Nisa Suresi, 148. Ayet: Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir. (Pis söz deyildikdə, birinin qeybətini qırmaq, söz daşımaq, yalan, iftira və s. başa düşülməlidir. İnsan bunları ürəyindən keçirsə belə, açıqdan söyləməsi günahdır. Ancaq haqsızlığa məruz qalan kimsə, haqsızlığın ortadan qalxması üçün bunu başqalarına danışarsa, bu qeybət və ya pis söz sayılmaz.)...
Mücadilə Suresi, 11. Ayet: Ay o kəslər ki, inanırsınız! Onda ki, sizə dedilər:
«Məclisdə yer açın!» - siz onlara yer verin ki, Allah sizə geniş
yer versin. Onda ki, deyirlər: «Qalxın!» - onda qalxın. Allah
sizlərdən o kəsi ki, inanırlar və o kəsləri ki, onlara elm verilib,
ucaldır müxtəlif dərəcələrlə. Allah nə ilə ki, əməldəsiniz,
Xəbirdir!...
Səba Suresi, 2. Ayet: Yerə daxil olanı (sular, ölülər, xəzinələr, köklər və heyvanlar) və yerdən çıxanı (heyvanlar, bitkilər, bulaqlar və mədənlər) və göydən nazil olanı (mələklər, səmavi kitablar, İlahi qəzavü-qədərlər, planetlərin nuru, şimşək və yağışlar) və göyə qalxanı (mələklər, bəndələrin əməlləri, bəzi cinlər və bəzi insanların ruhları) – hamısını bilir. O, rəhm edən və bağışlayandır....
Hədid Suresi, 4. Ayet: Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruh...
Bəqərə Suresi, 275. Ayet: Sələmi [əməksiz, risksiz, işləyib əziyyət çəkmədən asanca əldə edilən qazancları][#347] yeyən kəslər, şeytanın bir toxunuşla toxunduğu kəslərin qalxdığı kimi qalxar. Bu, şübhəsiz ki, onların: "Alış-veriş, sələm kimidir" demələri səbəbiylədir. Halbuki, Allah alış-verişi halal, sələmi haram etmişdir. Özünə Rəbbindən bir öyüd-nəsihət gəlib, əməlindən əl çəkənin keçmişi özünə, işi Allaha aiddir. Və kim yenidən qayıtsa, bax onlar atəşin dostlarıdır. Onlar orada əbədi qalacaqlar....