Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 17. Ayet:
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər həqiqətən, kafir oldular. De: “Əgər Allah Məryəm oğlu
Məsihi,
onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Allaha qarşı bir şey edə bilər?! Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. O, dilədiyini yaradar. Allah hər şeyə qadirdir”....
Maidə Suresi, 17. Ayet:
Məryəm oğlu Məsihə and içirəm ki, o, Allahdır. Bunu deyənlər, şübhəsiz ki, kafir olmuşlar. De: "Əgər Allah Məryəm oğlu
Məsihi,
onun anasını və yer üzündə olanları məhv etmək istəsə, Ona kim mane ola bilər?" Göylər, yer və onların arasında olan hər şey Allaha məxsusdur. O, istədiyini yaradır. Allah yenilməz qüvvət sahibidir....
Maidə Suresi, 17. Ayet:
“Allah Məryəm oğlu Məsihdir”, - deyənlər, şübhəsiz ki, kafir oldular. (Onlara) de: “Əgər Allah Məryəm oğlu
Məsihi,
anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, (bu işdə) kim Ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!...
Maidə Suresi, 17. Ayet:
And olsun ki ‘Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir.’ deyənlər kafir oldular. De ki: ‘Elə isə Allah Məryəm oğlu
Məsihi,
anasını və yer üzündə olanların hamısını həlak etmək istərsə, Allaha bir şeylə mane olmağa kimin gücü yetər?’ Göylərdə, yerdə və ikisinin arasında olan hər şeyin mülkü Allahındır. O, dilədiyini yaradar. Allah (c.c.) hər şeyə qadirdir....
Maidə Suresi, 17. Ayet:
“Şübhəsiz ki, Allah Mər-yəm oğlu Məsihdir!”– deyənlər artıq kafir oldular. De: “Əgər Allah Məryəm oğlu
Məsihi,
onun anasını və yer üzündə olanlarını hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göylərin, yerin və onların arasında olanların səltənəti Allaha məxsusdur. (Allah) istədiyini yaradır. Allah hər şeyə qadirdir....
Maidə Suresi, 17. Ayet:
Əlbəttə, kafir olan kəslər deyirlər: «Həqiqətən, Allah – o, Məsihdir oğludur Məryəmin». De: «Kim malikdir Allahdan bir şeyə, əgər iradə edə ki, həlak edə
Məsihi,
oğlunu Məryəmin və anasını və kim ərzdədir cəmiyyən?» Və Allah üçündür mülkü səmaların və ərzin və nə ki, onlar arasında olanların. O xəlq edər nə istəsə və Allah üzərində külli şeyin Qadirdir!...
Maidə Suresi, 17. Ayet:
Şübhəsiz, «həqiqətən Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq vücudu mümkün olan varlığa çevrilib və ya vacib varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. De: «Əgər Allah Məryəm oğlu
Məsihi,
onun anasını və yer üzündə olanların hamısını öldürmək istəsə, Allahın müqabilində kim bir şeyə malikdir? Halbuki, göylərin, yerin və o ikisinin arasında olanların həqiqi sahibi Allahdır. İstədiyini yaradır. Allah hər şeyə qadirdir....
Maidə Suresi, 17. Ayet:
And olsun ki, “Allah Məryəm oğlu Məsihdir” deyənlər mütləq kafir oldular. De ki: “Əgər Allah Məryəm oğlu
Məsihi,
onun anasını və yer üzündə olanları yox etmək istəsə, Allaha qarşı kim nə edə bilər? Göylərin, yerin və bunlar arasında olan hər şeyin hökmranlığı Allahındır. İstədiyini yaradar. Allah hər şeyə haqqı ilə gücü yetəndir”....
Maidə Suresi, 17. Ayet:
And olsun ki, "Şübhəsiz, Allah Məryəm oğlu Məsihin elə özüdür" deyən kəslər kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] oldular. De ki: "Yaxşı, Allah Məryəm oğlu
Məsihi,
anasını və bütün yer üzündəki hər kəsi dəyişikliyə/məhvə məruz qoymaq istəsə, Ona qarşı kim bir şey edə bilər? Göylərin, yerin və ikisinin arasındakilərin mülkiyyəti də yalnız Allaha məxsusdur. O, istədiyini əmələ gətirər. Və Allah, hər şeyə ən yaxşı şeyə qadir olandır."...