Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Zümər Suresi, 36. Ayet:
Allah Öz quluna kifayət deyilmi?! Onlar səni Allahdan başqaları (bütlər) ilə qorxudurlar. Allah kimi haqq yoldan azdırarsa, artıq heç kim onu doğru yola yönəldə bilməz. (Müşriklər Həzrət
Peyğəmbərə:
“İlahlarımızı pisləmə, yoxsa onlar sənə zərər verərlər!” - deyirdilər. Yuxarıdakı ayə bu hadisəyə işarə edir.)...
Ənam Suresi, 19. Ayet:
De: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “(Həqiqətən, peyğəmbər olduğuma dair) mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə, sizi və (Quranın) çatdığı hər kəsi onunla xəbərdar etməyim üçün vəhy olundu. Yoxsa siz Allahla yanaşı başqa ilahların olduğunamı şahidlik edirsiniz?” De: “Mən şahidlik etmərəm!” De ki: “O, yalnız tək bir ilahdır. Həqiqətən, mən sizin şərik qoşduqlarınızdan uzağam!” (Məkkəli müşriklər Həzrət
Peyğəmbərə:
“Sənin peyğəmbər olduğuna dair heç bir şahid yoxdu...
Ənam Suresi, 33. Ayet:
Həqiqətən, onların söylədikləri sözlərin səni çox kədərləndirdiyini bilirik. Əslində, onlar səni yalançı saymırlar, lakin o zalımlar Allahın ayələrini inkar edirlər. (Əbu Cəhl Həzrət
Peyğəmbərə:
“Biz sənin yalançı olduğunu demirik. Çünki sənin əmin və doğru bir insan olduğunu bilirik. Ancaq biz Allahın ayələrini inkar edirik”, – demişdi. Bu sözlər də Peyğəmbəri çox kədərləndirmişdi. Bunun nəticəsində Həzrət Peyğəmbəri (s.ə.s) təsəlli etmək məqsədilə yuxarıdakı ayə nazil olmuşdur.)...
Bəqərə Suresi, 104. Ayet:
Ey iman gətirənlər! (
Peyğəmbərə:
) “Bizə qayğı göstər!”– deməyin; “Bizə nəzər yetir!”– deyin və (Allahın əmrini) eşidin! Kafirləri üzücü bir əzab gözləyir....
Nəhl Suresi, 101. Ayet:
Biz bir ayəni dəyişdirib yerinə başqa bir ayə gətirdiyimiz zaman – ki, Allah nəyi nazil edəcəyini çox yaxşı bilir – onlar
Peyğəmbərə:
“Sən ancaq yalan uydurursan”, – deyərlər. Xeyr, onların çoxu bilməzlər....