Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 18. Ayet:
Yəhudilər və xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”, - dedilər. De: “Bəs nə üçün günahlarınıza görə O sizə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. O, dilədiyini bağışlayar, dilədiyinə də əzab verər. Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. Axır dönüş də
Onadır”.
...
Şura Suresi, 15. Ayet:
Ona görə də sən (haqqa) dəvət et və əmr olunduğun kimi doğru yolda ol! Onların nəfslərinin arzularına uyma və de ki: “Mən Allahın nazil etdiyi kitaba iman gətirmişəm. Mənə sizin aranızda ədalətlə hökm verməyim əmr olunmuşdur. Allah bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə məxsusdur. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah bizi (aramızda hökm vermək üçün) bir yerə toplayacaqdır. Axır dönüş
Onadır”.
...
Şura Suresi, 15. Ayet:
Buna görə də sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız
Onadır”.
...
Rəd Suresi, 30. Ayet:
(Ey Muhamməd!) Beləliklə, səni özlərindən əvvəl neçə-neçə ümmətlərin gəlib keçdiyi bir ümmətə göndərdik ki, onlar Rəhmanı inkar edərkən sənə vəhy etdiyimizi onlara oxuyasan. De ki: “O, mənim Rəbbimdir. Ondan başqa heç bir ilah yoxdur. Mən yalnız Ona təvəkkül etdim, qayıdışım da yalnız
Onadır”.
...
Rəd Suresi, 36. Ayet:
Kitab verdiyimiz kimsələr sənə endirilən Qur`an ilə sevinirlər. Lakin (sənin əleyhinə olan) firqələrdən elələri də var ki, onun bir qismini inkar edirlər. De ki: “Mənə yalnız Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr olundu. Mən yalnız Ona dəvət edirəm və dönüşüm də yalnız
Onadır”.
...
Şura Suresi, 15. Ayet:
(Ey Muhamməd!) Buna görə sən dəvətə davam et və əmr olunduğun kimi doğru ol. Onların arzu və istəklərinə uyma və belə de: “Mən Allahın endirdiyi hər kitaba inandım və aranızda ədaləti bərqərar etməklə əmr olundum. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim etdiklərimiz bizə, sizin etdikləriniz sizədir. (Artıq) Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Allah hamımızı bir yerə toplayacaq. Qayıdış ancaq
Onadır”.
...