Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 84. Ayet:
Onların üstünə (daş) yağışı yağdırdıq. Bax gör, günahkarların aqibəti necə oldu! (
Həzrət
İbrahim peyğəmbərin qardaşı nəvəsi olan
Həzrət
Lut Sodom şəhərinin xalqına peyğəmbər göndərilmişdi. Oranın xalqı başqa insanların etmədiyi əxlaqsız işlər görürdülər. Onlar
Həzrət
Lutun nəsihətlərinə qulaq asmadılar. Nəhayət,
Həzrət
Lut özünə iman gətirənlərlə birlikdə gecə vaxtı oranı tərk etdi. Geridə qalanlar isə, zəlzələ və başlarına yağan daşlarla məhv oldular.)...
Əraf Suresi, 105. Ayet:
Allah barəsində yalnız həqiqəti söyləmək mənim borcumdur. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İsrail oğullarını mənimlə bərabər göndər (azad et)!” (İsrail oğulları daha əvvəl
Həzrət
Yusif peyğəmbər Misirdə xəzinədar ikən ataları
Həzrət
Yaqub peyğəmbərlə birlikdə Fələstindən köçərək Misirə yerləşmişdilər. Daha sonraları Misirin fironları onları qul kimi işlətdilər və onlara müxtəlif əzab-əziyyətlər verdilər. İsrail oğullarından olan
Həzrət
Musa da Firona, öz xalqını Misirdən çıx...
Əraf Suresi, 112. Ayet:
Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər!” (
Həzrət
Musanın qardaşı
Həzrət
Harundur. O da qardaşına köməkçi olaraq göndərilmiş bir peyğəmbərdir.)...
Əraf Suresi, 124. Ayet:
Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək, sonra da hamınızı hökmən çarmıxa çəkdirəcəyəm!” (Fironun sehrbazları
Həzrət
Musaya iman gətirən zaman, Firon bunun bir hiylə olduğunu zənn etdi və qorxdu ki, bütün əhalisi iman gətirəcək. Buna mane olmaq üçün onları təhdid edərək həm sehrbazlara, həm də xalqa gözdağı vermək istədi.)...
Əraf Suresi, 133. Ayet:
Biz də ayrı-ayrı möcüzələr olmaqla onlara tufan, çəyirtkə, həşərat, qurbağalar və qan göndərdik. Yenə də onlar təkəbbürləndilər və günahkar bir qövm oldular. (Firon və qövmü
Həzrət
Musaya iman gətirmədiyi üçün Allah-Təala onlara tufan göndərdi. Bundan sonra da ardıcıllıqla çəyirtkə, həşərat və qurbağalar göndərdi. Daha sonra göydən qan yağdırdı və bütün suları qan oldu. Bu müsibətlərin ortadan qalxması üçün
Həzrət
Musaya müraciət etdilər və o da dua etdi. Beləcə, Allah onlardan bu müsibətləri gö...
Əraf Suresi, 145. Ayet:
(Din barəsində) hər cür nəsihəti və hər şeyin izahını onun üçün lövhələrdə yazdıq. Bunları möhkəm tut və qövmünə də onların ən gözəlindən yapışmalarını əmr et! Yaxın bir vaxtda sizə fasiqlərin yurdunu göstərəcəyəm. (Bu ayədə Tövratın lövhələrə yazılmış bir halda Allah tərəfindən
Həzrət
Musaya verildiyi bildirilir. Lövhələrdə İsrail oğulları üçün dini qayda və qanunlar yazılmışdı. Ayədə keçən “ən gözəlindən yapışmaları” ifadəsi “Tövratdakı əmrlərə tabe olmaları” mənasına gəlir. Bu ayədəki “fasiql...
Əraf Suresi, 148. Ayet:
(Tura gedən) Musanın ardınca qövmü zinət əşyalarından (düzəltdikləri) və böyürtüsü olan bir buzov heykəlini özlərinə (ilah) qəbul etdilər. Görmədilərmi ki, o (buzov) nə onlarla danışır, nə də onlara yol göstərə bilir?! Onu özlərinə (ilah) qəbul edərək zalım kimsələr oldular. (
Həzrət
Musa Turda qalma müddətinə on gün əlavə etdikdən sonra İsrail oğullarının içindən Samiri adında bir sənətkar insanların qızıl kimi zinət əşyalarını toplayıb əridərək ondan bir buzov heykəli düzəltdi və: “Sizin də, Mu...
Əraf Suresi, 157. Ayet:
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi peyğəmbər olan rəsula tabe olanlara o peyğəmbər yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki qandalları götürər. O kəslər ki, Peyğəmbərə iman gətirər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır! (Yuxarıdakı ayədə keçən “ümmi” kəlməsi, “oxuma-yazma bilmə...
Əraf Suresi, 159. Ayet:
Musanın qövmündən elə bir dəstə var ki, onlar (insanları) haqq yola yönəldir və ona əsasən ədalətlə hökm edirlər. (Yuxarıdakı ayədə qeyd olunan dəstədən məqsəd,
Həzrət
Mühəmməd peyğəmbərə iman gətirən yəhudilər və ya
Həzrət
Musanın dövründə insanlara nəsihət edərək onları haqqa və doğruluğa çağıran kimsələrdir.)...
Əraf Suresi, 175. Ayet:
Onlara, ayələrimizi verdiyimiz halda onlardan imtina edən kimsənin xəbərini də oxu. Beləliklə şeytan onu özünə tabe etmiş və o da haqq yoldan azanlardan olmuşdu. (Təfsir alimlərinin əksəriyyətinə görə, bu adam İsrail oğullarından Bələm ibn Bauradır. O, əvvəllər
Həzrət
Musanın dinini qəbul etmiş mömin bir kişi idi. Ancaq Bələmin
Həzrət
Musa tərəfindən elçi olaraq göndərildiyi qövm
Həzrət
Musanın onları məğlub edəcəyindən qorxaraq ona təzyiq göstərmişdi. Bələm də
Həzrət
Musaya bəd dua etmiş və ona...
Bəqərə Suresi, 104. Ayet:
Ey iman gətirənlər! “Raina” (bizə qayğı göstər) deməyin! “Unzurna” (Bizə bax) deyin! Siz (Allahın hökmünə) qulaq asın! Kafirlər üçün şiddətli bir əzab vardır. (
Həzrət
Peyğəmbər (s.ə.s.) əshabına bir şey öyrədərkən onlar “bizə qayğı göstər” kimi mənalara gələn “Raina” sözünü işlədirdilər. İbrani dilində də söymək mənasına gələn buna yaxın bir söz vardı. Yəhudilər öz dillərindəki mənasını nəzərdə tutaraq bu sözlə
Həzrət
Peyğəmbərə (s.ə.s.) xitab etməyə başladılar. Bu səbəbdən yuxarıdakı ayə nazil ...
Bəqərə Suresi, 171. Ayet:
Kafirlərin halı çığırtı və bağırtıdan başqa heç nə eşitməyənləri qışqıraraq səsləyən kimsənin halına bənzəyir. Onlar kar, lal və kordurlar. Buna görə də onlar dərk etməzlər. (Bu ayədə
Həzrət
Peyğəmbərin (s.ə.s.) kafirləri haqq yola dəvət etməsi, çobanın qoyunlarına qışqırıb-bağırmasına bənzədilmişdir.)...
Bəqərə Suresi, 186. Ayet:
Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Rəvayətə görə, bədəvi bir ərəb
Həzrət
Peyğəmbərdən (s.ə.s.): “Rəbbimiz yaxındır yoxsa uzaq? Yaxındırsa, pıçıldayaraq Ona dua edək, yox əgər uzaqdırsa bağıraq!” – deyə soruşmuş, bundan sonra yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə Allah iman gətirib ixlasla itaət edənlərin duaları...
Bəqərə Suresi, 194. Ayet:
Haram ay haram ay müqabilindədir. Haram olanlara (qadağalara) riayət etmək qarşılıqlıdır. Kim sizə qarşı həddi aşarsa, siz də həmin ölçüdə ona qarşı həddi aşın! Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir. (Bu ayədə
Həzrət
Peyğəmbərin (s.ə.s.) dövründə müsəlmanlarla Məkkə müşrikləri arasında imzalanan Hüdeybiyyə müqaviləsinə və oradakı qarşılıqlı razılığa işarə edilmişdir.)...
Bəqərə Suresi, 248. Ayet:
Peyğəmbərləri onlara belə dedi: “Onun hökmdarlığının əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”. (Rəvayətə görə, bu ayədə bəhs olunan sandığı
Həzrət
Musa müharibə vaxtı ordunun önündə aparar və beləcə, əsgərlərin əhval-ruhiyyəsi yüksələrdi. Ordu zəiflədikdən sonra bu sandıq düşmənləri olan Calutun əlinə ke...
Tövbə Suresi, 19. Ayet:
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz! (Təfsir kitablarında yer alan bir rəvayətə görə, yuxarıdakı ayə
Həzrət
Əli,
Həzrət
Abbas və Talha ibn Şeybənin bir-birlərinə qarşı öyünmələri səbəbi ilə nazil olmuşdur. Talha Kəbənin açarının özündə olması,
Həzrət
Abbas hacılara su paylaması,
Həzrət
Əli də altı ay əvvəl namaz ...
Tövbə Suresi, 40. Ayet:
Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilin ki,) kafirlər ikinin ikincisini (Sövr mağarasına sığınan iki nəfərdən biri olan Peyğəmbəri Məkkədən) çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna (Əbu Bəkrə): “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və kafirlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir. (...
Tövbə Suresi, 49. Ayet:
Onlardan elələri də var ki: “Mənə (döyüşə getməməyə) izin ver və məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm kafirləri mütləq bürüyəcəkdir! (
Həzrət
Peyğəmbər Təbük döyüşü üçün hazırlıq görərkən Cəd ibn Qeysə: “Ey Əbu Vəhb! Əsfər oğullarından kölə və xidmətçilərin olsun istəyirsənmi?” – deyə sual verdi. O da: “Ey Allahın Rəsulu! Qövmüm bilir ki, mən qadınlara meyilli biriyəm. Qorxuram ki, Əsfər oğullarının qızlarını görüncə özümü saxlaya b...
Tövbə Suresi, 66. Ayet:
Üzr istəməyin! Siz iman gətirdikdən sonra (təkrar) kafir oldunuz. Sizdən (tövbə edən) bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracağıq”. (Rəvayətə görə,
Həzrət
Peyğəmbər Təbük səfərinə çıxarkən bir qrup münafiq Peyğəmbəri ələ salmaq üçün belə dedilər: “Buna baxın! Şam saraylarını fəth etmək istəyir. O hara, Şam saraylarını fəth etmək hara!” Onların bu hərəkətləri vəhy yolu ilə
Həzrət
Peyğəmbərə bildirildi. Münafiqlər çağırılıb onların nə üçün belə etdikləri soru...
Tövbə Suresi, 74. Ayet:
(Ey Peyğəmbər!) Onlar o sözləri söyləmədiklərinə dair Allaha and içirlər. Halbuki, onlar küfr sözünü söyləmiş və müsəlman olduqdan sonra kafir olmuşdular. Onlar nail ola bilmədikləri bir işə (Peyğəmbərə sui-qəsd etməyə) cəhd etmişdilər. Onlar yalnız Allah və Peyğəmbəri Öz lütfündən möminləri zəngin etdiyi üçün intiqam almaq istəmişdilər. Əgər tövbə etsələr, bu, onlar üçün daha xeyirli olar. Əgər üz döndərsələr, Allah onlara dünyada da, axirətdə də acı bir əzab verəcəkdir. Yer üzündə onların nə b...
Tövbə Suresi, 80. Ayet:
Onlar üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları bağışlamayacaq. Bu, onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiqlər tayfasını doğru yola yönəltməz. (Münafiqlərin başçısı Abdullah ibn Übeyy ölümcül xəstəliyə tutulduğu zaman oğlu Abdullah
Həzrət
Peyğəmbərin yanına gələrək atası üçün istiğfar etməsini istəmişdi. Abdullah səmimi bir müsəlman olduğu üçün
Həzrət
Peyğəmbər onun xətrinə dəyməyərək atasının bağışlanma...
Tövbə Suresi, 92. Ayet:
Minik təmin etməyin üçün sənin yanına gəldiklərində: “Sizi mindirməyə bir heyvan tapa bilmirəm”, - dediyin zaman xərcləyəcək bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönən kimsələrə də (günah və qınaq) yoxdur. (Səhabələrdən çox kasıb olan bir qrup müsəlman Təbük səfərinə qatılmaq istəmiş, ancaq səfər üçün yemək, paltar və minik tapa bilməmişdilər. Bunları təmin etməsi üçün
Həzrət
Peyğəmbərə müraciət etdilər.
Həzrət
Peyğəmbər də onların ehtiyaclarını təmin edə bilmədik...
Tövbə Suresi, 103. Ayet:
Onların mallarından sədəqə al! Bununla onları (günahlardan) təmizləmiş və pak etmiş olarsan. Onlar üçün dua et! Şübhəsiz, sənin duan onlar üçün bir təskinlikdir. Allah hər şeyi eşidəndir, biləndir. (Təbük səfərinə qatılmayan bir dəstə müsəlman xətalarını anlayıb peşman olmuşdular. Buna görə də özlərini məscidin dirəklərinə bağlayaraq and içdilər ki, Allah və Rəsulu iplərini açmadıqca onlar da açmayacaqlar.
Həzrət
Peyğəmbər Mədinəyə qayıtdığı zaman onların vəziyyətini öyrəndikdə: “Onlar barəsində...
Tövbə Suresi, 113. Ayet:
Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, qohum olsalar belə, onlar üçün bağışlanma diləmək Peyğəmbərə və möminlərə yaraşmaz. (Rəvayətə görə,
Həzrət
Peyğəmbər əmisi Əbu Talibin bağışlanması üçün Allaha dua etmiş, buna görə də yuxarıdakı ayə nazil olmuşdur.)...
Tövbə Suresi, 117. Ayet:
Müsəlmanlardan bir qrupun qəlbləri əyriliyə meyil etmək üzrə ikən Peyğəmbərin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir. (
Həzrət
Peyğəmbər Təbük səfərinə çıxarkən münafiqlər gəlib yalandan üzrlü olduqlarını bəyan etmiş, o da onlara izin vermişdi. Münafiqlərin bu hərəkətlərinə aldanan bəzi müsəlmanlar da tərəddüd keçirmiş, ancaq daha sonra peşman olub tövbə etmi...
Hud Suresi, 12. Ayet:
(Ey peyğəmbər!) Onların: “Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən və buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir. (Müşriklər bəzən
Həzrət
Peyğəmbərdən göydən xəzinələr endirilməsini və ya onlara mələk göndərilməsini tələb edirdilər. Onların bu inadkar hərəkətləri
Həzrət
Peyğəmbəri çox kədərləndirirdi. Çünki onlara möcüzə gəlsə b...
Hud Suresi, 29. Ayet:
Ey qövmüm! Mən buna görə sizdən mal-mülk istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. İman gətirənləri də qovan deyiləm. Onlar Rəbbinə qovuşacaqlar. Lakin mən sizin cahil bir tayfa olduğunuzu görürəm. (
Həzrət
Nuhun qövmünün başçıları xalqın kasıb təbəqəsindən olan möminlərlə birlikdə olmağı özlərinə sığışdırmırdılar. Ona görə də
Həzrət
Nuhdan bu insanları yanından uzaqlaşdırmasını tələb etmişdilər. Ancaq Nuh peyğəmbər onların bu təklifini qəbul etməmişdi.)...
Hud Suresi, 42. Ayet:
Gəmi onları dağlar kimi iri dalğaların arasında aparırdı. Nuh (gəmidən) uzaqda olan oğluna (Kənana): “Oğlum, bizimlə birlikdə (gəmiyə) min və kafirlərlə birlikdə olma!” - deyə səsləndi. (
Həzrət
Nuhun oğlu Kənan iman gətirməmiş və atası möminləri gəmiyə mindirərkən o, minməkdən imtina etmişdi.
Həzrət
Nuhun digər oğulları olan Ham, Sam və Yafəs isə iman gətirmiş və gəmiyə minmişdilər.)...
Hud Suresi, 74. Ayet:
İbrahimin qorxusu keçib ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdən sonra o, Lut qövmü barəsində Bizimlə (elçilərimizlə) mübahisə etməyə başladı. (Mələklərin oradan çıxdıqdan sonra Lut qövmünü məhv etməyə gedəcəklərini öyrəndiyi zaman İbrahim peyğəmbər onlarla bu məsələni müzakirə etmişdi. Çünki
Həzrət
İbrahim kafirlərə gələcək əzabın Lut peyğəmbər və ona iman gətirənlərə də zərər verəcəyindən qorxurdu.)...
Hud Suresi, 78. Ayet:
Qövmündən olan kişilər qaçaraq onun yanına gəldilər. Onlar daha əvvəl də pis işlər görürdülər. Lut dedi: “Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın qabağında məni biabır etməyin! İçinizdə ağlı başında bir adam yoxdurmu?” (Bəzi təfsirçilərə görə,
Həzrət
Lutun qövmünə evlənmələri üçün təklif etdiyi qızlar öz qızları deyil, qövmünün qızları idi. Hər peyğəmbər öz qövmünün mənəvi atası sayıldığı üçün, o da: “Baxın, bunlar mənim qızl...
Maidə Suresi, 41. Ayet:
Ey Peyğəmbər! Qəlbləri inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişdirirlər. Onlar: “Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilmə...
Maidə Suresi, 75. Ayet:
Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-keçmişlər. Onun anası da çox dürüst bir qadın idi. Hər ikisi də (adi insanlar kimi) yemək yeyərdi. Bax gör, Biz ayələri onlara necə açıqlayırıq. Sonra bax gör, onlar (haqdan) necə üz çevirirlər. (Yəhudilər
Həzrət
İsanın namuslu və bakirə bir qadından atasız dünyaya gəldiyinə inanmayıb onun anası
Həzrət
Məryəmə iftira atdılar və onun zinakar bir qadın olduğunu iddia etdilər. Qurani-Kərim isə İsa peyğəmbərin həqiqətən də, ...
Maidə Suresi, 82. Ayet:
İman gətirənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər. (Təfsirlərdə yuxarıdakı ayədə bildirilən kimsələrin Həbəşistana hicrət edən müsəlmanları gözəl qarşılayıb onlara sığınacaq verən xristianlar olduğu, yaxud
Həzrət
Peyğəmbərlə (s.ə.s) müqavilə bağlayan N...
Maidə Suresi, 111. Ayet:
Vaxtilə həvarilərə belə ilham etmişdim: “Mənə və elçimə iman gətirin!” Onlar da: “İman gətirdik. Şahid ol ki, biz (Allaha) təslim olmuşuq!” - demişdilər. (Həvarilər
Həzrət
İsa həyatda ikən ona iman edib sədaqət göstərmiş möminlərdir.)...
Ali-İmran Suresi, 37. Ayet:
Və Rəbbi onu (Məryəmi) gözəl şəkildə qəbul etdi. Onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun yanına məbədə girəndə, onun yanında bir ruzi görür və: “Ey Məryəm, bu sənə haradan oldu?” - deyirdi. O da: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir!” - deyirdi. (Zəkəriyya peyğəmbər,
Həzrət
Məryəmin xalasının əri idi. O, Beyti-məqdisdə Məryəmin yetişməsini öz üzərinə götürmüşdü. Zəkəriyya peyğəmbər hər dəfə Məryəmin məbəd...
Ali-İmran Suresi, 45. Ayet:
O vaxt mələklər demişdilər: “Ey Məryəm! Həqiqətən, Allah sənə, Öz tərəfindən bir kəlməni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada və axirətdə şanı uca və Allahın Özünə yaxın tutduğu kimsələrdəndir. (“Məsih” İbrani (İvrit) dilində “müqəddəs” mənasına gəlir və
Həzrət
İsanın ləqəbidir.)...
Ali-İmran Suresi, 79. Ayet:
Allah kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra insanlara: “Allahı buraxıb mənə qul olun!” - demək heç kimə yaraşmaz. Əksinə (o belə deyər:) “Öyrətdiyiniz kitaba və öyrəndiklərinizə uyğun olaraq Rəbbə xalis qullar olun!” (Xristianlar
Həzrət
İsanın ilah olduğunu iddia edirlər.
Həzrət
İsanın gətirdiyi dində olmayan və Allahın birliyinə zidd olan bu iddia İslam dininə görə batil bir inancdır. Yuxarıdakı ayədə bu məsələyə işarə olunur.)...
Ali-İmran Suresi, 128. Ayet:
(Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar həqiqətən, zalımlardır. (Buxarinin nəql etdiyi bir rəvayətə görə Ühüd döyüşündə
Həzrət
Peyğəmbər (s.ə.s) yaralandığı zaman o: “Özlərinə göndərilmiş bir peyğəmbəri yaralayan bir qövm necə xilas ola bilər?”, - demişdi. Ona görə də yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə, kafirlər haqqındakı hökmün məhz Allah tərəfindən veriləcəyi bildirilmişdir.)...
Ali-İmran Suresi, 144. Ayet:
Mühəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır. (Ühüd döyüşündə Abdullah ibn Qamiə adlı bir müşrikin atdığı daş nəticəsində
Həzrət
Peyğəmbərin (s.ə.s.) bir dişi qırılmış və üzü yaralanmışdı. Bu müşrikin: “Mühəmmədi öldürdüm!” – deyərək qışqırmasını eşidənlər: “Mühəmməd öldürüldü!” – deyə xəbər yaydıla...
Ali-İmran Suresi, 159. Ayet:
Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər. (Yuxarıdakı ayədən də görüldüyü kimi, İslam dini, müsəlmanların rəhbəri
Həzrət
Peyğəmbər (s.ə.s.) olsa da, ümmət üçün idarəçilikdə məsləhət və məşvərət m...
Ali-İmran Suresi, 179. Ayet:
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz peyğəmbərlərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır. (Təfsirlərdə qeyd edildiyinə görə, bu ayənin nazil olma səbəbi, kafirlərin
Həzrət
Peyğəmbərə (s.ə.s.): “Ey Mühəmməd! Bizdən kimin iman gətirib-gətirmədiyini bizə xəbər ver!” - demələridir.)...
Ali-İmran Suresi, 183. Ayet:
“Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə de ki: “Məndən əvvəl sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs nə üçün onları öldürdünüz?” (Təfsirlərdə nəql edilən rəvayətlərə görə, Mədinədəki yəhudilərin müsəlman olmamaq üçün bəhanə etdikləri xüsusi möcüzə,
Həzrət
İsa peyğəmbərin göndərilməsidir. Bu möcü...
Nisa Suresi, 60. Ayet:
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi?! Onlar tağuta inanmamaları əmr olunduğu halda onun hüzurunda mühakimə olunmaq istəyirlər. Şeytan isə onları uzaq (dərin) bir zəlalətə salmaq istəyir. (Tağut kəliməsi Quranda, “büt, şeytan, zəlalətdə olan kimsə və s.” mənalarda işlədilmişdir. Yuxarıdakı ayənin nüzul səbəbi ilə əlaqəli olaraq bildirilir ki, münafiqlərdən biri mübahisə etdiyi şəxsə, aralarında hökm verməsi üçün
Həzrət
Peyğəmbərin (s.ə...
Nisa Suresi, 81. Ayet:
(Ey Rəsulum! Sənə:) “Baş üstə!” - deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi, sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə, onlardan üz çevir və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər. (Münafiqlər iman gətirmədikləri halda
Həzrət
Peyğəmbərin (s.ə.s.) hüzurunda ikən, o nə deyərsə, onu qəbul edib özlərini itaət edirmiş kimi göstərirdilər. Onun hüzurundan çıxdıqdan sonra isə gecələri gizli-gizli planlar q...
Ənfal Suresi, 6. Ayet:
Həqiqət ortaya çıxdıqdan sonra, ölümə sürüklənirlərmiş kimi (narazıçılıq içində) baxaraq onun barəsində səninlə mübahisə edirlər. (Bədr döyüşündən əvvəl müsəlmanlardan bəziləri
Həzrət
Peyğəmbərin yanına gələrək döyüş barəsində onunla mübahisə etmiş və belə demişdilər: “Biz karvanı ələ keçirmək üçün yola çıxmışdıq. Əgər döyüşə getdiyimizi bilsəydik, bunun üçün hazırlıq görərdik”. Yuxarıdakı ayədə, onların həddindən artıq ölümdən qorxduqları üçün bu şəkildə mübahisə etdiklərinə işarə olunmuşdur.)...
Ənfal Suresi, 9. Ayet:
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi. (
Həzrət
Peyğəmbər Bədr döyüşündə səhabələrin az, müşriklərin isə çox olduğunu görən zaman qibləyə yönələrək əllərini uzatmış və dua etmişdi. Allah-Təala da onun duasını qəbul etmiş və min mələklə ona yardım etmişdi.)...
Ənfal Suresi, 17. Ayet:
(Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir. (Bədr döyüşündə Qüreyş ordusu müsəlmanlara hücum etdiyi bir vaxtda
Həzrət
Peyğəmbər əllərini açaraq dua etmiş və sonra yerdən bir ovuc torpaq götürərək düşmənlərin olduğu istiqamətə sərpmişdi. Bunun nəticəsində onların gözləri tutulmuş və beləcə məğlub olmuşdular. Yuxarıdakı ayədə ...
Ənfal Suresi, 23. Ayet:
Əgər Allah onlarda bir xeyir olacağını bilsəydi, əlbəttə, onlara (haqqı) eşitdirərdi. Onlara eşitdirsəydi belə, yenə onlar üz çevirərək dönərdilər. (Bu ayələr
Həzrət
Peyğəmbərin sözlərini eşitdiyi halda əhəmiyyət verməyən kimsələrə bir xəbərdarlıqdır. Onlar zahirdə eşitdikləri halda həqiqi mənada eşitmədikləri üçün söz anlamayan kar və korlara bənzədilmişdirlər.)...
Ənfal Suresi, 57. Ayet:
Əgər müharibədə onları tutsan, onlarla (onlara verəcəyin cəza ilə) arxalarındakı kimsələri də dağıt ki, bəlkə onlar ibrət alalar! (Yuxarıdakı ayələrdə sözügedən kimsələr, yəhudi qəbilələrindən biri olan Qüreyzə oğullarıdır. Onlar
Həzrət
Peyğəmbərlə sülh müqaviləsi bağladıqları halda müşriklərə silah yardımı etmişdilər. Sonra unutduqlarını söyləyərək üzrxahlıq etdilər. Təkrar sülh müqaviləsi bağlandıqdan sonra yenə müşriklərlə əlbir oldular.)...
Əhqaf Suresi, 10. Ayet:
De: “Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini (Tövratı) görüb iman gətirdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, bu ayədə keçən “İsrail oğullarından olan şahid” Musa peyğəmbərdir. Digər bir rəvayətə görə isə,
Həzrət
Peyğəmbərin dövründə İslam dinini qəbul edən yəhudi əsilli Abdullah ibn Sala...
Əhqaf Suresi, 29. Ayet:
Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə): “Qulaq asın!” - demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə,
Həzrət
Peyğəmbər Taif səfərində ikən Nəhl vadisində sübh namazını qıldırmışdı. Bu əsnada yeddi, yaxud doqquz nəfərdən ibarət cin dəstəsi
Həzrət
Peyğəmbərin oxuduğu Quranı dinləmək üçün gəl...
Əhqaf Suresi, 35. Ayet:
Əzmkar (ülül-əzm) peyğəmbərlərin səbir etdiyi kimi, sən də səbir et! Onlar üçün əzabın tez gəlməsini istəmə. Onlara vəd olunan əzabı görəcəkləri gün (dünyada) yalnız gündüzün az bir vaxtı qədər yaşadıqlarını sanacaqlar. Bu, bir təbliğdir. Yalnız fasiq olanlar məhv edilər! (Yuxarıdakı ayədə ifadə edilən “ülül-əzm peyğəmbərlər” ilə
Həzrət
Nuh,
Həzrət
İbrahim,
Həzrət
Musa,
Həzrət
İsa və
Həzrət
Mühəmməd nəzərdə tutulur. Çünki bu peyğəmbərlər şəriət sahibi olmuş, din yolunda böyük əziyyətlərə məruz q...
Rum Suresi, 30. Ayet:
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir. (“Hənif” tək olan Allaha inanan kimsəyə deyilir. Əsasən
Həzrət
İbrahim peyğəmbərin tövhid dini mənasında işlədilir.)...
Yusif Suresi, 15. Ayet:
(Qardaşları) onu aparıb quyunun dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik: “Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən onlara xəbər verəcəksən!” (Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayədə keçən “Yusifə vəhy etdik” ifadəsinə əsaslanaraq
Həzrət
Yusifə peyğəmbərliyin həmin vaxt verildiyi fikrindədirlər. Çünki, həqiqətən də, Allahın bu vədi daha sonra gerçəkləşmiş, Yusif peyğəmbər buradan xilas olmuş və bütün bunları qardaşlarına bildirmişdi.)...
Yusif Suresi, 21. Ayet:
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi: “Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz. (Təfsirlərdə qeyd edilən rəvayətlərə görə,
Həzrət
Yusifi öz himayəsinə götürən şəxs Misirin maliyyə naziri idi. O, Yusifin zəkasını və qabiliyyətini sezmiş və buna görə də gələcəkdə ondan istifadə edə biləcəyini...
Yusif Suresi, 57. Ayet:
İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı daha xeyirlidir. (Bundan sonra
Həzrət
Yusif Misirdə əkinçiliyə əhəmiyyət verdi və ehtiyacdan artıq olan buğdanı ambarlara yığdırdı. Nəhayət, qıtlıq illəri gəlib çatdı və hər tərəfdən insanlar buğda ala bilmək üçün Misirə yönəldilər.
Həzrət
Yaqub da kiçik oğlu Bünyamindən başqa digər oğullarını buğda tədarükü üçün Misirə göndərdi.)...
Yusif Suresi, 69. Ayet:
Onlar Yusifin hüzuruna daxil olduqları zaman Yusif qardaşını (Bünyamini) qucaqlayaraq belə dedi: “Həqiqətən, mən sənin qardaşınam. Onların etdiklərinə görə kədərlənmə!” (Təfsirlərdə qeyd olunan rəvayətlərə görə,
Həzrət
Yusif qardaşlarına qonaqlıq vermiş və onları iki-iki oturtmuşdu. Bünyamin tək qalınca ağlayaraq: “Əgər qardaşım Yusif sağ olsaydı, o da mənimlə oturardı”, - demişdi.
Həzrət
Yusif də onu öz yanına oturtmuş, yeməkdən sonra isə qardaşlarını iki-iki otaqlarda qonaq etmişdi. Yenə Bünya...
Yusif Suresi, 77. Ayet:
Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha əvvəl onun bir qardaşı da oğurluq etmişdi”. Yusif bunu ürəyində saxladı və onlara bildirmədi. O dedi: “Siz daha pis bir vəziyyətdəsiniz. Allah sizin söylədiklərinizi (o işin əslini) daha yaxşı bilir”. (Rəvayətə görə,
Həzrət
Yusifin xalası onu çox sevirdi. Yusif böyüdüyü zaman xalası onu öz yanında saxlamaq istəyirdi. Bunun üçün də
Həzrət
İbrahimdən miras qalan kəməri Yusifin belinə bağlayıb sonra da kəmərin itdiyini söylədi. Kəməri axtardılar və Yusifin ü...
İbrahim Suresi, 37. Ayet:
Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin müqəddəs evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən də insanlardan bir qisminin qəlblərini onlara meyil etdir və onlara meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr. (Rəvayət olunduğuna görə
Həzrət
İbrahimin zövcəsi Saranın Həcər adında bir cariyəsi vardı. Uşaqları olmadığı üçün onu öz əri ilə evləndirdi və onların İsmail adında bir oğlu dünyaya gəldi.
Həzrət
İbrahim o...
Hicr Suresi, 87. Ayet:
Şübhəsiz, Biz sənə təkrarlanan yeddi (ayəni) və uca Quranı verdik. (
Həzrət
Peyğəmbərdən (s.ə.s) rəvayət edilən bir hədisə görə, bu yeddi ayə namazların hər rükətində təkrarlanan “Fatihə” surəsidir.)...
Nəhl Suresi, 42. Ayet:
Onlar Rəbbinə təvəkkül edən səbirli kəslərdir. (Yuxarıdakı iki ayədə xəbər verilən kimsələr, başda
Həzrət
Peyğəmbər (s.ə.s.) olmaqla Qüreyşlilərin zülmündən qaçaraq hicrət edənlərdir. Həqiqətən də, hicrətdən sonra Allah-Təala onlara din və dünya baxımından gözəl bir həyat bəxş etmişdir.)...
Nəhl Suresi, 126. Ayet:
Cəza verəcəyiniz təqdirdə, sizə verilən cəzanın misli ilə cəza verin! Əgər səbir etsəniz, əlbəttə, bu, səbir edənlər üçün daha xeyirlidir. (Təfsirlərdə qeyd olunan rəvayətə görə,
Həzrət
Peyğəmbər Ühüd döyüşündə müşriklər tərəfindən əmisi
Həzrət
Həmzənin burnu və qulaqlarının kəsilmiş, ciyərinin çıxarılmış olduğunu görən zaman: “Allaha and olsun ki, əgər Allah mənə zəfər bəxş edərsə, sənin yerinə yetmiş nəfəri belə edəcəyəm!” - deyə and içmişdi. Buna görə də yuxarıdakı ayə nazil oldu.
Həzrət
Pey...
İsra Suresi, 28. Ayet:
Əgər Rəbbindən umduğun bir mərhəmət (ruzi) üçün onların üzünə baxa bilmirsənsə, heç olmasa onlara yumşaq bir söz söylə! (Rəvayətə görə, Bilal, Süheyl, Məhca və Həbbab kimi yoxsul səhabələr
Həzrət
Peyğəmbərin yardımı ilə dolanırdılar.
Həzrət
Peyğəmbər, onlara veriləcək bir şeyi olmadığı zaman xəcalətindən onlara deyəcək bir söz tapmırdı və üzünü başqa tərəfə çevirirdi. Yuxarıdakı ayə, belə hallarda heç olmasa xoş və ümid verən sözlərlə onları razı salmağı tövsiyə edir.)...
İsra Suresi, 55. Ayet:
Rəbbin göylərdə və yerdə olanları da çox yaxşı tanıyır. Şübhəsiz, Biz peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik. Davuda da Zəburu verdik. (Peyğəmbərlər arasındakı dərəcə fərqliliyi maddi və fiziki cəhətdən deyil, ruhi və mənəvi cəhətdəndir. Ayədə
Həzrət
Davud peyğəmbərə də Zəbur kitabının verildiyi bildirilərək bu xüsusa diqqət çəkilmişdir.)...
İsra Suresi, 60. Ayet:
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır. (Təfsirçilərin əksəriyyətinə görə, bu ayədəki “mənzərə” deyə tərcümə edilən “الرؤيا / rüya” kəlməsi
Həzrət
Peyğəmbərin Merac gecəsi gördüyü mənzərələrdir. “Lənətlənən ağac” isə, cəhənnəmdəki Zəqqum ağacıdır.)...
Kəhf Suresi, 28. Ayet:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə! (Qüreyş qəbiləsinin başçılarından bəziləri
Həzrət
Peyğəmbərdən (s.ə.s.), Allaha və Peyğəmbərə səmimi-qəlbdən bağlı olan yoxsul möminləri qovmasını istəmiş və bu təqdirdə onunla görüşə biləcəklərini bildirmişdilər. Buna görə də yu...
Kəhf Suresi, 60. Ayet:
Bir zaman Musa gənc yoldaşına belə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər yol gedəcəyəm, yaxud uzun müddət yoluma davam edəcəyəm”. (Təfsirlərdə Musa peyğəmbərin yanıdakı gənc oğlanın Yuşa ibn Nun olduğu və Musa peyğəmbərə xidmət edib ondan elm öyrəndiyi rəvayət olunur. Bu iki dənizin hansı dənizlər olduğu dəqiq bilinmir. Bəzi təfsirçilərə görə, bu iki dənizdən biri zahiri elmlərin dənizi olan
Həzrət
Musa, digəri isə batini elmlərin dənizi olan Xızır əleyhissalamdır.)...
Kəhf Suresi, 61. Ayet:
Onlar iki dənizin qovuşduğu yerə çatdıqları zaman balığı unutmuşdular. Həmin balıq isə dənizə girib gözdən itmişdi. (Rəvayətə görə,
Həzrət
Musa özündən daha elmli olan Xızır ilə görüşmək üçün Yuşa ibn Nun ilə səfərə çıxmışdı. Yanlarında da ölü bir balıq vardı. Musa peyğəmbərə bildirilmişdi ki, bu balığın canlanıb dənizə girəcəyi yer, məhz Xızır ilə görüşməli olduğu yerdir.)...
Məryəm Suresi, 16. Ayet:
Kitabda (Quranda) Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi. (Təfsirçilərə görə,
Həzrət
Məryəm Məscidi-Əqsanın, yaxud evinin şərq tərəfində inzivaya çəkilmişdi.)...
Məryəm Suresi, 34. Ayet:
O, barəsində şübhə etdikləri haqq söz olan Məryəm oğlu İsadır. (Təfsirçilərə görə, yuxarıdakı ayədə ifadə edilən
Həzrət
İsanın “haqq söz” olması Allahın “Kun (ol)!” sözü ilə yaranması deməkdir.)...
Məryəm Suresi, 49. Ayet:
İbrahim onlardan və Allahı qoyub sitayiş etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Onların hər ikisini də peyğəmbər etdik. (
Həzrət
İbrahimin qövmündən uzaqlaşaraq hicrət etdiyi məmləkətin Şam, yaxud Fələstin olduğu rəvayət edilir. O, Şama getmək üçün yola çıxdığı zaman əvvəlcə Hərrana getmiş və orada Sara adında bir qadınla evlənmişdi. Bu evliliyin nəticəsində onların İshaq adlı oğulları dünyaya gəlmişdir.
Həzrət
Yaqub da İshaqın oğlu və İbrahim peyğəmbərin nəvəsidir....
Məryəm Suresi, 51. Ayet:
Kitabda Musanı da an! Həqiqətən, o, ixlas sahibi idi. O, həm rəsul, həm də nəbi idi. (Kitab verilən və yeni bir din təbliğ edən peyğəmbərlərə “Rəsul”, daha əvvəlki peyğəmbərlərin şəriətini davam etdirən peyğəmbərlərə isə “Nəbi” deyilir.
Həzrət
Musaya Tövrat verildiyi üçün o, bu ayədə həm nəbi, həm də rəsul olaraq qeyd olunmuşdur.)...
Həcc Suresi, 39. Ayet:
Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izin verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir. (Məkkəli müşriklər
Həzrət
Peyğəmbərə və əshabına, xüsusilə də fağır və aciz kimsələrə müxtəlif cür işgəncələr verir və onlara basqınlar edirdilər. Möminlər də
Həzrət
Peyğəmbərin yanına gələrək bundan şikayət edir və döyüşmək üçün icazə istəyirdilər. Ancaq Allah tərəfindən izin verilmədiyi üçün
Həzrət
Peyğəmbər onlara səbirli və mətin olmalarını tövsiy...
Nur Suresi, 11. Ayet:
Həqiqətən, (Peyğəmbərin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır. (Bu ayə və bundan sonrakı doqquz ayənin nazil olma səbəbi bir qrup münafiqin
Həzrət
Peyğəmbərin xanımı
Həzrət
Aişəyə iftira atmasıdır. Buna İslam tarixində “ifq” hadisəsi deyilmişdir. Aşağıdakı ayələrdə
Həzrət
...
Nur Suresi, 22. Ayet:
İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir. (
Həzrət
Aişəyə iftira atanlardan biri də məhz
Həzrət
Əbu Bəkrin himayəsindəki Mistah adlı bir şəxs idi. Bu hadisədən sonra
Həzrət
Əbu Bəkr bir daha ona maddi yardım etməyəcəyinə dair and içdi. Təfsirçilərə görə, yuxarıda...
Nur Suresi, 63. Ayet:
Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın! Şübhəsiz ki, sizin içinizdən (icazəsiz) xəlvətcə aradan çıxanları Allah bilir. Buna görə də Onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud acı bir əzaba düçar olmaqdan çəkinsinlər! (Bu ayə
Həzrət
Peyğəmbərə (s.ə.s.) adı ilə xitab etməyin, yaxud ondan bəhs edərkən ancaq adını söyləməyin doğru olmadığını və müsəlmanlara yaraşmadığını ifadə edir. Buna görə də
Həzrət
Peyğəmbərdən bəhs edərkən “Mühəmməd əleyhissəlam”,...
Şüəra Suresi, 20. Ayet:
Musa dedi: “Mən o işi edərkən nadanlardan idim. (Burada
Həzrət
Musanın bir Misirlini öldürməsinə işarə edilir. Təfsirlərdə
Həzrət
Musanın öldürmə məqsədi güdmədən bir nəfəri vurduğu və bunun nəticəsində həmin adamın öldüyü qeyd olunur.)...
Şüəra Suresi, 64. Ayet:
Digərlərini də ora yaxınlaşdırdıq. (
Həzrət
Musa və qövmü dənizdə açılan bu yollardan keçərkən Firon və ordusu da onların arxasınca düşdülər.)...
Şüəra Suresi, 196. Ayet:
Şübhəsiz ki, o, əvvəlkilərin kitablarında da vardır. (Təfsirçilərə görə, Qurani-Kərimin
Həzrət
Peyğəmbərə (s.ə.s.) endiriləcəyinə dair işarələr, yaxud Quranın əsas prinsiplərindən bir qismi əvvəlki ilahi kitablarda da mövcud idi. Yuxarıdakı ayədən bunların hər ikisi də başa düşülə bilər.)...
Saffat Suresi, 87. Ayet:
Aləmlərin Rəbbi barəsində fikriniz nədir?” (
Həzrət
İbrahimin qövmü ulduzlara baxıb falçılıq edirdi. Onlar bir bayram günü İbrahimi də özləri ilə bayram keçirməyə dəvət etmişdilər.)...
Saffat Suresi, 147. Ayet:
Biz onu yüz min və daha çox kimsəyə peyğəmbər göndərdik. (Təfsirlərdə
Həzrət
Yunisin Mosuldakı Ninova şəhərinin xalqına peyğəmbər göndərildiyi qeyd olunur.)...
Sad Suresi, 8. Ayet:
Quran aramızdan məhz onamı (Mühəmmədəmi) nazil oldu?” Xeyr! Onlar nazil etdiyim Quran barədə şübhə içindədirlər. Xeyr! Onlar hələ əzabımı dadmayıblar. (Yuxarıdakı ayələrdə
Həzrət
Peyğəmbərin də dəvət edildiyi Əbu Talibin evindəki yığıncağa işarə edilir.)...
Sad Suresi, 34. Ayet:
Həqiqətən, Biz Süleymanı sınağa çəkmişdik. Taxtının üstünə bir cəsəd qoyduq. Sonra o əvvəlki halına qayıtdı. (Bir rəvayətə görə,
Həzrət
Süleyman şiddətli bir xəstəliyə tutulmaqla Allah tərəfindən imtahan edilmişdi. Xəstəliyi əsnasında cəsəd kimi zəif və halsız bir halda ikən daha sonra sağalmış və yenidən taxtına otura bilmişdi.)...
Sad Suresi, 42. Ayet:
(Biz ona belə buyurmuşduq:) “Ayağını yerə vur! Bu, yuyunacaq və içiləcək sərin sudur”. (Müxtəlif xəstəliklərə tutulan
Həzrət
Əyyub bu su ilə yuyunmuş və bir möcüzə olaraq onun sayəsində bütün xəstəliklərdən sağalmışdı.)...
Sad Suresi, 44. Ayet:
(Biz ona belə dedik:) “Əlinə bir dəstə çubuq götür və (zövcəni) onunla vur. Andını da pozma!” Biz onu səbir edən gördük. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi. (Rəvayətə görə, zövcəsi xətalı bir iş gördüyü üçün
Həzrət
Əyyub and içmişdi ki, sağalandan sonra ona yüz çubuq vuracaq. Buna görə də Allah-Təala ona yüz çubuqdan ibarət bir dəstə ilə zövcəsinə bir dəfə vurmasını əmr etmişdi. Beləliklə,
Həzrət
Əyyub andını da pozmamış olacaqdı.)...
Zümər Suresi, 30. Ayet:
Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər. (Bu ayə kafirlərin
Həzrət
Peyğəmbərin vəfatını arzulamaları və bunu gözləmələri səbəbilə nazil olmuşdur.)...
Zümər Suresi, 36. Ayet:
Allah Öz quluna kifayət deyilmi?! Onlar səni Allahdan başqaları (bütlər) ilə qorxudurlar. Allah kimi haqq yoldan azdırarsa, artıq heç kim onu doğru yola yönəldə bilməz. (Müşriklər
Həzrət
Peyğəmbərə: “İlahlarımızı pisləmə, yoxsa onlar sənə zərər verərlər!” - deyirdilər. Yuxarıdakı ayə bu hadisəyə işarə edir.)...
Zuxruf Suresi, 57. Ayet:
Məryəm oğlu İsa misal çəkildiyi zaman sənin qövmün buna sevinərək gülmüşdü. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə,
Həzrət
İsa və anası
Həzrət
Məryəmlə bağlı məsələnin müzakirə edildiyi bir məclisdə müşriklərdən biri: “Əgər sitayiş edilən İsa, Məryəm, Üzeyir və mələklər cəhənnəmdədirsə, biz onlarla birlikdə olmağa razıyıq”, - demişdi. Oradakı müşriklər də onun bu sözlərinə gülmüş və beləcə,
Həzrət
Peyğəmbərə istehza etmişdilər. Yuxarıdakı ayə onların bu təkəbbürlü hallarına işarə edir.)...
Zuxruf Suresi, 61. Ayet:
Həqiqətən, o (İsa), qiyamət vaxtını bildirən bir əlamətdir. Ona görə də əsla ondan şübhə etməyin və Mənə tabe olun! Doğru yol budur. (Bəzi təfsirçilərə görə, bu ayədə
Həzrət
İsanın qiyamət üçün bir əlamət olduğu ifadə edilərək axırzamanda onun təkrar dünyaya qayıdacağına işarə edilmişdir.)...
Duxan Suresi, 10. Ayet:
Ona görə də sən göydən açıq-aydın bir duman gələcəyi günü gözlə! (Ayədəki “duman” haqqında iki rəvayət vardır. Bir rəvayətə görə, dumandan məqsəd qıtlıq və quraqlıqdır. Çünki o dövrdə şiddətli quraqlıq və qıtlıq olmuş, qüreyşlilər də buna görə
Həzrət
Peyğəmbərə müraciət etmişdilər. Digər bir rəvayətə görə isə, bu duman qiyamət əlamətlərindən olub şərq və qərbin arasını bürüyəcək gerçək bir dumandır.)...
Duxan Suresi, 24. Ayet:
Dənizi (yarıb keçdikdən sonra) açıq qoy! Şübhəsiz ki, onlar suda boğulacaq bir ordudur”. (Bundan sonra
Həzrət
Musa əsasını dənizə vurmuş və dəniz yarılmışdı. Musa peyğəmbər və qövmü dənizi keçdikdən sonra onların arxasınca gələn Firon və ordusu suda boğularaq məhv olmuşdu.)...
Məhəmməd Suresi, 16. Ayet:
Onların arasında səni dinləyənlər də var. Nəhayət, sənin yanından çıxdıqları zaman elm verilmiş kimsələrdən: “O (Mühəmməd) bir az əvvəl nə deyirdi?” - deyə soruşurlar. Onlar Allahın qəlblərinə möhür vurduğu və öz nəfslərinin arzularına uyan kimsələrdir. (Münafiqlər
Həzrət
Peyğəmbərin hüzurunda olanda, yaxud xütbə verilərkən ona qulaq asır, sonra da ələ salmaq məqsədilə İbn Məsud və İbn Abbas kimi səhabələrə yaxınlaşaraq bir az əvvəl Peyğəmbərin nə dediyini onlardan soruşurdular. Yuxarıdakı ayə o...
Məhəmməd Suresi, 26. Ayet:
Çünki onlar Allahın endirdiyini bəyənməyənlərə: “Bəzi məsələlərdə sizə itaət edəcəyik!” - dedilər. Halbuki Allah onların gizlətdiklərini bilir. (Bu ayədə münafiqlərin
Həzrət
Peyğəmbərə düşmənçilik edəcəklərinə və müsəlmanların onunla birlikdə döyüşmələrinə mane olacaqlarına dair yəhudi və müşriklərə söz verdiklərinə işarə olunur.)...
Məhəmməd Suresi, 30. Ayet:
Əgər istəsəydik, onları, əlbəttə, sənə göstərərdik. Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan. Allah sizin əməllərinizi bilir. (Rəvayətə görə, bu ayə nazil olduqdan sonra bütün münafiqlər
Həzrət
Peyğəmbərə bəlli olmuşdu. Münafiqlərin digər bir xüsusiyyəti də o idi ki, danışdıqları zaman üstüörtülü sözlərdən istifadə edərək müsəlmanları incidirdilər.)...
Fəth Suresi, 15. Ayet:
Qənimətləri almaq üçün getdiyiniz zaman (səfərə getməyib) arxada qalanlar: “İcazə verin biz də sizin arxanızca gələk!” - deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz! Allah daha əvvəl sizin üçün belə buyurmuşdur”. Onlar: “Xeyr! Siz bizə paxıllıq edirsiniz”, - deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir. (
Həzrət
Peyğəmbər hicrətin altıncı ilində Hüdeybiyyədən qayıtdıqdan sonra növbəti il Hüdeybiyyədə iştirak edən müsəlmanlarla bir...
Fəth Suresi, 27. Ayet:
Şübhəsiz ki, Allah Peyğəmbərinin röyasını həqiqətə çevirdi. Siz inşallah əmin-amanlıq içində, başlarınızı qırxdırmış və saçınızı qısaltmış bir halda qorxmadan Məscidi-harama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əvvəl də sizə yaxın bir zəfər bəxş etmişdi. (Rəvayət olunduğuna görə,
Həzrət
Peyğəmbər Hüdeybiyyə səfərinə çıxmadan əvvəl röyasında özünün və səhabələrin əmin-amanlıq içində başlarını qırxdıraraq Məkkəyə girdiklərini görmüş və bunu səhabələrə bildirmişdi. Onlar...
Hucurat Suresi, 4. Ayet:
(Ey Peyğəmbər!) Şübhəsiz ki, otaqların arxa tərəfindən səni çağıranların çoxu bunu dərk etmir. (Təfsirlərdə qeyd olunan bir rəvayətə görə, Üveynə ibn Hisn və Əqrə ibn Habis Təmim oğullarından yetmiş nəfərlik bir heyətlə günorta vaxtı
Həzrət
Peyğəmbərin yanına gəlmişdilər.
Həzrət
Peyğəmbər öz evində yatdığı bir əsnada onlar: “Ey Mühəmməd, çölə çıx, yanımıza gəl!” - deyə qışqırmışdılar. Yuxarıdakı ayə belə davranışların doğru olmadığını bildirir.)...
Tur Suresi, 1. Ayet:
And olsun dağa! (Təfsirlərdə qeyd olunduğuna görə, bu dağ
Həzrət
Musanın Allahla danışdığı Mədyəndəki dağdır.)...
Mücadilə Suresi, 12. Ayet:
Ey iman gətirənlər! Peyğəmbərlə gizli bir şey danışacağınız zaman bu danışığınızdan əvvəl bir sədəqə verin! Bu sizin üçün daha yaxşı və daha təmizdir. Əgər (sədəqə vermək üçün) bir şey tapa bilməsəniz, bilin ki, Allah bağışlayandır, rəhmlidir. (Bu ayədə möminlərə
Həzrət
Peyğəmbərə hörmət göstərmələri, ona sual verərkən narahat etməmələri və kasıblara sədəqə vermələri tövsiyə olunmuşdur.)...
Həşr Suresi, 6. Ayet:
Allahın onların mallarından Peyğəmbərinə verdiyi qənimətlər üçün siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah peyğəmbərlərini istədiyi kimsələrin üstünə göndərər. Allah hər şeyə qadirdir. (İslam ordusu Mədinədən iki mil uzaqlıqda yaşayan Nəzir oğullarının üstünə hücum etmişdi. Onlara aid torpaqlar, müharibəsiz ələ keçirildiyi üçün qənimət olaraq yalnız
Həzrət
Peyğəmbərə məxsus edilmişdi. O da bu torpaqların bir hissəsini ailəsini dolandırmaq və ordunun ehtiyaclarını təmin etmək üçün əlində saxlam...
Mümtahinə Suresi, 4. Ayet:
İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Bir zaman onlar öz qövmlərinə: “Biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi (ibadət etdiklərinizi) inkar edirik. Görünür ki, siz Allahın bir olduğuna iman gətirənə qədər sizinlə bizim aramızda daimi bir düşmənçilik və nifrət olacaqdır”, - demişdilər. Ancaq İbrahimin atasına: “Əlbəttə, sənin bağışlanmağını diləyəcəyəm, lakin Allahdan sənə gələcək heç bir şeyi dəf edə bilmərəm”, - deməsi istisnadır. (O möminl...
Qəsəs Suresi, 44. Ayet:
(Ey Peyğəmbər!) Musaya o əmri vəhy etdiyimiz əsnada sən qərb tərəfdə deyildin. Sən (bu hadisəyə) şahid olanlardan da deyildin. (Bu ayədə
Həzrət
Musanın Tur dağında Allahdan vəhy alması hadisəsinə işarə edilir və
Həzrət
Peyğəmbərin o əsnada Tur dağında, yaxud qərb tərəfdə
Həzrət
Musanı gözləyən insanların arasında olmadığı xatırladılır. Beləcə, bütün bu məlumatların vəhy yolu ilə
Həzrət
Peyğəmbərə bildirildiyi ifadə edilir.)...
Qəsəs Suresi, 76. Ayet:
Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz. (Təfsirlərdə qeyd olunduğuna görə,
Həzrət
Musanın əmisi oğlu olan Qarun İsrail oğulları arasında Tövratı ən yaxşı bilənlərdən biri hesab olunurdu və ticarətdə də çox mahir idi. O, elmi və sərvəti ilə qürrələnirdi. Əvvəlcə
Həzrət
Musaya ...
Ənkəbut Suresi, 60. Ayet:
Elə canlılar var ki, ruzisini yanında daşımaz. Allah onlara da, sizə də ruzi verir. O hər şeyi eşidəndir, biləndir. (Rəvayətə görə,
Həzrət
Peyğəmbər Məkkədə müşriklərin əziyyət və işgəncələrinə məruz qalan zəif müsəlmanlara hicrət etmələrini söylədiyi zaman onlar: “Biz ora necə gedək? Orada nə yerimiz, nə də mal-mülkümüz var. Bizi kim yedirib-içirdəcək?” - demişdilər. Bundan sonra yuxarıdakı ayə nazil olmuşdur.)...
Cümə Suresi, 11. Ayet:
Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Mədinədə qıtlıq yaşanan bir dövrdə
Həzrət
Peyğəmbər cümə xütbəsi verərkən oranın yaxınlığından ərzaq yüklü bir karvan keçirdi. Karvanın gəldiyini xəbər vermək məqsədilə çalınan dəf səsi eşidiləndə hamı karvana tərəf qaçmağa başladı. Yalnız on ik...
Taha Suresi, 69. Ayet:
Sağ əlindəkini at ki, onların düzəltdiklərini (sehrbazlıq vasitələrini) udsun. Onların düzəltdikləri yalnız bir sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə getsin, nicat tapa bilməz!” (Beləcə
Həzrət
Musa əlindəki əsanı yerə atmış və bir möcüzə olaraq onun əsası böyük bir ilana çevrilib sehrbazların sehrbazlıq vasitələrini udmuşdu.)...
Taha Suresi, 77. Ayet:
Şübhəsiz ki, Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx! (Fironun sizə) yetişməsindən qorxmadan və əndişəyə düşmədən onlar üçün dənizdə quru bir yol aç!” - deyə vəhy etdik. (Bu ilahi əmrdən sonra
Həzrət
. Musa qövmü ilə birlikdə gecə yola çıxmış, Firon da bundan xəbər tutmuşdu.)...
Taha Suresi, 85. Ayet:
Allah dedi: “Biz səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları doğru yoldan çıxartdı. (Rəvayətə görə, Samiri İsrail oğullarının Samirə qəbiləsinə mənsub idi. O, bir buzov heykəli düzəltmiş və camaata onun ilah olduğunu söyləyərək onları
Həzrət
Musanın dinindən uzaqlaşdırmağa çalışmışdı.)...
Taha Suresi, 115. Ayet:
Şübhəsiz ki, daha əvvəl Adəmə də (müəyyən şeyləri) əmr etmişdik. Ancaq o unutdu. Biz onda əzmkarlıq görmədik. (
Həzrət
Adəm Allahın qadağan etməsinə baxmayaraq, şeytanın vəsvəsəsi ilə qadağan olunmuş ağacın meyvəsindən yemiş və sözündə durmamışdı. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilmişdir.)...
Əhzab Suresi, 37. Ayet:
(Ey Peyğəmbər!) Bir zamanlar Allahın nemət verdiyi, sənin də yaxşılıq etdiyin kimsəyə: “Zövcəni saxla (boşama) və Allahdan qorx!” - deyirdin. Allahın üzə çıxaracağı şeyi insanlardan çəkinərək içində gizli saxlayırdın. Halbuki qorxmağına ən çox layiq olan Allahdır. Zeyd onu boşadığı zaman Biz onu sənə nikahladıq ki, oğulluqları zövcələrini boşadıqları zaman (möminlər o qadınlarla evlənmək istəyərlərsə,) möminlərə bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir. (Yuxarıdakı ayədə qeyd olun...
Əhzab Suresi, 56. Ayet:
Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi-qəlbdən salamlayın! (Təfsirçilərə görə, Allahın salavat göndərməsi mərhəmət etməsi və Rəsulunun şanını ucaltmasıdır. Mələklərin salavat göndərməsi
Həzrət
Peyğəmbərin şanını ucaltmaları və möminlər üçün istiğfar etmələridir. Möminlərin salavat göndərməsi isə
Həzrət
Peyğəmbər üçün dua etmələri mənasına gəlir.)...
Ənbiya Suresi, 58. Ayet:
Beləcə, (bütlərdən) böyük olanı istisna olmaqla, digərlərini parça-parça etdi ki, bəlkə, ona müraciət edələr. (Təfsirlərdə qeyd edilən rəvayətə görə, bir bayram günü
Həzrət
İbrahim bütləri balta ilə qırıb tökdükdən sonra baltanı qırmadığı böyük bütün boynuna asdı. Bayram şənliyindən qayıdan xalq bütlərin qırıldığını gördü.)...
Ənbiya Suresi, 71. Ayet:
Biz onu və Lutu xilas edib aləmlər üçün bərəkətləndirdiyimiz yerə çatdırdıq. (Allah
Həzrət
İbrahimi, zövcəsi Saranı və qardaşı oğlu Lutu bütpərəstlərin əlindən xilas etmiş və başqa bir məmləkətə qovuşdurmuşdu. Təfsirçilərə görə, bu məmləkət Şam və Fələstin torpaqlarıdır.)...
Ənbiya Suresi, 78. Ayet:
Davudu və Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, əkin sahəsinin sahibi ilə qoyun sürüsünün sahibləri arasındakı mübahisədə
Həzrət
Davud və
Həzrət
Süleyman bir-birindən fərqli hökm vermişdilər.
Həzrət
Davud ziyan vurulmuş əkin sahəsinin dəyərinin, qoyunların qiymətinə bərabər olduğunu bildirə...
Ənbiya Suresi, 83. Ayet:
Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” - deyərək səslənmişdi. (Təfsirçilərin qeyd etdiyinə görə,
Həzrət
Əyyub zəngin və geniş ailəsi olan biri idi. Ancaq evinin dağılması nəticəsində ailə üzvlərindən bir çoxu vəfat etmişdi, mal-mülkü də əlindən çıxmışdı. Özü də on ildən çox davam edən ağır bir xəstəliyə tutulmuşdu. Bütün bunlara baxmayaraq o, halından narazıçılıq etmir, Rəbbinə şikayət etməkdən və sağalması üçün...
Ənam Suresi, 7. Ayet:
Əgər sənə kağız üstünə yazılmış bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunsaydılar, inkar edənlər yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”, - deyərdilər. (Qurani-Kərim
Həzrət
Peyğəmbərə (s.ə.s.) ya Cəbrail vasitəsilə, ya da vasitəsiz vəhy yolu ilə nazil olmuşdur. Hər iki halda da ayələr yazılmış surətdə yox, Peyğəmbərə vəhy edilərək qəlbinə yerləşdirilmişdir. Bəzi kafirlər isə ayələrin yazılı surətdə gəlməsini istəyirdilər. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilir və...
Ənam Suresi, 8. Ayet:
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi. (Müşriklər
Həzrət
Peyğəmbərə (s.ə.s) iman gətirmək üçün gözləri ilə görə biləcəkləri bir mələyin göndərilməsini və onun peyğəmbərliyini təsdiq etməsini istəyirdilər. Allah-Təala bu ayədə, onların mələyi görsələr də yenə iman gətirməyəcəklərini və bunun müqabilində də tövbə etmələrinə möhlət verilməyib dərhal məhv ediləcəklərini xəbər vermişdir.)...
Ənam Suresi, 19. Ayet:
De: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “(Həqiqətən, peyğəmbər olduğuma dair) mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə, sizi və (Quranın) çatdığı hər kəsi onunla xəbərdar etməyim üçün vəhy olundu. Yoxsa siz Allahla yanaşı başqa ilahların olduğunamı şahidlik edirsiniz?” De: “Mən şahidlik etmərəm!” De ki: “O, yalnız tək bir ilahdır. Həqiqətən, mən sizin şərik qoşduqlarınızdan uzağam!” (Məkkəli müşriklər
Həzrət
Peyğəmbərə: “Sənin peyğəmbər olduğuna dair heç bir şahid yoxdu...
Ənam Suresi, 33. Ayet:
Həqiqətən, onların söylədikləri sözlərin səni çox kədərləndirdiyini bilirik. Əslində, onlar səni yalançı saymırlar, lakin o zalımlar Allahın ayələrini inkar edirlər. (Əbu Cəhl
Həzrət
Peyğəmbərə: “Biz sənin yalançı olduğunu demirik. Çünki sənin əmin və doğru bir insan olduğunu bilirik. Ancaq biz Allahın ayələrini inkar edirik”, – demişdi. Bu sözlər də Peyğəmbəri çox kədərləndirmişdi. Bunun nəticəsində
Həzrət
Peyğəmbəri (s.ə.s) təsəlli etmək məqsədilə yuxarıdakı ayə nazil olmuşdur.)...
Ənam Suresi, 35. Ayet:
Əgər onların (haqdan) üz çevirmələri sənə ağır gəlirsə, bacarırsansa, yerin daxilinə (enə biləcəyin) bir lağım, yaxud göyə çıxa biləcəyin bir nərdivan axtar ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah diləsəydi, onları doğru yol üzərində birləşdirərdi. Ona görə də əsla cahillərdən olma! (Yuxarıdakı ayədən də başa düşüldüyü kimi, möcüzə göstərmək
Həzrət
Peyğəmbərin (s.ə.s) əlində deyildi. Peyğəmbər (s.ə.s) möcüzə istəsə də, Allah diləmədikcə möcüzə göstərə bilməzdi.)...
Ənam Suresi, 50. Ayet:
De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, - demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, - demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?” (Müşriklər
Həzrət
Peyğəmbərə (s.ə.s): “Əgər sən Allahın peyğəmbərisənsə, bizim üçün bol-bol nemətlər verməsini Ondan istə! Yoxsa sənə iman gətirmərik”, - dedilər. Bu hadisədən sonra yuxarıdakı ayə nazil oldu və peyğəmbərlərin insanları zənginləşdirmək üçün deyil, ...
Ənam Suresi, 52. Ayet:
Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri də qovma! Onların verəcəyi hesabın sənə, sənin verəcəyin hesabın da onlara heç bir aidiyyəti yoxdur ki, onları qovub zalımlardan olasan. (Qüreyş qəbiləsindən olan müşriklər
Həzrət
Peyğəmbərin (s.ə.s) yanına gəldikləri zaman kasıb möminlərin orada olmasını istəmirdilər. Peyğəmbər (s.ə.s) də onların bu istəklərini yerinə yetirmək üçün həmin möminləri oradan uzaqlaşdırmaq istədi. Buna görə də Cəbrail (ə.s) Peyğəmbərə (s.ə.s) yuxarıdakı ayəni ...
Ənam Suresi, 83. Ayet:
Bu, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlilimizdir. Biz dilədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Şübhəsiz ki, sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir. (Yuxarıdakı ayədə “dəlil” kimi tərcümə edilən “hüccət” sözünü təfsirçilər “
Həzrət
İbrahimə verilən təfəkkür qabiliyyəti, qavrayış və müqayisə etmə gücü” kimi izah etmişlər. Eyni zamanda ona verilmiş möcüzələr də buna şamil edilə bilər.)...
Ənam Suresi, 92. Ayet:
Bu (Quran), Ümmül-Qura (Məkkə) əhlini və onun ətrafındakıları xəbərdar etməyin üçün nazil etdiyimiz və özündən əvvəlkiləri doğrulayan mübarək bir kitabdır. Axirətə iman gətirən kimsələr ona iman gətirər və namazlarını qılmağa davam edərlər. (Məkkə şəhəri İslam dünyasının mənəvi mərkəzidir. Onun ətrafından məqsəd isə bütün dünyadır.
Həzrət
Mühəmməd (s.ə.s.) həm Məkkə xalqına, həm də digər bütün insanlara göndərilmiş bir peyğəmbər olduğu üçün Qurani-Kərim də bütün insanlara xitab edir. Buna görə d...
Ənam Suresi, 105. Ayet:
Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər və həmçinin onu (Quranı), anlayan bir qövm üçün açıqlayaq deyə ayələri bu şəkildə izah edirik. (Bu ayədə keçən “Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər” ifadəsi təfsirçilər tərəfindən belə izah edilmişdir; Müşriklərdən bəziləri
Həzrət
Peyğəmbərə (s.ə.s) iftira ataraq Quran ayələrinin Allah tərəfindən gələn vəhy deyil, peyğəmbərin (s.ə.s) bəzi kimsələrdən öyrəndiyi sözlər olduğunu iddia edirdilər. Buna görə də Allah-Təala...
Məaric Suresi, 38. Ayet:
Onların hər biri Nəim cənnətinə girəcəyinimi ümid edir?! (Müşriklərin bir qismi
Həzrət
Peyğəmbərin ətrafına yığışan möminlərin arasına qarışıb onu dinləyir və: “Əgər bunlar Mühəmmədin dediyi kimi cənnətə girəcəklərsə, biz, əlbəttə, onlardan əvvəl cənnətə girərik!” - deyərək istehza edirdilər.)...
Müzzəmmil Suresi, 1. Ayet:
Ey örtünüb bürünən! (İlk vəhy gəldikdən sonra
Həzrət
Peyğəmbər
Həzrət
Cəbraili əsil surətində görmüş və qorxudan bədəni tir-tir titrəmişdi. Buna görə də birbaşa evinə qayıtmış və zövcəsi Xədicəyə: “Mənim üstümü örtün!” - demişdi. Bu hadisədən sonra Cəbrail təkrar ona vəhy gətirərək yuxarıdakı ayə ilə xitab etmişdi.)...
Müddəssir Suresi, 25. Ayet:
Bu, insan sözündən başqa bir şey deyildir”. (Rəvayət olunduğuna görə,
Həzrət
Peyğəmbər Quran oxuyarkən müşriklərdən Vəlid ibn Müğirə bunu eşitmiş və çox təsirlənmişdi. Bunu eşidən Qüreyşli müşriklər: “Vəlid dinindən döndü. Ona baxıb digər Qüreyşlilər də dinlərindən dönəcəklər”, - demişdilər. Nəhayət, Əbu Cəhl Vəlid ibn Müğirəni fikrindən döndərdi. O da çarəsiz qalıb Quranın sehr olduğunu iddia etdi. Bundan sonra müşriklər
Həzrət
Peyğəmbərə “sehrbaz” deməyə başladılar.)...
Əbəsə Suresi, 10. Ayet:
Sən onunla maraqlanmırsan. (Rəvayətə görə,
Həzrət
Peyğəmbər Qüreyş başçılarına İslamı təbliğ edən zaman Abdullah ibn Ümmü Məktum adında kor bir səhabə onun yanına gəlib: “Ey Allahın Rəsulu! Allahın sənə öyrətdiklərindən mənə də öyrət!” - deyir. Ancaq
Həzrət
Peyğəmbər ona cavab vermir. Çünki Qüreyşin başçıları
Həzrət
Peyğəmbərin özləri ilə xüsusi olaraq maraqlanmasını istəyirdilər. Abdullah ibn Ümmü Məktum təkrar səsləndikdən sonra
Həzrət
Peyğəmbər ona yönələrək qaşqabağını tökmüş və üzünü turş...
Bələd Suresi, 6. Ayet:
O: “Mən çoxlu mal-mülk sərf etmişəm!” - deyir. (Yuxarıdakı ayədə müşriklərin
Həzrət
Peyğəmbərə düşmənçilik yolunda mal-mülklərini sərf etmələrinə işarə olunur.)...
Ələq Suresi, 5. Ayet:
O, insana bilmədiklərini öyrətdi. (Yuxarıdakı beş ayə
Həzrət
Peyğəmbər Məkkədəki Hira mağarasında olarkən nazil olan ilk ayələrdir.)...
Ələq Suresi, 19. Ayet:
Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş! (Təfsirlərdə qeyd olunduğuna görə, bu ayələr
Həzrət
Peyğəmbər namaz qılarkən ona əziyyət verən Əbu Cəhl haqqında nazil olmuşdur.)...
Duha Suresi, 3. Ayet:
Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu. (Bir müddət
Həzrət
Peyğəmbərə vəhy gəlməmişdi. Bu əsnada müşriklər: “Rəbbi onu tərk etdi, ona acığı tutdu”, - deməyə başladılar. Bu isə
Həzrət
Peyğəmbərə pis təsir etmiş, buna görə də yuxarıdakı ayələr vəhy edilərək ona təsəlli verilmişdir.)...
Haqqə Suresi, 11. Ayet:
Hər tərəfi su basdığı zaman üzüb gedən gəmidə sizi Biz daşıdıq. (Burada Nuh tufanına və
Həzrət
Nuhun gəmisinə işarə olunur.)...
Cin Suresi, 15. Ayet:
Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə,
Həzrət
Peyğəmbər Taif səfərindən qayıdarkən Bətni-nəhlə deyilən bir yerdə sübh namazını qıldırdığı əsnada cinlərdən bir dəstə onun oxuduğu Quranı eşidib qulaq asmışdılar.
Həzrət
Peyğəmbər o anda onları görməmiş, daha sonra bu ona yuxarıdakı ayələrlə bildirilmişdir.)...
Ənam Suresi, 8. Ayet:
Onlar dedilər: “Məgər ona (
Həzrət
i–Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi....
Ali-İmran Suresi, 39. Ayet:
Bunun üzərinə O (Zəkəriyyə ə.s) mehrabda ayaq üstə namaz qılarkən mələklər ‘Allahın onu Allahdan bir kəlməni (
Həzrət
i İsanı) təsdiqedici olaraq, seyid, nəfsinə hakim və nəbi olan, salehlərdən ‘Yəhya ilə müjdələdiyini’ nida etdilər (bildirdilər)....
İsra Suresi, 76. Ayet:
Və həqiqətən az qalmışdı ki, səni (bu ayənin nazil olmasından qabaq) Məkkə torpağından çıxartmaq üçün təhrik etsinlər. Əgər elə olsaydı, səndən sonra onlar da (orada) yalnız az bir müddət qalardılar (necə ki, o
həzrət
i çıxartdıqdan bir il sonra Bədr müharibəsində öldürüldülər və Məkkə torpağına qayıtmadılar)....
Hədid Suresi, 29. Ayet:
Kitab əhlinin (peyğəmbərlərin sonuncusu
həzrət
Muhəmmədə (s) iman gətirməyincə) Allahın lütfündən bir şey əldə etməyəcəklərini, [yaxud: kitab əhlinin möminlərin Allahın lütfündən bir şey əldə edə bilməyəcəklərini və hər şeyi özlərinə məxsus edə biləcəklərini güman etməmələri,] həmçinin lütf və mərhəmətin doğrudan da Allahın əlində olmasını və onu istədiyinə verməsini bilməsi üçün! Allah böyük lütf, mərhəmət sahibidir....
Kövsər Suresi, 1. Ayet:
(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm,
Həzrət
Fatimeyi – Zəhra (salamullahi – ələyha)-nın gündən–günə artıb çoxalan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik)....
Nisa Suresi, 174. Ayet:
Ey insanlar! Sizə Rəbbinizdən möhkəm bir dəlil (
həzrət
Muhamməd) gəldi və sizə açıq-aşkar bir nur (Qur`an) endirdik....
Rəd Suresi, 36. Ayet:
Özlərinə Kitab bəxş etdiyimiz kəslər sənə nazil edilənə [Qurana] sevinirlər. Firqələşənlərdən [
həzrət
i peyğəmbər əleyhinə qruplaşanlardan] eləsi də var ki, bunun [Quranın] bir qismini inkar edirlər. De: "Mənə buyurulmuşdur ki, Allaha ibadət edəm və Ona şərik qoşmayam. Mən Ona dəvət edirəm, Qayıdışım da yalnız Onadır....