Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 105. Ayet:
Allah barəsində yalnız həqiqəti söyləmək mənim borcumdur. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İsrail oğullarını mənimlə bərabər göndər (azad et)!” (İsrail oğulları daha əvvəl Həzrət Yusif peyğəmbər Misirdə xəzinədar ikən ataları Həzrət Yaqub peyğəmbərlə birlikdə Fələstindən köçərək Misirə yerləşmişdilər. Daha sonraları Misirin fironları onları qul kimi işlətdilər və onlara müxtəlif əzab-əziyyətlər verdilər. İsrail oğullarından olan Həzrət Musa da Firona, öz xalqını Misirdən çıx...
Yunus Suresi, 91. Ayet:
İndimi (iman gətirdin)? Halbuki daha əvvəl (Allaha) üsyan etmişdin və fitnə-fəsad törədənlərdən idin. (Firon daha əvvəl Misirdə öz tanrılığını elan etmişdi. Onu tanrı kimi qəbul etməyənlərə isə şiddətli əzab verirdi. Xüsusilə də İsrail oğullarına əzab-əziyyət verir və onları qul kimi işlədirdi. Nəhayət, Musa peyğəmbərin və qardaşı Harun peyğəmbərin duaları Allah tərəfindən qəbul olunmuş və onlar öz qövmləri ilə birlikdə
Fələstinə
köçmək üçün Qızıl dənizin kənarına qədər gəlmişdilər. Əvvəlcə onl...
Ənkəbut Suresi, 26. Ayet:
Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun peyğəmbərliyini təsdiq etdi). (İbrahim) dedi: “Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə (Kufənin Kusa kəndindən Hərrana, oradan da
Fələstinə
) hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!”...
Ənbiya Suresi, 81. Ayet:
Və Süleyman üçün bərk (və yavaş) küləyi ram etdik ki, (küləklər) onun əmri ilə çox bərəkətli etdiyimiz torpağa (Şam torpaqlarına və
Fələstinə
) əsərdi. Biz hər şeyi əzəldən bilirik....