Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yunus Suresi, 57. Ayet:
Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlblərdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir. (Yuxarıdakı ayədə
Qurani-Kərimin
dörd gözəl xüsusiyyəti ifadə edilmişdir. Belə ki, Quran insanlardakı yaxşı və pis xislətlər haqqında xəbər verir, insanları gözəl əxlaqa sövq edir, onları şirk, nifaq, şübhə, inkarçılıq və s. kimi mənəvi xəstəliklərdən xilas edərək əbədi səadətə yönləndirir.)...
Şüəra Suresi, 196. Ayet:
Şübhəsiz ki, o, əvvəlkilərin kitablarında da vardır. (Təfsirçilərə görə,
Qurani-Kərimin
Həzrət Peyğəmbərə (s.ə.s.) endiriləcəyinə dair işarələr, yaxud Quranın əsas prinsiplərindən bir qismi əvvəlki ilahi kitablarda da mövcud idi. Yuxarıdakı ayədən bunların hər ikisi də başa düşülə bilər.)...
Ənbiya Suresi, 48. Ayet:
Həqiqətən, Biz Musa və Haruna müttəqilər üçün işıq və öyüd olan Fürqanı (Tövratı) verdik. (Bu ayədə Tövrat üçün işlədilən “Fürqan” kəlməsi “haqqı batildən, yaxşını pisdən ayıran” kimi mənalara gəlir. Həmçinin
Qurani-Kərimin
bir adı da Fürqandır.)...