Əhzab Suresi, 35. Ayet: Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbrli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!...
Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır....
Ali-İmran Suresi, 195. Ayet: Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kə-sin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edə-cəyəm. (Bu, )Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır”....
Bəqərə Suresi, 177. Ayet: Yaxşılıq üzlərinizi şərq və qərb tərəfə çevirməniz (dən ibarət) deyildir. Əsl yax-şılıq Allaha, axirət gününə, mələklərə, kitab və peyğəmbərlərə iman edənlərin, mal-dövlətə olan sevgilərinə baxmayaraq onu yaxınlara, yetimlərə, yoxsullara, yolda qalmışa, (möhtac olduğu üçün) istəyənə və (azadlığa qovuşmaları üçün) kölələrə verənlərin, namazı düzgün qılan, zəkatı verən, əhd bağladıqda sözlərini yerinə yetirənlərin və çətinlikdə, xəstəlikdə və savaşın qızışdığı zamanlarda (dözüb) səbir edənlərin ha...
Tövbə Suresi, 40. Ayet: Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilirsiniz ki,) inkar edənlər onu iki nəfərdən biri olaraq (Məkkədən) çıxardıqları zaman ona məhz Allah yardım etmişdi. Onlar mağarada olduqları vaxt o, öz yoldaşına: “Məyus olma, çünki Allah bizimlədir”, – deyirdi. Allah da ona bir arxayınlıq duyğusu və hüzur endirmiş, sizin görmədiyiniz ordularla onu dəstəkləmiş, beləliklə, inkar edənlərin sözünü alçaltmışdı. Allahın sözü isə ən ucadır. Allah mütləq güc sahibidir, hökm və hikmət sahibidir....
Əhzab Suresi, 35. Ayet: Həqiqətən, müsəlman kişilərlə müsəlman qadınlar, mömin kişilərlə mömin qadınlar, itaətkar kişilərlə itaətkar qadınlar, doğru kişilərlə doğru qadınlar, səbir edən kişilərlə səbir edən qadınlar, Allaha dərindən ehtiram bəsləyən kişilərlə Allaha dərindən ehtiram bəsləyən qadınlar, sədəqə verən kişilərlə sədəqə verən qadınlar, oruc tutan kişilərlə oruc tutan qadınlar, namuslarını qoruyan kişilərlə namuslarını qoruyan qadınlar və Allahı çox zikr edən kişilərlə çox zikr edən qadınlar ki var, Allah məh...
Bəqərə Suresi, 129. Ayet: Rəbbimiz! Bir də, onlara öz içlərindən bir peyğəmbər göndər ki onlara Sənin ayələrini oxusun, onlara kitabı [öyrətsin] və haqsızlığın, fitnə-fəsadın və qarmaqarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydaları öyrətsin, onları təmizləsin. Heç şübhəsiz ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan; möhkəm edən məhz Sənsən."...
Maidə Suresi, 45. Ayet: Və Biz, Tövratda onlara, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş yazdıq. Yaralara qisas var. Bununla birlikdə, kim qisas haqqını bağışlasa, bu özü üçün kəffarə olar. Və kim Allahın nazil etdiyi ilə hökm etməzsə, məhz onlar səhv; öz zərərinə olan əməli işləyənlərdir....
Maidə Suresi, 116. Ayet: Və o vaxt Allah demişdi ki: "Ey Məryəm oğlu İsa! İnsanlara ‘Məni və anamı, Allahın altındakılardan iki tanrı qəbul edin’ deyə sənmi dedin?" İsa dedi: "Sən paksan, mənim üçün həqiqət olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər mən onu demiş olsam, Sən bunu mütləq bilərdin. Sən, mənim daxilimdə/qəlbimdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmərəm. Şübhəsiz ki, məhz Sən görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənsən! ...
Tövbə Suresi, 40. Ayet: Əgər siz Elçiyə kömək etməsəniz, bilin ki, Allah həqiqətən ona kömək etmişdir. Necə ki, o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] onu ikinin [iki nəfərin] ikincisi olaraq çıxarmışdılar. Necə ki, ikisi mağarada idilər. O vaxt elçi, yoldaşına deyirdi: "Qəm yemə, şübhəsiz ki, Allah bizimlədir." Belə olduqda, Allah ona qəlbə təskinlik verən güvən və xatircəmlik hissini bəxş etmiş/onların əhval-ruhiyyəsini yaxşılaşdırmış, onu sizin görmədiyiniz əsgərlərlə gücləndirmiş və kaf...
Şüəra Suresi, 68. Ayet: Və şübhəsiz ki, Rəbbin, yəqin bilin ki, ən üstün olanın, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan, tam yəqinliklə bilin ki, qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür....
Əhqaf Suresi, 24. Ayet: Nəhayət onu, vadilərinə doğru gələn geniş bir bulud halında gördükdə: "Hə, bax, bu, bizə yağış gətirəcək bir buluddur!" dedilər, Xeyr, əksinə, o, tezləşdirmək istəyiniz şeyin məhz özü; Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edən, içində ağrılı bir əzab olan küləkdir... ...
Mücadilə Suresi, 22. Ayet: Allaha və axirət gününə inanan bir tayfanın, Allaha və Elçisinə qarşı həddi aşmağa çalışanlara qarşılıqlı məhəbbət göstərdiyini görə bilməzsən. Onlar onların istər ataları olsun, istər övladları olsun, istər qardaşları olsun, istər qohumları olsun. Onlar elə kəslərdir ki, Allah qəlblərinə imanı yazmışdır və onları Öz tərəfindən olan vəhy ilə qüvvətləndirmişdir. Və Allah onları, əbədi qalmaları üçün, altlarından çaylar axan cənnətlərə daxil edəcək. Allah, onlardan razı olmuşdur, onlar da Ondan ra...