Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Məryəm Suresi, 49. Ayet:
İbrahim onlardan və Allahı qoyub sitayiş etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Onların hər ikisini də peyğəmbər etdik. (Həzrət İbrahimin qövmündən uzaqlaşaraq hicrət etdiyi məmləkətin Şam, yaxud Fələstin olduğu rəvayət edilir. O, Şama getmək üçün yola çıxdığı zaman əvvəlcə
Hərrana
getmiş və orada Sara adında bir qadınla evlənmişdi. Bu evliliyin nəticəsində onların İshaq adlı oğulları dünyaya gəlmişdir. Həzrət Yaqub da İshaqın oğlu və İbrahim peyğəmbərin nəvəsidir....
Ənkəbut Suresi, 26. Ayet:
Bunda sonra Lut (hamıdan əvvəl İbrahimə) iman gətirdi (onun peyğəmbərliyini təsdiq etdi). (İbrahim) dedi: “Mən (qövmümü tərk edib) Rəbbimin əmr etdiyi yerə (Kufənin Kusa kəndindən
Hərrana
, oradan da Fələstinə) hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibi Odur!”...