Münafiqun Suresi, 1. Ayet: (Ey Muhamməd!) Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz, əlbəttə, sənin Allahın peyğəmbəri olduğuna şahidlik edirik”, – deyirlər. Allah sənin, əlbəttə, onun peyğəmbəri olduğunu bilir. (Lakin) Allah o münafiqlərin, heç şübhəsiz, yalançılar olduqlarına, əlbəttə, şahidlik edir....
Nisa Suresi, 89. Ayet: Münafiqlər, özləri Allahın məbud və rəbb olduğuna inanmadıqları kimi, sizin də inanmamağınızı, beləliklə, onlarla bərabər olmağınızı arzu etdilər. Ona görə, onlar Allah yolunda yurdlarından hicrət edənə qədər onlardan [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Əgər bundan üz döndərsələr, sizinlə aralarında əhd olan bir tayfaya sığınan kəslər yaxud sizinlə və ya öz qövmlərilə döyüşməkdən ürəkləri sıxılaraq sizin yanınıza gələnlər istisna olmaqla, onları tutun və harada görs...
Ənfal Suresi, 49. Ayet: Bir vaxt o münafiqlər və qəlbində xəstəlik olan; xəstə zehniyyətli kəslər, "Bu adamları dinləri aldatdı" dediklərində, hər kim işin nəticəsini Allaha tapşırsa, bilsin ki, həqiqətən, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir....