Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 204. Ayet:
Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə sizə mərhəmət edilsin! (Həm namaz əsnasında, həm də digər vaxtlarda
Qurani-Kərim
oxunarkən danışmadan onu diqqətlə dinləmək, mənalarını başa düşməyə çalışmaq və onları təfəkkür etmək hər bir müsəlmanın borcudur.)...
Bəqərə Suresi, 106. Ayet:
Biz hər hansı bir ayəni nəsx edər və ya unutdurarıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətirərik. Bilmirsənmi ki, Allah hər şeyə qadirdir?! (Bir ayənin hökmünün daha sonra nazil olan bir ayə ilə ləğv edilməsinə “nəsx” deyilir. Allah hər bir dövrdə yaşayan insanların ehtiyaclarına uyğun olaraq lazım gəldikcə yeni peyğəmbərlər və yeni ilahi kitablar göndərmişdir. Beləcə, daha əvvəlki ilahi kitabların hökmünü nəsx etmişdir.
Qurani-Kərim
də də bəzi ayələr digər bəzi ayələrin hökmünü nəsx et...
Yunus Suresi, 57. Ayet:
Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlblərdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir. (Yuxarıdakı ayədə
Qurani-Kərim
in dörd gözəl xüsusiyyəti ifadə edilmişdir. Belə ki, Quran insanlardakı yaxşı və pis xislətlər haqqında xəbər verir, insanları gözəl əxlaqa sövq edir, onları şirk, nifaq, şübhə, inkarçılıq və s. kimi mənəvi xəstəliklərdən xilas edərək əbədi səadətə yönləndirir.)...
Maidə Suresi, 75. Ayet:
Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-keçmişlər. Onun anası da çox dürüst bir qadın idi. Hər ikisi də (adi insanlar kimi) yemək yeyərdi. Bax gör, Biz ayələri onlara necə açıqlayırıq. Sonra bax gör, onlar (haqdan) necə üz çevirirlər. (Yəhudilər Həzrət İsanın namuslu və bakirə bir qadından atasız dünyaya gəldiyinə inanmayıb onun anası Həzrət Məryəmə iftira atdılar və onun zinakar bir qadın olduğunu iddia etdilər.
Qurani-Kərim
isə İsa peyğəmbərin həqiqətən də, ...
Hicr Suresi, 9. Ayet:
Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq! (Bu ayə açıq bir şəkildə göstərir ki,
Qurani-Kərim
Allahın himayəsi altındadır və ən kiçik bir dəyişikliyə məruz qalmadan qiyamətə qədər qorunub saxlanılacaqdır.)...
Şüəra Suresi, 196. Ayet:
Şübhəsiz ki, o, əvvəlkilərin kitablarında da vardır. (Təfsirçilərə görə,
Qurani-Kərim
in Həzrət Peyğəmbərə (s.ə.s.) endiriləcəyinə dair işarələr, yaxud Quranın əsas prinsiplərindən bir qismi əvvəlki ilahi kitablarda da mövcud idi. Yuxarıdakı ayədən bunların hər ikisi də başa düşülə bilər.)...
Taha Suresi, 133. Ayet:
Onlar: “(Mühəmməd) Rəbbindən bizə bir möcüzə gətirməli deyildimi?” - dedilər. Əvvəlki kitablardakıların açıq-aşkar dəlili (Quran) onlara gəlmədimi?! (Yəni,
Qurani-Kərim
həm özünün, həm də əvvəlki kitabların haqq olduğuna dəlil təşkil edən ilahi bir möcüzədir.)...
Əhzab Suresi, 4. Ayet:
Allah bir insanın sinəsində iki qəlb yaratmamışdır. O, zihar etdiyiniz zövcələrinizi analarınızın yerinə qoymamış, oğulluğa götürdüklərinizi də oğullarınız olaraq tanımamışdır. Bunlar sizin söylədiyiniz boş sözlərdir. Allah isə həqiqəti söyləyir və doğru yola yönəldir. (Cahiliyyə dövründəki adətə görə bir kişi öz arvadına: “Sən mənə anam kimisən!” - dedikdə o qadın onun anası kimi hesab olunur və artıq ər arvadına yaxınlaşa bilməzdi. Bu adətə də “zihar” adı verilirdi. Yuxarıdakı ayədə, bir insan...
Ənbiya Suresi, 48. Ayet:
Həqiqətən, Biz Musa və Haruna müttəqilər üçün işıq və öyüd olan Fürqanı (Tövratı) verdik. (Bu ayədə Tövrat üçün işlədilən “Fürqan” kəlməsi “haqqı batildən, yaxşını pisdən ayıran” kimi mənalara gəlir. Həmçinin
Qurani-Kərim
in bir adı da Fürqandır.)...
Ənam Suresi, 7. Ayet:
Əgər sənə kağız üstünə yazılmış bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunsaydılar, inkar edənlər yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”, - deyərdilər. (
Qurani-Kərim
Həzrət Peyğəmbərə (s.ə.s.) ya Cəbrail vasitəsilə, ya da vasitəsiz vəhy yolu ilə nazil olmuşdur. Hər iki halda da ayələr yazılmış surətdə yox, Peyğəmbərə vəhy edilərək qəlbinə yerləşdirilmişdir. Bəzi kafirlər isə ayələrin yazılı surətdə gəlməsini istəyirdilər. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilir və...
Ənam Suresi, 92. Ayet:
Bu (Quran), Ümmül-Qura (Məkkə) əhlini və onun ətrafındakıları xəbərdar etməyin üçün nazil etdiyimiz və özündən əvvəlkiləri doğrulayan mübarək bir kitabdır. Axirətə iman gətirən kimsələr ona iman gətirər və namazlarını qılmağa davam edərlər. (Məkkə şəhəri İslam dünyasının mənəvi mərkəzidir. Onun ətrafından məqsəd isə bütün dünyadır. Həzrət Mühəmməd (s.ə.s.) həm Məkkə xalqına, həm də digər bütün insanlara göndərilmiş bir peyğəmbər olduğu üçün
Qurani-Kərim
də bütün insanlara xitab edir. Buna görə d...
Vaqiə Suresi, 77. Ayet:
Şübhəsiz ki, o,
Qurani-Kərim
dir....
Ələq Suresi, 1. Ayet:
(Ya Peyğəmbər!
Qurani-Kərim
i bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!...