:
Biz onu və Lutu xilas edib aləmlər üçün bərəkətləndirdiyimiz yerə çatdırdıq. (Allah Həzrət İbrahimi, zövcəsi Saranı və qardaşı oğlu Lutu bütpərəstlərin əlindən xilas etmiş və başqa bir məmləkətə qovuşdurmuşdu. Təfsirçilərə görə, bu məmləkət Şam və
Fələstin
torpaqlarıdır.)...
Ənkəbut Suresi, 26. Ayet:
Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun peyğəmbərliyini təsdiq etdi). (İbrahim) dedi: “Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə (Kufənin Kusa kəndindən Hərrana, oradan da
Fələstin
ə) hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!”...
Əraf Suresi, 137. Ayet:
Və (fironçular tərəfindən) həmişə zəif və aciz hesab edilən dəstəni o torpaqların çox xeyir-bərəkətli etdiyimiz şərq və qərblərinin (Şam və
Fələstin
torpaqlarının) varisi etdik. Rəbbinin İsrail övladlarına olan gözəl sözü (onların zəfər vədi) onların səbrlərinin mükafatı olaraq tamamilə gerçəkləşdi və Fironun və onun qövmünün tikdiklərini (ev, saray və qüllələrini) və çardağa qaldırdıqlarını (üzüm tənəklərini) viran və məhv etdik....
Əraf Suresi, 163. Ayet:
Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya
Fələstin
in Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik....
İsra Suresi, 4. Ayet:
Biz İsrail övladlarına (Tövrat) kitablarında qəti hökm verdik və elan etdik ki: Şübhəsiz, siz yer üzündə (
Fələstin
də) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız....
Taha Suresi, 128. Ayet:
Məgər onlardan (Məkkə müşriklərindən) qabaq onların indi məskənlərində gəzdikləri çoxlu dəstələri məhv etməyimiz (Məkkə əhalisinin Yəməndəki Ad, Şamdakı Səmud və Əykə,
Fələstin
dəki Lut qövmünün məskənlərində gəzib onların məhv edilmələrini görmələri) onlar üçün hidayət mənbəyi olmur?! Həqiqətən bunda (bu hadisələrdə) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və qəzəbini göstərən) nişanələr vardır....
Ənbiya Suresi, 81. Ayet:
Və Süleyman üçün bərk (və yavaş) küləyi ram etdik ki, (küləklər) onun əmri ilə çox bərəkətli etdiyimiz torpağa (Şam torpaqlarına və
Fələstin
ə) əsərdi. Biz hər şeyi əzəldən bilirik....