Tövbə Suresi, 24. Ayet: (Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!...
Həşr Suresi, 7. Ayet: Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir....
Əhzab Suresi, 55. Ayet: Siz bir şeyi aşkara vursanız da, gizləsəniz də, bilin ki, Allah hər şeyi haqqı ilə biləndir. Peyğəmbərin xanımlarına atalarından, oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, mömin qadınlardan və sahib olduqları cariyələrdən ötrü heç bir günah yoxdur. Ey Peyğəmbər xanımları! Allaha qarşı gəlməkdən çəkinin. Şübhəsiz, Allah hər şeyə haqqı ilə şahiddir....