Həşr Suresi, 23. Ayet: “Ondan başqa heç bir tanrı yoxdur!”– deyən Allahdır. O, Məlikdir, O, Kuddusdur, O, Salamdır, O, Mömindir, O, Müheymindir, O, Əzizdir, Cəbbardır, Mütəkəbdirdir. Allah onların Ona qoşduqları şəriklərdən ucadır....
Bəqərə Suresi, 259. Ayet: Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” – demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” – deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün ...