Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Hud Suresi, 74. Ayet:
İbrahimin qorxusu keçib ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdən sonra o, Lut qövmü barəsində Bizimlə (elçilərimizlə) mübahisə etməyə başladı. (Mələklərin oradan çıxdıqdan sonra Lut qövmünü məhv etməyə gedəcəklərini öyrəndiyi zaman İbrahim peyğəmbər onlarla bu
məsələn
i müzakirə etmişdi. Çünki Həzrət İbrahim kafirlərə gələcək əzabın Lut peyğəmbər və ona iman gətirənlərə də zərər verəcəyindən qorxurdu.)...
Maidə Suresi, 103. Ayet:
Allah nə bəhirəni, nə saibəni, nə vəsiləni, nə də hamini (şəriətə uyğun) etmişdir. Lakin kafirlər Allaha yalandan iftira atırlar. Onların əksəriyyəti düşünüb dərk etmirlər. (Cahiliyyə dövründə ərəblər arasında heyvanlarla bağlı batil bir inanc vardı. Belə ki, onlar müəyyən səbəblərdən bəzi heyvanları ya bütlərə qurban edir, ya da sərbəst buraxırdılar.
Məsələn
beş dəfə doğan və beşinci balası dişi olan dəvəyə “bəhirə” deyir, qulağına iz qoyur, südü sağılmadan bütlər üçün saxlayırdılar. Bütlər üçü...
Nisa Suresi, 129. Ayet:
Zövcələr arasında ədalətli davranmağı nə qədər çox istəsəniz də, əsla bacara bilməzsiniz. Ona görə də birini asılı vəziyyətdə qoyub, (digərinə) tamamilə meyil göstərməyin! Əgər barışığa gəlib (belə hərəkətlərdən) çəkinsəniz, (bilin ki,) həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Birdən çox qadınla evlənən kişi zövcələri arasında ədalətli davranmaq məcburiyyətindədir. Ancaq bəzi hallarda ədalətli davranmaq qeyri-mümkündür.
Məsələn
, iki zövcəni eyni dərəcədə bəyənib sevə bilmək mümkün deyildir. B...
Yusif Suresi, 80. Ayet:
Ondan ümidlərini kəsdikləri zaman (
məsələn
i müzakirə etmək üçün) pıçıldaşaraq bir kənara çəkildilər. Onların böyük olanı belə dedi: “Atanızın sizdən Allah adına söz aldığını və daha əvvəl Yusif barəsində də etdiyiniz xətanı bilmirsinizmi? Atam mənə icazə verənə və ya Allah Öz hökmünü verənə qədər mən buradan əsla ayrılmayacağam! O, hökm verənlərin ən yaxşısıdır....
Zuxruf Suresi, 57. Ayet:
Məryəm oğlu İsa misal çəkildiyi zaman sənin qövmün buna sevinərək gülmüşdü. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Həzrət İsa və anası Həzrət Məryəmlə bağlı
məsələn
in müzakirə edildiyi bir məclisdə müşriklərdən biri: “Əgər sitayiş edilən İsa, Məryəm, Üzeyir və mələklər cəhənnəmdədirsə, biz onlarla birlikdə olmağa razıyıq”, - demişdi. Oradakı müşriklər də onun bu sözlərinə gülmüş və beləcə, Həzrət Peyğəmbərə istehza etmişdilər. Yuxarıdakı ayə onların bu təkəbbürlü hallarına işarə edir.)...
Tövbə Suresi, 37. Ayet:
Həqiqətən, (haram ayları) gecikdirmək (
məsələn
, rəcəbi şəbana və ya zülqədə, zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bəzən hala...
Maidə Suresi, 118. Ayet:
Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir
məsələn
i həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)...
İsra Suresi, 33. Ayet:
Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız böyük bir günah işlədikdə,
məsələn
, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar). Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)! Çünki (şəriətin bü hökmləri...
Əhzab Suresi, 5. Ayet:
Onları (əsil-nəsilləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür (daha ədalətlidir). Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır (əmioğlanlarınız və ya azad kölələrinizdir; onları qardaşım, əmioğlum, dostum deyə çağırın). Etdiyiniz səhvlərə (
məsələn
, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağ...
Ənbiya Suresi, 79. Ayet:
Biz onu (
məsələn
in hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik....
Bəqərə Suresi, 59. Ayet:
Lakin zülm edənlər (Allahın kəlamını) onlara deyiləndən başqa şəkilə saldılar (
məsələn
, günahların bağışlanmasını istəmək əvəzinə buğda istədilər). Biz də zülm edənlərə itaətdən çıxdıqlarına görə göydən əzab nazil etdik....
Bəqərə Suresi, 228. Ayet:
Talaq verilmiş qadınlar (aybaşıdan) üç paklıq müddətinə kimi gözləməlidirlər («iddə» saxlamalıdırlar, yəni üç dəfə aybaşı qanı görüb ondan təmizlənənə qədər gözləməlidirlər). Əgər Allaha və axirət gününə imanları varsa, Allahın onların bətnlərində yaratdığını (aybaşı qanını və ya övladı) gizlətmələri caiz deyildir (
məsələn
, üçüncü dəfə aybaşı olmasına baxmayaraq birinci ərinə qayıtmaq üçün onu inkar etməsi, yaxud üçüncü dəfə aybaşı olmamasına baxmayaraq əvvəlki ərinə qayıtmamaq üçün üç dəfə ayba...
Maidə Suresi, 95. Ayet:
Ey iman gətirənlər, ehram halında olarkən ov öldürməyin. Sizdən kim bilərəkdən onu öldürsə, boynuna (əhliləşdirilmiş) dördayaqlılar cinsindən, öldürdüyünün bənzəri olan bir kəffarə düşür (
məsələn
, dəvəquşunun kəffarəsi dəvə, dağ keçisinin kəffarəsi inək və ceyranın kəffarəsi qoyundur). Sizdən iki nəfər adil (adam) bu bənzərliyə şəhadət versin və o, qurbanlıq kimi Kə’bəyə (Kə’bənin ətrafındakı qurbanlıq yerinə) çatsın. Yaxud kəffarə (o bənzər heyvanın qiyməti qədər) fəqirlərə yemək vermək və ya o...
Tövbə Suresi, 37. Ayet:
Həqiqətən (haram ayları) təxirə salmaq (və onların yerlərini dəyişdirmək) küfrü artırmaqdır (etiqadi baxımdan küfr olmaqdan əlavə, əməldə bidətdir) ki, kafirlər onun vasitəsilə azdırılırlar. Onu bir il halal və bir il haram sayırlar (
məsələn
, bir Şə’ban ayını Rəcəb ayının yerinə haram və Rəcəb ayını isə halal edirlər) ki, sizinlə və Allahın haram etdiyi ilə uyğunlaşsınlar (və bir ildə dörd haram ay olsun), amma (nəticədə) Allahın haram etdiyini halal edirlər. Əməllərinin çirkinliyi onlar üçün zi...
Yunus Suresi, 15. Ayet:
Bizim aydın ayələrimiz onlara oxunan zaman, Bizə qovuşacaqlarına ümidi olmayan (məadı inkar edən) kəslər «bundan başqa bir Qur’an gətir, ya onu dəyişdir» (
məsələn
, onun bəzi ayələrini və surələrini çıxart, orada şirkin haramlığından, bütlərin pislənməsindən, Qiyamətdən, murdarın və qumarın haram olmasından bir şey olmasın) deyərlər. De: «onu(n hamısını, ya bəzisini) özbaşıma dəyişdirmək mənə yaraşmaz və (buna) mənim haqqım və qüdrətim yoxdur. Mən yalnız mənə vəhy edilən şeyə tabe oluram. Şübhəsi...
Yunus Suresi, 94. Ayet:
Beləliklə, (
məsələn
) əgər (dini maarifdən) sənə nazil etdiyimizdən şəkk və tərəddüddəsənsə, onda səndən öncə (səmavi) kitab oxuyanlardan soruş. Şübhəsiz, haqq sənə Rəbbin tərəfindən gəlmişdir. Buna görə də əsla şübhə edənlərdən olma!...
Hud Suresi, 116. Ayet:
Bəs nə üçün sizdən qabaqkı insan cəmiyyətlərindən (
məsələn
Nuhun, Hudun, Salehin və Lutun qövmlərindən) h onların xilas etdiyimiz az bir qismindən (peyğəmbərlər və onların ardıcıllarından) başqa a (insanları) yer üzündə fəsad törətməkdən çəkindirən ağıl və düşüncə sahibləri olmadı (ki, onlar da o cür əzaba düçar olmayaydılar)? Zülm edənlər öz keflərini və eyş-işrətlərini davam etdirdilər və onların hamısı günahkar idilər. (Buna görə də tarix boyu bəşəriyyətin əksəriyyətinin yoldan çıxması təəccü...
Rəd Suresi, 37. Ayet:
(Peyğəmbərlərə kitab nazil etdiyimiz kimi) beləcə başdan-başa haqqa hökm edən, uca hikmətli və ərəbcə olan bu kitabı sənə nazil etdik (ki, onlar onu daha yaxşı anlasınlar). Əgər sənə gəlmiş elmdən sonra onların nəfsi istəklərinə tabe olsan (
məsələn
onların qibləsini, yaxud üçlük əqidəsini qəbul etsən), Allah tərəfindən sənin üçün heç bir başçı və qoruyucu olmayacaqdır....
Nəhl Suresi, 92. Ayet:
Və öz ipini əyirdikdən və möhkəmləndirdikdən sonra açıb bir-birindən ayıran o (yelbeyin) qadın kimi olmayın ki, andlarınızı bir dəstənin (digər) bir dəstədən artıq və imkanlı olmasına xatir öz aranızda hiylə və fəsad vasitəsi edəsiniz (
məsələn
müsəlmanlara kömək etmək üçün and içəsiniz və müşriklər onlardan üstün olduqlarına görə onu pozasınız). Əslində Allah sizi bu barədə sınayır və şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizin üçün aydınlaşdıracaqdır....
Ənbiya Suresi, 78. Ayet:
Davudu və (onun oğlu) Süleymanı – onlar bir tayfanın qoyunlarının gecə vaxtı (və çobansız) səpələn(ərək bütün salxım və yarpaqları ye)diyi əkin yeri (yaxud üzüm bağı) barəsində hökm çıxardıqları zamanı (yada sal)! (Onlar bu
məsələn
in hökmü barəsində məsləhətləşirdilər. Qədim adətə görə həmin qoyunlar bağa dəymiş xəsarətə görə bağ sahibinə çatırdı.) Və Biz onların (bütün keçmiş peyğəmbərlərin) hökm çıxarmalarında iştirak edir və hökmlərinə şahid idik....
Möminun Suresi, 114. Ayet:
(Allah və ya mələk) deyər: «(Bəli,) lap az bir zaman qaldınız. Kaş (
məsələn
in həqiqətini və işinizin sonunu orada) biləydiniz!»...
Nəml Suresi, 87. Ayet:
(Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (
məsələn
ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər....
Qəsəs Suresi, 52. Ayet:
Bundan öncə səmavi kitab verdiyimiz kəslər (
məsələn
, Tövrat və İncil əhlinin bəziləri), buna (bu Qur’ana) da iman gətirirlər....
Zümər Suresi, 29. Ayet:
Allah (müşrik və təkallahlı şəxs barəsində) məsəl çəkmişdir: Bir neçə pis xasiyyətli və müxtəlif istəkli ağanın şərik olduğu (və hər birinin onu öz göstərişinə tərəf çəkdiyi) bir qul kişi və (verdiyi əmrlərdə mane və şəriki olmayan) bir nəfərin qulu olan bir kişi. Heç bu ikisi (sifətləri və halları baxımından) bərabərdir? Şükr və tərif Allaha məxsusdur (və bu
məsələn
in həqiqət olması gizli deyil), lakin onların çoxu bilmirlər....
Fussilət Suresi, 9. Ayet:
De: «Siz doğrudan yer (kürəsin)i iki gündə (iki gündüzə və ya iki gecə-gündüzə bərabər zamanda, yaxud iki mərhələdə,
məsələn
maye və donmuş mərhələlərində) yaradana kafir olur və Ona şərik qoşursunuz? (Halbuki) aləmdəkilərin Rəbbi Odur!»...
Casiyə Suresi, 17. Ayet:
Həmçinin onlara (dinlərinin) iş(i) barəsində aydın dəlillər verdik (ki, onun əsasları və qollarında qaranlıq bir nöqtə qalmasın). Beləliklə onlar yalnız (
məsələn
in həqiqəti barəsində) özlərinə elm yetişdikdən sonra (ancaq) aralarındakı həsəd, həddi aşmaq və təkəbbür üzündən ixtilafa düçar oldular. Həqiqətən sənin Rəbbin Qiyamət günü onların arasında barəsində ixtilafa düçar olduqları bütün şeylər barəsində hökm çıxaracaqdır....
Mülk Suresi, 16. Ayet:
Məgər göydə olandan (Allahdan, yaxud Allahın izni ilə əmri göydə keçən qüdrətli varlıqlar,
məsələn
mələklərdən) əminsinizmi ki, sizi yerə batırmayacaq? Belə ki, qəfildən yer çalxalanar, titrəyər (və sizi xurd-xəşil edər)!...
Bəqərə Suresi, 184. Ayet:
Oruc müəyyən saydakı günlərdədir. Sizdən kim xəstə ya da səfərdə olarsa, oruc tuta bilmədiyi günlərin sayı qədər başqa günlərdə tutsun. Oruc tutmağa gücü çatmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə versin. Bununla birlikdə kimkönüllü olaraq bir yaxşılıq edərsə (
məsələn
, fidyəni artıq verərsə), bu, onun üçün daha xeyirli olar. Əgər bilsəniz, oruc tutmağınız sizin üçün daha xeyirlidir....