Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 57. Ayet:
Küləkləri
mərhəmətinin önündə (yağışdan əvvəl) müjdəçi olaraq göndərən Odur. Nəhayət, (küləklər) ağır buludları yükləndiyi zaman onları ölü (qurumuş) bir məmləkətə göndərərik. Beləcə, ora suyu endirərik və onunla hər cür meyvələri (torpaqdan) çıxardarıq. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız....
Bəqərə Suresi, 164. Ayet:
Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra Allahın göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında,
küləkləri
n (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır....
Nəml Suresi, 63. Ayet:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən və
küləkləri
Öz mərhəmətinin (yağışın) önündə müjdəçi kimi göndərən?! Allahla yanaşı başqa bir ilah varmı?! Allah onların qoşduğu şəriklərdən çox ucadır!...
Rum Suresi, 46. Ayet:
Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, lütfündən (nəsibinizi) axtarasınız və şükür edəsiniz deyə
küləkləri
müjdəçi göndərməsi də Onun (varlığının) dəlillərindəndir....
Rum Suresi, 48. Ayet:
Küləkləri
göndərib buludları hərəkətə gətirən Allahdır. Allah onları göydə istədiyi kimi yayar və parça-parça edər. Onların arasından da yağışın çıxdığını görərsən. Allah dilədiyi qullarına onu (yağışı) nəsib edən zaman onlar sevinərlər....
Hicr Suresi, 22. Ayet:
Küləkləri
də dölləndirici olaraq göndərdik və göydən su endirdik. Beləcə, o sudan sizə içirtdik. Halbuki (Biz bunu etməsəydik, ehtiyat üçün) siz onu yığıb saxlaya bilməzdiniz! (Yuxarıdakı ayədə
küləkləri
n dölləndirici olaraq göndərildiyi ifadə edilməkdədir. Bu gün elmi tədqiqatlar yağışın yağmasında küləyin böyük rol oynadığını, eyni zamanda külək əsərkən bitkilərdə də onun vasitəsilə tozlanma getdiyini isbat etmişdir.)...
Furqan Suresi, 48. Ayet:
Küləkləri
mərhəmətinin önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki,...
Fatir Suresi, 9. Ayet:
Küləkləri
göndərib buludları hərəkətə gətirən Allahdır. Biz onu (buludu) ölü bir məmləkətə göndərərik və quruduqdan sonra torpağı onunla dirildərik. Axirətdəki diriltmək də belə olacaqdır....
Casiyə Suresi, 5. Ayet:
Gecə və gündüzün ard-arda gəlməsində, Allahın göydən ruzi (su) endirib onunla torpağı ölümündən sonra diriltməsində və
küləkləri
əsdirməsində də düşünüb dərk edənlər üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır....
Əraf Suresi, 57. Ayet:
Küləkləri
Öz rəhmətinin müjdəçisi olaraq göndərən Odur. Küləklər ağır buludlar götürdükdə, Biz onları ölü bir diyara göndəririk. Beləliklə, onunla endirdiyimiz su ilə orada hər cür meyvə çıxarırıq. Biz ölüləri belə dirildirik. Ümid edirəm ki, düşünüb məsləhət alacaqsınız....
Hicr Suresi, 22. Ayet:
Biz
küləkləri
gübrə olaraq göndərdik, beləliklə, göydən su endirdik və onunla sizə su verdik. Onun xəzinələrini yaradan siz deyilsiniz....
Nəml Suresi, 63. Ayet:
Yoxsa qurunun və dənizin zülmətində sizə doğru yol göstərəni?
Küləkləri
Öz rəhmətinin müjdəçisi kimi göndərən kimdir? Allahla yanaşı tanrı varmı? Allah onların Ona şərik qoşduqlarından daha böyükdür....
Rum Suresi, 46. Ayet:
Küləkləri
müjdəçi olaraq göndərməsi, sizə Öz rəhmətini daddırması, Onun əmri ilə gəmilərin üzməsi və Onun lütfündən ruzi istəməniz Onun əlamətlərindəndir. Şükür edənlərdən olasan ümid edilir....
Fatir Suresi, 9. Ayet:
Küləkləri
göndərərək buludları hərəkətə gətirən Allahdır. Sonra onu ölü bir diyara yönəldərək onunla ölü torpağa dirildirik. Dirilmə belədir....
Casiyə Suresi, 5. Ayet:
Gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın yeri öldükdən sonra göydən ruzi olaraq endirdiyi şeylərlə diriltməsində və
küləkləri
n istiqamətinə yönəltməkdə ağıllarını işə salan bir qövm üçün dəlillər vardır....
Əraf Suresi, 57. Ayet:
Küləkləri
Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!...
Nəml Suresi, 63. Ayet:
Yaxud qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol göstərən,
küləkləri
Öz rəhməti (yağışı) önündə bir müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!...
Rum Suresi, 46. Ayet:
Həqiqətən,
küləkləri
müjdəçi olaraq göndərməsi, sizə Öz mərhəmətindən daddırması (yağış verməsi), əmri ilə gəmilərin üzməsi, nemətindən ruzi axtarmanız Onun qüdrət əlamətlərindəndir. Bəlkə, (Allahın nemətlərinə) şükür edəsiniz!...
Rum Suresi, 48. Ayet:
Buludları hərəkətə gətirən
küləkləri
göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər....
Furqan Suresi, 48. Ayet:
Küləkləri
rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki,...
Fatir Suresi, 9. Ayet:
Buludları hərəkətə gətirən
küləkləri
Allahdır göndərən! Biz (o buludları) quru (ölü) bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (Ölüləri) diriltmək də belədir!...
Casiyə Suresi, 5. Ayet:
Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və
küləkləri
(müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır....
Nəbə Suresi, 14. Ayet:
(
Küləkləri
n sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,...
Bəqərə Suresi, 164. Ayet:
Şübhəsiz ki, göylərin və yerin yaradılışında, gecə və gündüzün bir-birinin ardınca gəlməsində, insanlara fayda verərək dənizdə üzən gəmilərdə, Onun (Allahın) göydən su endirib beləcə onunla ölümündən sonra yer üzünü diriltməsində, orada bütün heyvanlardan yaymasında,
küləkləri
n (dəyişik istiqamətlərdən) əsməsində və yerlə göy arasında əmrə tabe edilmiş buludlarda ağıl işlədən qövm üçün mütləq ayələr (dəlillər) vardır....
Əraf Suresi, 57. Ayet:
Rəhmətin önündə müjdələyici olaraq
küləkləri
göndərən Odur. Ağır buludları yükləndiyi zaman onu ölü bir diyara göndərdik və ondan su endirdik. Bu şəkildə onunla bütün məhsullardan çıxartdıq. Bunun kimi ölüləri çıxararıq. Bəlkə təzəkkür edərsiniz....
Hicr Suresi, 22. Ayet:
Biz
küləkləri
(yağış) yüklü olaraq göndərdik. Beləcə səmadan su endirdik və sizə onunla su verdik. Suyun xəzinələrini (torpaqaltı və torpaqüstü su qaynaqlarını) meydana gətirən siz deyilsiniz....
Rum Suresi, 46. Ayet:
Onun ayələrindəndir ki,
küləkləri
müjdələyici olaraq göndərər. Rəhmətindən sizə daddırar. Əmri ilə gəmiləri üzdürər. Onun fəzlindən istəyərsiniz və beləcə siz şükür edərsiniz....
Rum Suresi, 48. Ayet:
Allah
küləkləri
göndərər və beləcə buludları hərəkət etdirər. Sonra səmada onu dilədiyi kimi yayar. Onu qisimlərə ayırar, bundan sonra onun arasından yağışın çıxdığını görərsən. Beləcə qullarından dilədiyinə onu (yağışı) endirdiyi zaman onlar sevinərlər....
Casiyə Suresi, 5. Ayet:
Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsi və Allahın ruzi olaraq səmadan (yağış, qar) endirməsi, beləcə torpağı ölümündən sonra diriltməsi və
küləkləri
əsdirməsi ağıl işlədən qövm üçün ayələrdir (dəlillərdir)....
Əraf Suresi, 57. Ayet:
Küləkləri
Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alasınız....
Bəqərə Suresi, 164. Ayet:
Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında,
küləkləri
n (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır....
Nəml Suresi, 63. Ayet:
Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən,
küləkləri
Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır....
Rum Suresi, 46. Ayet:
Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız və (sizə verdiyi nemətlərə) şükür edəsiniz deyə
küləkləri
müjdəçi göndərməsi də Onun dəlillərindəndir....
Rum Suresi, 48. Ayet:
Buludları qaldıran
küləkləri
Allahdır göndərən. (Allah) səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. (Allah) onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər....
Hicr Suresi, 22. Ayet:
Biz
küləkləri
dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. (Belə olmasaydı,) siz onu yığıb saxlaya bilməzdiniz....
Furqan Suresi, 48. Ayet:
Küləkləri
Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki,...
Fatir Suresi, 9. Ayet:
Buludları hərəkətə gətirən
küləkləri
göndərən Allahdır. Biz onları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Diriltmə də belə olacaqdır....
Casiyə Suresi, 5. Ayet:
Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və
küləkləri
(istədiyi səmtə )yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır....
Bəqərə Suresi, 164. Ayet:
Həqiqətən, xəlq olunmasında səmaların və ərzin və dəyişməsində gecə və gündüzün və gəmidə, hansı ki üzür dəryada nə ilə ki, mənfəətlidir insanlara və nə ki, nazil edir Allah səmadan su və diri etməsində onunla ərzi ölümündən sonra və onda külli canlılardan qaldırmasında və sərfində
küləkləri
n və buludun tabeliyi arasında səmanın və ərzin - ayətlər var əql edən qoum üçün!...
Əraf Suresi, 57. Ayet:
O – Odur ki, göndərir
küləkləri
bəşarət olaraq Öz rəhməti önündə, ta ağır buludları hərəkətə gətirsin. Biz onları ölü şəhərə tərəf göndəririk və onlardan su nazil edirik və xaric edirik onunla külli səməratdan. Beləcə xaric edərik ölüləri, ola ki, yad edəsiniz!...
Hicr Suresi, 22. Ayet:
Göndərdik
küləkləri
məhsul yetişdirən və nazil etdik səmadan su və suvardıq sizi onunla və siz onu yığıb saxlayan deyilsiniz....
Furqan Suresi, 48. Ayet:
O – Odur ki, göndərir
küləkləri
rəhməti önündə bəşarət olaraq. Və Biz nazil etdik səmadan pak su, ...
Rum Suresi, 46. Ayet:
Onun ayətindəndir ki, göndərir
küləkləri
bəşarət verən və daddırması üçün sizə Öz rəhmətindən və üzməsi üçün gəmilərin Onun əmri ilə və axtarmağınız üçün Onun fəzlindən, ola ki, şükr edəsiniz!...
Rum Suresi, 48. Ayet:
Allah – Odur ki, göndərir
küləkləri
və seyr etdirir buludları və dağıdır onları səmada necə istəyir və edir onları bölük-bölük. Və sən görürsən yağış damcıları xaric olur onların arasından və onda O yetirir onları Öz bəndələrindən kimə istəsə, onlar isə sevinirlər. ...
Fatir Suresi, 9. Ayet:
Allahdır ki, göndərir
küləkləri
və seyr etdirir buludları. Və Biz qovuruq onu ölü şəhərə tərəf və onunla həyat veririk ərzə ölümündən sonra. Belədir nəşr edilmək!...
Casiyə Suresi, 5. Ayet:
Ixtilafında gecənin və gündüzün və Allahın nazil etməsində səmadan ruzilərdən və həyat verməsində onunla ərzə ölümündən sonra və
küləkləri
n istiqamətində ayətlər var əql edən qoum üçün....
Bəqərə Suresi, 164. Ayet:
Şübhəsiz, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanların xeyrinə olaraq dənizdə hərəkət edən gəmilərdə, Allahın səmadan nazil etdiyi və vasitəsilə yeri ölümündən sonra diriltdiyi və müxtəlif növdən olan canlıları onun (yerin) hər tərəfinə yaydığı suda,
küləkləri
n (bir tərəfdən başqa bir tərəfə) əsdirilməsində və göylə yer arasında təslim halda olan buludda (bu yeddi şeyin hər birində) düşünən qövm üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) nişanə...
Əraf Suresi, 57. Ayet:
Küləkləri
rəhmətindən (yağışdan) qabaq müjdəçi olaraq göndərən Odur. Belə ki, (külək) ağır yüklü buludları götürdüyü zaman, Biz onu ölü məmləkətə tərəf qovuruq. Beləliklə, onun vasitəsilə suyu (yağış, qar və dolu şəklində) nazil edir, bu yolla (torpaqdan) hər növ meyvə və toxum çıxarırıq. (Qiyamət günü) ölüləri də belə çıxaracağıq. (Bu misalı çəkdik ki,) bəlkə öyüd-nəsihət aldınız....
Hicr Suresi, 22. Ayet:
Və
küləkləri
(buludlar, ağaclar və otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda və nə də yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz və buna qüdrətiniz də yoxdur....
Nəml Suresi, 63. Ayet:
(O şəriklərmi yaxşıdır,) yoxsa qurunun və dəryanın zülmətlərində sizə doğru yol göstərən,
küləkləri
Öz rəhmətindən (yağışdan) öncə bir müjdəçi olaraq göndərən? Məgər bir olan Allahla yanaşı başqa bir tanrı da var? Allah (Ona) şərik qoşduqlarından çox-çox ucadır....
Rum Suresi, 46. Ayet:
Öz rəhmətindən sizə daddırması (
küləkləri
əsdirməsi), gəmilərin onun mütləq iradəsi altında hərəkət etməsi üçün
küləkləri
müjdəverici olaraq (yağışın yağma müjdəsini versin deyə) göndərməsi, Onun fəzlindən (külək və yağış vasitəsi ilə yaranan ruzini) axtarmanız Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir. Bəlkə şükr edəsiniz!...
Rum Suresi, 48. Ayet:
Küləkləri
göndərib, buludu hərəkətə gətirən (Allah) onu göydə istədiyi kimi yayır və müxtəlif topalar şəklinə salır, bu zaman görürsən ki, yağış onun arasından çıxır. Elə ki, (Allah) o yağışı bəndələrindən istədiyinə yetirir, dərhal sevinir və şad olurlar....
Fatir Suresi, 9. Ayet:
Buludu hərəkətə gətirən
küləkləri
göndərən Allahdır, Biz onu (buludu) ölmüş (bitkiləri qurumuş) bir torpağa tərəf sövq etdik və onunla o torpağı öldükdən sonra diriltdik (müxtəlif bitkilərin toxumlarını cücərtdik). (Qiyamət günü) dirilmə də belədir (torpağın köksündə parçalanıb dağılmış bədənlərin zərrələrini hərəkətə gətirərək, onları bir-birlərilə birləşdirəcək və dirildəcəyik)....
Casiyə Suresi, 5. Ayet:
Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də
küləkləri
n (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır....
Bəqərə Suresi, 164. Ayet:
Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-biri ardınca gəlməsində, insanlara fayda verəcək şeyləri daşıyaraq dənizdə üzən gəmilərdə, Allahın səmadan endirib ölmüş torpağı diriltdiyi yağışda, hər növ canlını yer üzünə yaymasında,
küləkləri
və göylə yer arasındakı əmrə amadə buludların (bir tərəfdən başqa tərəfə) yönləndirilməsində, əlbəttə, düşünən bir qövm üçün dəlillər var....
Əraf Suresi, 57. Ayet:
O,
küləkləri
rəhmətinin önündə müjdə olaraq göndərəndir. Nəhayət, küləklər ağır buludları daşıdığı vaxt onları ölü bir məmləkət(i diriltmək) üçün sövq edər, suyu oraya endirərik. Onunla növbənöv meyvələr çıxararıq. Ölüləri də elə çıxaracağıq. Bəlkə ibrət götürüb düşünərsiniz....
Hicr Suresi, 22. Ayet:
Küləkləri
də tozlandırıcı olaraq göndərib yuxarıdan su endirərək sizi onunla suladıq. Onu yığıb saxlayan da siz deyilsiniz....
Furqan Suresi, 48. Ayet:
O,
küləkləri
rəhmətinin önündə müjdəçi olaraq göndərəndir. Biz göydən tərtəmiz bir su endirdik ki,...
Nəml Suresi, 63. Ayet:
Yaxud qurunun və dənizin qaranlıqlarında sizə yolunuzu göstərən və rəhmətinin önündə
küləkləri
müjdəçi olaraq göndərən? Allah ilə yanaşı başqa ilahmı var? Allah onların şərik qoşduqlarından ucadır....
Rum Suresi, 48. Ayet:
Allah
küləkləri
göndərəndir. Onlar isə buludları hərəkətə gətirir. Allah onları göy üzündə istədiyi kimi (bəzən) yayır və (bəzən də) sıxlaşdırır. Nəhayət, sən onların arasından yağmurun çıxdığını görərsən. Onu istədiyi qullarına tuş gətirdiyi zaman onlar sevinərlər....
Fatir Suresi, 9. Ayet:
Allah
küləkləri
göndərəndir. Onlar da buludları hərəkət etdirir. Biz də buludları ölü bir torpağa tərəf sürükləyər və onunla ölümündən sonra yer üzünü dirildərik. Ölümdən sonra diriliş də belədir....
Casiyə Suresi, 5. Ayet:
Gecə ilə gündüzün bir-biri ardınca gəlməsində, Allahın göydən ruzi (səbəbi olaraq yağmur) endirib onunla yer üzünü ölümündən sonra diriltməsində,
küləkləri
əsdirib çevirməsində düşünən bir qövm üçün dəlillər var....
Bəqərə Suresi, 164. Ayet:
Həqiqətən də göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə dənizdə üzən gəmidə, Allahın göydən endirdiyi və torpağı ölümdən sonra cana gətirdiyi suda, orada hər cür heyvanatı yaymasında,
küləkləri
və yerlə göy arasında (Allahın əmrinə) tabe buludları (müxtəlif səmtlərə) hərəkətə gətirməsində əql sahibləri üçün dəlillər vardır....
Əraf Suresi, 57. Ayet:
Küləkləri
Öz mərhəməti [yağış] önündə müjdəçi kimi göndərən Odur. (Küləklər) dolu buludlar gətirərkən Biz onları ölü [bitkisiz] bir diyara tərəf qovur, ondan su endirir, bununla da hər cür meyvə bitiririk. Ölüləri də beləcə dirildəcəyik ki, bəlkə siz düşünüb ibrət alasınız....
Hicr Suresi, 22. Ayet:
Biz
küləkləri
(buludlar üçün) mayalandırıcı və (bitkilər üçün) tozlandırıcı olaraq göndərdik. Səmadan su endirdik və ondan sizə su verdik. Siz isə onu yığıb saxlaya bilməzsiniz....
Kəhf Suresi, 45. Ayet:
Sən onlara [insanlara] bu dünya həyatının misalını çək. O, Bizim səmadan endirdiyimiz suya bənzəyir. Yerin bitkiləri onunla qarışaraq (bitər), sonra isə
küləkləri
n apardığı quru ota çevrilər. Həqiqətən, Allah hər şeyə qadirdir....
Furqan Suresi, 48. Ayet:
Küləkləri
Öz mərhəməti [yağış] önündə müjdəçi kimi göndərən də Odur. Biz səmadan təmiz su endirdik...
Nəml Suresi, 63. Ayet:
(Onlar yaxşıdır), yoxsa qurunun və dənizin zülmətlərində sizi düz yolla aparan və
küləkləri
Öz mərhəmətindən [yağışdan] əvvəl bir müjdəçi kimi göndərən (Allah)? Məgər Allahla yanaşı başqa bir tanrı da var? Allah onların Ona qoşduqları şəriklərdən çox yüksəkdir....
Rum Suresi, 46. Ayet:
Öz mərhəmətindən sizə daddırması üçün, gəmilərin Onun əmri ilə üzməsi üçün, lütfündən (ruzilər) axtarıb tapmanız üçün və bunlara görə onlara şükr edəsiniz deyə
küləkləri
müjdəçi kimi göndərməsi Onun dəlillərindəndir....
Rum Suresi, 48. Ayet:
Küləkləri
göndərən Allahdır. Küləklər isə buludları hərəkətə gətirir. Allah bunları parça-parça edərək istədiyi kimi səmada yayır və sən də buludların arasından yağmurun necə çıxdığını görürsən. O, onu bəndələrindən istədiyi kəslərə göndərəndə isə onlar sevinirlər,...
Fatir Suresi, 9. Ayet:
Küləkləri
göndərib onlarla buludları hərəkətə gətirən Allahdır. Sonra Biz onları cansız bir diyara sürüb bununla torpağı ölümündən sonra dirildirik. Diriltmə də belədir....
Casiyə Suresi, 5. Ayet:
eləcə də gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın səmadan endirdiyi ruzidə [yağışda] və onunla cansız torpağa həyat verməsində,
küləkləri
yönəltməsində ağıllı adamlar üçün ayələr vardır....
Bəqərə Suresi, 164. Ayet:
Şübhəsiz ki, göylərin və yerin əmələ gətirilməsində, gecə və gündüzün bir-birinin ardınca gəlməsində, insanlar üçün mənfəətli olan şeylərlə dənizdə axıb gedən gəmilərdə, Allahın səmadan bir su endirib onunla yer üzünü öldükdən sonra diriltməsində, hərəkət edən müxtəlif növ canlıları yer üzünə yaymasında,
küləkləri
n [bir səmtdən başqa səmtə] döndərilməsində, göylə yer arasında əmrə hazır gözləyən buluda, şübhəsiz ağlını işlədən bir qövm üçün həqiqətən işarətlər/nişanələr var....
Əraf Suresi, 57. Ayet:
Və O, yada salasınız/öyüd alasınız deyə, rəhmətindən əvvəl
küləkləri
müjdəçi/paylayıcı/yayıcı olaraq göndərir. O küləklər, yağış buludlarını daşıyarken, onu quraqlıq olan bir məmləkətə göndərir, sonra onunla suyu endiririk. Beləliklə, onunla hər cür məhsul çıxarırıq. Bax Biz, ölüləri də belə çıxaracağıq. ...
Hicr Suresi, 22. Ayet:
Və Biz
küləkləri
tozlandıran olaraq göndərdik, göydən su endirib sizi onunla suladıq. Suyu xəzinələrdə tutanlar/yığıb saxlayanlar da siz deyilsiniz....
Furqan Suresi, 48. Ayet:
Və O,
küləkləri
Öz mərhəmətinin önündə müjdəçi olaraq göndərir. Və Biz göydən tərtəmiz su endirdik....
Nəml Suresi, 63. Ayet:
Onların şərik qoşduğu şeylərmi xeyirlidir, yoxsa qurunun və dənizin zülməti içində sizə yol göstərən, rəhmətindən əvvəl
küləkləri
müjdəçi kimi göndərənmi? Allahla yanaşı başqa bir məbudmu var? Allah, onların qoşduqları şəriklədən çox ucadır....
Rum Suresi, 46. Ayet:
Sizə Öz rəhmətindən daddırması, əmri ilə gəmilərin üzüb getməsi və sahib olduğunuz nemətlərin əvəzini ödəyəsiniz deyə nemətlərindən ruzi axtarmağınız üçün
küləkləri
müjdəçi olaraq göndərməsi də Onun əlamətlərindən/işarətlərindəndir....
Rum Suresi, 48. Ayet:
Allah
küləkləri
göndərəndir. Sonra küləklər, bir buludu sovurur. Sonra Allah onu səmada necə istəsə elə yayır və onu topa-topa edir. Sonra da sən, onun dərinliklərindən yağış çıxdığını görərsən. Allah, onu bəndələrindən istədiyi kəslərə göndərəndə, onlar müjdə alır, sevinirlər....
Fatir Suresi, 9. Ayet:
Və
küləkləri
göndərən Allahdır. Sonra da onlar buludu hərəkətə keçirib yuxarılara qaldırar. Ardınca, Biz, o buludu ölmüş bir diyara sürüb göndərərik. Beləliklə, onun vasitəsi ilə yer üzünü ölümdən sonra dirildərik. Ölüb çürümüş insanlara həyat vermək də bax belədir....
Casiyə Suresi, 5. Ayet:
Və gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göydən bir ruzi endirib, onunla yer üzünü öldükdən sonra diriltdiyi şeydə və
küləkləri
döndərib dolandırmasında ağılını işlədən bir qövm üçün işarətlər/nişanələr vardır....