Bəqərə Suresi, 26. Ayet: Şübhəsiz ki, Allah, bir ağcaqanadı, hətta daha daha kiçik bir şeyi misal gətirməkdən çəkinməz. İman edən kəslər bilir ki, şübhəsiz o haqdır, Rəbbi tərəfindəndir. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], "Allah belə bir misalla nə demək istədi?" deyərlər. Allah, çəkdiyi misallarla bir çoxlarını zəlalətə salar, bir çoxlarını da onunla [doğru yola] yönəldər. Allah, onunla yalnız, söz verib əhdləşdikdən sonra Allaha verdikləri sözə xilaf çıxan,...
Bəqərə Suresi, 74. Ayet: Sonra da qəlbləriniz sərtləşdi; bax budur, onlar daş kimidir, hətta daha da qatıdır. Və şübhəsiz, elə daşlar var ki, onlardan çaylar fışqırar, elələri var ki, yarılar və içindən su çıxar, elələri də var ki, Allaha qarşı hörmət, məhəbbət və elmlə ürpərməkdən [yuvarlanıb] düşər. Allah sizin etdiklərinizdən xəbərsiz, qafil deyil....