Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 144. Ayet:
(Ey Peyğəmbər!) Üzünün göyə tərəf çevrildiyini görürük. Ona görə də səni mütləq razı qalacağın qibləyə döndərəcəyik. Üzünü
Məscidi-haram
a (Kəbəyə) tərəf çevir! (Ey müsəlmanlar!) Siz də harada olsanız, üzünüzü ona tərəf çevirin! Şübhəsiz, kitab verilənlər onun (Quranın) özlərinin Rəbbi tərəfindən gələn həqiqət olduğunu yaxşı bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir....
Bəqərə Suresi, 149. Ayet:
Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü
Məscidi-haram
a (Kəbəyə) tərəf çevir! Çünki bu, Rəbbindən gələn həqiqətdir. Allah sizin etdiklərinizdən xəbərsiz deyildir....
Bəqərə Suresi, 150. Ayet:
Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü
Məscidi-haram
a tərəf çevir! Siz də harada olsanız, üzünüzü o tərəfə çevirin ki, zalımlar (inadkarlar) istisna olmaqla insanların əlində sizin əleyhinizə bir dəlil olmasın. Onlardan qorxmayın! Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz haqq yolu tapasınız....
Bəqərə Suresi, 191. Ayet:
Onları (sizə qarşı vuruşanları) harada görsəniz öldürün! Sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə
Məscidi-haram
ın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün! Kafirlərin cəzası belədir....
Bəqərə Suresi, 196. Ayet:
Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin! Qurbanlıq öz yerinə çatana qədər başlarınızı qırxdırmayın! Sizdən kim xəstə olar, yaxud başındakı bir narahatçılığa görə əziyyət çəkərsə, fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneələrdən) əmin olduğunuz təqdirdə, kim həccə qədər ümrədən istifadə edərsə, asan başa gələn bir qurban kəssin! Kim qurbanlıq tapmazsa, əvəzində həcdə üç ...
Bəqərə Suresi, 217. Ayet:
Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək,
Məscidi-haram
a girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb kafir olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar ...
Tövbə Suresi, 7. Ayet:
Məscidi-haram
ın yanında müqavilə bağladığınız kimsələr istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə (etibarlı) bir əhdi ola bilər?! Sizə qarşı düzgün (müqaviləyə uyğun) davrandıqları müddətdə siz də onlara qarşı düzgün davranın! Həqiqətən, Allah müttəqiləri sevər....
Tövbə Suresi, 19. Ayet:
Hacılara su verənləri və
Məscidi-haram
ı təmir edənləri, Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz! (Təfsir kitablarında yer alan bir rəvayətə görə, yuxarıdakı ayə Həzrət Əli, Həzrət Abbas və Talha ibn Şeybənin bir-birlərinə qarşı öyünmələri səbəbi ilə nazil olmuşdur. Talha Kəbənin açarının özündə olması, Həzrət Abbas hacılara su paylaması, Həzrət Əli də altı ay əvvəl namaz ...
Tövbə Suresi, 28. Ayet:
Ey iman gətirənlər! Müşriklər həqiqətən, murdardırlar. Ona görə də onlar bu ildən sonra
Məscidi-haram
a yaxınlaşmasınlar! Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) Allah diləyərsə, Öz lütfü ilə sizi zəngin edər. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir....
Maidə Suresi, 2. Ayet:
Ey iman gətirənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz.
Məscidi-haram
a daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahı...
Ənfal Suresi, 34. Ayet:
Onlar
Məscidi-haram
ın sahibləri olmadıqları halda (Peyğəmbərin və möminlərin ora daxil olmalarına) mane olduqlarına görə Allah onlara nə üçün əzab verməsin?! Onun sahibləri yalnız Allahdan qorxanlardır. Lakin onların çoxu bunu bilmir....
İsra Suresi, 1. Ayet:
Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə
Məscidi-haram
dan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir....
Həcc Suresi, 25. Ayet:
Şübhəsiz, kafir olub Allah yolundan və həm yerli, həm də kənardan gələnlər üçün məbəd etdiyimiz
Məscidi-haram
dan (insanları) uzaqlaşdıran və orada zülm edərək haqsızlığa meyil etmək istəyənlərə acı bir əzab daddıracağıq....
Fəth Suresi, 25. Ayet:
Onlar kafir olub sizin
Məscidi-haram
ı ziyarət etməyinizə və gözlədilən qurbanlıqların qurbangaha çatmasına mane olanlardır. Əgər (Məkkədə) özlərini hələ tanımadığınız üçün bilmədən tapdalayıb əzməyiniz (öldürməyiniz) səbəbilə günaha girəcəyiniz mömin kişi və qadınlar olmasaydı, (Allah döyüşməyinizə izin verərdi). Allah istədiyi kimsəni Öz rəhmətinə daxil etmək üçün belə etmişdir. Əgər onlar bir-birindən ayrılmış olsaydılar, əlbəttə, onlardan kafir olanlara acı bir əzab verərdik. (Hüdeybiyyədə qü...
Fəth Suresi, 27. Ayet:
Şübhəsiz ki, Allah Peyğəmbərinin röyasını həqiqətə çevirdi. Siz inşallah əmin-amanlıq içində, başlarınızı qırxdırmış və saçınızı qısaltmış bir halda qorxmadan
Məscidi-haram
a daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əvvəl də sizə yaxın bir zəfər bəxş etmişdi. (Rəvayət olunduğuna görə, Həzrət Peyğəmbər Hüdeybiyyə səfərinə çıxmadan əvvəl röyasında özünün və səhabələrin əmin-amanlıq içində başlarını qırxdıraraq Məkkəyə girdiklərini görmüş və bunu səhabələrə bildirmişdi. Onlar...
Bəqərə Suresi, 144. Ayet:
(Ey Muhamməd!) Biz sənin üzünü göyə çevirdiyini (vəhy gözlədiyini) görürük.(Narahat olma,) əlbəttə ki, səni razı qalacağın bir qibləyə tərəf döndərəcəyik. (Bundan sonra) üzünü
Məscidi-Haram
a tərəf çevir. (Ey müsəlmanlar!) Siz də harada olursunuz olun, (namazda) üzünüzü hər zaman ona tərəf çevirin. Şübhəsiz ki, kitab verilənlər bunun Rəblərindən (gələn) bir həqiqət olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyil....
Bəqərə Suresi, 149. Ayet:
(Ey Muhamməd!) Haradan yola çıxırsan çıx, (namazda)
Məscidi-Haram
a tərəf dön. Bu, əlbəttə, Rəbbindən gələn gerçək bir əmrdir. Allah sizin etdiklərinizdən əsla xəbərsiz deyil....
Bəqərə Suresi, 150. Ayet:
(Ey Muhamməd!) Haradan yola çıxırsan çıx, üzünü
Məscidi-Haram
a tərəf çevir. (Ey möminlər!) Siz də harada olursunuz olun, üzünüzü
Məscidi-Haram
a çevirin ki, zalımlardan qeyri kimsələrin əlində (sizə qarşı) bir dəlil olmasın. Zalımlardan qorxmayın, məndən qorxun. Beləliklə, sizə olan nemətlərimi tamamlayım və doğru yolu tapasınız....
Bəqərə Suresi, 217. Ayet:
Səndən haram ayda savaşmaq haqqında soruşurlar. De ki: “O ayda savaşmaq böyük bir günahdır. Allahın yoluna yönələnlərə mane olmaq, Onu inkar etmək,
Məscidi-Haram
ın ziyarət edilməsinə mane olmaq və əhalisini oradan çıxarmaq Allah qatında daha böyük günahdır. Zülm və təzyiq isə adam öldürməkdən daha böyükdür. Onlar gücləri çatsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşmağa davam edərlər. Sizdən kim dinindən dönər və kafir olaraq ölərsə, elələrinin etdikləri bütün əməllər dünyada da, axirətdə...
Ənfal Suresi, 34. Ayet:
Onlar
Məscidi-Haram
dan (möminləri) uzaq tutmağa çalışdıqları halda və oraya xidmət etməyə layiq olmadıqları halda Allah onlara nə üçün əzab etməsin? Oraya xidmət etməyə layiq olanlar ancaq Allaha qarşı gəlməkdən çəkinənlərdir. Lakin onların çoxu bilməz....
İsra Suresi, 1. Ayet:
Ayələrimizdən bir qismini Ona göstərək deyə qulunu (Muhammədi) bir gecə
Məscidi-Haram
dan ətrafını bərəkətləndirdiyimiz Məscidi-Əqsaya aparan Allahın şanı ucadır. Heç şübhəsiz, O, haqqı ilə eşidəndir, haqqı ilə görəndir....
Həcc Suresi, 25. Ayet:
İnkar edənlər və (insanları) Allah yolundan və
Məscidi-Haram
dan –hansı ki, onun daxilində yerli olsun, gəlmə olsun bütün insanları bərabər tutmuşuq – döndərənlər (əzaba layiq olmuşdur.) Kim də orada zülm edərək haqdan sapmaq istərsə, biz ona ağrılı-acılı əzabdan daddıracağıq....
Fəth Suresi, 25. Ayet:
Onlar inkar edənlər və
Məscidi-Haram
ı ziyarət etməkdə və (ibadət məqsədilə) saxlanan qurbanlıqları yerlərinə çatdırmaqda sizə mane olanlardır. Əgər oradakı hələ tanımadığınız mömin kişilərlə, mömin qadınları bilmədən əzmə və beləliklə, sizə bir əziyyət gəlmə ehtimalı olmasaydı, (Allah Məkkəyə girmək üçün sizə icazə verərdi). Allah istədiyini öz rəhmətinə qovuşdurmaq üçün belə etmişdir. Əgər iman edənlərlə inkar edənlər bir-birilərindən ayrılmış olsaydılar, onlardan inkar edənləri ağrılı-acılı bi...