Maidə Suresi, 116. Ayet: Və (yada sal Qiyamət gününü) o zaman(ı) ki, Allah buyuracaq: «Ey Məryəm oğlu İsa, insanlara sən demisən ki, «məni və mənim anamı Allah yerinə iki tanrı kimi qəbul edin?» Dedi: «(Ey Rəbbim,) Sən (hər bir eyb və nöqsandan) paksan, mənə haqqım olmayan şeyi demək yaraşmaz, əgər demiş olsaydım şübhəsiz, Sən onu bilərdin, Sən mənim nəfsimdə olanı bilirsən, (amma) mən Sənin zatında olanı bilmirəm, həqiqətən Sənsən gizlinləri kamil bilən!»...
Bəqərə Suresi, 247. Ayet: Peyğəmbərləri də onlara, "Şübhəsiz ki, Allah, sizə hökmdar olaraq Talutu göndərdi" demişdi. İsrail oğulları, "O, necə bizim hökmdarımız ola bilər, halbuki hökmdar olmağa bizim ondan daha çox haqqımız var, ona mal-dövlət olaraq bir genişlik, bir bolluq da verilməmişdir" dedilər. Peyğəmbərləri, "Onu sizin başınıza Allah seçmişdir və onu elm və bədəncə üstün etmişdir" dedi. Allah da mülkünü istədiyi kəsə verər. Və Allah, elmi və rəhməti geniş və sərhədsiz olandır, çox yaxşı biləndir....